si vilizasiyasının əsas dövləti olan ABŞ-ın digər sivilizasiyalar regionu olan
Ya xın Şərqə marağı 2001-ci il 11 sentyabr terror aktlarından sonra daha da
art mışdır və yeni istiqamət götürmüşdür. Bu istiqamət daha çox terror təş -
ki latlarına qarşı mübarizədən ibarət idi. Çox təəsüf ki, müasir dövrdə terror
və İslam məfhumları çox zaman əlaqəli kimi gündəmə gətirilir. Bu da İslam
ami linin beynəlxalq müstəvidə aktuallığı ilə birbaşa bağlıdır. Belə ki, müa -
sir dünyada bütün dünya əhalisinin dörddə birini təşkil edən 1,5 mlrd mü -
səl man yaşayır. (2). Bu göstərici Qərb dünyasının narahat edən bir
me yardır. Çünki Qərb dünyasında İslam dini digər dinlərdən fərqli olaraq
dö yüşçü bir din kimi tanınır. Buna istinad kimi, Hantinqton belə qeyd edir:
“İslam “döyüşən bəduin tayfaları arasında meydana gəlmişdi” və bu
“dəliqanlı” (violent) mənşə İslamın təməlində öz möhürünü vurmuşdur”
(5, s. 263).
Müasir zamanda beynəlxalq münasibətlərdə əsas faktor dünyəvi
amillər deyil, mənəvi dəyərlərdir. Mənəvi dəyərlər insanları idarə edir və
hərəkətə gətirir. Bütün bunlar mədəni münaqişələrin – etnik, dini, siviliza-
siyalar arası münaqişələrin meydana gəlməsinə səbəb olur.
Mədəni amillərin beynəlxalq münaqişələrin
formalaşmasında rolu
Göründüyü kimi, müasir dövrdə beynəlxalq münaqişələrin əsas
təkanvericisi kimi mədəni amilləri araşdırmaq maraqlı məqamları üzə
çıxara bilər. Bəs mədəni amillər münaqişəyə necə səbəb olur?
Münaqişə hər hansı bir məsələyə baxışda maraqların üst-üstə
düşməməsindən və nəticədə toqquşmasından meydana gəlir. Fərqli
düşüncələr isə şüurdan mədəni dəyərlərdən qaynaqlanır. Münaqişənin
kökündə məhz bir-birinə uyğun olmayan müxtəlifliklər durur. Mədəni
müxtəlifliklər də məhz bu baxımdan münaqişəyə səbəb olacaq ən vacib
amillərdən biri hesab oluna bilər.
Əsasən vahid mədəniyyətin mövcud olduğu bir qrupda mübahisələr
də daha az olur. Münaqişələrə mədəni fərqlər səbəb ola bilər ki, onlar da
digərləri ilə münasibətlər zamanı üzə çıxır. Konfliktlərin yaranması
münasibətlərin necə qurulmasından asılıdır. Edvar Hall əlaqələr zamanı iki
cür yanaşmanı müqayisə edir. Bunlar “yuxarı kontekstdə” və “aşağı
kontekstdə” aparılan danışıqlardır (7). “Yuxarı kontekstdə” aparılan
danışıqlar zamanı mövzu ətrafında ümumən danışılır. Bu cür münasibət
çox zaman əlaqələrin saxlanmasına yönəlsə də, istəklər tam dəqiq ifadə
edilmədiyindən münaqişəyə də səbəb ola bilər. “Aşağı kontekstdə“ isə
fikirlər əksinə, birbaşa qarşı tərəfə çatdırılır. Bu hal daha çox konflikt
159
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr
yaratsa da, eyni zamanda konfliktin qarşısını da ala bilər. Çünki tərəflər nə
istədiklərini bir-birinə aydın ifadə edirlər. Sivilizasiyalar arasında bu
baxımdan fərq ondadır ki, Qərb danışıqlar zamanı “aşağı kontekstə” önəm
verir, Şərq isə münasibətləri “yüksək kontekstdə” qurmağa üstünlük verir.
Beynəlxalq müstəvidə baş verən münaqişələri mədəni münaqişələr
hesab ediriksə, onların əsas əlamətlərini də qeyd etməliyik. Andrea Vil-
liams öz “Resolving Conflicts in a Multicultural Enviroment” adlı
məqaləsində mədəni konfliktlərin əsasının qoyulmasını kimliyin müəyyən
olunduğu “mədəni dəyərlərin toqquşması“ meyarı ilə izah edir. O, mədəni
konfliktlərin göstəricilərini belə təsvir edir: 1) Adətən bu konfliktlərin
mürəkkəb dinamikası olur. 2) Digər münaqişələrə də xas olan məzmun və
nisbilik meyarlarının müəyyən olunması münaqişəni həll edə bilmirsə,
deməli onun kökündə mədəni müxtəliflik dayanır. 3) Narazılığa səbəb olan
məsələ az əhəmiyyətli olsa da, başlayan münaqişə güclü təəssürat və
emosiyalarla müşayiət olunur (9).
Mədəni münaqişələri daha geniş anlamda “Sivilizasiyaların toq quş -
ması” kontekstində izah edən Semyuel Hantinqton eyni adlı əsərində
göstərir ki, beynəlxalq arenada mədəni dəyərlər baxımından fərqlənən 8
sivilizasiya mövcuddur. Bu sivilizasiyaların bir-biri ilə münasibətlərində
ziddiyyətlər qabarıq şəkildə üzə çıxır. Qərb sivilizasiyanın isə özünü digər
sivilizasiyalardan daha üstün sayaraq öz dəyərlərini digərlərinə də
aşılamaq istəyi münasibətlərdəki problemləri daha da dərinləşdirir və
toqquşmalara səbəb olur. Burada göstərilir ki, İslam sivilizasiyası Qərb
gücünün möhkəmlənməsindən və bu gücün İslam dəyərlərinə mənfi
təsirindən narahatdır. Qərb cəmiyyəti üçün isə İslamın bir sıra qayda-
qanunları, dəyərləri anlaşılmazdır və qəbul edilməzdir. İslam və Qərb
arasındakı ziddiyyətlərdən başqa Şərqi Asiya və Qərb mədəniyyətləri
arasındakı fərqlərin də toqquşmaya səbəb olması münasibətlərin
gərginliyində özünü göstərir. Çin dəyərlərində kollektivçilik,
iyerarxiyalılıq prinsipləri üstün tutulur. Onlarda idarəçilik, iqtisadi inkişafa
yanaşma, sosial münasibətlər, işgüzar danışıqların aparılması ənənələri
Qərb dəyərlərindən tamamilə fərqlidir. Bir çinli məmurun təbirincə desək,
Çinlə ABŞ arasında uzunmüddət davam edən münaqişələr onların
müxtəlif ideologiyaya, sosial-sistemlərə, xarici siyasətə malik
olmalarından irəli gəlir (5, s. 223).
Qərb və Pravoslav sivilizasiyaları arasında da maraqların toqquşması
beynəlxalq siyasətdə özünü açıq şəkildə göstərməkdədir. Pravoslav
sivilizasiyasının əsas təmsilçisi olan Rusiya ilə Qərb dövlətləri arasında
tarixən hər hansı məsələ ilə bağlı ümumi razılığa gəlmək çətin proses
olmuşdur. Müasir dövrdə də bu cür münasibətlər davam etməkdədir.
Nigar Adilova
160
Pravoslav və Qərb sivilizasiyalarının hər ikisində xristianlıq hakim din
olsa da, onların hər biri xristianlığın ayrı-ayrı məzhəblərinə bağlıdırlar.
Həm də mədəniyyətlər arasında (geniş konteksdə) fərqlər yalnız dini inamı
əhatə etmir. Burada tarixi təcrübənin, etnikliyin, təbii-coğrafi şəraitlə
əlaqədar formalaşmış həyat və düşüncə tərzinin çox böyük rolu vardır.
Mədəni müxtəliflik: mədəni dəyərlər arasında
təzadlı və təzadsız fərqlər
Mədəni müxtəliflik beynəlxalq münaqişələrə səbəb ola bilirsə,
müxtəlif cəmiyyətlərin mədəniyyətləri arasındakı fərqlər və bu fərqlərin
xüsusiyyətlərinin araşdırılması mühüm bir məqamdır. Mədəni fərqlərin
mövcudluğu mədəniyyətlərin yaranma və inkişaf şəraitləri ilə sıx əlaqəlidir.
Sivilizasiyaların əsas rəmzləri olan mədəni dəyərlər Yer üzərindəki
xalqları bir-birindən fərqləndirən və özünəməxsus edən ən başlıca amildir.
Mədəni dəyərlərin fərqlərinin yaranma səbəblərinə nəzər saldıqda isə
bunun müxtəlif amillərlə bağlı olduğu aydın olur. Mədəniyyəti geniş an-
lamda, sivilizasiya məfhumunda araşdıran Arnold Toynbi “Çağırış və
cavab” nəzəriyyəsində onların yaranması və bir-birini əvəz etməsini ayrı-
ayrı dövrlərlə, imperiyalarla, coğrafi, dini və hətta etnik-milli amillərlə
əlaqələndirir (3, s. 7). O, lokal sivilizasiya anlayışını irəli sürür ki, burada
mədəniyyətlərin formalaşmasının yerli amillərlə bağlı olduğu nəzərə
çatdırılır. Fərqli cəmiyyətlərin meydana gəlməsində təbii coğrafi şəraitlərin
müxtəlifliyi ilə yanaşı, istila, asılılıq və assimilyasiya kimi müxtəlif
təsirlərin də mühüm rolu olmuşdur. Xalqlar həmçinin qonşu
mədəniyyətlərin dəyərlərindən də bəhrələnərək uzun illər boyu
özünəməxsus mədəni dəyərlər sistemini formalaşdırmışlar. Müxtəlif
mədəniyyətlərə məxsus xalqların nümayəndələrinin həyata baxış formaları
onları ya bir-birinə yaxınlaşdırmış, ya da bir-birindən uzaqlaşdırmışdır.
Mövqelərin bu iki istiqamətdə yönəlməsini daha düzgün anlamaq üçün
mədəni müxtəliflikləri yaradan fərqlərə nəzər salmaq lazımdır. Bu zaman
onların iki cür olduğu nəzərə çarpır: bir-birini inkar edən (təzadlı fərqlər)
və bir-birini inkar etməyən (təzadsız fərqlər). Beynəlxalq münasibətlər də
sivilizasiyaların bu iki istiqamət üzrə əlaqələrindən ibarətdir. Hantinqtonun
yuxarıda göstərilən əsərində verilən sxemdə sivilizasiyaların qlobal
siyasətdə bir-birləri ilə münasibətləri göstərilmişdir ki, bu da təzadlı və
təzadsız fərqlərlə əlaqəlidir (bax şəkil). Dəyərlərdəki fərqlərin bu cür
bölünməsi dini baxışlarda daha aydın müəyyən oluna bilər.
161
Müasir dünyada mədəni müxtəliflik və beynəlxalq münaqişələr
Dostları ilə paylaş: |