ilə əldə edilən məhsuldarlıq eyni zamanda motivasiyanı artıran bir ünsür
halına çevrilir.
Motivasiya fəaliyyətlərində istifadə edilən vasitələr
Təşkilatlarda motivasiya tətbiqlərinin əsas məqsədi işçilərin hədəfi
ilə təşkilat hədəflərinin uyğunlaşdırılması və beləcə işçilərin təşkilat
məqsədləri istiqamətində fəaliyyətlərini davam etdirərkən, həm özləri, həm
də təşkilat üçün fayda əldə etmələridir. Bu səbəblə təşkilatlarda motivasiya
artırıcı müxtəlif faktorlar istifadə edilir, ancaq hər təşkilatda hər zaman
eyni effekti göstərən bir motivasiya faktoru olmamaqla yanaşı, bir işçi üçün
həvəsləndirici olan bir vasitə digər işçidə eyni təsiri göstərməyə bilər.
İqtisadi amilllər. İşçilərin motivasiyasını artıran iqtisadi faktorlar əmək
haqqında artım, əlavə ödənişlər, iqtisadi mükafat və mənfəətdə iştirak iş çiləri
işləməyə yönəldən ən güclü motivasiya vasitələridir. Bir motivasiya fəa -
liyyətində təcrübə və səriştəyə əsaslanan əmək haqqı ödənişinin motiva si ya
vasitəsi olaraq istifadə edilməsi buna nümunə olaraq göstərilə bilər. İq tisadi
vasitələrin işçilərin motivasiyası üzərindəki təsiri ictimai sə viy yə dən də asılı
ola bilər. Bu mövzuda edilən bir tədqiqatda Qərb ölkələrinin bir çoxu ilə
müqayisədə motivasiya ünsürü olan maddi vəsaitin yapon işçisi üçün çox
daha az əhəmiyyət daşıyan bir vasitə olduğu ortaya çıxarılmışdır. Bu nunla
birlikdə, tədqiqatda əlavə ödənişin insanı həvəsləndirmədəki tə sir li roluna
qarşı yapon işçisinin motivasiyasının uyğunlaşma, güvən, özü nü qrupun,
təşkilatın və xalqın məqsədlərinə həsr etmə, vəzifəyə sadiqlik, aidiy yət
duyğusu və bənzəri ictimai dəyərlərə söykəndiyi müəyyən edil miş dir. İqtisadi
faktorlar hər zaman işçiləri motivasiya edən bir ünsür olma ya bilər.
Psixo-sosial amillər. İşçilərdə motivasiyanı yaradan psixo-sosial
amillər bunlardır; iş mühitində müstəqillik, sosial aktivlik, dəyər və status,
inkişaf və müvəffəqiyyət, xarici mühitə uyğunlaşma, təşəbbüskarlıq,
psixoloji zəmanət, sosial məşğuliyyətlər. Bu barədə aparılan araşdırmalara
baxıldığında, xüsusilə psixo-sosial baxımdan motivasiyanın təşkilata
bağlılığı artırdığı və psixo-sosial ehtiyacların başa düşülməsinin mürəkkəb
və çətin olduğu ifadə edilir.
Psixo-sosial amillərdən dəyər verməyə nəzər yetirildiyində edilmiş
bir tədqiqatda, insanların mənsubu olduqları sosial mühitdə təqdir edilmə
və təriflənməyə ehtiyac duyduqları və insanları bəzən maddiyyat ilə
mükafatlandırmaq əvəzinə yaxşı etdikləri bir iş sonrasında onları hər kəsin
içində təbrik və təqdir etmənin daha mühüm olduğu ifadə edilir. İşçilərin
şirkətə etimad etmələrinin çox mühüm bir anlayış olduğu və işçilərin
şirkətə güvən duyması təmin edildiyində fərdi inkişaf istəklərinin və
motivasyonlarının artdığı da ortaya çıxmışdır.
137
İşçi məhsuldarlığının əldə edilməsində təşkilati
davranişda motivasiyanın rolu
Motivasiya fəaliyyətlərinə yönəlik bir model yaratmağı hədəfləyən
başqa bir tədqiqatda isə menecerlər əsas vəzifələrinin işçilərində yüksək
əhval-ruhiyyə yaratmaq olduğunu bildirmiş və bunun əhəmiyyətini
xüsusilə vurğulamışlar.
Təşkilati-İnzibati amillər. İşçilərdə motivasiya yaradan təşkilati-inz-
ibati faktorlar isə, məqsəd birliyi, səlahiyyət və öhdəlik balansı, təhsil və
yüksəlmə, qərarların qəbulunda iştirak, manesiz açıq ünsiyyət, iş mühitini
yaxşılaşdırmaqdır. Həmçinin bu faktorları edilən işin xüsusiyyətləri, qrup
münasibətlərindən, fiziki ünsürlərdən duyulan məmnuniyyət və qərar
vermədə iştirak tətbiqlərindən duyulan məmnuniyyət şəklində qruplar
içərisində də qiymətləndirmək mümkündür.
Problemli insanların motivasiyasına yönəlik edilən bir tədqiqatda isə,
işlə əlaqədar məqsədlərin itirilməsi və işçilərin xəyal qırıqlıqlarına məruz
qalmasının işçilərin motivasiyasına mənfi təsir edəcəyi və rəhbərlərin
işçilərin öhdəliklər bölgüsünün mühüm bir motivasiya vasitəsi olduğu və
bunun sayəsində rəhbərlərin işçini bir problem olaraq deyil, başa düşülməsi
lazım olan bir şəxs olaraq qəbul edilməsi vurğulanılır (3).
Ədəbiyyat
1. Akdemir, Ali (2009), İşletmeciliğin Temel Bilgileri, Ekin Yayınları,
Bursa, s 320.
2. A.Bayramov, Biznes va menecmentin asasları, Bakı,
“Nurlan”, 2011, 180 səh.
3. BAKAN, İ., 2010. Yöneticiler İçin Başarı Stratejileri,
Beta Yayınevi, İstanbul, 316 s.
4. B. Serkan, İnsan Kaynakları Yönetimi, 3.Baskı, Sakarya Yayınları,
Adapazarı, s 462.2008
5. Budak,Gönül,Yeniliğe Dayalı İnsan Kaynakları Yönetimi,
Barış Yayınları, İzmir, s 374.2008
6. Dessler,Gray, Human Resource Management,
Pearson Prentice Hall,New Jersey, s 186.2008
7. EROĞLU, Feyzullah, “Davranış Bilimleri”, 2.B.,
Beta Yayınları, Ekim 2009,İstanbul, s 247
8. Güney, Salih (2009), Davranış Bilimleri, 5. Baskı,
Nobel Yayınları, Ankara, s 217
Aytac Cəfərli
138
UOT-83:331:5.658.
Гамид ДЖАФАРОВ
Азербайджанский Университет Менеджмента и Туризма
Стратегический Менеджмент , магистр
h.jafarov_91@mail.ru
Человеческие ресурсы и кодекс поведения: роль и значение
İnsan resursları və davranış kodeksi: rolu və əhəmiyyəti
Human resources and code of conduct: role and importance
Xülasə: Bu məqalə müasir iqtisadi münasibətlər sistemindəki insan
resurları və davranış kodeksinin xarakteri və məzmunu, onların əmək
bazarını tənzimləməsini, hazırki istehsalata təsirini və yeni informasiya
yaradılmasında əhəmiyyətindən danışır və müasir sosial istehsalatın
sistemləşdirilməsi amillərini aşkara çıxarılmasında yeni risklərin yarana
biləcəyini ortaya çıxarır.
Açar sözlər: insan resursları, insan kapitalı, davranış kodeksi, insan
resurslarının idarə edilməsi, informasiya resursları.
Abstract: This article reveals character and space of human resources
and code of conduct in the contemporaneous system of economy attitude,
disposition market of labor, their influence on the contemporaneous pro-
duction and significance in the creation a new economy of information and
offer venture to look over systematization factors of contemporaneous so-
cial production.
Key words: human resources, human capital, code of conduct, human
resource management, informational resources.
Человеческие ресурсы рассматривается как совокупность люд-
ских ресурсов и человеческого потенциала (компетенции, опыт, ин-
теллект, способность к постоянному совершенствованию и развитию)
и представляют собой совокупность различных качеств людей, опре-
деляющих их трудоспособность к производству материальных и ду-
ховных благ, и являются обобщаю¬щим показателем развития
общественного производства.
Человеческий капитал, с одной стороны, – это новое качество ре-
139
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
Dostları ilə paylaş: |