Motivasiya və məhsuldarlıq
Bir işi etməyə məcbur edilən fərd o işi həvəslə etməyə məcbur edilə
bilməz. Bir işi sevərək etmək daxildən gələn istəklə olur və bu istəyi yarat-
maq üçün fərdi müxtəlif üsullarla motivasiya etmək lazımdır.
Məhsuldarlığın işçilər baxımından daşıdığı dəyər iki istiqamətli olaraq
araşdırıla bilər: birincisi, məhsuldarlıq artımı nəticəsində işçilərin əldə
edəcəkləri əlavə məvacib, ikincisi, işçilərdə meydana gələn məhsuldarlıq
artışının onlarda işdən zövq alma duyğusuna yol açması və onların
motivasiyasını artırması.(8) Motivasiyası olmayan işçinin effektiv perfor-
mans göstərməsi və məhsuldar çalışması gözlənilməməlidir. İşçi bacarığına
uyğun bir iş etmirsə, bu vəziyyət onda məmnunsuzluq və narahatlıq yaradır.
Qabiliyyətlərinə uyğun olmayan, mənasız işlərlə məşğul olan istedadlı
işçidə bezginlik, həyatla olan əlaqələrində boşalma, fiziki-zehni gərilmə
kimi əlamətlər görülə bilər.
Hər insanın sahib olduğu müəyyən bir potensial vardır. Əsas olan bu
potensialın menecerlər tərəfindən aşkar edilməsi və təşkilat məqsədlərini
reallaşdırmağa istiqamətləndirilməsidir. İşçilərin gördükləri işlər haqqında
məlumata sahib olmaları təşkilatda pərformansın yaxşılaşmasına səbəb olur
ki, bu da nəticədə məhsuldarlığın və keyfiyyətin artımına gətirib çıxarır.
Məhsuldarlıq artımı işçinin etdiyi işi həvəslə, yəni yüksək motivasiya ilə
etməsinə bağlı olaraq reallaşır.
Təşkilatların əsas məqsədi səmərəliliyi və məhsuldarlığı artırmaqdır.
Buna nail olmaq istəyən təşkilatların əvvəlcə fərdlərin motivasiya və per-
formans səviyyəsi artırmaları lazımdır. Təşkilatlarda məhsuldarlığın
artması üçün menecerlər lazımi səviyyədə rəqabəti dəstəkləməlidir. Çünki
rəqabət, işlərin edilmə sürətini artıran, işçiləri həvəsləndirən, onları daha
çox işləməyə itən bir vasitədir. İşçilər üçün rəqabət məhsuldarlığı artıran
və motivasiya yüksəldici bir ünsürdür. Bunun səbəbi də rəqabətin olduğu
bir şirkətdə işçilərin daha müvəffəqiyyətli olmaları və sonrasında ehtiram
görmə, prestij sahibi olma və özünü reallaşdırma motivlərini təmin
etmələridir (5). Hansı iş sahəsində olursa olsun, bütün təşkilatlarda
rəhbərlərin təməl siyasətlərindən biri işçilərin işlərini yüksək motivasiya
ilə etmələrini, bacarıq və məlumatlarını ən üst səviyyədə istifadə etmələrini
və ortaq məqsədi reallaşdıra biləcək səylərə istəklə qatılmalarını təmin
etməkdir. İşçilərin əhval-ruhiyyələrinin yüksək tutula bilməsi üçün
ünsiyyət kanallarının daima açıq saxlanılması vacibdir.
İşçiyə önəm və dəyər vermək, diqqət yetirmək, müasir idarəetmədə
məh suldarlığın təməlini təşkil edir. İnsan düşüncələri və duyğuları ba xı -
mın dan mürəkkəb bir yaradılışdır. Onun bu mürəkkəb quruluşu fərqli göz -
lən tilərin ortaya çıxmasına səbəb olur. Təbii olaraq gözləntilərə təsir edən
135
İşçi məhsuldarlığının əldə edilməsində təşkilati
davranişda motivasiyanın rolu
ən vacib səbəb ehtiyacların aradan qaldırılmasıdır və bu səbəblə də hər bir
təşkilatların öncəliklərində insan amili başda gəlir. İşçilərin səlahiyyət və
öhdəliklərini artırmaq onların sərbəst bir iş şəraitində daha səmərəli və
məhsuldar işləməsini təmin edəcək. İşçilərin üzərində repressiv bir nəzarət
etmə mexanizminin olması, onların fikir və istəklərinin nəzərə alınmadığı
bir iş mühiti işçilərin məhsuldarlıqlarının azalmasına səbəb olur (7).
Motivasiya bütün insan davranışlarında məhsuldarlığı inkişaf etdirmə
səylərində təməl təşkil etməkdə və işçilərinin yüksək məhsuldarlığa
istiqamətləndirilməsində ən effektiv yol olmaqda davam edir. Moti-
vasiyaedici fəaliyyətlər insanlarda uzun müddətli inkişaf arzusu yaradır,
insanları maarifləndirir, məhsul və xidmət istehsalında daha yaxşı işləməyə
və daha yaxşı yollar tapmağa təşviq edir. İşçi qüvvəsinin effektiv
istifadəsində əhəmiyyətli bir məqam olan motivasiya davranış formasının
tələb olunan istiqamətdə dəyişməsinə yol açan müsbət bir dəstəkdir. İnsan-
lar etdikləri işin, onları tamamladığı hissini verən, peşə biliklərini və kariy-
era planlarını zənginləşdirən mühüm bir fəaliyyət olduğunu görmək
istəyirlər. Bu baxımdan motivasiya və məhsuldarlıq müəssisədəki inzibati
və fərdi inkişafın vahid bir parçası olaraq qiymətləndirilməlidir.
Motivasiya və məhsuldarlıq arasındakı artan mütənasibliyin əsas
səbəbi fərdin təşkilat üçün istifadə etdiyi güc səviyyəsinin gənişləməsidir.
Çox vaxt işçilərdə müxtəlif səbəblərdən ötrü təşkilat məqsədlərinə
yönəldilmədiklərinə görə istifadə edilməyən potensial mövcud olur. Moti-
vasiya fəaliyyəti bu nöqtədə fiziki və zehni səviyyəsinin daha çoxunu
təşkilatın xidmətinə verməsi üçün fərdə əsaslı səbəblər təqdim edir. Moti-
vasiya olunmuş işçi potensialının ən çox hissəsini təşkilat məqsəd və
mənfəətinə istifadə edən fərddir. İşçilərini motivasiya etməyi bacaran
şirkətlərin işçi sayında bir artış etmədən daha çox enerji, daha çox
qabiliyyət və daha çox əməyə sahib olduqları görülə bilər. Məvacibləri bir-
birinə bərabər olan iki işçidən motivasiya səviyyəsi daha yüksək olan işçi
imkanlarının daha çoxunu istifadə edərək daha çox vaxt və güc sərf etməklə
digər işçiylə müqayisədə şirkətə daha çox mənfəət gətirir. Bu da birbaşa
əmək məhsuldarlığının artması deməkdir (6).
İşçiləri motivasiya etmək vasitəsilə məhsuldarlıq səviyyəsini artıran
şirkətlərdə əldə edilmiş məhsuldarlıq artışının təşkilata birbaşa töhfə vermiş
olan bu işçilərə hansı şəkildə təsir edecəyi və nə kimi faydalar gətirəcəyi
nöqtəsi olduqca əhəmiyyətlidir. Çünki, motivasiya prosesinin davam edə
bilməsi üçün işçilərdə əldə edilən məhsuldarlıq artışı sonrası yarana biləcək
bir sıra gözləntilərin qarşılanması zəruridir. Məhsuldarlıq artımı fərqli
şəkillərdə işçilərdə özünü biruzə verdiyi zaman işçilər daha yaxşı imkanlar
əldə etmiş olur, onların şirkətə bağlılığı və etibarı artırır və motivasiya yolu
Aytac Cəfərli
136
Dostları ilə paylaş: |