kənarda qalmırlar. Sağlam vətəndaşların ödədikləri vergilər hesabına
dolanan və iqtisadiyyata heç bir xeyri dəyməyən sağlamlıq imkanları
məhdud vətəndaşların formalaşmasının qarşısını almaq həm vergi
ödəyiciləri, həm ölkə iqtisadiyyatı, həm də onların özləri üçün xeyirlidir.
İşləyən, iqtisadiyyata xeyir verən, sağlamlıq imkanları olan vətəndaşları
yetişdirmək üçün elə innovativ vasitələrdən istifadə edilməlidir ki, onların
cəmiyyətdəki imkanları və rolu digər vətəndaşlardan geri qalmasın.
Əsas problem ondan ibarətdir ki, sağlamlıq imkanları məhdud
uşaqların bəziləri təhsil almaq imkanı əldə etmələrinə baxmayaraq,
cəmiyyətdən təcrid edilirlər. BMT-nin Uşaq Fondunun (UNICEF) 2007-ci
ildə keçirdiyi regional tədqiqat nəticəsində məlum olmuşdur ki, “sağlamlıq
imkanları məhdud olan” uşaqların evdə və ya xüsusi təhsil müəssisələrində
təhsil alması hələ də üstünlük təşkil edir. İslahatların miqyasının
genişləndirilməsi bu cür uşaqların təhsil almaq imkanından məhrum
olmalarına səbəb ola bilər (1) Yuxarıda qeyd olunan hesabatda bildirilir ki,
MDB və Şərqi Avropa ölkələrində sağlamlıq imkanları məhdud uşaqların
məktəblərə daxil olması çox çətindir. Həmin uşaqların tələbatının
ödənilməsinə istiqamətlənmiş xüsusi xidmətlər demək olar ki yoxdur.
UNİCEF və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən aparılmış
“Azərbaycanda Sağlamlıq İmkanları Məhdud olan Uşaqlara Təhsil
Xidmətlərinin Göstərilməsi Haqqında Tədqiqat”a əsasən ev təhsili alan
sağlamlıq imkanları məhdud uşaqlar 48.5 % təşkil edir (ümumtəhsil
məktəbi- 24.1 %, internat məktəbi- 7.7%, xüsusi məktəb- 3.5%,
ümumtəhsil məktəbində inkluziv sinif (xüsusi təhsil bölməsi)- 15.8%). (2)
Əsas məqsəd ondan ibarət olmalıdır ki, ev təhsili alan uşaqların sayı azalsın
və sağlamlıq imkanları məhdud uşaqların təhsil almasına şərait yaradan
ümumtəhsil məktəblərinin sayı artsın.
Yuxarıda qeyd olunan problemləri aradan qaldırmaq və qeyd olunan
məqsədlərə çatmaq üçün, 1-ci növbədə qanunvericiliyə yeni dəyişikliklər
etmək və ümumtəhsil məktəblərini sağlamlıq imkanları məhdud uşaqların
məktəbə qəbul edilməsində maraqlandırmaq lazımdır. Sonrakı mərhələdə
isə həmin məktəblərdə təhsil alan uşaqlar üçün elə şərait yaratmaq lazımdır
ki, belə uşaqlar özlərində olan fərqi hiss etməsinlər və onlarda yüksək ruh
yüksəkliyi yaransın.
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə sağlamlıq
imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində
çoxsaylı tədbirlər nəzərdə tutulmuşdur. Belə uşaqların cəmiyyətdən təcrid
edilmədən təhsil almaları üçün ümumtəhsil müəssisələrində “xüsusi təhsil
bölmələri” və “inteqrasiya təlimli təhsil müəssisələri” fəaliyyət göstərir.
Gülsüm Məmmədova
186
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında qa-
nununun 1.0.10.-cu maddəsinə əsasən, “xüsusi təhsil bölməsi” sağlamlıq
imkanları məhdud şəxslərin təhsil alması üçün ümumi təyinatlı təhsil
müəssisəsində yaradılmış struktur bölməsinə deyilir.(3) Eləcə də, qeyd ol-
unan qanunda “inteqrasiya təlimli təhsil müssisəsi”nin anlayışı verilmişdir.
İnteqrasiya təlimli təhsil müssisəsi dedikdə sağlamlıq imkanları məhdud
şəxslərlə sağlam şəxslərin birgə təhsil alması üçün xüsusi şərait yaradılmış
ümumi təyinatlı təhsil müssisəsi nəzərdə tutulur. Həm xüsusi təhsil bölməsi
həm də, inteqrasiya təlimli təhsil müəssisəsələri ilə bağlı qanunvericilikdə
nəzərdə tutulmuş müddəalar nəzəri olaraq çox səmərəli olsa da, praktikada
bu instutların yayqın və düzgün şəkildə tədbiq edilib edilməməsi bir gədər
şübhə doğurur.
Belə ki, təhsil sahəsində fəaliyyət göstərən bir sıra mütəxəsislər
bildirirlər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə
inteqrasıyası ilə bağlı hüquqi baza olsa da, praktikada onlar istədikləri
təhsili ala bilmirlər. Məsələn Azərbaycan – Britaniya Məzunlar Birliyinin
üzvü, Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri-Hökumət Təşkilatları (QHT)
Alyansının milli koordinatoru Nabil Seyidov oxu.az-a müsahibhəsində
bildirmişdir ki: “orta məktəb və bağçalar əlil uşaqları qəbul etmirlər. Əlil
uşaqlar üçün xüsusi müəssisələr var. Lakin problem ondadır ki, bu
müəssisələrin demək olar ki, hamısı Bakıdadır. Belə çıxır ki, Gəncədə
yaşayan ailə uşağını Bakıya gətirib, bu müəssisələrə qoymalı və çıxıb
getməlidir.” (4) BMT-nin Uşaq Fondunun (UNICEF) 2007-ci ildə keçirdiyi
regional tədqiqat da, yuxarıda qeyd olunan fikirləri təsdiqləyir və
ümumtəhsil məktəblərinin əlil uşaqları qəbul etməkdən imtina etdiklərini
bildirir.
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya
etdirilməsini təmin etmək üçün həm ölkə qanunvericiliyinin
təkmilləşməsində məsul olan şəxslər həmdə uşaqların təhsil almasını təmin
edən müvafiq icra hakimiyyəti orqanları birlikdə çalışmalı və müvafiq
tədbirlər görməlidilər. Qanunvericiliyə elə dəyişikliklər edilməlidir ki,
ümumtəhsil müəssisələri sağlamlıq imkanları məhdud uşaqların məktəbə
qəbul edilməsində maraqlı olsunlar və qanunvericilikdə nəzərdə tutulmuş
tədbirləri real həyatda geniş şəkildə həyata keçirilsin. Burda söhbət iqtisadi
maraqdan da, gedə bilər. Məsələn, Azərbaycan Respublikasının Əlillərin
Sosial Müdafiəsi haqqında qanununda əlilləri işə qəbul edən müəssisələr
üçün müəyyən güzəştlər nəzərdə tutulur. Həmin qanunun 28-ci maddəsinə
əsasən, İşləyənlərin ümumi sayının azı 30 faizinin əlillərdən ibarət olduğu
müəssisələr, idarələr və təşkilatlar güzəştli maliyyələşdirmə və maddi-
texniki təminat hüququna malikdirlər. Belə müəssisələrə, idarələrə və
187
Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya etməsi
istiqamətində həll yolları
Dostları ilə paylaş: |