III qrup əlillik- xroniki xəstəliklər və ya anatomik defektlər
nəticəsində əmək qabiliyyətinin kifayət dərəcədə aşağı düşməsi ilə
müşayiət olunur. Əlilliyin bu qrupunda olan xəstələr başqalarının köməyinə
o qədərdə ehtiyac duymurlar.Qeyd edək ki, “Tibbi Sosial Ekspert
Komissiyaları haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən, əlilliyin
aşağıdakı səbəbləri vardır:
- ümumi xəstəlik nəticəsində yaranan əlillik;
- əmək zədəsi, peşə xəstəliyi nəticəsində yaranan əlillik;
- Çernobıl AES-də qəzanın ləğvi ilə bağlı əlillik;
- Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlillik;
- 1990 cı il 20 yanvar hadisəsi ilə əlqədar əlillik;
- hərbi xidmət dövrü ilə əlaqədar əlillik;
- hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik;
- hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar əlillik;
- müharibə əlilliyi; (7, s. 46-49).
Bundan başqa əlillərin başqa təsnifatıda mövcuddur. Yaşa görə əlillik,
mənşəcə əlil olanlar, əmək qabiliyyətinin səviyyələrinə görə əlillər,
xəstəliyin xarakterinə görə əlillər vəs. (6, s. 226-232).
Qeyd edək ki, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə
adaptasiyası prosesi olduqca geniş tədbirlər sistemini özündə ifadə
edir.Əlillərin sosial müdafiəsi- əlillərin həyat fəaliyyətinin
məhdudlaşmasının aradan qaldırılmasını, kompensasiya edilməsini,
cəmiyyətin həyatında onlara digər vətəndaşlarla bərabər imkanlar
yaradılmasını nəzərdə tutur.Əlilin zəruri sosial müdafiəsinin növləri və
həcmləri tibbi, sosial-əmək reabilitasiyasına və uyğunlaşmasına dair fərdi
proqram şəklində təqdim olunur. Əlillərin sosial müdafiəsi ilə bağlı
tədbirlər məcburi dövlət sosial siğorta haqqları və dövlət büdcəsi vəsaiti
hesabına müvafiq dövlət proqramına uyğun olaraq maliyyələşdirilir.
Əlillərin sosial reabilitasiyası dedikdə orqanizmin funksiyasının davamlı
pozulması nəticəsində baş verən həyat fəaliyyəti məhdudlaşmasının aradan
qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pe-
doqoji,idman, sosial-iqtisadi və digər tədbirlər sistemi nəzərdə tutulur (13).
Müasir dövrdə əlillərin reabilitasiyası və cəmiyyətə inteqrasiya pros-
esinin başında əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təhsili
problemi dayanır. Əlillərin hüquqları haqqında Konvensiyanın 24-cü
maddəsi məhz əlillərin təhsil hüquqlarından bəhs edir. Konvensiyanın 24-
cü maddəsinin 2-ci bəndində, əlillərin öz yaşayış yerlərində digərləri ilə
bərabər səviyyədə inklüziv, keyfiyyətli və pulsuz ibtidai və orta təhsil
almaq imkanlarına malik olmaları, fərdi tələbatı nəzərə alan vasitələrlə
təchiz olunmaları, əlillərin təhsil sistemində effektiv tədrisi yüngül -
193
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri
ləşdirmək üçün tələb olunan yardımı almaları, biliklərin mənimsənilməsinə
tam şərait yaratmaq məqsədilə biliklərin və sosial inkişafın
mənimsənilməsinə maksimum kömək edən şəraitdə effektiv ölçülərin
götürülməsini təmin edilməsi göstərilmişdir. (3). Qeyd edək ki, hal hazırda
əlil gənclər və sağlamlıq imkanları məhdud uşaqlar yalnız ibtidai təhsili və
orta ixtisas təhsili ilə kifayətlənmir, həm də ali təhsil almağa can
atırlar.Təbii ki, bu, olduqca müsbət haldır. Buna misal olaraq, Azərbaycanın
bir neçə ali təhsilini misal göstərə bilərik ki, orada əlil tələbələrə rast gəlinir
və əlil tələbələrin təhsil almağı üçün müəyyən şəraitlər yaradılmışdır.
2015-ci ilin yekun statistikasına əsasən, Azərbaycanda sağlamlıq
imkanları məhdud şəxslər üçün 11 internat evi fəaliyyət göstərir və bu
evlərdə 2483 uşaq yaşayıb təhsil alır. Əqli cəhətdən əlil üşqlar üçün 2 in-
ternat məktəbi mövcuddur və bu məktəblərdə 314 əlil şagird təhsil alır (10).
Belə görünür ki, digər əlil uşaqlar heç bir dövlət müəssisəsində qeydiyyatda
deyil.Qeydiyyatda olanların tədris prosesində də ciddi problemlər mövcud-
dur. Müəyyən edilmişdir ki, uşaqların çoxunun davamiyyət səviyyəsi
olduqca aşağıdır. Təbiiki, burada valideynlərində rolu böyükdür.
Valideynlərin uşaqlarına etinasızlıqla yanaşmaları və onların təhsil
almalarının vacib olmadığını düşünmələri vəziyyəti daha da ağırlaşdırır.
Bu zaman uşaqlar böyüdükcə evə qapanır, özlərini cəmiyyətə yararsız
hesab edir, psixi gərginlik, depressiya halları artır. Belə olduqda onların
reabilitasiyası və cəmiyyətə adaptasiyası prosesidə çətinləşir. Ona görə də
tövsiyə edərdim ki, dövlət bu işlə ciddi maraqlansın və sağlamlıq imkanları
məhdud uşaqların qeydiyyatı məcburi şəkildə aparılsın.
Əlillərin sosial reabilitasiyasının əsas istiqamətlərindən biridə
məşğulluq problemidir. Əlilliyin qarşısının alınması, əlillərin sosial
reabilitasiyası haqqında qanunda göstərilmişdir ki, əlilliyi olan şəxslərin
sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün bir sıra tədbirlər həyata
keçirilməlidir. Lakin bu qanun reallıqda öz əksini hələ ki, o qədərdə tapmır.
Həmçinin, bu qanunun digərqanunvericilik aktlarına uyğunlaşdırılmadığı
müəyyən olunmuşdur. Əlillərin müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul
olması üçün müvafiq güzəştlər yaradılmamışdır. Bu da istər-istəməz
əlillərin sahibkarlıq fəaliyyətinə marağını azaldır. Əgər əlillərin müstəqil
sahibkar kimi fəaliyyət göstərməsi üçün müəyyən güzəştli kreditlər
yaradılsa, zəruri imkanlar olsa, əlillər üçün müəyyən treninqlər, təlimlər
keçirilsə, yeni informasiyalar ötürülsə, bu istiqamətdə müsbət nəticələrin,
uğurların əldə olunması, əlbəttəki, mümkündür. Bununla yanaşı, əlillərin
işlə təmin olunması sahəsində xüsusi tədbirlər məhz əlilləri işə götürən və
ya əlillər üçün xüsusi iş yerləri yaradan, onların əməyini tətbiq edən
müəssisələrə, idarələrə və təşkilatlara maliyyə yardımı göstərmək, güzəştlər
Aygün Abbaszadə
194
Dostları ilə paylaş: |