UOT-9:91:910.4
Səkinə MUSTAFAYEVA
Beynəlxalq Turizm və Ölkəşünaslıq ixtisası üzrə magistr
Azərbaycan Turizm və Menecment Universiteti
m.sakina01@gmail.com
Türkiyədə inkişaf etmiş turizm növlərinin
Azərbaycana tətbiqi formaları
Application models of developed types of Turkish
tourism in Azerbaijan
Прикладные формы в Азербайджане развитых
в Турции виды туризма
Abstract: As tourism is developing day by day, there is obvious
growth of this field in our country. However, it is necessary to take advan-
tage of foreign countries’ growth model to reach a rapid development. In
this direction, the best policy would be a Turkish development model.
Keywords: development, types of tourism, Azerbaijan, application,
tourist, Turkey
Резюме: В момент туристической промышленности развитие
данного сектора находится на виду. Но для наиболее быстрого разви-
тия необходимо использовать иностранные модели. Самым правиль-
ном выбором в этом направлении может быть турецкая модель.
Ключевыe слова: разработка, виды туризма, Азербайджан, при-
ложение, турист, Турция.
Azərbaycanda mövcud olan turizm potensialından daha da yaxşı
istifadə etmək üçün dünyanın inkişaf etmiş turizm ölkələrinin təc rübə lə -
rindən faydalanmaq lazımdır.Türkiyədə inkişafda olan turizm növlərinin
Azərbaycana tətbiq etmək üçün ilk növbədə, həmin ölkənin daxili turizm
imkanları və həyata keçirdikləri turizmin inkişaf modellərini dərindən
araşdırmaq vacibdir.
Avrasiya materikində yerləşən Türkiyənin Asiya və Avropa hissələri
Mər mərə dənizi, Bosfor və Dardanel boğazları vasitəsilə ayrılır. Ölkənin ən
iri şəhərləri – İstanbul, Ankara, İzmir, Adana, Bursa, Konya, mühüm port -
204
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
ları – İzmir, İstanbul, İsgəndərun, Zonquldağ, Mersin, Samsun və Trab zon -
dur. Türkiyə ərazisini cənubda Aralıq dənizi, qərbdə Egey dənizi, şi mal da
Qara və Mərmərə dənizlərinin suları əhatə edir. Qara və Mərmərə də -
nizlərinin əksər hissəsi ərazi daxilindədir. Çox kilometrlik məsafə boyu uza -
nan qumsal sahillər, təbiət və iqlim şəraitinin rəngarəngliyi, çoxsaylı ta rixi
abidələr, əfsanəvi Troyanın, habelə dünya şöhrətli Perqam, Efes, Mi let
şəhərlərinin xarabalıqları, Bursa və Pamukqalanın şəfalı mineral su bu laq -
ları, ilk növbədə əfsanələr şəhəri İstanbul, onun gözəl memarlıq abidələri,
şübhəsiz, ölkədə turizmin inkişafında əhəmiyyətli rol oynayır (5).
Türkiyədə əsas beynəlxalq turizm mərkəzləri Egey və Aralıq dənizləri
sahillərində yerləşir. Onların sırasına İzmir, Antalya, Bodrum, Mərmərə,
Çeşmə və b. daxildir.Ölkədə turistlərə xidməti çoxsaylı özəl türk, xarici
şirkətlər, habelə nəhəng holdinqlər həyata keçirir.Bu bölgələr istiqamətində
salınmış gözəl yollar, yol istismar-xidmət sahələri, kempinq dayanacaqları
və aerodromlar uzunmüddətli, maraqlı ekskursiya turları keçirmək,
mehmanxana təsərrüfatı və müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə
etmək imkanı yaradır. Aralıq dənizi sahillərində yerləşən Antalya kurortu
bütün dünyada məşhurdur. Türkiyənin ən şöhrətli 5 ulduzlu otelləri burada
cəmləşib.
Hazırda Türkiyə turizm sənayesinin inkişaf tempi 20% olmaqla
dünyada I yeri tutur. Bu məhz Türkiyə hökumətinin məqsədyönlü
siyasətinin və ilk növbədə bu siyasətin nəticəsində yaradılmış, dünya
standartlarına cavab verən infrastrukturun sayəsində baş vermişdir. Türkiyə
dövləti turizm sənayesinin inkişafına və bu sahə üçün ixtisaslı kadrların
hazırlanmasına böyük diqqət yetirir .
Son vaxtlar qısa müddət ərzində turizm sənayesi dinamik şəkildə
inkişaf edən və bir çox amillərə görə Azərbaycana yaxın olan Türkiyə xü-
susi maraq kəsb edir. Bu gün Azərbaycanla Türkiyə arasında kulturoloji
əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu işdə “Türksoy”-un,
Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin,
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan
Turizm İnstitutunun, habelə Atatürk Mərkəzinin xidmətləri əvəzsizdir.
Mağara turizmi. Mağaraların vizual, idman, sağlamlıq və
mədəniyyət baxımından sahib olduğu xüsusiyyətlər, turizmə qaynaq olaraq
mağara turizmini ortaya çıxarmışdır. Mağara turizmi, idman və elmi
məqsədli olaraq, mağara içlərinin təbii gözəlliklərini kəşf etmələri və
tanıtmaları ilə olmuşdur. Olduqca zəngin bir coğrafiyaya sahib olan
Türkiyədə meydana gəlmələri baxımından fərqliliklər göstərən minlərlə
mağara vardır. Turizmin növ müxtəlifliyi baxımından, ölkədə mağaraların
olması bu potensialı daha da artıran amillərdən biridir. Türkiyənin Toroslar,
205
Türkiyədə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formaları
Orta Anadolu, cənub-şərq Anadolu, Trakya və Şimal-qərb Anadolu
bölgələri mağaralar baxımından zəngin olması ilə seçilir. Türkiyədə vizual
olaraq turizmə açılan ilk mağaralar Aralıq dənizi bölgəsində, Türkiyənin
işıqlandırılaraq vizual olaraq ilk turizmə açılan mağarası Damlataş
Türkiyənin ən çox gəzilən mağarasıdır. Qurunun mağarası (Antalya)
Türkiyənin ən böyük təbii mağarasıdır (5).
Təbiət turizminə aid olan bir başqa mağaralar qrupu dəniz
mağaralarıdır. Dəniz mağaralarının xüsusiyyəti mağara içərisinə dəniz
altından əks olunaraq girən günəş şüalarının meydana gətirdiyi fosforlu
turkuaz rəngdir. Dəniz mağaraları gündəlik dəniz dövrlərində xüsusilə
Aralıq dənizi sahillərində geniş marağa səbəb olmuşdur. Türkiyədə
xüsusilə Qərb və Orta Toroslar, Zonguldak və Kastamonu mağaraları
idman mağaraçılıq baxımından diqqəti cəlb etməkdədir. Bu baxımdan ən
tanınmış mağaralar arasında Altınbeşik-Düdensuyu (Antalya-Ağ isəyi-
Məhsullu Kəndi), Bala idini (konya-Derebucak-Çamlıkköy), Gökgöl,
Cumayanı, Kızılelma mağaraları (Zonguldak) iştirak edir.
Dağ turizmi. Türkiyədə zəngin morfoloji və tektonik quruluşa, flora
və faunaya, müxtəlif tipli meşələrə, fərqli yüksəkliklərə fərqli yüksəkliklərə
sahib olan dağlarda həm dağ turizmini, həm də qış turizmini inkişaf
etdirmək üçün əlverişli şərait vardır. Türkiyəyə hər il dünyanın müxtəlif
yerlərindən dağ turizmi üçün turistlərin sayı artır.
Dağların ilk olaraq turizmə açılması idman fəaliyyətlərindən alpin-
istlik və xizək idmanı sayəsində olmuşdur. Alpinistlərə nəqliyyat, yerləşmə
və rəhbərlik kimi xidmətlərin verilməsi alpinizm olaraq adlandırılan turizm
növünü dağların xizək idmanına uyğun sahələrinin yerləşmə və əyləncə
təsislərinin istehsalıyla xizək mərkəzində qış turizmini ortaya çıxarmışdır.
Alpinizm bütün il edilə bildiyi üçün bu turizm iqlimə bağlı deyil.
Lakin qış turizmi xizək idmanıyla əlaqəli olduğu üçün qar yağmurları, qar
qalınlığı, qarın yerdə qalma müddəti turizmin növünün il içindəki
müddətini təyin edir.
Dağlar alpinizm, yayla turizmi, qış turizmi xaricində ekoturizm, çöl
turizmi, klimatizmin inkişafına da imkan verir. Dağlar macəra, həyəcan və
dəyişiklik axtaranları müxtəlif rekreasiya fəaliyyətləri və yeni idman
növləri ilə təmin edir.
Şimaldan cənuba doğru Şimal Anadolu Sıradağları, İç Anadolu Masif -
ler, Cənub Anadolu Sıradağları və Cənub-Şərq Anadolu Sıradağlar kimi
düzülmüşdür. Istıranca (Yıldız) Dağları (1000 m), Bursa Uludağ (2543 m),
Bolu Köpoğlu Dağı (2400 m), Ilgaz Dağı (2587) ve Karagöl Dağları
(3100m) Şimal Anadolu Sıradağlarına, Erciyes Dağı (3917m), Hasan Dağı
(3263m), Büyük Ağrı Dağı (5137m), Tendürek Dağı (3533m), Süphan
Səkinə Mustafayeva
206
Dostları ilə paylaş: |