vermək üzrə öhdəliklərin qanunvericilik yolu ilə təsbit edilməsinə
yönəldilən tədbirlər kompleksindən ibarətdir (12).
Qanunvericilikdə qeyd edilir ki, həkim-əmək ekspert komissiyasının
rəyinə görə əlilin səhətinin peşə vəzifələrinin yerinə yetirilməsinə mane
olduğu hallar istisna olmaqla əlillik mülahizələrinə görə, əlillin əmək
müqaviləsinə xitam verilməsinə, müdriyyətin təşəbbusu ilə onunişdən azad
edilməsinə, öz razılığı olmadan başqa işə keçməsinə yol verilmir. Əlillərin
işə düzəldilməsi üçün nəzərdə tutulan kvotanı təmin etməyən və onları işə
götürməkdən boyun qaçıran müəssisələr, idarələr, təşkilatlar mülkiyyət
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının Dövlət Sosial
Müdafiə Fonduna əlilləri işlə təmin etmədikləri aylar üzrə orta aylıq əmək
haqqının 3 misli məbləğində vəsait köçürürlər. Yaradılmış və kvota
müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin
məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. (7, s. 40-
44). Lakin reallığa uyğun olaraq, onuda qeyd etməliyik ki, qeyd olunan
kvotaya riayət edilməsi sahəsindəciddi problemlər vardır, bu sahəyə
məşğulluq xidməti orqanlarının nəzarəti yetərli deyildir. Xüsusən, özəl
müəssisələrdə əlillərin işə götürülməsindən imtina edilir.Buna görə də
dövlət bu sahədə nəzarəti gücləndirməli, mövcud problemləri aradan
qaldırmalıdır.
Vurğulamaq gərəkdir ki, tibbi-sosial ekspert komissiyaları tərəfindən
əlillik qruplarının 3 yerə bölünməsi, əlillərin gələcəkdə işlə təmin
edilməsinə müəyyən problemlər yaradır və işə götürənlər qrupundan asılı
olmayaraq, əlilləri əmək qabiliyyətsiz hesab edərək işlə təmin etmirlər.
Əlillərin əmək qabiliyyətli olub olmaması faizlə göstərilərək hansı iş
imkanlarına malik olduğu rəsmi sənədlərdə qeyd edilərsə, məşğulluq
sahəsində müəyyən irəliləyişlərə nail olmaq mümkün olar.
Əlillərin sosial müdafiəsini təşkil edən istiqamətlərdən biridə sosial
infrasturuktur obyektlərinin əlillərin və sağlamlıq imkanları məhdud
uşaqların istifadəsi üçün uyğunlaşdırılmasıdır. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları, müəssisələri, idarələri və təşkilatları
sosial infrasturuktur obyektlərinin, mənzillərin əlillərə və sağlamlıq
imkanları məhdud uşaqlara müyəssər olması, ictimai nəqliyyatdan və
nəqliyyat komnikasiyalarından, rabitə və informasiya vasitələrindən sərbəst
istifadə etməsi üçün lazımı şəraiti təmin etməlidirlər.Hazırda 5000-dən çox
əlil vətəndaş mənzillə təmin olunmuşdur və bu, olduqca müsbət haldır.
Lakinburada binaların alternativ yerdə yerləşməməsi, istilik kommunal sis-
teminin tam quraşdırılmaması, kupçalarla bağlı müəyyən problemlər
mövcuddur.Düşünürəm ki, əlillərə mənzillər uzun müddət insanların
yaşadığı binlardan verilsin. Bu zaman əlil vətəndaşlar binada yaşayan digər
195
Əlillərin sosial müdafiəsi və onların fərdi reabilitasiyasının
əsas inkişaf istiqamətləri
qonşularla ünsiyyətdə olacaq, onların cəmiyyətə adaptasiyasındakı mövcud
problemlərdə zamanla aradan qalxacaqdır.
Onuda qeyd edək ki, qanunvericilikdə əlillərin və sağlamlıq imkanları
məh dud uşaqların pulsuz tibbi müalicədən keçmək hüquqları vardır. Eyni
za manda, müxtəlif səbəblərdən yaranan əlillik müqabilində əlillərin pulsuz
dər man və peraparatarla təmin olunması qeyd olunmuşdur (12). Əmək və
Əha linin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan, 14 region üzrə
fəa liyyət göstərən bərpa-müalicə müəssisələrində 9 minə yaxın əlil bərpa-
müa licə xidməti ilə təmin olunur. Burada görülən işlər əlillərin rea bi li ta si -
ya sında və onların sosial adaptasiyasında olduqca böyük rola malikdir.
Qeyd edək ki, bu ilin ilk 3 ayında əlillərin reabilitasiya səviyyəsi 550
nəfər olmuşdur. Təbii ki, ölkəmizin inkişafı ilə əlaqədər olaraq dövlətimiz
yeni reabilitasiya müəssisələri yaradır, lakin belə reabilitasiya
müəssisələrinin sayı yenədə azlıq təşkil edir. Eləcə də uzun müddətdir ki,
fəaliyyət göstərən bəzi reabilitasiya mərkəzlərində mövcud şərait əlilliyi
olan şəxsləri tam təmin etmir.Əlillərə sosial yardım göstərilməsi dövlətin
qarşısında duran əsas istiqamətlərdən biridir. Bu, əsasən pul ödənişləri
(pensiyalar, müavinətlər, birdəfəlik yardımlar) və dava-dərman, texniki və
başqa vasitələr, o cümlədən, arabalar, protez-ortopediyaməmulatı, xüsusi
şriftli mətbuat nəşrləri və s. təşkil edir. “Əmək pensiyaları haqqında”
Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununda əmək
pensiyalarının növlərindən biri olmaq etibarı ilə əlilliyə görə əmək
pensiyaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının əmək
pensiyaları haqqında qanunvericiliyində əlilliyə görə əmək pensiyalarının
təyin edilməsi şərtləri müfəssəl şəkildə müəyyən edilmişdir. Belə ki, əmək
pensiyaları haqqında Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək
pensiyası 19 yaşadək əlil olmuş, siğortalanmış şəxsin 1 il müddətində
siğorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş siğortalanmış şəxsə 1 il
siğorta stajı və əlavə olaraqyaşın üstünə gələn hər tam il üçün 4 ay siğorta
stajı olduğu hallarda təyin edilə bilər. Azərbaycan Respublikasında əlilliyə
görə əmək pensiyasının təyini zamanı həm kişilər, həm də qadınlar üçün
eyniyaş həddi müəyyən edilmişdir. Sosial müavinətlərin məbləğinin
artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 29 avqust
2013-cü il tarixli Fərmanı ilə əlillik “ümumi xəstəlik”, “hərbi xidmət
dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi
əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də
qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə — 67 manat II qrup əlillərə — 50 manat III qrup əlillərə —
43 manat; əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün,
müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və
Aygün Abbaszadə
196
Dostları ilə paylaş: |