Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

fəaliyyətlərinin  təşkilinin  xüsusi  rolu  vardır.Bu  baxımdan  animasiya
xidmətlərinin  inkişaf  etdirilməsi  turizm  müəssisələri,  xüsusilə  də
mehmanxanalar üçün qaçılmaz bir zərurətdir.
Dünya  tədqiqatçıları  tərəfindən  son  yarım  əsrdə  araşdırılmağa
başlanan  animasiya  təmamilə  yeni  sahədir  və  Latın  mənşəli  söz  olub
(“anima” – hava, külək, küləyin əsməsi, ruh, can) mənası canlandırma
deməkdir. Ümumilikdə animasiya butun canlandırmaları əhatə edir.Kom-
puter  texnologiyası  ile  yaradılan  çizgi  filmleri  de  animasiya  olaraq
adlandırılır.Lakin turizm sahəsində animasiya dedikdə turistlərin asudə
vaxtlarını xoş keçirmələrini təmin edən, onları əyləndirən fəaliyyətlərin
toplusudur. Animator isə canlandırıcı canlandıran şəxs anlamını daşıyır.
Animasiya fəaliyyətləri bir sosial hadisə kimi meydana gəlmişdir.Qədim
dövrlərdə üz boyamaqla, maskalardan və müxtəlif aksesuarlardan istifadə
edilməklə  həyata  keçirilən  tədbirlər  aktiv  fəaliyyət  kimi  animasiya
fəaliyyətinə aid edilir. Həmin dövrlərdə yaşayan qəbilə üzvləri özlərini
fərqli hərəkətlər və rəqslərlə ifadə etmişlər və bununla da animasiyanın
təməli qoyulmuşdur. Turizm sektorunda isə animasiya mehmanxanalarda
xüsusile de restoranlarda qonaqlarin memnuniyyetini artıracaq, onlarda
daha xoş təəssürat oyadacaq fərqliliklər, əyləncələr şəklində özünü büruzə
vermişdir. Onların asudə vaxtlarını səmərəli, əyləncəli keçirəcəkləri bəzi
aktiv fəaliyyətlər yaradılmağa başlandı. Əvvəldən mövcud olan əyləncə
mədəniyyətinə sadəcə yeni oyunlar, aktiv fəaliyyətlər əlavə olunmaqla bir
çeşidlik  zənginlik  yaradılmış  və  bu  zənginlik  daha  da  artaraq  davam
edəcəkdir (A.Hazar – 2003, E.Erdem – 1987).
Ümumilikdə animasiya bir tətili zövqlü hala gətirə biləcək, dəyişiklik
yarada biləcək əyləncə fəaliyyətidir. Gəlirləri artdıqca insanlar əylənmək,
xoş vaxt keçirmək üçün yüksək miqdarda pul ayırırlar və bunun nəticəsi
olaraq  turizm  müəssisələri  xüsusilə  də  mehmanxanalar  əyləncə
fəaliyyətlərinə, animasiya proqramlarına böyük önəm verməyə başlamışdır.
Animasiya funksiyasının başlıca iki məqsədi var:1)turistlərin əyləncəyə və
idman ehtiyaclarını qarşılamaq və 2) onları daha yaxşı sosial əlaqələr,
ünsiyyət qurmaq kimi imkanlarla təmin etmək (Laloumis – 2000; Lytras –
2002; Glinia et al. – 2004). Həm mehmanxana gəlirlərinin artması, həm
də yüksək imic formalaşdırmaq baxımından böyük fayda gətirən animasiya
fəaliyyətləri bir sıra funksiyalar yerinə yetirir:
1. Sosial funksiya
2. Mədəni funksiya
3. İdman funksiyası
4. Asudə vaxtla bağlı funksiyaları
5. Təlim məqsədli funksiyaları
İlkin Şərifzadə
98


Sosial  funksiyalar:  Mədəni  dəyərlərin  paylaşılması  ilə  insanlar
arasında sosial əlaqələr yaradır, onlarda sağlam düşüncə, xoş əhval-ruhiyyə
formalaşdırır
Mədəni funksiyalar: Animasiya xalq mədəniyyətinin yayılmasını,
tanıdılmasını təmin etməklə bir növ mədəniyyətləri birləşdirir.
İdman xarakterli funksiyaları: Hazırda maraq göstərilən, fərqli idman
növləri olan basketbol, futbol, üzgüçülük, voleybol, eləcə də qış və su
idman  oyunlarına  xeyli  turistlər  cəlb  olunur.  Nəticədə  bu  fəaliyyətlər
seyredənlərin də xoş vaxt keçirmələrini təmin edir.
Asudə vaxtla bağlı funksiyaları: Animasiya fəaliyyətlərinin əsas
hədəfi  –  hərəkət  və  aktivlik  yaratmaq,  turistlərin  dəniz  və  digər
fəaliyyətlərdən sonra qalan zamanlarını dəyərləndirmək və gözləntilərini
qarşılamaq üçün əyləncəli tədbirlər reallaşdırmaqdır
Təlim  məqsədli  funksiyaları:  Animasiya  fəaliyyətləri  xoş  vaxt
keçirməklə yanaşı turistlərə öyrədici funksiyanı yerinə yetirir.Misal üçün
Azərbaycan folkloru əcnəbi turistlərə fərqli səhnələrlə və eyni zamanda
onların da bu səhnələrdə iştirakını təmin etməklə aşılana bilər. Beləliklə
folklorumuzu xarici turistlərə tanıtmış oluruq.
Əylənmək insanlar üçün psixoloji, sosial bir ehtiyacdır və işlədikləri
müddət ərzində gərginlik, yorğunluqdan, qayğılardan uzaq olmaq üçün
müraciət edilən bir yoldur. Bütün bir il boyunca çalışıb yorulan insanlar
əyləncəli fəaliyyətlərlə məşğul olmaqla həm fiziki yorğunluqlarını aradan
qaldırmağa, həm də mənəvi olaraq rahatlamağa çalışırlar. Bu baxımdan
animasiya fəaliyyətlərinin turistlərə faydası çoxdur:
– Turistlər fiziki, əqli, sosial fəaliyyətlərdə iştirak edərək rahatlayırlar.
– İdman, sosial-mədəni və s. fəaliyyətlərə aktiv şəkildə qoşularaq
enerjilərini bərpa edirlər.
– İnsanlar müsbət enerji qazanaraq gərginliklərini azaldırlar.
–  İdman  fəaliyyətləri  və  oyunlar  sayəsində  əylənərək  istirahət
ehtiyaclarını aradan qaldırır.
–Turistlərin uğur əldə etmə, yaradıcılıq, şəxsiyyətini inkişaf etdirmə,
etnik qruplarla mübadilə bacarıqları artır.
– Dostluq qurma, macəra axtarışı, yeni təcrübələr əldə etmə, fiziki və
ruhi möhkəmlik, zehni güclərini istifadə etmə, təcrübə qazanma, xidmət
duyğusu, gözəllikləri görmə və s. kimi imkanlar əldə etmiş olur. (A.Hazar
– 2003.)
Animasiya proqramları hazırlanarkən əsas məqsəd həmin bölgəyə və
yaxud  mehmanxanaya  gələn  turistlərin  istək  və  ehtiyaclarına
uyğunluğudur.Nəzərdən keçirilməsi vacib olan bəzi istəklər əsas etibarilə
aşağıdakılardan ibarətdir:
99
Animasiya fəaliyyətlərinin xüsüsiyyətləri


– Qaçış və ya başqa bir məkanda olmaq arzusu
– Dincəlmək və rahatlanmaq
– İnsanlarla əlaqələr
– Bəzi fəaliyyətlərə qoşulma yolu ilə özünü ifadə və yaratma ehtiyacı
– Müxtəlif mədəniyyətlərə qarşı maraq onları kəşf etmək istəyi
– Əylənmə ehtiyacı və s.
Animasiya xidmətləri mehmanxana müəssisələrinin xüsusi funksiyası
olub qonaqlara ünsiyyət yaratmaq, digərləri ilə interaktiv münasibət qur-
maq, yaratmaq, əylənmək kimi imkanlar təqdim edir (Glinia, Lytras, &
Maras, 2004; Laloumis, 2000).Animasiya fəaliyyətlərinə təsir edən digər
səbəb sosial-iqtisadi faktorlardır ki, onların araşdırılması hər bir animasiya
proqramları hazırlayan turizm təsisatı üçün, xüsusilə də “resort” mehmanx-
analar üçün olduqca əhəmiyyətlidir.
– Turistlərin danışdıqları dillər
– Seçilən gəzinti formaları: fərdi, ailə və ya qrup
– Turistlərin gəlirləri və xərcləri
– Səyahətdə olduqları müddət:qısa müddətli, uzunmüddətli
– Turistlərin yaşı, cinsi, təhsili və s.
Günbəgün inkişaf edən, yeniləşən dünyamızda təbii ki, animasiyanın
da təkmilləşməsinə ehtiyac vardır. Turistləri cəlb etmək üçün bir-birindən
fərq  li, onları əyləndirəcək, yaddaşlarda həkk olunacaq animasiya proq ram -
la rının təşkil olunması animatorların önündə duran mühüm mə sələlər dən dir. 
Digər mühüm məsələ isə təbii faktorların nəzərdən keçirilməsidir.
Ona  görə  ki,  animasiyanın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  edir.
Məsələn, Ərazinin coğrafi quruluşu - çimərliklərin, xizək sahələrinin,
çayların olması; İqlim - mövsümülük, günəşli günlərin sayı, küləkli günlər
və s.; Bitki örtüyü və heyvanlar – bitki, bağların və heyvan növlərinin
xüsusiyyətləri, balıq ovçuluğu və s. kimi. 
Bundan  başqa  mədəni  faktorların  dəyərləndirilməsi  böyük  önəm
daşıyır. Tarixi xüsusiyyətlər – tarixi hadisələrə şahidlik edən abidə və
əsərlər; İncəsənət zənginlikləri – arxeologiya, sənət əsərləri, memarlıq
abidələri, sərgilərin nümayişi və s.; Digər mədəni xüsusiyyətləri – adət-
ənənələr, şənliklər, folklor, din, yaşam tərzi və s. 
Əyləncə xidmətləri: İdman – xizək, atıcılıq sahələri, safari, dayvinq,
müxtəlif idmanların öyrədilməsi; Mədəni xidmətlər – muzey, teatr, kino,
sərgi salonları, qarşılama proqramları və s.; Müxtəlif əyləncə xidmətləri –
rəqs salonları, oyun salonları və s.
Maliyyə qaynaqları: Layihələri reallaşdırmaq üçün maliyyə mənbə -
lə rinin, maliyyə vasitə və vəsaitlərinin olması animasiya fəaliy yət ləri nin
gerçəkləşdirilməsi üçün labüddür.
İlkin Şərifzadə
100


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə