6
Kilsə
Snelman alovlu məhəbbətlə sevdiyi Suomini oyandırmaq
üçün yalnız xalq müəllimləriylə danışmaqla kifayətlənmirdi.
Haradasa, məmurların, həkimlərin, ruhanilərin, tacirlərin,
müəllimlərin, zabitlərin hansısa yığıncağı olurdusa, Snelman
fürsət tapıb toplaşanlara deyirdi:
- Xalq haqqında düşünün. Siz hamınız bu xalqın içindən
çıxmısınız. Kim olmaq istəyirsiniz? Özünüzü savadsız qar-
daşlarınızdan ayırmaqmı istəyirsiniz? Yoxsa öz xalqınızın
həyatını necə yaxşı qura bilmək üçün düşünəcəksiniz? Xalq
kütlələrini mədəni cəhətdən yetişdirmək üçün hansı işlər
görmüsünüz?
Snelman ruhanilərə üz tutub deyirdi:
- Kilsənin hörmətli ruhani atalan və pastorları! Düşməniniz
olaraq deyil, kilsənin oğlu, dini ruhlu bir insan kimi sizdən xahiş
edirəm: Həqiqətən öz xalqınıza yol göstərin! Ruhanilər kilsə
məmurları demək deyil. Sizin işiniz yalnız mərasim və ayinləri
icra etməklə qurtarmır. Sizin fəaliyyətiniz kilsəyə qulluq etməklə
bitmir. İsa Məsih hər şeydən öncə, xalqa təmiz, xeyirxah, doğru
yaşamağı öyrədirdi. O
50
insanların vicdanını oyadırdı. Onlara öz yaxınlarına sevgi
aşılayırdı. Xeyiri necə yaratmağı, insan-heyvanlardan, insan-
vəhşilərdən Tanrı oğlu düzəltməyi öyrədirdi. Xalqın içinə canlı
nəsihətlər və canlı həqiqətlərlə gedin. Xalqla, özünüzün
darıxdırıcı, ürəkbulandıran keşiş dilinizdə danışmayın, yüz
illərdir özünüzü, bu ölmüş sözləri ikiüzlülüklə təkrarlayan
meyitlər kimi aparmağınız kifayətdir. İsa Məsih indi Suomiyə
gəlsəydi, xalqınızla necə danışardısa, siz də onunla məhz o cür
danışın.
Müqəddəs atalar, siz ey İsa Məsih ardıcıllarının bələdçiləri,
iki milyonluq fin xalqı adından, göz yaşları içində sizdən xahiş
edirəm: ruhunuzu bu ölmüş fikirlərdən ibarət sxolastik
fəlsəfədən təmizləyin, özünüzü canlı İsa Məsih kimi aparın və
xalqa onun həqiqətlərini anlamağı öyrədin. Qocalarda və
uşaqlarda, gənclərdə və yaşlılarda yuxuya dalmış iradəni oyadın,
canlandırın və İncilin öyrətdiyi kimi yaşamaqla onlara nümunə
göstərin.
Bir dəfə Finlandiyanın paytaxtı Helsinqforsda yepiskopların
toplantısı keçirilir və orada aşağıdakı suallar müzakirə edilirdi:
-
Xalq kütlələri arasında dinin ölüb getməsi;
-
Kilsəyə laqeydlik və ruhanilərə hörmətsizlik;
-
Bunlarla mübarizə aparmaq üçün lazım olan üsullar.
Snelman bu toplantıda məruzəylə çıxış etmək istədiyini
bildirdi. Əvvəlcə buna etiraz etdilər:
-
Bura yepiskopların toplantısıdır, mülki adamlar bu
toplantıda iştirak edə bilməz. Üstəlik, ilahiyyat təhsili olmayan
Snelman kilsənin yüksək təbəqəsindən olan insanlara nə deyə
bilər?
51
Əvəzində Snelman toplantıya açıq məktub yazıb göndərdi:
- Mənim sizə nəsihət vermək fikrim yoxdur. Mən mülki bir
adam kimi sizə yalnız geniş və zəngin məbədlərinizin nəyə görə
bizim kimi mülki insanlar üçün soyuq olduğunu söyləmək
istəyirəm. Siz özünüz, xalqın dindən və kilsədən soyuduğunu
təsdiqləyirsiniz, mən isə bunun səbəbini izah etmək istəyirəm.
Məni “xalqın səsi olaraq” dinləməyinizi xahiş edirəm, məni öz
kilsənizdəki toplantıya buraxmaq və mənə qulaq asmaq
istəmirsiniz. Dərdini demək istəyən xəstəyə qulaq asmadan onu
necə müalicə edə bilərsiniz? Bundan sonra Snelmam kilsə
toplantısına çağırdılar və o, yepiskoplara belə bir müraciət
ünvanladı:
“Mənim sizi ittiham etmək, günahlandırmaq niyyətim
yoxdur. Onsuz da mən deməsəm də, indi insanların çoxu
ruhaniləri qınayır və günahlandırır. Mən isə ruhaniləri deyil,
özümü, cəmiyyəti, bütün xalqı günahlandırıram. Ruhanilər
göydən düşmür, onları külək bataqlıqlardan qovub gətirmir.
Bizim ruhanilərin əti ətimizdən, sümüyü sümüyümüzdəndir.
Necə olmasından, yaxşılığından-pisliyindən asılı olmayaraq,
ruhanilərimiz də elə bizim özümüz deməkdir. Onlar bizim
aramızdan çıxıblar. Ona görə də, kimlərinsə ruhaniləri
günahlandırdığını görəndə o şəxslərdən soruşuram:
Aranızda neçə nəfər vicdanlı və dürüst tacir var? Aranızda
namuslu aşpazlar, vicdanlı bənnalar, memarlar, dəmirçilər
varmı? Hansı sənət sahibləri sizi qane edir? Vəkillərinizi,
parlament üzvlərinizi, jurnalistlərinizi bu ölkənin dadı-duzu
saymaq olarım? Siz nə istəyirsiniz? Əgər öz aranızda namuslu bir
donuzotaran tapa bilmirsinizsə, onda nə üçün kilsədə dürüst bir
tann bələdçisinin olma- mamsına heyrətlənirsiniz? Sizin kilsəniz
də elə özünüz
52
sünüz. Eləcə, ruhaniləriniz də özünüzdən ibarətdir. Onlar sizin
xəmirinizdən yoğurulub bişiriliblər.
- Ona görə də mən buraya sizi günahlandırmaq üçün deyil -
Snelman
üzünü
bütün
Finlandiyanın
yepiskoplarının
toplantısında iştirak edənlərə tutub dedi, - həkimin yanma gələn
xəstə kimi gəlmişəm. Gəlmişəm sizə deyəm: Xalq kobuddur.
Xalq amansızdır. Xalq yalançıdır. Xalq tamahkardır. Xalq heç
kimə və heç nəyə hörmət etmir. Xalq heç kimə etibar etmir. Hamı
bir-birinə şübhəylə yanaşır. Burada dinin yeri haradadır? Burada
hansı din ola bilər? Xalqda yalnız bir sıra qədim kilsə adətləri və
xurafat qırıntılarına alışqanlıqdan başqa din adına layiq heç nə
yoxdur.
Məgər bütün bunlar xalqın günahıdır? Kim və harada xalqa
din haqqında həqiqətləri danışıb? İsa Məsih və onun ardınca
həvariləri, özləri xalqın içinə gedirdilər. Onunla çox sadə və
aydın bir dildə danışırdılar. Misallar çəkirdilər. İbrətamiz
əhvalatlar danışırdılar. Onun ürəyini, ruhunu ayıldırdılar.
Beləliklə, minlərlə insan İsa Məsihin ardınca gedirdi, İohan
peyğəmbərə qoşulub səhraya üz tuturdu... Ancaq indi kilsələr,
hətta, böyük dini bayramlarda belə boşdur! Adamlar moizələrdən
qaçırlar. Nə üçün? Çünki burada ölmüş adamlar ölmüş sözlər
danışmaqla məşğuldur və bu sözlər xalqın şüuruna və ürəyinə heç
nə çatdıra bilmir. Düşünün, görək bu fəlakətdən necə çıxmaq
olar. Bunu siz etməlisiniz. Bu, sizin işinizdir. Bunun məsuliyyəti
sizin boynunuzdadır.
- Sizə, - Snelman sözünə davam etdi, - xalqın ağır ruhi xəstə
olduğunu demək istəyirəm. Çox qorxulu bir şəkildə xəstədir. Din
- insanın dünyayla, insanlarla, çöldəki hər bir bitkiylə, duygusal
əlaqəsidir. Əgər belə bir əlaqə yoxdursa, onda dövlətin,
cəmiyyətin, ailənin, hətta, insanın belə
53
mövcudluğu mümkün deyil. Xalqın dinc olmaması kilsənin
məsələsi deyil. Bu dövlətçiliyə qarşı təhlükədir. Kütlənin dinə
laqeydliyi xalq arasında qorxulu xəstəlik törədə bilər. Yelbeyin
gənclik ağıl kasadlığından əziyyət çəkən liberallarla birgə, çox
nahaq yerə, allahsızlığın azad düşüncəliliyin əlaməti olduğunu
düşünür. Allahsızlıq - ürəyin şikəstliyi, ruhun xəstəliyidir.
Allahsızlıq - xalqın varlığında özünə yer tapmış bütün
müqəddəsliklərin ölümüdür və elə bunun nəticəsində, biz indi
heyvan-insanlar, mənəviyyatsızhq, əxlaqsızlıq, kobud təkəbbür,
talançılıq, sırtıqlıq səviyyəsinə çatmış pozğunluqla üz-üzəyik.
Ona görə də mən adi vətəndaş kimi siz kilsə atalarma
deyirəm: xalqın ruhundakı Allah ölür. Bu ölümdən daha qorxunc
nə ola bilər? Əgər siz özünüzün, Allahın və öz xalqınızın
qarşısında vicdanınızın rahat olmasını istəyirsinizsə, günahkarları
uzaqda axtarmayın. Elmi, fəlsəfəni, ziyalıları günahlandırmayın,
bütün inanclarda olmuş və bu gün də yaşamaqda davam edən
fariseyçiliyə nəzər salın.
Özünüzü günahlandırın!
Özünüzü müalicə edib sağaldın!
Xalqa öyrətmək istədiklərinizi öncə özünüz öyrənin.
Özünüz Allahı axtarın. Özünüzdə. Özünüz üçün. Bundan
sonra xalqa Allahın yolunu həyatda göstərin!
Təkrar edirəm, xalqın ruhu Allahsız olduqca, onun xilası
mümkünsüzdür. Mən siz - kilsə rəhbərlərinə müraciətimi kömək
barədə çağırışla bitirirəm:
Xalqımızı xilas edin! Allahı ona qaytarın. Ona inancın ölü
qaydalarıyla təsir etməkdən əl çəkin, Allahın könüllərdə canlı bir
duyğuya çevrilməsinə çalışın.
Snelman çıxışını bitirib toplaşanlar qarşısında baş əydi. Onun
bu çıxışı zalda əyləşənlər arasında fərqli təəssürat ya
54
ratmışdı. Bəzi ruhanilər qəzəblənmişdilər. Onlar uca səslə
deyinirdilər:
- Biabırçılıq! Həyasızlıq! Bu, kilsəni təhqir etməkdir! Bizi ələ
salmaqdır!
Başqaları isə, - nə yaxşı, onlar çoxluqdaydılar - susurdular.
Bu sükut Snelmanın sözlərinin həqiqət olduğunu etiraf
etmələrinin ən yaxşı sübutuydu. Onlar öz keçmişlərinə görə
xəcalət çəkir, ancaq eyni zamanda gələcəkləri üçün sevinirdilər.
Uşaqlıqda Snelmanın dini təhsiliylə məşğul olmuş, toplantının
ən yaşlı yepiskoplarından biri natiqə yaxınlaşdı, onu bərk-bərk
qucaqlayıb dedi:
- Çox sağ ol! Sən öz qoca müəllimini sevindirdin. Mən indi
artıq əminəm, sənin qulluğundan azad olmağını xahiş etməyə
dəyər, çünki xalqı xilas etmək üçün lazım olan bəsirət gözüm
açılıb. Tanrı yardımçın olsun! Xalqı ayağa qaldır və onu
kamilləşdir! Bir daha çox sağ ol!
Bir sıra yepiskoplar bu toplantıdan qayıdandan sonra öz
yepiskopluğunun bütün ruhanilərinin yığıncağını keçirdilər.
Kilsə moizələrinin necə canlandırılması, ruhanilərin xalqla necə
yaxınlaşması barədə uzun-uzadı və ürəkdən söhbətlər apardılar.
Özlərinin də bir ruhani kimi onlara necə başçılıq etməli olduqları
bu söhbətlərinin əsas mövzusuna çevrilmişdi.
Həmin yığıncaqdan sonra, ruhanilərin ən müxtəlif təbəqələri,
bir yerə toplaşıb yığıncaqlar keçirməyə, İncili birlikdə oxumağa
başladılar. Böyük həqiqətlərin dərinliklərinə varmağa çalışdılar.
Bu yığıncaqlara inanclı insanları da dəvət edirdilər. Xalqla yeni,
daha başa düşülən dillə danışırdılar. Yeni mövzular, yeni suallar
ətrafında müzakirələr aparırdılar. Gəncləri və yeniyetmələri bir
yerə toplayıb söhbətlər aparır, onlara təsir etməyə çalışırdılar.
Keçmiş dövrlərdə
55
olduğu kimi, şüuru, elmi, həyat sevincini lənətləmir, onlara
özlərindəki təmiz uşaq ruhunu və gənclik idealının qızğınlığını
yaşatmalı olduqlarını təlqin etməyə çalışırdılar.
Xalq kütlələri də hərəkətə gəldi. Daha yaxşı həyata can
atmağa başladı. Çoxları özləri üçün yeni olan həqiqətləri
öyrənincə, ruhi yüngüllük duymağa başladılar. Ürəklər
yumşaldı. Gözlər daha çox açıldı, daha fərəhlə baxdı.
Snelman və dostları bu canlanmanı görüb sevinir, deyirdilər:
-
Sıralarımız artır. Biz xalqın maariflənməsi üçün yeni,
gərəkli və dəyərli köməkçilər qazana bildik.
56
|