“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı
və ictimai
xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış
publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından
sonra mühacirətə gedən Q.Petrov bu kitabı
Serbiyada çap
etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları
arasında böyük şöhrət qazanmış, təkrar-
təkrar nəşr edilərək
yayılmışdı. Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən
sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə,
burada təsvir
olunan hadisələr bütünlüklə reallığı
əks etdirmir, Q.Petrov
Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna
çıxması və çiçəklənən bir ölkəyə
çevrilməsinin özünəməxsus
modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində,
yarıreal- yarıutopik təsvirlərlə
oxucuya təqdim olunan
Finlandiya,
doğrudan da, bu əsərin yazılmasına
qədər və
yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən
qabaqcıl və zəngin bir ölkəsinə çevrilmesiyle heyrət doğurur.
1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı
çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi
liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.