8
Kazarma
İsveç hakimiyyəti dönəmindəki konstitusiyaya görə,
Finlandiyanın müstəqil poçtu və özünün pul vahidi vardı. Habelə
öz ordusu mövcud idi.
Rusiyanın hakimiyyəti altına keçəndən sonra da, bütün bunlar
olduğu kimi qalmışdı. Pul sistemi, poçt, sonradan dəmiryolları,
nahiyə və yerli idarəetmə, finlərin əlində toplanmışdı. Azsaylı fin
ordusu da qalırdı.
Fərq yalnız, isveçlilərin vaxtında hər şeyin faktiki olaraq
onların əlində olmasındaydı, hər məsələdə isveçli ruhu hakimdi.
FinlandiyalIlar İsveç hakimiyyəti və İsveç mədəniyyəti üçün
canlı gübrədən başqa bir şey deyildilər.
Suominin Rusiyanın hakimiyyəti altına keçməsindən sonra,
finlər tədricən, ancaq həm də qətiyyətlə, öz ölkələrinin sahibinə
çevrildilər və haqları olan yerləri və vəzifələri tutmağa
başladılar.
Proses aşağıdan başlanmışdı. Öncə xalq məktəblərində, sonra
orta və ali məktəblərdə isveçli müəllimlərin yerini fin müəllimlər
tutmağa başladı. Ruhanilərin, hakimlərin, həkimlərin,
məmurların çoxu finlər oldu.
61
Kiçik fin ordusunda fin ruhu hakim oldu. Hələ isveçlilərin
vaxtında bu ordunun əksəriyyətini finlər təşkil edirdi, ancaq
əslində onlar, fin dərisindən tikilmiş İsveç hərbi çəkməsini təmsil
edirdilər. Ordunun ali komanda heyəti, onun ruhu, zabitlərin
əsgərlə münasibəti İsveç qayda-qanunlarıyla müəyyən olunurdu.
İsveçlər qəhrəman xalqdır. İsveç kralı Qustav Adolf, XII Karl
və Böyük Pyotr kimi öz İslahatlarıyla İsveç ordusuna bütün
Avropada böyük şan-şöhrət qazandıra bilmişdi. Ancaq İsveçin
hərbi hakimiyyəti, elə başqa ölkələrdə olduğu kimi,
zadəganlardan təşkil olunmuş və xüsusi imtiyazlara sahib
təbəqəyə çevrilmişdi. Zabitlər məmurlara, tacirlərə və ziyalılara
yuxarıdan aşağı baxırdılar. Xalq - ordunun aşağı təbəqəsi sayılan
əsgərlər - kobud, amansız nizam-intizam qaydaları altında
saxlanan müharibə qurbanları hesab olunurdu. Zabitlər döyüş
meydanlarından, hərbi paradlardan və kazarmalardan başqa heç
nəylə maraqlanmır, başqa heç nə öyrənmək istəmirdilər. Özlərinin
bütün sərbəst vaxtlarını isə içki məclislərində, kart oynamaqla, ən
yaxşı halda rəqslərlə keçirirdilər.
Onların böyük hissəsi azsavadlıydı. Demək olar, heç nə
oxumamışdılar. Heç bir ictimai və xalqla bağlı maraqları yoxdu.
Qara-qışqırıq salmağı və silahla hədələməyi çox sevirdilər. Dəbə
pərəstiş edirdilər. Parad kostyumla- rıyla bəzənib-düzənməyi çox
sevirdilər. Əyləncəli salonların kavalerləri və mahir rəqqaslar
kimi ad çıxarmışdılar. Ancaq içməyə və kart oynamağa daha
böyük maraq göstərirdilər. Əsgərlərlə kobud, çox vaxt isə amansız
davranırdılar. Əsgərlərə təhqiramiz şəkildə “kazarma mal-qarası”
deyirdilər.
62
Gənc fın ziyalıları Snelmanın başçılığıyla ordunun
vəziyyətinə və əsgərlərin tərbiyəsinə çox böyük diqqət verməyə
başladılar. Gimnaziyaların, hətta, ali məktəblərin bir çox
məzunları təhsillərini bitirib hərbi məktəblərə daxil olurdular,
sonra isə orduya gedib orada beş, altı, hətta on il xidmət edir,
eyni zamanda öz elmi sahələriylə də məşğul olurdular.
Snelman onların düşüncə və duyğularının ifadəçisiydi, o,
hərbi məktəbin tələbələri və gənc zabitlərlə söhbətində, yaxud
onlara müraciətlə yazdığı qəzet məqalələrində, belə bir düşüncə
aşılamağa çalışırdı:
- Ordu xalq üçün ən yaxşı, ən xeyirli və ən məsuliyyətli bir
məktəbə çevrilə bilər. Unutmayın: ölkə əhalisinin içərisindən ən
ucqarlarda yaşayan ən sağlam insanları, həyatlarının ən gözəl
çağlarında toplayıb orduda xidmətə göndərirlər.
Minlərlə gənci ailəsindən, adət etdiyi işdən ayırır və uzun
müddətə kazarmalarda yaşamağa göndərirlər. Burada onları
yedirir, geyindirir, bütünlüklə təmin edirlər. Əgər bəzən onları
işləməyə, özü də çox ağır əməyə cəlb edirlərsə də, orduda
qazanılmış vərdişlərin evə qayıdandan sonra onlara heç bir
faydası olmur.
Təəssüf doğursa da, hətta, ən mədəni ölkələr belə, sülh və
barış içində yaşaya bilmir, - Snelman qeyd edirdi. - Köhnə
ədavətlər və çapıb-talama ehtirasının baş qaldırması, fırtınalı
dənizin sahillərini əlinə alması kimi onları yerindən oynadıb
qanlı savaşlara yönəldir. Daşqınlardan bəndlərin köməyi ilə
qorunurlar. İstənilən ordu çox bahalı canlı bənddir, o minlərlə
qəhrəmanının
sinəsiylə
vətənin
sərhədlərini
düşmən
həmləsindən qoruyur, öz arxasında, xalqın sülh və azad əmək
şəraitində yaşamasını təmin edir.
63
Ordu xüsusi fədakar топах ordenidir, - Snelman deyirdi. -
Ancaq biz mülki insanlar hər bir zərrəsi bir insandan ibarət olan
bu canlı bəndi yetərincə dəyərləndirə və ona hörmət edə bilmirik.
Axı lazım olarsa, bu minlərlə zərrə bizim sağ qalmağımız və dinc
əməyimiz üçün sinələrini irəli verib həlak olacaq.
Əgər haradasa - küçədə, tarlada, dükanda, hətta yeməkxanada
- zabit və ya əsgərlə qarşılaşıramsa, məndə onlarla nəzakətlə
salamlaşmaq arzusu yaranır. İstəyirəm, onlara incə təbəssümlə üz
tutub deyəm:
- Əzizlərim! Doğmalarım! Gözəl insanlar! Bizə görə, elə
mənim üçün, siz ömrünüzü ağır bir xidmətə, vətənin qorunmasına
həsr etmisiniz. Tanrı sizləri qorusun!
- Özünüz düşünün, - Snelman davam etdi: kazarmadakı hər
bir əsgər, canlı qiymətli daş deməkdir. Hər il minlərlə belə canlı
daş-qaş toplanılır. Onlan uzun müddət bir yerdə saxlayırlar... Bu
canlı brilyantların ordudan çatlaq və ya sınmış halda qayıtması
yalnız ağrılı bir yanlış deyil, həm də qatı günah olardı.
- Bizim yeni fın ordusu gərək ruh, mənəviyyat, inkişafça və
əsgərlərin kazarmalardakı xidməti üzrə yenilənsin, - Snelmanın
mənəvi şagirdləri olan Fin ordusunun gənc zabitləri belə
deyirdilər. - Əsgərlər kazarma mal-qarası deyillər. Əsgər - bizim
yaşca kiçik, yetərincə savadlı olmayan qardaşımızdır, anamız
vətən onu bizim yanımıza tərbiyə olunmaq üçün göndərib. O
hərbi xidmətini qurtarıb evə qayıdanda vətən məndən soruşacaq:
- Sən onları necə hazırladın? Sənə etibar edilən yüzlərlə,
minlərlə gənc fidanları necə böyütdün?
Zabit yalnız əsgərin qardaşı deyil. Müharibədə onun böyük
qardaşı olmaqla da iş bitmir. Zabit - əsgərin müəllimidir.
64
Onun tərbiyəçisidir. Əsgərin bədəni (onun sağlamlığı), başı
(onun ağlı və beyni), ürəyi, ruhu (onun xarakteri), onun vicdanı,
onun həyata baxışı, insanlara, valideynlərinə və həyata
münasibəti zabit üçün vicdan məsələsidir.
Gənc fın zabitləri, özlərini yeni Fin ordusunun fəhlələri sayan
bu insanlar, xidmətin ağırlığından çəkinmir, əksinə, öz
vəzifələriylə öyünür və fəxrlə deyirdilər:
- Burada nə var axı? Biz öz ölkəmizə yalnız müharibələrdə
faydalı olmalı deyilik. Kazarmalarda olduğumuz bütün
müddətlərdə də, xalqımıza xidmət edə bilərik. Hər bir əsgərlə
daimi təmasda olmaqla xalqa, onun övladlarına faydalı olmaq
mümkündür. Əvvəllər “kazarma” sözü çox vaxt söyüş kim
işlədilərdi:
-
Özünüzü yaxşı aparın: siz kazarmada deyilsiniz!
-
Kazarma kimi iylənir.
-
Onu kazarma bu günə saldı...
Gənc fın zabitlərinin fikrincə, indi kazarma başqa cür ola bilər
və olmalıdır:
-
Biz kazarmanı xalq məktəbinə çevirəcəyik. Xalq uni-
versiteti edəcəyik. Əsgərlər xidmətdən sonra kazarmanı sevinclə
xatırlayacaqlar. İnsanlar kazarma haqqında qürurla danışacaqlar:
-
Kazarma onu islah elədi.
-
Bu kazarma onu tərbiyə etdi: inkişafına yardımçı oldu,
çevik, vicdanlı, çalışqan, nəzakətli, faydalı və səliqəli bir insan
kimi yetişdirdi.
Fin zabitləri kazarmada böyük apostolsayağı vəzifələrinə belə
başladılar. Onların üzərinə böyük işlər düşürdü. Hər bir addıma
diqqət yetirirdilər. Öz həyatlarını bütünlüklə kazarmadan asılı
şəkildə yenidən qururdular.
65
Əvvəllər, isveçlilərin vaxtında, kazarmalar kirli və narahatdı.
Orada ölgün bir ruh hakimlik edirdi. Hava turşumuş və
ağırlaşmışdı. Əsgərlər səliqəsiz geyinir, aclıq çəkirdilər. Çox
zaman pis qidalanma xəstəliyə səbəb olurdu. Rütbəcə böyük
olanlar əsgərlərin hər şeyini talayır, yeməyi, paltarı, ayaqqabını,
kazarmanı qızdırmaq üçün olan odunu, hətta avadanlığı belə
oğurlayırdılar. Onlarla kobud davranırdılar. Əsgərlərin
alçaldılması xidmətin tərkib hissəsinə çevrilmişdi.
İndi isə hər şey kökündən dəyişib. Kazarmaları yığışdırır,
havasını daim dəyişirlər. Əsgər və zabitlər boş vaxtlarında
kazarmanın ətrafında bitki əkir, çiçək bəsləyirlər. Saxsı qablarda
becərilən çiçəklər kazarmaların içərisini bəzəyir. Pəncərələrdən
pərdə asılıb. Döşəmədə palazlar, qapıda ayaq silmək üçün
döşəmə əsgisi var. Ayaqqabılar girişdə diqqətlə təmizlənir.
Əsgərlər əyin-başlarının təmizliyinə xüsusi diqqət yetirirlər.
Həftədə bir dəfə çimirlər.
Zahiri təmizliklə yanaşı daxili təmizliyin də qayğısına
qalmır. Keçmişdə isveçlilərin sərxoşluğu və kobud
söyüşcüllüyüylə bağlı məşhur deyimlər yaranmışdı:
-
İsveçli kimi keflidir.
-
İsveç əsgəri kimi biabırçı söyür.
Həqiqətən də isveçlilərin vaxtında kazarmalarda dəhşətli
dərəcədə çox içilir və burada daima ağır ana söyüşləri eşidilirdi.
Əsgərlər, zabitlər, generallar üçün söyüş söymək adət halını
almışdı. Acıqlananda da, dostyana danışanda da söyüş
söyürdülər. İyrənc söyüşlər səslənirdi. Bu ürəkbulandıran
söyüşlərdən, ana, Allah, İsa Məsih, günəş, göy də qoruna
bilmirdi. Ən alçaq söyüşlər sel kimi axıb gedirdi.
Gənc fın zabitləri kazarmada sabundan istifadə edilməsinə
başladılar. Əsgərləri səhərlər, axşamlar və hər dəfə
66
yeməkdən öncə və sonra əllərini yumağa öyrəşdirdilər. Hər bir
əsgərin əl-üz dəsmalı və diş fırçası olması mecburiydi. Əsgərlərə
dişlərini təmizləməyi öyrətdilər. Onlara güzəşt etmirdilər. Söyüş
söymədən, hər bir əsgərdən ciddi nizam- intizama tabe olmağı
tələb edirdilər.
Əvvəllər yalnız əsgərlər deyil, çox vaxt tərbiyəli ailədən
çıxmış zabitlər belə, yaranmış ənənəyə görə, bu iyrənc söyüşləri
hərbi xidmətə xas özünəməxsus hünər, incəlik sayırdılar. Küçə
söyüşləri üzrə xüsusi mütəxəssislər yaranmışdı: onlar istənilən
vəziyyətdə dayanmadan söyüş söyə bildikleriyle öyünürdülər.
Gənc fin zabitləri kazarmalarda yeni həyat tərzi forma-
laşdırırdılar. Onlar bununla bağlı deyirdilər:
- Kazarma - bizim ümumi ailəvi evimizdir. Bura bizim elmi
kafedramızdır. Ruhanilər üçün kilsə nədirsə, bizim üçün də
kazarma odur. Burada özünü, qadınların arasında olduğundan da
tərbiyəli aparmaq lazımdır.
Gənc zabitlər sözdə də, işdə də, əsgərlərə nümunə olmağa
başlamışdılar:
- Kazarmanı sərxoşluq yuvasına və ya ayaqyoluna
döndərməyin. Döşəməyə tüpürməyin, onun həmişə təmiz
olmasının qayğısına qalın. Havanı kobud söyüşlərlə
çirkləndirməyin, öz dilinizin və yoldaşlarınızın qulaqlarının
təmizliyini qoruyun. Kobud söyüş it hürüşündən də beterdir. Bu
əqli və ümumi mənəvi mədəniyyətsizlik əlamətidir. Əgər siz öz
hünərinizi göstərmək istəyirsinizsə, bunun üçün daha xeyirxah
və gözəl yollar tapın:
İdmanla məşğul olun. Gözəl və uzun müddətli üzməyi,
xizəkdə sürüşməyi öyrənin. Güləşdə çevikliyə alışın.
Hündürlüyə və uzunluğa daha yaxşı tullanmaq bacarığınızın
qayğısına qalın.
67
Mahnı oxumağı, hansısa musiqi alətində çalmağı, gözəl rəqs
etməyi öyrənin.
Cəmiyyət içində özünüzü mədəni aparmağı bacarın. Maraqlı
həmsöhbət olmağa çalışın. Yaxşı məsləhətləri oxuyun və
başqalarından da nəsə öyrənin. Onları unutmayın.
Beləliklə gənc zabitlər ən qayğıkeş pedaqoqlara çevrildilər.
Hərbi məşğələlərlə yanaşı, onların hər biri, əsgərlərin tərbiyəsi
üçün xeyli vaxt ayırırdı. Hərbi oyunlar, əyləncəli gecələr təşkil
edilirdi. Əsgərlərə, müğənnilik və musiqi dəməkləri təşkil
etmələri, rəqs və rəsm kursları yaratmaqları üçün yol
göstərirdilər.
Savadca zəif olanlarla şagird kimi davranırdılar. Gecələr
onlara kitab oxutdururdular. Maraqlı mövzulardan söz açırdılar.
Müxtəlif xalqların ən yaxşı hekayələrini, macəralar və
qəhrəmanlar barədə əyləncəli əsərlər oxumaqla onları mütaliəyə
həvəsləndirirdilər. Vətənin və dünyanın tarixində baş verən
hadisələrlə bağlı çəkilmiş rəsm əsərləriylə tanış edir, Suominin
və dünyanın ən gözəl peyzajlarının rəsmlərini nümayiş
etdirirdilər.
Çoxları, bu cür tərbiyə olunmuş əsgərlərin evə qayıdandan
sonra vətənə faydalı şəkildə xidmət üçün hazır olduğunu irəli
sürürdü.
Onları ayıltmaq və hərəkətə gətirmək üçün deyirdilər:
- Orada insanlar köstəbək kimi yeraltı qazmalarda yaşayırlar.
Nə görür, nə eşidirlər. Siz də ora bu düşüncənizlə qayıtsanız, elə
köstəbəklər kimi qaranlıq dünyada yaşayacaqsınız: ancaq
düşüncələrinizi yeniləsəniz, köstəbək kimi ömür sürməkdən
utanacaqsınız. Yeni həyatın qaranquşları olun. Gedəcəyiniz
ucqarları öz ağlınızla işıqlandırmağa çalışın. Yeni gücə çevrilin.
Dinc mədəni əməyin bahadırları olun.
68
Hər bir orduda xüsusi imtiyazlı və seçilən alaylar olur.
Qəhrəmanlar alayı. Onlar özləri də, özgələri də bu hərbi birlikləri
“ölüm alayları” adlandırır. Ölüm qusarları, ölüm əjdahaları,
ölüm atıcıları və başqa bu kimi adlar da işlənir. Bunun öz mənası
var - əgər müharibə olarsa və zərurət yaranarsa, hamısı bir nəfər
kimi ölməyə hazır olacaqlar. Onlar əsl qəhrəmanlardır. Ancaq
vətən uğrunda yaşamaq özü, onun uğrunda ölməkdən kiçik
qəhrəmanlıq sayılmamalıdır. Oxuyub-öyrənməyin, vətənin,
doğma xalqın çiçəklənməsi üçün çalışmağın özü də ən böyük
qəhrəmanlıqdır.
- Sizdə torpağı necə becərirlər, necə əkirlər, taxılı necə
biçirlər?
- Sizdə süddən ərsəyə gələn məhsulları necə hazırlayırlar,
meşə meyvələrini toplayıb qış üçün tədarük görürlərmi?
- Sənətkarlıqla necə məşğul olurlar?
- Kişilər öz arvadlarına necə münasibət bəsləyirlər?
- Valideynlər uşaqlarını necə tərbiyə edirlər?
Bütün hərəkətlərində şüurlu düşüncəyə əsaslanan xalqlar bu
və bu qəbildən olan başqa məsələləri daha yaxşı həll edə bilirlər.
Nə üçün ingilis mahudunu, çex şüşəsini, holland balıq
məmulatını, irland qoyununu, fransız şərabını, dani- marka
yağını, brüssel krujevasını, İsveçrə inəyini, amerikan üzümünü,
rus xəzi və dərisini, İsveç kartonu və kibritini hamı tərifləyir və
bunların alıcısı olmağa can atır? Çünki bu ölkələr adı çəkilən
malları daha yaxşı və keyfiyyətli hazırlayırlar.
- Bütün gücünüzü, bizdə də belə olması üçün sərf edin - gənc
zabitlər yorulmaq bilmədən əsgərlərinə bu məsləhəti verirdilər.
Finlandiyada belə uğurlar qazanmağın yollarını izah edir, başa
salırdılar. - Bunu kim edə bilər? Sizin kənddəki təhsilsiz ata və
qardaşlarınızı kim öyrədə bilər?
69
Kim mürgülü meşələrin və bataqlıqların arasındakı o yerlərə
gedib çıxacaq? - deyə bu xeyirxah pedaqoqlar öz əsgərlərindən
soruşur, sonra isə onlara bunun kim olduğunu aşılayırdılar: Siz!
İlk növbədə - siz! O zaman sizin uzun müddət kazarmada
saxlanmağınız vaxt itkisi sayılmayacaq. Əksinə, siz onların
yanma dəyərli qənimət kimi qayıdacaqsınız. Özünüzlə böyük
faizli qazanc gətirəcəksiniz. Kazarmaya odun kimi gəlmişdiniz,
ancaq buradan gur işıq, möcüzəvi istilik qaynağı kimi
qayıdırsınız.
Beləliklə, Fin ordusunun gənc zabitləri təbii sərvətlərdən
məhrum olan Suominin böyük mədəni gücünə çevrildilər.
Nəticədə, ölkədə böyük fabrikdə olduğu kimi, minlərlə ağıllı
mexanizm hazırlanıb üzə çıxarıldı.
Əsgərlər ordudaki rütbəcə böyük yoldaşlarını yüksək
dəyərləndirirdilər. Onları ürəkdən sevir, xidmət zamanı
incitməməyə, özlərinin bacarıqsız və tərbiyəsiz yoldaşlarının
düz yola çəkilməsi qayğısını da öz üzərilərinə götürməyə
çalışırdılar. Hərbi xidməti başa vurub doğma yerlərə qayıdan
əsgərlər çox vaxt keçmiş zabitləriylə məktublaşır, orduda
xidməti minnətdarlıqla xatırlayırdılar. Artıq həyata başqa bir
gözlə
baxdıqlarını
yazırdılar.
Öz
planlarından
və
düşüncələrindən söz açırdılar. Onlardan məsləhət gözləyir, kitab
və qəzet əldə etmək üçün kömək istəyirdilər.
Bütün ölkədə, ən ucqar yerlərinədək, kazarma həyatı yaşamış
insanlarla yerdə qalan əhali arasında çox gözəl, istiqanlı mənəvi
əlaqələr yaranmağa başlamışdı. Kazarma xalq həyatının mədəni
baxımdan gözəlləşməsinə və möhkəmlənməsinə xidmət edən
parçalar toxuyan toxuculuq fabrikinə bənzər bir rol oynayırdı.
Xalq, artıq kazarmalardan qorxmamağa, onu dəyərlən-
dirməyə başladılar. Şəhərlərdə və kəndlərdə valideynlərin
70
öz
yelbeyin, yaramaz və ya tərbiyəsiz övladlarına tez-tez belə
deməsini eşitmək olurdu:
- Bircə, orduya getmək vaxtın çatsaydı! Bəlkə kazarma səni
düz yola gətirərdi!
- Kazarma gəncləri tərbiyə edir, - bu sözləri eşidən qonşular
söhbətə qarışırdılar. - Orada ən böyük yaramazları da
tərbiyələndirib adam edirlər. Pekku Yukseni xatırlayın, Rud
Atonenə baxın: adama elə gəlirdi, onlardan insan olmayacaq.
Ancaq ordudan qayıdandan sonra hər ikisi nümunəvi gəncə
çevrilib. Kaş bizim övladlarımız da onlar kimi olalar. Deməli,
kazarma uşaqlarımızı bizdən yaxşı tərbiyə edə bilir.
- Hə, hə, hə, - qocalar bu sözlə razılaşırdılar. - Biz həqiqətən
kor kimi ömür sürmüşük. Çox az şeyi anlayırdıq. Pis gündə
yaşayırdıq. Allaha şükür, yeni insanlar əsl insan kimi yaşayırlar:
öz həyatlarını daha yaxşı, ağıllı, gözəl qura bilirlər.
Bu müddətdə kazarmanın özü də əqli və əxlaqi baxımdan
yüksəlmişdi. Onun, xalqın əqli-mənəvi baxımdan inkişafında
oynadığı rolu, keyfiyyətli mayanın xəmiri şişirdib hazır hala
gətirməsinə bənzətmək olardı.
71
|