11
Karokep
Snelmanın ətrafında fin ziyalılarının dəməyi yaranmışdı. Bu
dəmək sıralarını tədricən, ancaq daimi olaraq, yeni mədəniyyət
işçiləriylə genişləndirirdi. Helsinqfors universitetinin gənc
professorları, ucqar kəndlərin ruhaniləriylə yanaşı, bu dəməyə
qoşulanların arasında bir sıra tanınmış tacirlər, fabrik sahibləri,
çoxlu sayda həkim, məmur, əyalət vəkilləri də vardı.
Finlandiyanın bütün bölgələrində yeni düşüncənin fidanları
boy atırdı. Bu hansısa dəb, yalançı siyahılar üzrə qurulmuş,
üzvləri və sədrləri ölü canlar olan “Maarif’ və “Mədəniyyət”
cəmiyyətləri şayağı bir təşkilatlanma deyildi.
Burada hamı zəhmətə qatlaşırdı. Onlar sözün əsl mənasında
mədəniyyətin missionerləriydilər. Fedakarcasına və yorulmaq
bilmədən işləyirdilər. İlhamla çalışırdılar. Köhnə kitabları
alırdılar. Arasından yaxşılarım seçir, gəzərgi kitabxanalar
düzəldib onları kəndlərə göndərirdilər. Kitabları mübadilə
yoluyla bir-birinə ötürür, bir məntəqədən o birinə köçürürdülər.
Əvvəl iki-üç aydan bir, sonradan bir neçə dəfə baş tutan kütləvi
oxu tədbirləri təşkil edirdilər,
90
burada gigiyena, kənd təsərrüfatı və başqa bu kimi vacib
mövzularla bağlı məlumatlar təbliğ edilirdi. Əxlaq və vicdanla
bağlı mövzular müzakirə olunurdu. Öz işlərində uğur qazanmış
ən yaxşı və istedadlı müəllimləri seçib onları öz təcrübələrini
yaymaq üçün ölkənin bütün bölgələrinə göndərirdilər.
Beləliklə, yüzlərlə gəzərgi müəllimin yardımıyla özünə-
məxsus xalq universiteti yaradıldı. Üzvlərin hamısı çox maraqlı
insanlar və gözəl natiqlər olmaqla, güclü və sağlam düşüncəyə
söykənərək bütün vacib bilikləri xalq arasında yayırdılar. Ən
kütbeyin adamların belə düşüncəsini oyatmağı və aydınlatmağı
bacarırdılar. Hər bir şəxsdə hansısa faydalı bir işlə məşğul
olmağa həvəs oyadır, xalqın hamılıq- la mədəni maarifçilik və
vətənin çətinliklərinin aradan qaldırılması uğrunda mübarizəyə
qoşulmasına təkan verirdilər.
Əvvəllər belə bir adət vardı: varlı adamlar öləndə özlərinin
çox vaxt böyük məbləğ təşkil edən sərvətlərini məbədlərə,
xeyriyyəçilik cəmiyyətlərinə vəsiyyət edirdilər. İndi isə belə
insanlar öz sərvətlərini maarifçiliklə məşğul olan cəmiyyətlərə
bağışlayırdılar. Ölkənin müxtəlif yerlərində varlı insanlar
özlərinin yetərincə böyük tikililərini kitabxana, oxu zalı,
mühazirə salonu, mədəniyyət müəssisəsi qurmaq üçün ianə
edirdilər.
İnsanı kövrəldən hallar da olurdu. Kəndlilər gəzərgi mü-
hazirəçilərə yağ, bal, yumurta, parça, əllə toxunma əşyalar
hədiyyə edib götürmələrini, ailələrinə sovqat aparmalarını xahiş
edirdilər: “Siz bizə öz biliyinizi, ağlınızın məhsulunu bağışlayır,
qayğımızı çəkirsiniz. Bizə də icazə verin, necə bacarırıqsa öz
minnətdarlığımızı bildirək. Sizin bizə gətirdiyiniz sevincin
müqabilində bu çox kiçik paydır”.
91
* * *
Xalq universitetinin yorulmaq bilmədən fədakarlıqla davam
edən fəaliyyətinin 25 ili tamam olanda Snelmanın doğulduğu
Kuopio şəhərində böyük xalq şənliyi keçirildi. Bayramla
əlaqədar keçirilən təntənəli iclasın sonunda bütün ölkənin
“şirniyyat kralı” adlandırdığı varlı tacir Yarvinen söz istədi.
Yarvinen bir saatdan artıq danışdı və hamı bundan öncəki
nitqlərdən yorulmasına baxmayaraq, onun çıxışına böyük
diqqətlə qulaq asdı:
- Mən yoxsul, kiçik ticarətçi idim. Uşaq vaxtı küçələri gəzib
şirniyyat satırdım. Sonra şirniyyatı bazara gətirib orada satmağa
başladım. Tacirlər mənə faizinə iki-üç yüz markalıq sorma
konfetlər, karamel və nabat verərdilər, mən isə həmişə onlarla
lazım olduğu qaydada hesablaşar, pullarını vaxtında
qaytarardım. Mənə hörmət edir, köməklik göstərirdilər.
Nəhayət, bu insanların yardımıyla bazarda öz dükanımı açdım.
- Mən tox idim, yaxşı geyinib-keçinirdim, yaxşı bir mənzil
almışdım. Ancaq... hər necəsə həyatımdan bezməyə
başlamışdım. Darıxırdım, sanki həyatımda nəsə çatmırdı. Öz-
özümə düşünürdüm: kiçik dükan, azsaylı müştəri, kiçik gəlir...
Deyəsən, bütün ömrümü beləcə kiçik şeylərə qane olmaqla
keçirəcəyəm.
- Cənablar, - Yarvinen ali təhsilli müəllimlərə üz tutaraq
sözünə davam etdi. - Xahiş edirəm mənim başıma gələn əhvalatı
dinləyin. Səbətdə şirniyyat satmaqla alverə başlayan
yeniyetmədən heç də həmişə “şirniyyat kralı” yetişmir, həm də
öz doğma şəhərində teatr tikintisinə yüz min marka pul
bağışlayan və burada böyük bir qəzet açmış kral; ancaq mən,
Yarvinen bunları eləmək üçün özümdə güc tapa bilmişəm.
92
-
Bu sözləri özümü tərifləmək üçün demirəm. Qarşınızda
öyünmək mənə yaraşmaz. İndi sizin qarşınızda çıxış edən
“şirniyyat kralı” deyil. Mənim şəxsimdə siz qarşınızda gənc,
güclü, sağlam fın xalqını görürsünüz. Yoxsul bir xalq. O xalq,
çovdar ununa ağac kəpəyi qatıb çörək bişirir, bataqlıqlar və
çılpaq qayalıqların arasında əzablı, səmərəsiz sürgün zəhməti
çəkməyə məhkum olunmuş bir xalqdan söz gedir.
-
Bu ölkədə Yarvinenlər az deyil. Tək-tük olmur. Təsadüfi
bir istisna sayılmır. Yarvinen adını daşıyan minlərlə insan var.
Yarvinenlər meşələrdə kötüklərlə əlləşir. Yarvinenlər qayaları
çapır. Yarvinenlər darısqal, qaranlıq və nəmli zirzəmilərdə
cırılmış çəkmələri yamayır.
-
Çoxları bu miskin işlərinin ehtiyacı içində yaşayır.
Darıxdırıcıdır. Biz ehtiyacdan və əməkdən qorxmuruq, bu bizə
çətin gəlmir. Başqalarının daha yaxşı yaşamasına paxıllıq
etmirik. Ancaq məhz Yarvinenlər üçün belə həyat darıxdırıcıdır.
Nə isə daha böyük işlərə can atırsan. Çox, lap çox böyük işlər
arzusu dinclik vermir. Gözəl, günəş kimi parlaq bir həyat sürmək
arzusu var. İçəridə nəsə qaynayıb daşır, bayıra atılmaq istəyir,
ancaq çıxış üçün yol bağlıdır.
Ötən il cənubi İtaliyaya getmişdim. “Şirniyyat krah” olaraq
orada bütöv bir gəmi yükü portağal almışdım. İş arası iki-üç
günlük yolumu Neapoldan saldım. Vezuviyə qalxdım. Vulkanın
bir küncündən onun kraterinin dərinliklərinə baxa bildim. Bu
anlarda, Vezuvinin zirvəsində öz gəncliyimi xatırladım. O vaxtkı
düşüncə və duyğularımı andım. Bütün fin xalqını da həmçinin...
Kraterin ortasında qatı, qara rəngli, ağır lava köpüklənir,
tüstülənirdi. Lava kraterin bütün çevrəsi boyunca gah yuxarı
qalxır, gah da düşürdü, bu necəsə, divara sarınmış nəhəng
qəhrəmanını
93
köksünün qalxıb-enməsinə bənzəyirdi. Kraterin divarları lavaya
darısqallıq edirdi. Daxildə qaynayan güc, yeraltı istilik lavanı
vulkanın dərinliklərindən sıxışdırıb yuxarıya doğru yönəldirdi.
Bir anlığına fin xalqını gənc Yarvinenlə eyniləşdirsək, bu
gəncin də beynində və köksündə belə bir lava qaynayır,
yuxarıya can atır, püskürmək istəyirdi.
- Cənablar, siz 25 il bundan qabaq az qala bütün Finlandiya
üçün
təhlükəyə
çevrilmiş
İohan
Karokep
adını
xatırlayırsınızım? Karokep soyğunçu və quldur idi. Bankları,
ticarət kontorlarını, böyük şəhərlərin kilsələrini soyurdu. Çox
həyasızcasına soyğunçuluqla məşğul olurdu. Sanki meydan
oxuyurdu. Cinayətlərini az qala polisin gözü qarşısında icra
edirdi.
- Karokepin insanları necə öldürdüyünə baxanda çox vaxt,
bu ölümlərin ona “lazım olmadığı” üzə çıxırdı, o, öz içini bunlar
olmadan da maneəsiz görə bilərdi. Buna görə də, Karokepi
tutanda onun qaydasında olub olmadığını aydınlaşdırmaq üçün
əvvəlcə dəlixanaya göndərdilər.
- Karokep yenə də özünə xas olan həyasız hünərlə
dəlixanadan qaçdı və... biryolluq yoxa çıxdı. Onun həlak
olduğunu düşünürdülər. Çünki, qaçarkən, təqib edənlər onun
arxasınca güllə yağdırmışdılar. O, ola bilsin, ağır yaralanmış və
haradasa öz dostlarının yanında, gizli bir yerdə, aldığı
yaralardan ölmüşdü. Belə düşünüb sakitləşdilər. Bir müddət
sonra Karokepi unutdular.
- Cənablar, Karokep sağdır. Ötən il, İtaliyada olanda onunla
rastlaşmışam.
- Mən onu tanıya bilməzdim. Həm də bütün Finlandiya kimi
mən də, onun artıq ölmüş olduğunu sanırdım. O bir restoranda
məni görüb tanıdı və özü yaxınlaşdı. Üç oğluyla birlikdəydi. Ah,
bir bilsəniz, necə gənclər idi! Fin xalqının ən
94
gözəl və sağlam cəhətlərini təcəssüm etdirirdilər. Ucaboylu,
enlikürək, iri, bahadırsayağı cüssəli. Dümdüz, sarışın saçlı, göy
gözlü, Cənubi Amerikanın iqlimindən qarabuğdayıya çalan
yaraşıqlı üzləriylə çox yaraşıqlı görünürdülər.
- İtalyanlar bu gözəllik və yaraşıqlarına görə onları üç Apollon
çağırırdılar. Hər üçü, Avropanın üç müxtəlif universitetinin
tələbəsiydi. Böyüyü İsveçdə dağ mühəndisliyini öyrənirdi.
Bununla yanaşı Kaliforniyada böyük bir dağ- mədən şirkətinə
başçılıq edirdi. Kiçik oğlu Fransada aqronomluq oxuyurdu.
Ortancıl oğlu universiteti bitirmişdi, çox görkəmli kimyaçı-alim
olmaq üçün çalışırdı və deyilənə görə bu sahədə yetərincə
istedadlıdır. O ən yaxşı Alman universitetlərin birinin diqqətini
cəlb etmiş, dəri, ağac və piylərin kimyəvi emalı üzrə mütəxəssis
kimi tanınmağa başlamışdı. Bütün bu ağıllı, gözəl və yaraşıqlı
gənclər bir zaman bizdə soyğunçuluğu və quldurluğuyla ad
qazanmış Karokepin övladlarıydılar.
- Xatırlayırsınızsa, o vaxt qəzetlər, Karokepin evli və xa-
nımının onun qatı cinayətkar olmasından xəbərsiz olduğunu
yazırdılar. Bu adam ailədə mehriban ər və gözəl ata hesab
olunurdu. Sonradan Karokepin xanımını və onun artıq doğulmuş
üç azyaşlı övladını da unutdular. Ancaq ataları onları
unutmamışdı. Finlandiyada yaşayan dostlarının köməyi ilə
ailəsini Amerikaya apara bilmişdi. Xanımı Amerikada, hələ ərinə
çatmamış, yolda qızdırmadan ölmüşdü. Karokep üç azyaşh
oğlunu özü böyüdüb tərbiyə etməli olmuşdu. Onlara həm ananı,
həm də dostu əvəz etmişdi. Özü də onlara qoşulub oxumağa
başlamışdı.
Karokep (indi o başqa ad daşıyır, ancaq mən onun indiki adını
sizə demirəm) Genuyaya iki okean gəmisi dolusu taxıl
gətirmişdi. Eyni zamanda fürsətdən istifadə edib İtaliyanı
95
gəzmək, oğlanlarını buranın görməli yerləriylə tanış etmək
istəmişdi.
- Karokep öz yeni adıyla yeni vətənində, Cənubi Amerikanın
bir ölkəsində buğda krallarından birinə çevrilib. Onunla
müqayisədə sizin fın “şirniyyat krah” dediyiniz Yarvinen çox
yoxsul adam hesab oluna bilər.
- Uşaqlıq və yeniyetməlik çağlarında biz Karokeplə çox
yaxın dost olmuşduq. Bizim meşə oduncağından qatran
düzəltməklə dolanan yoxsul valideynlərimiz qonşuydular.
Birlikdə böyümüş, bir yerdə oynamışdıq. Günlərin birində, az
fasiləylə, ikimizin də atası öldü. Dul qalmış analarımız bizi də
götürüb şəhərə köçdülər. Məni çörəkçi dükanına şagirdliyə
verdilər, Karokepi isə varlı, topdansatışla məşğul olan bir tacir
işə götürdü, o xarici ölkələrə çətənə, yun, qatran alıb göndərir,
əvəzində oradan ölkədə bərk ehtiyac duyulan taxıl gətirib
kəndlilərə satırdı.
- Karokep gözəl, ağıllı, vicdanlı, xeyirxah və çalışqan
oğlandı, yalnız həddindən artıq qızğın, tez özündən çıxan və
qəzəblənəndə Tanrı bilir, onu incidəndən necə amansız qisas
almağı bacaran biriydi. Özündən çıxdığı anlarda, dişlərini
qıcayır, rəngi ağarır, nə elədiyini bilmirdi. Gözləri alışıb yanır,
günahkarın üstünə:
- Mən sənə göstərəcəyəm! Biləcəksən, Karokepi incitmək nə
deməkdir! - deyə çığırırdı.
Tacir Karokepin xətrini çox istəyirdi. Onu vicdanlı olduğu
üçün ağızdolusu tərifləyirdi. Karokep bir az yaşa dolandan sonra
ağası onu vacib alış-verişlərə qoşdu. Ona, böyük məbləğdə
pulları etibar etdi. Nəhayət, özünün böyük anbarlarından birinə
müdir qoydu.
Bu vaxt çox gözlənilməz və anlaşılmaz bir hadisə baş verdi.
Birdəncə, Karokep heç nədən ağasının böyük
96
məbləğdə pullarını kəndlilərə paylamağa başladı. İşlədiyi anbarı
böyük ziyana saldı. Ağasını amansızcasına döydü. Bütün bunlara
görə məhkəməyə düşdü. Ancaq məhkəmədə susdu, üzündə xəbis
bir təbəssümlə dayanıb verilən suallara cavab vermədi. Yalnız
məhkəmənin sonunda bunu dedi:
- Əslində, gərək siz məni yox, ağamı mühakimə edəydiniz.
Ağa isə məhkəmədən sonra hamıya deyirdi:
- Məncə, Karokep ağlını itirib.
Karokep bir neçə ay dustaqxanada qaldı. Burada özünü
qaşqabaqlı və qaraqabaq aparırdı. Çoxlu kitab oxuyurdu,
gəzintiyə qandalla çıxarılan quldurların danışdığı əhvalatlara
qulaq asmağı çox sevirdi.
Dustaqxanadan çıxandan sonra Karokep xanımını və üç
azyaşlı uşağını götürüb harasa apardı. Bundan az sonra
Finlandiyanın hər yerində amansız qarət və qətllər başlandı. İki
il ərzində bir neçə bank, ondan artıq kilsə soyuldu, üç ruhani
öldürüldü. Kənddəki xəstəsinin yanından qayıdan və bütün
bölgənin sevimlisi olan həkim soyğunçuluq və başqa heç bir
məqsəd olmadan, meşə yolunda öldürüldü.
Nəhayət, böyük bir şəhərin kənarındakı qəbiristanlığın
yanında yerləşən varlı bir kilsə qarət olundu. Kilsənin yaxın-
lığında yaşayan ruhani təsadüfən kilsənin pəncərələrinin
birindən işıq gəldiyini görmüşdü. O qarovulçunu səsləyib
kilsəyə sarı getmişdi. Hündür hasarın qapısına yaxınlaşanda
qatillə üzləşmişdi. Qabaqda gedən qarovulçunu əlindəki dəmir
parçasıyla vurub öldürən qatil daha sonra ruhaninin başına zərbə
endirmişdi. Zərbədən ruhaninin başı yarılmış, beyni
zədələnmişdi. Ancaq ruhani huşunu itirməzdən əvvəl bərkdən
qışqırıb:
- Kömək edin! Kömək edin! - deyə bilmişdi.
97
Aylı qış gecəsiydi. Hər tərəf ağappaqdı. Təsadüfən bir dəstə
kəndli qəbiristanlığın yaxınlığındakı yoldan keçirdi. Onlar
qışqırığı eşidib köməyə gəlmişdilər. Kiminsə qaçdığım görüb,
onu qovub tuta bilmişdilər. Tutduqları adamı polisə
gətirmişdilər. Tutulan adamı dindirməyə başlayanda bu
soyğunçu-qatil özünün İohan Karokep olduğunu demişdi.
Üzündə xəbis təbəssüm olan qatil, sakit bir səslə, bu günədək
olan bütün soyğunçuluq əməllərini bir-bir müstəntiqə
danışmışdı. Ondan köməkçilərinin kim olduğunu soruşanda isə:
- Bütün soyğunçuluq və qətlləri şəxsən özüm, təkbaşına
etmişəm. Köməkçilər yalnız soyacağım yerlər barədə məlumat
toplayırdılar. Onlardan heç birinin adını deməyəcəyəm. Bu
oyunu öz hesabıma oynamışam. Oyunu uduzdum, alın götürün.
Borclarımı tamamilə ödəyəcəyəm, istəyirsiniz, lap edam da edə
bilərsiniz. Ancaq mənim köməkçilərimi bu işə qatmayın -
demişdi.
Sonra isə dediyim kimi, onu ruhi xəstəxanaya saldılar, o,
buradan qaçaraq yoxa çıxdı. İndi isə, Genuyada özü mənim
masama yaxınlaşmışdı. Oğlanlarını gəzməyə göndərib, özü
mənim masama yaxınlaşdı. Uzun müddət üzümə baxıb fin
dilində soruşdu:
- Bağışlayın, siz Yarvinensizmi?
Mən təəccüb içində cavab verdim:
-Hə!
- Yukka Yarvinen?
- Elədir!
- Tammerfors yaxınlığındakı Kolmyarvi kəndindən olan
Yarvinen?
- Hə, hə, hə! Siz bunları haradan bilirsiniz? - mən təəccüblə
soruşdum. - Sizi birinci dəfədir, görürəm.
98
- Mən, keçmiş Karokepəm! - o bu sözləri çətinliklə dedi. -
Yukka, mənim sevimli Yukkam! Əziz uşaqlıq dostum! Balaca
dostun İoham xatırlayırsanmı? Keçmiş Karokepin əllərini sıxa
bilərsənmi?
Onunla mənim otağıma getdik. Oturub gecə yarısınadək fın
dilində danışdıq.
- Oğlanlarımın Karokep haqda təsəvvürləri belə yoxdur, -
qonağım dedi. - Amerika qitəsində iki ölkə, buna uyğun olaraq
iki dəfə də adımı dəyişmişəm. Əvvəl, Amerikanın şimalında
yaşadım, ailəmi gətirəndən sonra Cənuba üz tutdum. Orada məni
başqa adla tanıyırlar. Zahirən mən yarı- amerikan, yarıispanam,
ancaq ruhən hələ də fın olaraq qalıram. Görürsən, indi necə
yaşayıram... Mənim etiraflarıma qulaq asmaq istərdinmi?
Mənim harada olduğumu heç kimə deməyəcəyinlə bağlı namus
sözü verə bilərsənmi? Mən sənin həyatınla tanışam Yarvinen,
Suomidə nə baş verdiyindən də xəbərdaram. Səni uşaqlığında
çox sevirdim. İndi səni “şirniyyat kralı” kimi də çox sevirəm...
Həm də çox istəyirəm, uşaqlıq-yeniyetməlik dostunu anlayasan.
İstəyirəm, İohan Karokepə nifrət bəsləməyəsən. İohan Karokep
zalım deyildi.
- Sən onda ruhi xəstəliyə tutulmuşdun? - mən soruşdum.
- Sən xəstəydinsə, mən də xəstəydim, - o kədərli bir
təbəssümlə dilləndi. - Mən qapalı, qaranlıq bir insan idim.
Təsəvvür elə, sən qatı qaranlıqda tanımadığın bir evə düşmüsən
və onun içində vurnuxursan. Burada yüzlərlə otaq, minlərlə
müxtəlif əşya var, ancaq azacıq da olsa bir işıltı yoxdur... Əl
havasına vurnuxursan. Onda sən burada nə fəlakətlər törədirsən!
Başqasının halal sərvətini korlayırsan, üstəlik özünü də şikəst
edə bilərsən. Burda sən kim olacaqsan? Pis bir adammı? Yoxsa
dəlimi?.. Sadəcə, işıq ucu
99
görməyən bədbəxt bir insan olacaqsan. Sənin dostun İohan da
belə bir duruma, bəli, həm də ən müxtəlif səbəblərdən çoxlu belə
şeylərin sevdasına düşmüşdü. Bilirsənmi, nə qədər belə daxili
qaranlığında azıb qalan İohanlar var! - keçmiş Karokep dərindən
köks ötürüb dedi. - Milyonlarla! Bütöv bir xalq!
Sənə baxıb sevinirəm, mənim köhnə dostum Yukka! - o
əllərimdən tutub dedi. - Sevinirəm və təəccüblənirəm, necə oldu
sən həyatın qaranlıqlarında itib batmadın. Mənsə ağamın
anbarında sıxıntı içindəydim. Sıxılır və darıxırdım...
- Necə?.. Sıxıntılı və darıxdırıcı? - Təəccübləndim. - Axı
mən də o vaxt həmişə bu duyğular içindəydim.
- Bax görürsən: milyonlarla Yarvinen və Karokeplərə də
yaşamaq sıxıntılı və darıxdırıcıdır. Nə isə, daha geniş, böyük,
gözəl və sevinc dolu bir mühit istəyirsən. Mən aclıq çəkmirdim.
Xanımım və üç kiçik oğlum vardı, onları sevirdim. Özümün də
ticarətlə məşğul olmaq imkanım vardı. Ancaq mən daimi bir
sıxıntı içindəydim. Sıxıntılı və darıxdırıcı ömür sürürdüm. Elə
bu vaxt gözlənilmədən ağamın anbarındakı tərəzilərin saxta
olduğunu öyrəndim. Bir tərəzidə kəndlilərdən alınan malı, o biri
tərəzidə isə taxıl çəkirdilər. Həm də insanları hər iki tərəzidə
aldadırdılar. Bu illərlə davam etmişdi, mən özüm də bilmədən
ona bu işdə kömək etmişdim...
Bərk hiddətlənmişdim. Bu vaxt ağamın mənim sərənca-
mımda olan bütün pullarını götürüb kəndlilərə payladım, özünü
isə bərk döydüm. Əgər araya girən olmasaydı, yəqin,
öldürəcəkdim.
Mühakimə olundum. Mən ağanın saxta tərəzilərindən söz
açmaq istəyirdim, ancaq sən demə, kəndlilər ifadə verib, heç
vaxt tərəzidə aldadılmadıqlarını, bu məsələdə
100
şikayətçi olmadıqlarını deyiblərmiş. Bədbəxt qorxaqlar və
ehtiyac qulu olan bu məxluqlar ağanın narazı qalıb onları
gələcəkdə kreditdən məhrum edəcəyindən qorxurdular. Ona
görə də, susub heç nə demədim. Bu kölələrə nifrət etməyə
başladım. Heç olmasa, necəsə, nədənsə narazılıq bildirsinlər,
üsyana qalxsınlar deyə özüm onlan qamçılamaq, işgəncə
vermək, qırıb tökmək istəyirdim. Həbsxanada oturub, cəza
müddətimi bitirəndən sonra nə edəcəyimi düşünürdüm. Yenə də
gedib başqalarını çəkidə aldadacağam? Yoxsa mənim özümü
aldacaqlar?.. Ruhumda daha böyük sıxıntı və darıxma hiss
edirdim. Bu vaxt təsadüfən dustaqxanada əlimə düşən bir
kitabda İspaniyanın və onun xalqının tarixi haqqında oxudum.
Bədbəxt xalq! Zalım xalq və əzabkeş xalq. Talançı və talanan
xalq. Kəşf olunan Amerikanı talayıblar, özləri isə yoxsulluq
içində yaşayırlar. Meydanlarda, insanları sevgiyə çağıran
Tanrının şərəfmə möhtəşəm məbədlər tikir və elə bu məbədlərin
qarşısında minlərlə insanı diri-diri tonqalda yandırırdılar.
Tanrıya sevgi adı altında gizlənib insanları öldürürdülər!
Tanrıya sevgi bəsləyən insanlar ölürdülər. Məndə adamlara və
Tanrıya qarşı qəzəb və nifrət yaranmışdı.
İspaniyada olmadığım üçün təəssüflənirdim. İnsanlara
işgəncə vermək, onları yandırmaq, onların bədənlərini və
ruhlarını əzmək istəyirdim. Üstlərinə qışqırmaq istəyirdim:
-Əgər siz köləsinizsə, qurbanlıqsınızsa, belə də olacaq!
Dözün. Əzab çəkin. Məhv olun.
Adamlardan və Allahdan qisas almaq istəyirdim!
Bankları soymağa başladım. Bununla daha çox adamı
yoxsulluğa sürükləyə biləcəyimi düşünürdüm. Ancaq
hamısından çox məbədləri soymağı sevirdim. Ən yaxşı
ruhanilərin kim olduğunu öyrənir və məhz onları öldü-
101
rürdüm. Allahı ələ salırdım. Ona meydan oxuyur, özümlə
savaşmağa çağırırdım. Məbədləri təhqir edirdim. Bunu edərkən
üzümü göyə tutub deyirdim:
- Məni öldür! Qoy məni tutub edam etsinlər!
Amma tuta bilmirdilər. Bu isə məni daha da özümdən çıxarır,
nifrət və qəzəbim aşıb-daşırdı. Göyə baxıb düşünürdüm:
- Belə çıxır ora boşdur, orada heç kim yoxdur. Yerdə də
yalan! Göydə də yalan!
Bacarsaydım, yer üzündəki bütün həyatı məhv edərdim, onda
bu yalanlar da yox olardı. Bu vaxt gözlənilmədən ələ keçdim.
Bu məni sarsıtdı. Qorxmurdum, ancaq təəccüblənmişdim:
- Doğrudanmı “O” yalan deyil?
Ancaq məni dəli hesab etdilər və edam etmək yerinə
xəstəxanaya göndərdilər! Öz-özümə fikirləşdim:
“Axmaqlar! Axmaqlar və yalançılar! Yalançılar və ax-
maqlar! Mən özüm də axmağam. Öz axmaqlığımdan ilişdim.
Heç aylı gecədə və hər yer qarla örtülən bir vəziyyətdə
soyğunçuluğa gedərlər?!”
Bir neçə ay xəstəxanada qaldım. Üzərimdə çox şeyləri
sınadılar, ancaq heç nə başa düşə bilmədilər. Axmaqlar... Bir
dəfə imkan yarandı və mən qaçdım.
Bu dəfə daha həyasız bir zarafata əl atmaq istədim.
Tutulmazdan qabaq öldürmək istədiyim ruhaninin sağ qaldığını,
indi də qəbiristanlığın yanındakı kilsədə işləməkdə davam
etdiyini bilirdim... Xəstəxanadan çıxıb birbaşa onun yanma
getdim! Bundan qabaq, özümü oğruların daldalandığı bir evə
çatdırıb əynimi dəyişmişdim.
Oraya çatanda gecəyarısından keçmişdi. Pəncərədən baxıb,
ruhaninin oturub kitab oxuduğunu gördüm. Alnında
102
dəmir parçasıyla vurduğum zərbədən qalma qırmızıya çalan
çapıq görünürdü.
Qapını döydüm. Addım səsləri eşidildi. Qapının arxasından
səs gəldi:
- Kimdir orada?
- Ruhani lazımdır.
- Nə məsələdir?
- İnsan ruhunun xilası üçün!
Qapını açdı. Əlində şam vardı. Şamı yuxan qaldırıb məni
işıqlandırdı. Qaşlarını və alnını qınşdırıb nəyisə xatırlayırmış
kimi diksindi.
- Tanıyırsmızmı? - mən qapınm kandannda dayanıb so-
ruşdum.
- Haradasa görmüşəm, ancaq xatırlaya bilmirəm: son vaxtlar
yaddaşım çox zəifləyib.
- Sizin yaddaşsızlığınız mənim günahımdır, - dedim. -
Qəbiristandakı ölüm hadisəsini xatırlayırsınızım? O mən idim...
Ruhani daha da bərkdən diksindi, ancaq qışqırmadı və buna
imkanı olsa da, qapını üzümə çırpıb bağlamadı. Dərindən köks
ötürüb soruşdu:
-Necə, siz azadlıqdasınız? Bu necə...
Onun sözünü kəsib dedim:
- Mən qaçmışam.
- Buraya, mənim yanıma nə üçün gəlmisiniz?
- Məni gizlədəsiniz deyə... Oxuduqlarımdan bilirəm, nə
vaxtsa Allahın evində cinayətkarlar sığınacaq tapırmışlar. Siz
mənim cinayətimin qurbanısınız. Sizi öldürmək istəyirdim. Bax
indi bilmək istəyirəm, xristian ruhanisi onu öldürmək istəyən
qatillə necə davranır?
- İçəri keçin! - ruhani sakit səslə dilləndi.
103
İçəri keçdim, qapını bərk çırpıb arxamca bağlayandan sonra
iyrənc təbəssümlə soruşdum:
- İndi sizi öldürə biləcəyimdən qorxmursunuz?
Ev sahibi bir də diqqətlə üzümə baxıb yenə də sakit səslə
dedi:
- Yox, qorxmuram.
- Nə üçün?
- Sənin kimi gözləri olanlar adam öldürməzlər.
- Gözlərim necədir axı?
- Çox-çox qüssəlidir! Olduqca darıxırsınız. Sizin ruhunuz
bərk xəstədir. Gedək mənim iş otağıma.
Bilmirəm mənə nə oldu. Dəmir Karokep bir andaca, donmuş
balıq istiyə düşəndə əriyən kimi yumşalıb piləyə döndü. Onun
otağına keçdik. Masanın üzərində açıq İncil kitabı vardı, deməli,
mən pəncərədən baxanda ruhani bu kitabı oxuyurmuş. Yanında
“Mərhəmətli sanariyalı” adlanan gözəl bir qravür qoyulmuşdu.
- Ac deyilsiniz? Yemək istəyirsinizmi? - ev sahibi soruşdu.
- Çaxır verin, - bu sözləri güclə deyə bildim.
Elə bil, sinəmin üzərində ağır bir yük vardı. Boğazım tu-
tulmuşdu. Ev sahibi çıxandan sonra qapının yaxınlığındakı stula
oturub ağladım. Var gücümlə hönkürürdüm, məncə, heç
uşaqlığımda belə ağlamamışdım.
Ev sahibi bir bardaq çaxır, çörək və yağ gətirib gəldi. Mən
onun ayaqlarına yıxıldım, dizlərini qucaqlayıb dedim:
- Bağışlayın, bağışlayın, bağışlayın.
- Sakit olun. Bir qurtum çaxır için, sonra deyin görək mənə
nə demək istəyirdiniz?
- Nə demək istəyirdim?.. Mən Allaha yeni, daha
həyasızcasına meydan oxumaq istəyirdim. Ruhaninin ya
104
nına gəlib onu qorxutmaq, sonra da öldürmək istəyirdim. Ancaq
başqa cür alındı.
Mən rabitəsiz şəkildə, birini qoyub o birinə keçərək, ev
sahibinə bu illər ərzində nə düşündüyümü və hansı duyğularla
yaşadığımı danışdım, yalanı yerdə-göydə, necə öldürmək
istədiyimdən söz açdım.
Ev yiyəsi dinməzcə dinləyirdi, yalnız aradabir əllərimə və
saçlarıma uşaq kimi sığal çəkirdi. Allahla bağlı hekayəmi
bitirəndən sonra ev yiyəsi heyrətamiz xeyirxah təbəssümlə
soruşdu:
- Demək siz Allahla savaşırdınız? Allah sizinlə savaşa girsin
deyə, məbədləri soyur, yaxşı insanları öldürürdünüz?
Axmaqsınız! Dəlicəsinə axmaq! Ürəyi qara insan!
-Yaxşı, əgər Allah varsa, onda niyə məni cəzalandırmadı? -
mən tərs və şıltaq uşaq kimi öz sözümdə qalıb dirənməyə
başladım. - Baxın, indi də sizi öldürmək istəyirdim. O mənə
mane olmadı.
- Dayanın, hər şeyi növbəylə danışaq - ev yiyəsi məni saxladı.
- Əvvəlcə sizin Allahla savaşınızdan, sonra cəzadan danışaq...
Böyük kilsə atalarından birinin tərtib etdiyi, orta yüzilliklərə aid
edilən bir əfsanələr toplusu var. Əfsanələrdə çoxlu uydurmalar,
möcüzələr var, ancaq onların çoxu müdrikliklə doludur.
Bu əfsanələrin birində deyilənə görə, guya Fransanın bir
əyalətində monastırın əsas binasında şeytan yuva salıbmış.
Monaxları qorxutmaqla məşğul imiş. Gecələr it kimi hürür,
qoyun kimi mələyir, donuz kimi ciyildəyirdi. Burada dua
edənləri qaçırda bilmişdi və bundan həzz alırdı. Əyalətə yeni
təyin edilən xeyirxah, müdrik qoca yepiskop bunu eşidib həmən
monastırda gecələmək istədiyini bildirir. Qorxuya düşmüş
insanlar onu bu fikrindən daşındırmaq
105
istəyirlər. Ona, şeytanın qorxusundan bir çox insanın xəstə
düşdüyünü deyirlər, hətta, bəziləri qorxudan ölürmüşlər.
Yepiskop deyilənlərə məhəl qoymadan monastıra gedib orada
gecələyir. Böyük binada təkbaşına qalır. Əfsanəyə görə, gecə
saat 12 olan kimi binada ulama, nərilti, hürüş, mələmə və başqa
dəhşətli səslər və qışqırıqlar eşidilməyə başlayır. Yepiskop
yuxudan ayılıb soruşur: Şeytan, bu sənsən? Şeytan deyir, hə,
mənəm.
- Sən deyilənlərə görə, Allahı rədd edən, İsa Məsihi özünə
qulluqçu etmək istəyən şeytansan?
- Hə, mənəm, - şeytan qürurla dillənir.
-Heç utanmırsanmı?-yepiskop gülüb deyir. - Dünyanın idarə
edilməsini Allahın əlindən almaqla başladın, indi boş evlərdə
donuz kimi ciyildəyib, it kimi hürməyə kimi düşmüsən.
Xeyirxah insanları yatmağa qoymursan. Sən özünü bununlamı
Allaha rəqib sayırsan?
Burada əfsanə bitir: şeytan deyilən sözlərdən bərk utanır və
özünün bu axmaq hərəkətlərindən əl çəkir.
- İndi mən səndən soruşmaq istəyirəm: doğrudanmı, sən
özünü Allaha rəqib sayırsan? - ruhani üzünü mənə tutub dedi. -
Allahı özünüzdə öldürmək istəyirsiniz və bunun üçün də
insanları öldürür, onların Allaha dua etdiyi məbədləri
soyursunuz...
- Axı Allah nə üçün məni cəzalandırmadı? Siz nə üçün məni
burada gizlətməyə razı oldunuz? - mən yenidən soruşdum,
tərsliyimə salırdım.
- Sadə səbəbdən, Allah siz deyil və siz də Allah deyilsiniz.
Allahla sizin fərqli mübarizə yollarınız, fərqli məqsədləriniz və
duyğularınız var. Siz nifrətlə yaşamısınız, ancaq Allah sevgi
deməkdir. Siz Allahı öldürmək istəyirdiniz, Allah isə sizin
ruhunuzu dirildəcəyiniz zamanı
106
gözləyirdi. Mən isə sizin üçün cəllad, hakim və ya ittihamçı
deyiləm. İçinizdəki çoxdan unudulmuş balaca, xeyirxah İohanı
tapmaqda sizə kömək etmək istəyirəm.
Mən gedib təslim olacağımı dedim.
- Bunu ağlınıza belə gətirməyin, - ruhani məni dayandırdı. -
Sizin üzərinizdə artıq mühakimə prosesi olub, bu Allahın
məhkəməsiydi. Bu Allah məhkəməsi, sizin ruhunuzun hələ də
diri olduğunu müəyyən edib. Mülki məhkəmə artıq sizi
mühakimə edib nəyəsə nail ola bilməz. İsa Məsihin günah
işləyənə dediyi sözü unutmayın: Get və bir də günah işləmə.
- Siz də həyata qayıdın. Keçmiş soyğunçu-qatil olan siz, indi,
namuslu, əməksevər həyatın apostolu olun! Uşaqlarınızın
olduğunu dediniz. Onları həyatın xeyirxah zəhmətkeşləri kimi
tərbiyə edin. Bu, katorqa cəzası çəkməkdən daha çətindir. Həm
də, həyat üçün daha faydalıdır.
Bu yerdə Karokep nəfəsini dərib dedi:
- Beləliklə də mən yenidən həyata atıldım. Görürsənmi, kim
olmuşam? Uşaqlarımı necə tərbiyə etmişəm? - Özüm haqda bu
qədər. Mən sənə uşaqlıq dostun İohanın, bu xeyirxah və vicdanlı
oğlanın necə qorxunc Karokepə çevrildiyini izah etdim... İndi
isə, əzizim Yukka, səndən necə “şirniyyat kralı” Yarvincn
yarandığını izah et. Axı, Karokep və Yarvinen iki uşaqlıq
dostudur. Bu bizim xalqın iki yarısıdır: biri soyuq bir qaranlıqla
öldürülmüş, o biri yaz çağı, günəş işığına qərq olmuş torpaq
kimi canlı həyat yaşamaqdadır...
- İndi isə, əziz müəllimlərim, - Yarvinen xalq universitetinin
köhnə rəhbərliyinə üz tutub dedi, - sizin mənim üçün, “şirniyyat
kralı” Yarvinen üçün, minlərlə mənim kimi Yarvinen lər üçün
və bütövlükdə xalq üçün gördüyünüz işlərdən danışmaq
istəyirəm!
107
Artıq, Yarvinenin də, Karokepin də, eyni xalqın övladları
olduğunu demişəm, biz hər ikimiz uşaqlıda yaxşılığa və ya
pisliyə bağlanmaqda eyni imkanlara sahibdik. Əgər bütün ölkədə
hörmət qoyulan və dəyər verilən bir şəxsə çevrilmişəmsə, bu
yalnız mənim xidmətim deyil. Bunun, mənim üçün xoş bir
təsadüf olduğunu deməliyəm. Əgər sevimli uşaqlıq dostum
İohan Karokep gəncliyində soyğunçu və qatilə çevrilmişdisə, bu
da ilk növbədə onun günahı deyil, böyük bədbəxtliyi, bəxtinin
gətirməməyi deməkdi.
Təkrar edirəm: Yarvinenlər və Karokeplər bir medalyonun
iki üzüdür. Bir ağac gövdəsindəki iki budaqdır, bu ağacın özü isə
xalqdır, sayı milyonlarla ölçülən kütlədir.
Cənablar! Ola bilsin, mən professorları, yazıçıları, rəssamları
və ümumilikdə ziyalıları sizdən daha artıq qiymətləndirirəm.
Ziyalılar xalqın alovlanan düşüncəsidir. Ziyalılar, ölkənin
işıqlanmış beynidir. Öz ziyalılarını yetişdirməmiş xalq
bədbəxtdir. Yalnız kütbeyinlər, cahil və axmaqlar, çox vaxt isə
xalq kütlələrinin amansız soyğunçuları ziyalıların düşməni ola
bilir və olurlar da. Bu gecə yırtıcıları, bayquş və yarasalar üçün
xalq zəkasının qaranlıqda qalması lazımdır. Buna görə də, bütün
ölkələrin, xalqların və bütün zamanların bayquş və yarasaları
işıqlı düşüncəni, işıqlı biliyi sevməzlər. Mən keçmiş küçə uşağı
kimi, xalq ağacından qopub düşən savadsız bir yarpaq olaraq, öz
şəxsi təcrübəmdən, ziyalıların xalqa nə qədər çox gərək olduğu-
nu çox yaxşı bilirəm. Ona görə də, cürət edib siz ziyalılara bu
sözlərlə müraciət edirəm:
Ziyalı olmağınız sizin imtiyazınız deyil. Hakimiyyətə
yiyələnmək, şöhrət qazanmaq və tox yaşamaq haqqı da deyil.
Ziyahlığınız, sizin məsuliyyətiniz və xidmətinizdir. Siz xalq
üçün yanan məşəllərsiniz, məşəlləri yandırandan sonra
108
qapaq altında qorumurlar, bacardıqca yüksək bir yerə qoyub
daha geniş çevrəyə işıq salmasına çalışırlar.
Mənim müəllimim olan sizlər də, qaranlığı yaran o məşəl
kimi işıq saçmışınız və saçmaqda davam edirsiniz, ancaq
yüzlərlə və minlərlə digər ziyalılar öz xalqının milyonlarla
insanının maariflənməsi üçün çalışırını?
Onlar öz zəka və biliklərini məşələ çeviriblərmi? Öz
xalqlarının düşüncəsinə işıq saçırlarmı?
İncildə fariseylərin dediyi qorxunc və günahkar sözlərdən
danışılır. Fariseylər İsa Məsihi, daima sadə xalqla danışıb, kitab
əhliylə heç bir ünsiyyətə girmək istəməməkdə ittiham edirdilər.
Onların fikrincə: Xalq lənətlənib. O qanunları anlaya
bilməyəcək bir cəhalət içindədir.
Tarix boyunca həmişə belə münasibət olub və indi də vardır.
Xalqın təhsilli yuxarı təbəqəsi xalqın aşağı təbəqəsinə həqarətlə
baxır. Onlar belə deyirlər:
- Xalq cahildir. Xalq kobuddur. Xalq içki düşkünüdür. Xalq
tənbəldir. Acgözdür. Kirlidir. Yalançıdır. Paxıldır. Xalq, sayı
milyon başla ölçülən heyvan sürüsüdür. Bu yırtıcı vəhşiyə heç
cür azadlıq vermək olmaz.
Əgər bilmək istəsəniz, xalq haqqında deyilən bu pis sözlərin
90, hətta 95 faizi həqiqətdir. Ancaq bunun günahı kimdədir?
Başlı-başına buraxılmış çöllükdə qızılgül, alma, xiyar və ya
kartof deyil, gicitkən, ayıpəncəsi və dəvətikanı bitir. Xalq
kütləsinin beyni və ürəyi də bunun kimidir.
Xalq kütlələri öz ətrafına baxıb nə görür?
Özünə qarşı sərgilənən hansı münasibətlə qarşılaşır?
Onlara əqli və əxlaqi tərbiyəni kim və necə verir?
109
Mədəni adlandırılan insanlaruniversitetibitirdikdənsonra
onları hər yerdə kitablar, rəsm əsərləri, musiqi, mühazirələr,
teatrlar, jurnallar, incəsənət, sərgilər, bütün dünyanın yazıçıları,
klublar və toplantılarla şərtlənən ünsiyyət imkanları gözləyir.
Bəs xalq kütləsinə nə verirlər? Ən yaxşı halda iki- üç, ən çoxu
beş illik təhsil, xalq məktəblərindən başqa heç nə. Burada isə
adətən nadan məktəb məmurları tərəfindən yazılmış darıxdırıcı,
axmaq və ölü dərsliklər tədris edilir. Uşaqlarda bilik yanğısı
yaranması üçün heç bir iş görülmür. Onların düşüncə və
duyğuları bəslənmir. Daha çox kitablara maraq və düşüncənin
işlədilməsinə olan meyl öldürülür. Bəs sonrası? Məktəbdən
sonra nə baş verir? Xalqı təşkil edən milyonlarla insan taleyin
ümidinə buraxılır. Onlar üçün heç nə yazmırlar. Heç nə
danışmırlar. Ədəbiyyat, teatr, elm, sərgilər, konsertlər,
mühazirələr onlar üçün deyil. İsa Məsihin dövründə olduğu
kimi, bizim günlərin kitab əhli də xalqa həqarətlə yanaşır: “Xalq
lənətlənib! O hər yerdə və hər işdə cahildir. İstənilən ağıllı
məsələyə münasibətdə kütbeyin və kordur. Qarnından, cibindən
və içkidən başqa heç nəylə maraqlanmır”.
Cənablar, Bibliyanın başlangıcındaki hekayəti xatırla-
yırsınızım? Qabil qardaşı Habili öldürmüşdü. Bu anda ilahi səs
Qabilin vicdanından, “Qardaşın Habil haradadır” deyə
soruşmuşdu. Qabil isə belə cavab vermişdi: Mənim Habillə nə
işim var? Məgər onun qarovulçusuyam?
Bibliyanın bu sətirlərində əks olunanlar xalqın həyatında min
dəfələrlə təkrarlanır. Xalqın yüksək təbəqəsinin, onun mədəni,
ziyalı övladlarının qarşısında vicdanın səsi belə bir sual qoyur:
- Sizin kiçik qardaşlarınız olan xalq kütləsi mənəvi və əqli
baxımdan necə yaşayır?
110
Cavab isə adi Qabilsayağı bir sözdür: “Nə işimə qalıb? Mən
bu qardaşlarımın qarovulçusu deyiləm. Öz işlərim və qayğılarım
başımdan aşır”.
Öz xalqlarının tərbiyələndirilməsiylə məşğul olmaq
istəmirlər və... nəticədə içki düşkünlərinin, xəstələrin, kobud
insanların, pis niyyətli şəxslərin, cahillərin çoxluq təşkil etdiyi
bir xalq kütləsinin qorxunc qayğılarıyla üzləşirlər.
Əgər bilmək istəyirsinizsə, xalq kütlələri tərbiyə olunmamış
qalmır. Onlar güclü, lakin, çox təəssüf, pis tərbiyə alırlar...
Baxın, xalqın içindən çıxan adi adam yüksək təbəqədən olan bir
insanla qarşılaşanda özünü necə itirir, özünü yad, düşmən
mühitdə hiss edir. Nə üçün? Çünki hər yerdə və həmişə onların
üstünə qışqırırlar. Kobudcasına qovurlar. Yuxandan aşağı
baxırlar. Ağayana geyinənlər özlənnı xalqdan ayırırlar. Uzaq
tuturlar. Sevmirlər. Qorxurlar. Ruhlarında onlara qarşı nifrət,
qəzəb, qisasçılıq formalaşdınrlar.
Bir xalqın övladı olan aşağılar və yuxarılar qardaş deyil, bir-
birinə xəbis duyğular bəsləyən düşmən kimidirlər. Yuxarılar öz
çevrələrində dəbdəbə, bahalı geyimlər, səs- küylü şənliklər
yaradırlar. Bütün bunlar aşağılarda həsəd duyğusu oyadır.
Onları daha da qəzəbləndirir. İnsanlar həsəd və inciklik içində,
öz həyatlarından narazı olduqları bir mühitdə doğulur,
böyüyürlər. İctimai həyat quruluşunun özü onları sərtləşdirir və
hətta vəhşiləşdirir. Ancaq xalq kütlələrinin sərtliyini
yumşaltmaq, onu yaxşı ruhda tərbiyə etmək heç kimi
düşündürmür. Bu məsələylə bağlı heç kim heç nə etmir. Alimlər
öz savadlarıyla xalqın əlinin çatmadığı bir zirvədə oturub
qalırlar. Qədim yunanların dövründə Sokrat illərlə, meydanlarda
xalqın içində həqiqət və gözəllik mövzusunda söhbətlər
aparardı. Hanı bizdə buna bənzər xalq tərbiyəçiləri?
111
Milyonlarla əhalinin yalnız bir məktəbi var - meyxana. Araq
satışı, xalqın ağlını və vicdanını zəhərləyən içkilərin ticarəti, az
qala bütün evlərə ayaq açıb, ancaq xalq xeyirxah həyatın necə
qurulması barədə ağıllı və canlı nitqləri illərlə eşidə bilmir...
Sonra da, özünün mədəni sayan cənablar xalqın aşağı
təbəqəsinin nə üçün kobud, sərxoş, tənbəl, xəbis, hər şeyə və
hamıya qarşı qəzəbli olduğuna təəccüblənir, narahat olur və
bunun niyəsini anlaya bilmirlər.
- Cənablar! - Yarvinen xalq universitetinin professorlarına
üz tutub sözünə davam etdi. - Siz inanılmaz dərəcədə böyük işlər
görürsünüz. Həyatın müdrikliyini küçələrə, xalq kütləsinə
gətirirsiniz... Ancaq sizin universitetlərdən də, həyati
müdrikliyinin nə demək olduğunu anlamayan bir kütlənin
çıxdığını bilirsinizmi? Onların başı kitablardan gəlmə biliklərlə
doludur, lakin həyati müdrikliyin nə olduğunu bilmirlər. Onlar
ziyalı deyillər... Bir var, qara, qırmızı, palma kimi bahalı
ağaclardan düzəldilmiş mebel, bir də var onların
saxtalaşdırılması. Mebelin palıd, qoz ağacından düzəldildiyini
deyirlər, ancaq mebelin oduncağı palıd, qoz, və ya palma
ağacına oxşasa da, əslində belə deyil.
Eləcə də, minlərlə ali məktəb diplomu olan adamlarda bunu
görmək mümkündür. Onların heç biri ziyalı deyil, ziyalı adı
altında ortaya çıxmış saxtakardır... Tələbələrinizə, ali məktəbi
bitirməyin ustalıq diplomu almaq deyil, bütün ölkəni əxlaqi və
əqli baxımdan işıqlandıran bir mərkəzi stansiyanın həlledici
detalı olmaq, ya da şam kimi yanıb ömrünü xalqın düşüncəsinin
işıqlanmasına, aydınlanmasına fəda etmək olduğunu deyin.
- Əgər belə olsaydı, inanın, Karokeplər çox az, nadir
xəstəliklər kimi istisna olar, Yarvinenlər isə hər addımda gözə
dəyərdi. Bütün xalq bir yerdə çoxbaşlı Yarvinenə
112
çevrilərdi. Hər yerdə ağac kralları, kağız kralları, dəmir kralları,
şüşə kralları, süd və pendir kralları, zəhmət kralları, ağıl kralları,
savad kralları olardı. Bütün ölkə müdrik yaradıcılıq krallığına,
tox xalq krallığına, vicdan krallığına dönərdi... Təki siz, xalqa
müdrik və canlı söz verəsiniz. Xalqa müdrik həyatın
gözəlliyindən danışın. Xalqda müdrik əməyə, işıqlı və sevincli
həyata həvəs, yanğı və iradə yetişdirin...
Mən yoxsul bir yetim, küçə uşağı, bizim Suominin böyük,
xeyirxah gücünə çevrilə bildim. Bu necə baş verdi? Yalnız bir
müdrik mühazirəyə qulaq asmağımın hesabına. Bu xoş bir
təsadüf idi.
Artıq kiçik bir şirniyyat dükanının sahibiydim və bir az əvvəl
dediyim kimi, qarşımda belə bir dar, darıxdırıcı həyat yolunun,
kiçik qazancımın olması məni bərk darıxdırırdı. Bəzən
bayramlarda içməyə meyl edirdim. Bir gün bizim şəhərə
tanınmış bir alim gəldi və küçələrin kəsişməsində belə bir elan
yapışdırdı:
“Yaşlıları, uşaqları çağırıram. Savadlı və savadsız insanları
çağırıram. Mən bütün həyatımı bizim Suominin inkişafı yolunda
qoymuşam. Bazar günü bir boş saatınızı mənə hədiyyə edin.
Ümid edirəm, mənə bağışlayacağınız bu bir saatdan,
həyatınızda, bizim doğma Suomi üçün faydalı olan çoxlu sayda
illəri yarada biləcəyəm.”
Həyatımda yalnız iki-üç dəfə mühazirələrdə olmuşdum.
Tanışlarımdan da gedən olurdu. Ancaq sonradan mühazirələrə
getmədik. Mənası yoxdu. Elə adamlar mühazirə oxuyurdular,
onları kürsüyə buraxmaq doğru deyildi. Bəziləri, qaxaclaşmış
qoca alimlər olurdu, dişsiz ağızlarında hansısa elmi zir-zibilləri
gəvələyirdilər. Başqaları, özünə vurğun savadsız fırıldaqçılar
çıxırdılar. Ağıllı düşüncələr
113
yerinə çiy xəmir yedirmək istəyirdilər. Üçüncülər, maarif
nazirliyindən gəlmiş məmurlar idi. Yalnız siyahıda qeyd
olunmaq və pul almaq üçün formal sözlərdən ibarət cəfəngiyat
oxuyurdular. Buna görə də, onların mühazirə oxuduğu salonlar
boş olur, təkəm-seyrək dinləyicilər gəlirdi. Ancaq dediyim bu
alimin qeyri-adi çağırışı çoxlarını maraqlandırmışdı. Zal
ağzınadək doluydu. Mən də oradaydım. Mühazirə məni
silkələdi. Yuxudan oyatdı. Həyatın mənasını, onu necə
gerçəkləşdirəcəyimi öyrətdi.
Mühazirə “Qarət olunmuş kitab” adlanırdı, mühazirə
oxuyan alim isə... Robinzon Kruzodan danışırdı. Ancaq
bilsəniz, necə gözəl danışırdı. Bu Sokratasayağı bir nitq idi:
filosofun müdrikliyi ilə uşaq dilinin sadəliyindən yoğurul-
muşdu. Professor deyirdi:
- Bəşəriyyət hələ böyük bir uşağa bənzəyir. Ağılsız və balaca
uşaqlar kimi öz mübahisələrini münaqişələrə girişməklə həll
edir. Allah və həyatın müqəddəsliyi barədə söz düşəndə özünü
ağılsız, şıltaq və tərs uşaqlar kimi aparır. Allahı dəyənəklə, daş-
qalaqla, edamlarla və tonqallarla qorumaq istəyir. Ağılsız
uşaqlar kimi müdriklikdən özünə oyuncaqlar və əyləncələr
düzəldir. Hamınız Robinzon Kruzo haqqında eşitmisiniz,
bəziləriniz isə bu kitabı oxumuşunuz. Nə vaxt oxumuşunuz?
Yəqin, uşaq olanda.
Robinzonun həyatı barədə əhvalatlardan uşaqlar üçün
əyləncəli hekayələr yaratmışlar. Əslində isə, bu kitab böyük
olmaq istəyən xalqlar üçün müdrikliyi öyrədən bir dərslikdir.
Robinzon Kruzo - yer üzündəki ən böyük qəhrəmanlardan
biridir. Bütün qəhrəmanların qəhrəmanı. Romuldan, Sezardan,
Napoleondan daha böyük bir qəhrəman... Bu mədəni əməyin
qəhrəmanıdır. Sarsılmaz xeyirxah iradənin canlı nümunəsidir.
114
Robinzon Kruzo - İngiltərənin, həmçinin Şimali Amerikanın
gücünü və şöhrətini anlamaq üçün bir açardır. Robinzon - yer
üzündəki sevincin peyğəmbəri və davamçısıdır. Leopardidən,
Şopenhauerdən, Hartmandan yüz dəfə güclü zehniyyətin
sahibidir. O insanlığın yaxşı həyat uğrunda mübarizədəki
qələbəsinin yol göstərəni, böyük təbliğatçısıdır.
Robinzon, insanın yerin və yer üzündəki həyatın sahibi
olduğunu göstərir. Bunu sözlə deyil, öz hayatıyla öyrədir. İnsan,
onun dühası, xeyirxah iradəsi və müdrik ağlı təbiətin bütün qara
qüvvələrindən güclüdür.
Yorğun və ya xəstəhallıqdan zəifləmiş beyinin dumanlı
düşüncələrini bir qırağa qoyun, - deyir Robinzon. - Canlı
gerçəkliyi götürək. Mənim göstərdiyim nümunəyə baxın.
Dənizdəki fırtına gəmini sındırıb dağıtdı. Yalnız vətəndən deyil,
ümumiyyətlə, mədəni dünyadan təcrid olundum. Dörd bir
tərəfim ucsuz-bucaqsız okeandan ibarətdi. Bütün yol
yoldaşlarım həlak olmuşdu. Yalnız mən, gənc insan xilas
olmuşdum. Dalğalar məni kimsəsiz adaya atmışdı. Çılpaq və
acdım. O gəncin başına nə gəldi? Həlak oldumu? Ümidsizlikdən
özünün öldürdümü?.. Yox. Robinzon əl-qolunu sallayıb
dayanmadı. Var gücünü toplayıb, ağır zəhmət bahasına,
parçalanmış gəmidən çıxarmaq mümkün olan nə vardısa
hamısını toplayıb adaya daşıdı. Özünə mənzil düzəltdi. Taxıl
tarlası əkib-becərdi. Vəhşi keçiləri əhliləşdirdi. Sonra
qarşılaşdığı vəhşi bir insanı əhliləşdirə bildi. Onu özünün
dostuna və nəzakətli köməkçisinə çevirdi. Özü üçün bol və yaxşı
bir dolanışıq qurdu.
Bütün bunları edən bir nəfər idi!.. Gənc bir insan!.. Kimsəsiz
və boş bir adada!
115
- Qardaşlarım finlər! - mühazirəçi sözünü belə tamamladı. -
Doğrudanmı, bizim iki milyonluq fin xalqımız gənc
Robinzondan zəif, köməksiz və istedadsızdır?
Cənab professorlar, ruhanilər, hakimlər, mühəndislər,
məmurlar, vəkillər, Suominin gənc övladları, ziyalılarımızın
çiçəkləri, sizlər nə üçün öz xalqınızın arasında Robinzon Kruzo
olmaq istəmirsiniz? Robinzon kimsəsiz bir adada adamyeyən
vəhşidən özünə nəzakətli dost və iş yoldaşı yarada bilmişdi.
Ancaq siz bunun əvəzində, böyük şəhərlərdə, işlədiyiniz
məktəblərin, redaksiyaların, teatrların və muzeylərin divarının o
üzündə, sayı milyonlarla ölçülən xalqınızın cahil, içki düşkünü,
kobud, az qala ibtidai insan olduğundan şikayətlənməkdən başqa
bir iş tapa bilmirsiniz.
Robinzon obrazıyla üz-üzə dayanıb yaxınlığınızdakı,
ətrafinızdakı həyata münasibətiniz barədə düşünün.
- Bu mühazirə mənim gözlərimi açdı, - Yarvinen sözünə
davam etdi. - Mən birdəncə çiyinlərimdə böyük və güclü
qanadların yarandığını hiss etdim. Bu mühazirədən mənəvi
bahadır kimi yetişərək çıxdım. Məndə böyük və güclü bir insan
olmaq arzusu yaranmışdı. Bizim kiçik Suomi üçün nə isə, böyük
bir iş görmək istəyirdim.
Adi bir şirniyyat alverçisi olan adam nə edə bilərdi?
Sərmayəsi təxminən iki min olan bir tacirin əlindən nə gələrdi?
Güclə sürüyüb bu mühazirəyə gətirdiyim üç dostum da belə
deyirdi. Onlardan biri çəkməçi, o biri dəmirçiydi, üçüncüsü,
bazarda yumurta satırdı.
-
H
Ə
, bizdən yaxşı qəhrəman olar! - onlar mühazirədən
qayıdanda yol boyu istehzayla deyib gülürdülər. - Birimiz
yumurta alverçisi, o birimiz çəkməçi, üçüncümüz də uşaq
116
lara ballı kökə satır. Belə adamlardan hansı Robinzon yetişə
bilər?!
Mən isə ilhamlanmışdım. Mən - kökə alverçisi aslana
dönmüşdüm. Sözlər sel kimi axıb gəlirdi:
- Nə üçün mən - kökə alverçisi öz işimin Robinzonu ola
bilmərəm? Mən ballı kökə satmaqdan başqa işlər də bacararam.
Tutalım, bütün ölkədə bal ticarətini inkişaf etdirə bilərəm.
Yaxud ölkədə bal istehsalını artırmaq üçün işlər görə bilərəm.
Şirniyyatı dəbdəbə və bahalı zövq əlaməti olmaqdan çıxarıb
zəruri qidaya çevirə bilərəm. Şirniyyatı fəhlə üçün də, yoxsul
kəndli üçün də əlçatan edə bilərəm. Mən şirniyyat kralı
olacağam!
- Bəs biz? - yol yoldaşlarım gülərək soruşdular.
- Siz isə, biriniz ayaqqabı kralı, o biriniz yumurta kralı,
üçüncünüz isə dəmir kralı ola bilərsiniz.
Bu sözümdən sonra üçümüz də çılğın bir arzuya qapıldıq.
Mənim evimdə toplaşıb dan yeri sökülənədək danışdıq. Nəticəsi
nə oldu? İllər keçdi və biz özümüzün gənclik planlarımızı
gerçəkləşdirdik. Çəkməçi pul toplayıb Parisə getdi və orada üç
il ən yaxşı emalatxanada işləyib təcrübə topladı. Budan sonra
ayaqqabı modelçisi oldu. İndi iki oğlu da onunla birlikdə işləyir.
İkisi də ali məktəb bitiriblər. Biri, kimyaçıdır, Finlandiyanın,
özünəməxsus ən böyük dəri zavoduna başçılıq edir. İndi
“Ukkonen və oğulları” markası bütün Avropada məşhurdur.
“Ukkonen” ayaqqabı dükanları isə yalnız Finlandiyada
tanınmır. Londonun məşhur Pikadili küçəsində, Parisin d Opera
bulvarında “Ukkonenin ayaqqabıları” yazılmış lövhələrin
asılması qürur mənbəyimizdir. Bu ayaqqabı dükanlarını və
onların hazırlandığı emalatxanaları Ukkonenin kiçik oğlu idarə
edir. O Fransadakı Yena universitetini bitirib. Fransızca çox
gözəl, az qala parislilər
117
kimi danışır və ingilis kraliçası Viktoriyanın oğlu, taxt-tacın
varisi şahzadə Eduard öz ayaqqabılarını yalnız Ukkonenin kiçik
oğluna sifariş verir; deyilənə görə söhbətlərinin birində şahzadə
yarızarafat-yarıciddi onu həmkar adlandırıb demişdi:
- Biz sizinlə kral varisləriyik. Mən İngiltərə kraliçasının, siz
isə fın ayaqqabı kralının... Məncə, siz daha layiqli varissiniz.
Ukkonenin ortancıl oğlu da kiçik qardaşıyla birgə işləyir; bu
iki qardaş hər il bütün Finlandiyadan onlarla istedadlı
yeniyetmələri toplayıb onların ali təhsillərini Almaniyada
Virxovun, Parisdə Pasterin, Amerikada Edisonun laborato-
riyalarında başa vurmaq üçün maddi kömək göstərirlər.
Görürsünüzmü, Robinzon haqqında müdrik mühazirə necə
gözəl əməllərə səbəb olub. Ancaq bu hələ hamısı deyil. Bazarda
yumurta satan Tomas Qulbe adı İngiltərənin, Fransanın və
Almaniyanın paytaxtlarında məşhur yumurta kralının adma
çevrilib.
Tomas Qulbe yumurtanı kəndlərdən alırdı. Ev-ev gəzib 2,
3,7, 10 yumurta toplayırdı. Sonra bu yumurtaları açdığı
manufakturada qablaşdırır və qutularla yumurta satışıyla
məşğul olan xarici şirkətlərin anbarlarına topdan satırdı. Ancaq
təzə, müddəti iki-üç günü keçməyən yumurtaları alır və
qablaşdırmaqdan əvvəl yumurtaların üzərinə özünün “Tomas
Qulbe” damğasını vururdu. Bu işə başlayandan bir il sonra artıq
Londonun, Parisin və Berlinin ən yaxşı restoranları öz
təchizatçılarından yalnız “Tomas Qulbe” markalı yumurta tələb
edirdilər.
Sözsüz, Qulbe Suominin ucqarlarına gedib çatdıra bilməzdi.
Bu həm də böyük xərc tələb edərdi. Ona görə də, Qulbe
Finlandiyanın bütün xalq müəllimləriylə əlaqə
118
yaratdı. Çox böyük, eyni zamanda sadə bir plan hazırladı.
Ölkəni bölgələrə ayırıb rum rəqəmləriylə nömrələdi: I, II, III,
IV, V, ... X,... XX... Hər bölgənin məktəblərini isə ərəb
rəqəmləriylə işarələdi: 1, 2, 3,... 10,... 20...
Razılaşmaya görə şagirdlər səhər məktəbə gələndə hər biri 2,
3, 7, bir sözlə, öz evlərində və qonşularında artıq qalan bütün
yumurtaları toplayıb gətirirdilər. Bu yumurtalar təzə olur və
müəllimlər tərəfindən bu yolla yüzlərlə yumurta toplana bilirdi.
Müəllimlər hər bir yumurtanın üzərinə öz bölgəsinin,
məktəbinin və yumurtanı təhvil verən təsərrüfatçının adının baş
hərfini yazırdı. Kimyəvi mürəkkəblə işarələr qoyulmuş
yumurtalar həmin gün qablaşdırılır və T.Qulbenin Aboda olan
anbarına göndərilirdi. Yumurta dolu qutular anbara çatdığı gün
paroxodlara yüklənir və 3-4 gün sonra bu yumurtalar artıq
Parisin, Londonun, Brüsselin, Antverpenin restoranlarında
olurdu.
Əgər hansısa təsərrüfat yiyəsi köhnə yumurta təhvil verirdisə
və tutalım, London restoranının qonağı narazı qalırdısa, o saat
Qulbenin Abodakı anbarına açıq məktub gəlirdi: “5 apreldə
göndərilən VII, 15, H nömrəli yumurta lax çıxdı”.
Qulbenin Abodakı anbarında məktubu oxuyan kimi, bu
yumurtanın VII bölgədən-Kuopiodan, 15 saylı məktəbdən, “H”
adlı evdar qadından alındığı aydınlaşırdı. Təcili həmin ünvana
məktub göndərilirdi: “Diqqət yetirin, evdar qadın Myakinen 5
apreldə sizə iylənmiş yumurta göndərib”.
10 il sonra Tomas Qulbe Finlandiyada yumurta krah oldu.
Onun yumurtaları saxlamaq üçün Aboda, yay ayları üçün
soyuducu-anbarları, qış ayları üçün isti anbarları var.
Hamburqda, Londonda və Flisingendə anbarları yerləşir.
Finlandiyanın bütün bölgələrində onun cins to-
119
yuq yetişdirən fermaları var və o bu toyuqları kəndlilərə olduqca
ucuz qiymətə satır. Yumurta istehsalı toyuq və toyuq əti satışını
canlandırıb, güclü inkişaf yoluna çıxardı. Bu ticarətdə ev
quşlarıyla yanaşı ov quşlarının satışı da özünə yer qazanmağa
başladı.
Tomas Qulbe artıq çoxdandır, milyonerdir, ancaq onun fın
kəndlisinə xarici bazarların hesabına milyonlarla marka pul
qazandırması hər şeydən vacibdir.
“Tomas Qulbe” ticarət evinin artıq çoxdan əməl etdiyi belə
bir qayda var: hər il firmanın qazancından yüz min marka pul
kənd kitabxanalarının xərcləri üçün ayrılır. Daha yüz min marka
yaxşı təsərrüfatçı kimi seçilən kəndliləri təcrübə qazanmaq üçün
Danimarkanın, Hollandiyanın və İsveçin nümunəvi kənd
təsərrüfatı müəssisələrinə göndərmək üçün xərclənir. Nəhayət,
yüz min marka, görkəmli alimlərin, yazıçıların, rəssamların və
artistlərin xarici ölkələrə səyahət etməsi üçün sərf olunur.
Hər il üç yüz min marka! Bu qayda artıq səkkiz ildir tətbiq
olunur! Bu xeyirxah işlərə təqribən iki milyon yanın pul
xərclənib! Bu hələ yumurtadan gələn qazancın kiçik bir
hissəsidir!
Sizi hədsiz yorub incitməmək üçün özümün necə “taxta
çıxıb”, küçə şirniyyat alverçisindən “şirniyyat kralına” çev-
rildiyimi danışmaqla sözümü yekunlaşdırmaq istəyirəm.
Robinzon haqqında mühazirəyə qulaq asandan sonra öz
işimin Napoleonu olmaq qərarına gəldim. Əvvəlcə, Finlandiyanı
“fəth etmək”, sonra isə bütün Avropanı öz “müstəmləkəm”
altına almaq üçün hərəkətə keçdim.
Azsavadlı və yoxsul bir fın üçün, gördüyünüz kimi, bu plan
çox böyük cəsarət tələb edirdi. Ancaq mən öz-özümə qət etdim:
Planımı yerinə yetirəcəyəm! İstədiyimə nail
120
olacağam! İstəyimə çatdım da. Kiçik işlərdən başladım.
Əvvəlcə kiçik bir şirə çəkən zavod açdım. Bu zavod indi də
işləməkdədir. Taxtadan tikilib, ot və ya kartof saxlamaq üçün
nəzərdə tutulan binaya bənzəyir. Çox sadə avadanlıqlardan
istifadə edirdim. Ancaq heç bunların əldə edilməsinə də pulum
çatmırdı. Bank direktorunun yanına gedib planımı açıqladım,
Finlandiyanı “fəth etmək” istədiyimi dedim.
- Nə olar, özünüzü sınayın, - bankın direktoru gözləmədiyim
halda belə dedi! - sizin gələcək taxt-tacınız üçün risk etməyə
dəyər. - Məhz o, bankın direktoru sonradan mənim ləqəbim
olmuş “şirniyyat kralı” sözünün dövriyyəyə buraxdı.
İşə uğurla başladım. Çəkdiyim şirə təmiz, qatı və şirin
alınırdı. Şəkərdən də yaxşı. Əvvəlcə özüm kəndləri gəzib
şirədən hazırlanmış məhsullarımı satırdım. Aradabir bu zavodda
kartofdan kraxmal almağa keçir, sonra yenidən əvvəlki işimə
qayıdırdım.
İki il sonra artıq Finlandiyanın müxtəlif guşələrində beş belə
kiçik zavodum vardı. Belə olduqda yeni bir işə başladım. Bizim
meşələrdə moruq çoxdur. Mən qışda kəndlilərə bir tona yaxın
moruq şirəsi paylayırdım. Yayda isə uşaqlar mənə arabalarla
moruq toplayırdılar. Mən onlardan mürəbbə hazırlayırdım. Bu
məhsul mənə olduqca ucuz başa gəlirdi. Baş ustamın dediyi
kimi bu “pörtülmüş şalğamdan da ucuz idi”. Kəndlilər və
fəhlələr Yarvinenin hazırladığı mürəbbələri çörəyə yavanlıq
edib yeyirdilər və çox vaxt bu yemək onların günorta və şam
yeməyini təşkil edirdi. Bu isə şirin, dadlı və doyumlu bir
yeməkdi.
Sonrakı il meşə moruğu mənə bəs etmədi. Rusiyadan və
Almaniyadan yaxşı moruq sortlarının tinglərini sifariş verməyə
başladım. Habelə, Rusiyadan orada çox məşhur
121
olan Vladimir gilasının tinglərini, İrlandiyadan ən şirin kartof
növünün toxumluğunu da sifariş verdim. Kəndləri gəzib
gətirdiyim tingləri paylayırdım. Onları torpağa necə sancmağı,
necə böyüdüb bəsləməyi də öyrədirdim. Finlandiya sanki mənim
bədənim olmuşdu. Saysız-hesabsız əsəb sinirləri, qan damarları
və əzələlər məni bütün əhaliylə sıx birləşdirirdi. Öz işimə çox
bərk bağlanmışdım. Bu yolda ömrümü qoyurdum. Yalnız
bəkməz, kartof, moruq və gilas barədə düşünürdüm. Onları necə
bişirmək bütün düşüncəmi məşğul edirdi. Köməkçilərim bəkməz
və mürəbbə işinin “şair” və “rəssamları”na çevrilmişdilər.
İşimizdə yaxşılığa tərəf hər bir dönüş onları ürəkdən sevindirirdi.
Var gücümlə Yarvinenin mürəbbələrinin ildən-ilə daha ucuz
və daha yaxşı olmasına çalışırdım. “Yarvinen” damğalı tənəkə
qablar, demək olar, Finlandiyanın bütün kənd evlərinə ayaq
açmışdı. Bu bəkməz və mürəbbələr çay və göllərdə odun axıdan
salçılann əsas qidası olmuşdu. Aylarla meşədə işləyib yaşayan,
qatran toplayan işçilərin mənim buraxdığım məhsula böyük
tələbatı vardı.
İngiltərə meşə kompaniyasının direktoru Finlandiyada
olanda bizim fəhlələrin bu məşhur yeməyindən dadmışdı. Bunu
mənim hazırladığımı biləndə isə demişdi: “Bu fəhlə yeməyi
deyil, krallara layiq ləziz bir yeməkdir”. Bu sözdən sonra
soruşdu: “Əgər sifariş versəm, bu məhsuldan mənə 50 min
banka, dediyiniz qiymətə göndərə bilərsinizmi?” Düşünüb-
daşındım, fikrimdə hesablama aparıb dedim: göndərə bilərəm,
üstəlik iki faiz ucuz başa gələr. Yarvinenin mürəbbəsi
İngiltərəyə ayaq açdı. Sonra Danimarkaya, Hollandiyaya,
Belçikaya, Almaniyaya, Fransaya, hətta, Amerikaya qədər gedib
çıxdı.
122
Mənim firmamda müxtəlif şöbələrə kimyaçı alimlər və
mütəxəssislər başçılıq edir. Üç alim-aqronom və bağban bütün
Finlandiyam gəzib kəndlilərə kartofu, moruğu, gilası və başqa
meyvələri necə becərməyi öyrədir. Yay üçün soyuducu, qış
üçün isti vaqonlarım var. Xarici ölkələrdə də, anbar və
dükanlarım yerləşir. İki okean paroxodum var. Hər il İtaliyanın
Messine bölgəsindən bir paroxod yükü portağal alıram.
Sinqapurdan bir paroxod yükü düyü gətirirəm. Bunların
sayəsində Finlandiyanın yoxsul uşaqları ürəkləri istədiyi qədər
banan yeyə bilirlər. Mənim istehsal etdiyim bəkməz, mürəbbə
və kompot bankaları rom, İsveç pun- şu, viski, absent, porter və
likör butulkalarıyla çox uğurla mübarizə aparır.
Cənab professorlar! Siz məndən yaxşı bilirsiniz, şəkər ləziz
qida deyil, əsas tələbat duyulan gərəkli ərzaqdır. Toxluğu və
sağlamlığı təmin edir. Tox insan və tox xalq isə spirtli içkiyə az
meyl edir. Ona görə də, şirin həmişə acının düşməni olub. Eyni
zamanda, acı da şirinin düşmənidir. Sərxoşluğa qurşananlar
şirin şeyləri sevməzlər, şirin şeyləri sevənlər isə acı dadan
içkilərə meyl etməzlər.
Ona görə də, Yarvinenin bankaları ayıqlıq təbliğ edən
missionerlərdir. Onlar əhaliyə sağlamlıq daşıyırlar. Bu ban-
kalan evinə aparan fəhlə və ya kəndli öz evinə günəş şüalarının
sevincini daşıyır. Ailə başçısının əlində gördükləri hər yeni
banka onun uşaqlarının sevincinə səbəb olur. Ev sahibəsinin
gözlərində isə ərinə qarşı mehriban bir minnətdarlıq duyğusu
yaranır: deməli, əri özünün çətin əməyindən qazandığı pulu
meyxanada zəhərli içkilərə dağıtmayıb, ailəsinin sevinci və
toxluğu naminə çalışıb.
- Buna görə də, - Yarvinen çıxışını belə yekunlaşdırdı, - mən
öz anbarlarımda milyonlarla bankanı, limanlar-
123
da “Yarvinen” damgalı minlərlə qutunu görəndə ruhum
sevinclə, qürurla və xoşbəxtliklə dolub-daşır. Onların mənim
ordumun döyüşçüləri olduğunu düşünürəm, bu döyüşçülər
xalqın toxluğu və ailələrin sevinci üçün vuruşurlar. Ürəyimdə
onların hər birinə, hər bir bankaya xeyir-dua verirəm: Həyata
uğurla addım bas! Özünün əvəzolunmaz, xeyirxah “dadlı”
işlərini həyata keçir! Mən öz çoxillik əməyimə bu cür bir sevinc
duygusuyla xeyir-dua verirəm. Öz ömrüm üçün də dua edirəm,
çünki onu bu dünyada mənasız yerə yaşamadım. Mən nəinki
Finlandiyada, hətta, dünyanın bir çox uzaq ölkələrində, xalqın
həyatına öz şirinlik payımı qata bildim. Bütün bunlara görə
ruhumda bu ilahi atəşi alovlandıran dahi yazıçının müdrik
kitabına, daha sonra isə sizə, xalq kütlələri içərisində
maarifçiliyin müdriklik toxumlarını səpən insanlara borcluyam.
Siz uzaqdan gəlmiş professorun ruhumda yandırdığı o kiçik
ocağı sönməyə qoymadınız. Onu üfürüb parlaq işıq saçan böyük
bir tonqala çevirdiniz. Siz könlümün çırağına dayanmadan yağ
töküb onun işığını itirməsinə yol vermədiniz... Bütün bunlara
görə çox sağ olun!.. Minnətdarlığım ölçüyəgəlməz dərəcədə
böyükdür! Bu minnətdarlığı sizin gördüyünüz bu böyük mədəni
işlər üçün mükafat hesab etməyin. Yox, qoy bu minnətdarlıq
sizin ürəyinizdə daha böyük inadla və gərginliklə və qat-qat
böyük işlər görmək üçün indikindən də güclü duyğular yaratsın.
Mən xalqların tarixini oxuyub öyrənmişəm. Bununla bağlı
sizdən və çoxlu başqa alimlərdən soruşub öyrəndiyim çox şeylər
var. Oxuyub-öyrəndiklərimin üzərində çoxlu düşünmüşəm.
Bütün bunlardan sonra mənə elə gəlir, yer üzündəki xalqların
çoxu hələ də adam yemək adətindən əl çəkməyib, ancaq indi
bunu başqa cür, yeni üsullarla edirlər.
124
Mən başa düşə bilmirəm: nə üçün böyük imperiyalar quran,
xalqları əsarət altına salan adamlar haqqında belə hörmətlə
danışırlar? Makedoniyalı İsgəndərlər, Hanniballar, Sisipion- lar,
Sezarlar, Böyük Karllar, Napoleonlar, Moltkelər, Bismarklar və
onlar kimi minlərlə başqaları hansı işlərə imza atmışlar?
Özgəsinin torpaqlarını işğal edir, soyurlar, ancaq bu torpaqları
becərmək üçün heç nə etmirlər. Özlərinin təbəələrinin sayını
milyonlarla ölçür, ancaq onların öz şəxsi və dövlətçiliklə bağlı
talelərini şüurlu, xeyirxah şəkildə qura bilməsi üçün bu
insanların tərbiyə edilməsi naminə heç bir iş görmürlər. Nəhəng
dövlətlər yaranır, ancaq onların əhalisi yoxsulluq və aclıq içində
ömür sürür. Milyonlarla cahil insan var, onlar əqli cəhətdən küt,
əxlaqi baxımdan kobuddurlar. Hər yerdə sərxoşluq, oğurluq,
açıq- aşkar pozğunluq, qatı söyüşlər, yoxsulluq, qarşılıqlı
nifrət... Ancaq hamı bütün bunlara sakitliklə baxır. Kimsə irsi
səbəblərdən, ya da yaxşı təhsil aldığı üçün, təsadüfən, bu iyrənc
və üfunətli ümumi bataqlığından quruya çıxa bilirsə, yer tapdığı
təmiz və yumşaq yerdə oturub qalır, ölkəsinin milyonlarla
vətəndaşını bu çirkabdan xilas etmək üçün əlini tərpətmir. Bu
adamlar, cahil, sərxoş və ac xalq kütlələrindən ibarət olan böyük
dövlətlərin lehmə içində ucalan nəhəng daş qülləyə bənzədiyini
anlamaq istəmirlər.
Tarix neçə dəfə bu şişirdilmiş qəhrəmanlara dərs vermiş,
neçə dəfə öz dəyənəyini onların öz başlarına endirib! Neçə dəfə
tarixin bir yumruğuyla hiyləgər Mettemixlərin, yırtıcı hersoq
Albaların qurduğu dövlətlər uşaqların kağızdan düzəltdiyi
evciklər kimi dağılıb. Ancaq bütün bunlar heç kimə dərs olmur.
Yenə də yeni-yeni siyasətçilər, təkrar-təkrar, köhnə, axmaq,
yırtıcı-cinayətkar oyunu təkrarlayırlar. Öz ölkələrinin ərazisini
getdikcə daha çox genişləndirir, lakin
125
şüurun, biliyin və xalqın vicdanının sərhədlərini dövlətin
sərhədlərinə qədər genişləndirə bilmirlər.
Bizim kiçik Suomi ərazicə böyük dövlətə çevrilə bilməz.
Böyük sərhədləri olan Suomi arzusunda da deyiləm. Mən onun
getdikcə daha çox böyük şəxsiyyətlərə sahib olmasını
arzulayıram. Bizim iki milyonluq Suomidə, şəxsi həyatını və
ümumxalq yaşayışımızı qurmağı bacaran savadlı, namuslu və
xeyirxah insanların sayının min dəfələrlə artmasını istəyirəm.
Yarvinen sözünü bitirib professorların yığıncağına baş əydi.
-Amin! Belə də olacaq! - üç oğlu Helsinforsda professor olan
qoca qatran bişirmə ustası kəndli Torsten-Forsten onu alqışladı.
Yığıncağın sədri ayağa qalxıb dedi:
- Yarvinenin bu müdrik, səmimi və gözəl sözlərindən sonra
artıq başqa çıxışların mənası yoxdur. Yarvinenin buradakı çıxışı
xalqın aşağı təbəqəsinin bizə çağırışıdır: yanımıza gəlin və bizi
öyrədin!
Bu təntənəli yığıncaqda Yarvinenin etdiyi çıxış, Finlandiya
qəzetlərinin hamısında, bütünlüklə çap olundu. Bu çıxış günün
hadisəsinə çevrildi. Onun haqqında uzun müddət danışıldı. Bu
çıxışın təsiriylə yüzlərlə insan xalq kütlələrini maarifləndirmək
üçün çalışan ordunun sıralarına qoşulub fedakarcasına
çalışmağa başladı.
Bir sıra şəhərlərdə varlı tacirlər xalq universitetlərinə hazır
binalar bağışladılar, yeni binaların tikintisinə başladılar.
Müəllimlər, hakimlər, vəkillər, ruhanilər və həkimlər hamı-
lıqla hər gecə vaxtlarını kart oynamaq və ya pivə içməklə
keçirməkdən utanıb bu əməllərindən daşındılar, yenidən
126
kitab oxumağa qayıtdılar. Xalqa yol göstərməyə özlərini
təkmilləşdirməkdən başladılar.
Bir sıra çox görkəmli natiqlər yetişib seçilməyə başladı.
Onlar özləri bu işlərindən çox razıydılar. Bununla bağlı
deyirdilər: bizim həyatımız maraqlı, mənalı və sevinclə dolu bir
məzmun daşımaqdadır. Biz indi sanki yuxudan ayılmışıq.
Bütün gecə yığıncaqlarında, əyləncəli məşğələlərdə,
toplantılarda az məbləğdə də olsa pul toplanırdı. Bu pula xalqın
oxuması üçün ən yaxşı kitablar alınır və ən ucqar yerlərin kiçik
kitabxanalarına göndərilirdi.
Mövzular müəyyən edir, bu mövzularda yazılan ən yaxşı
kitablar üçün mükafat təyin edirdilər. Müəlliflərə bu kitabları
çap etməkdə kömək göstərilirdi. Sonra bu kitabları xalq arasında
ucuz qiymətə yayırdılar.
- Bilirsinizmi nə var? - Snelman ömrünün son illərində
sevinclə öz dostlarına deyirdi. - Bizim Finlandiyanın mənim
uşaqlıq çağlarımda necə olduğunu xatırlayıb onun indi hansı
səviyyəyə gəlib çıxdığını düşünəndə gözlərim qarşısında belə
bir mənzərə canlanır. Böyük və köhnə bir ev vardı. Onun bütün
pəncərələri bağlıydı. Ev kənardan yiyəsiz görünürdü, içəridənsə
qaranlıq, boğucu, rütubətli və darıxdırıcıydı. Çox cansıxıcı bir
mənzərə yaranmışdı. Ev çox böyük bir qəbiristana bənzəyirdi.
Ancaq budur, birdən, gənc, gümrah və güclü adamlar gəlib
çıxdılar. Onlar özləriylə sevinc gətirdilər. Üzlərindən nur və ağıl
yağırdı. İlk növbədə taxta qapaqları, pəncərələri taybatay açdı-
lar. Pərdələri qaldırdılar. Otaqlara günəş işığı, təmiz hava,
çiçəklərin ətri doldu. Evdə hər şey canlandı, hərəkətə gəldi. Eyni
zamanda, ev çöldən də yeniləndi. Yad adamlar indi ondan bir
qarabasmadan qaçırmış kimi yan keçməyə ça
127
lışmırdılar, böyük məmnuniyyətlə yaxınlaşırdılar. Tamaşa edir,
maraqlanırdılar.
Axı belə möcüzəli çevrilişləri istənilən ölkədə, istənilən
bölgədə gerçəkləşdirmək olar, bunu hər yerdə etmək müm-
kündür. Lap ən ucqar nöqtədə də, - Snelman əlavə etdi, - Yalnız
“sehrbazların” olması gərəkdir: canlı düşüncə sahibləri, böyük
ruh yiyələri, inadla mədəni əməyə qatlaşan insanlarla həmişə bu
cür möcüzələr yaratmaq olar.
128
|