9
Futbol
Napoleonun hakimiyyətə gəlməsiylə Avropadakı müha-
ribələrin ardı-arası kəsilmədi. Napoleon demək olar, bütün
Avropa ölkələriylə döyüşürdü, onun başlıca məqsədi güclü
İngiltərəyə qalib gəlməkdi. Elə İngiltərə də Napoleonu dar-
madağın etmək üçün var gücünü toplamışdı.
Napoleon Rusiyanı da müharibəylə təhdid edirdi. Bu
səbəbdən, Rusiya 1808-ci ildə İsveçlə müharibəni bitirməyə
tələsdi, bununla da Napoleonla başlana biləcək müharibədə əl-
qolunun bağlanmasının qarşısını aldı. Gözlənilən müharibə
başlandı. Napoleon on iki ölkənin xalqlarını Rusiyaya qarşı
qaldırdı, Moskvaya qədər gəlib çıxdı və burada məhv oldu. Onun
rus xalqının köksünə endirmək istədiyi zərbə öz başına və
köksünə çırpıldı...
O, Fransaya bütünlüklə sarsılmış vəziyyətdə qayıtdı. Özünün
əvvəlki gücünü və ad-sanmı bərpa etməyə çalışdı. Ancaq bütün
Avropanı ona qarşı mübarizə üçün birləşdirən İngiltərə
Napoleonun ordusunu tamamilə darmadağın edə bildi. Özünü
isə Müqəddəs Yelena adasında həbsə məhkum etdilər.
72
Napoleonla aparılan arasıkəsilməz müharibələrdən bezmiş
Avropa xalqları bu qədər fəlakətlərin baiskarı olan bu adamın
İngiltərə tərəfindən zərərsizləşdirilməsindən razı qalmışdı.
Onlar İngiltərənin böyük qüdrəti qarşısında təzim edirdilər.
İngiltərəyə vurğunluqla baxır, onu yamsılamağa çalışırdılar. Hər
şeydə ingilislərə bənzəmək dəbə çevrilmişdi.
Ancaq uşaqlarda və hələ yetkinləşməmiş gənclərdə olduğu
kimi, böyükləri təqlid etmək çox vaxt onların yanlışlarını, hətta
yaramazlıqlarını yamsılamaqla başlayır: onlar tütün çəkməyə,
keyfiyyətsiz alkoqollu içkilər içməyə, çığır-bağır və ağır
söyüşlərlə danışmağa başlayırlar. Mədəni baxımdan gənc, əqli
cəhətdən yetərincə inkişaf etməmiş xalqlarla da belə oldu. Onlar
ingilislərin zahiri, çox vaxt da, eybəcər cəhətlərini qəbul etməyə
başladılar.
Bununla da, ingilis cəmiyyətinə xas olan bir sıra poz-
ğunluqlardan yaranmış həyat tərzinin surətini çıxarıb bunu
özləri üçün yaşam tərzi seçdilər.
Yaşlı, imkanlı adamlar ingilislər kimi qaça bilmək üçün
qurulmuş məşğələlərə çoxlu pul sərf edirdilər. Viskini, ingilislər
kimi sodayla içməyə başladılar. İngilis parçalarından tikilmiş
kostyumlar geyindilər. Üzlərini və saçlarını ingilis dəbiylə
qaydaya saldılar.
Gənclər ingilis idman növləriylə məşğul olmağa başladılar,
onları ən çox cəlb edənsə, bu idman növlərindən ən pisi olan
futbol, ayaqla top oynamaqdı. Avropanın bütün gəncləri
arasında, hələ orta məktəbi qurtarmamış yeniyetmələr üçün
futbol özünəməxsus bir inanca çevrildi. Bütün ölkələrdə
minlərlə insan futbol kultu yaratdı. Onu yaymağa başladılar,
elmə, incəsənətə çevirdilər.
73
Alçaq ruhlu, nadan küçə mətbuatı, yeniyetmələrin bu
ehtirasından yararlanmağa girişdi. Onu istismar etməyə başladı.
Xüsusi rubrikalar yaratdı. Demək olar, hər gün bu ayaqlarıyla
qəhrəmanlıq edən camışlar haqda icmallar hazırlanırdı.
Snelmanın vaxtında Finlandiyada da buna bənzər hadisələr
baş verirdi. Finlandiyanın gəncləri hələ əqli əməklə ciddi məşğul
olmağa
öyrəşməmişdi.
Yüksək
ideyalara
maraq
formalaşmamışdı. Finlandiyanın Rusiyaya birləşdirilməsindən
sonra isveçlilərə bəslənən nifrət və onlara qarşı yönələn milli
azadlıq mübarizəsi öz mənasını itirmişdi.
Bekar, sağlam və təəssüf ki, mənəvi baxımdan tənbəl olan fın
gəncliyi futbola meyl saldı. Futbol mənəvi-yoluxucu xəstəlik
kimi Finlandiyanın şəhərlərindəki gəncliyin bütün təbəqələrinə
sirayət etdi. Sonra böyük kəndlərin növbəsi gəldi. Futbol dəbə
çevrildi və bütöv bir nəslin düşüncəsini və ürəyini məşğul etdi.
Futbol klubları və cəmiyyətləri xəstə bədəndə durmadan artan
sızaqlar və ləkələr kimi, ölkəni bürüyür, bataqlıqda qaynaşan
ağcaqanad təəssüratı yaradırdı. Bu klublar şəhər-şəhər gəzib
futbol matçları təşkil edirdilər. Futbol oynamaq üçün başqa
ölkələrə getməyə başlamışdılar. Bu işə çox böyük məbləğdə
pullar xərclənirdi. Gənclərin təhsilə, məktəbə həsr edilməli olan
ömürləri bu futbol çılğınlığına sərf olunub hədər olurdu. Mənəvi
təlatüm boşuna xərclənirdi. Camış ayaqları zamanın ideya
simvoluna çevrilirdi.
Snelman və onun dostları gənclərin intellektual inkişafının
yerini yoğun camış ayaqlarının tutmasıyla heç cür barışa
bilmirdilər. Onlar bütöv bir gənc nəslin bu cür, əqli
74
və mənəvi yoxsulluğa düşməsinə çox ciddi təhlükə kimi ya-
naşırdılar.
- Bu, bud, diz, topuq əzələlərini inkişaf etdirməklə ömür
sürən qəhrəmanların axırı necə olacaq? - Suominin mədəni
oyanışı üçün çalışan həvariləri məyusluqla soruşurdular. -
Onların gələcək həyatı necə olacaq? Onlar vətəni hansı mənəvi
dəyərlərlə zənginləşdirəcəklər?
Snelman və dostları, vaxtilə, böyük Servantesin dahiyanə
“Don Kixot” kitabını yazdığını və bu əsərdə o dövr ispanlarının
naməlum cəngavər-qəhrəmanların macəralarından danışılan
axmaq, gülünc romanlar oxumaqla vaxtlarını necə manasızca
havaya sovurduğunu, necə bir amansızlıqla ələ saldığını yaxşı
xatırlayırdılar.
Onlar belə mühakimə yürüdürdülər:
- Görünür, bütün ölkənin axmaq romanları heyranlıqla
oxuması kiçik hadisə deyildi, məhz elə buna görə də, ispan
dahisi bununla mübarizəyə qalxmışdı. Servantes, ispan
oxucularının kütləvi şəkildə uydurma və axmaq romanları
oxumağa qapılmasının bütün ölkənin savadlı insanlarının əqli
ərincəkliyə uymasının əlaməti olduğunu yaxşı anlayırdı.
İnsanlar öz vətənlərində gözəl həyatın yaranması qayğısına
qalmaq, öz xalqının iqtisadi, əqli və əxlaqi baxımdan
təkmilləşməsi uğrunda əmək sərf etmək istəmirlər. Bu baxımdan
çılpaqdırlar! Onların nə düşüncəsi, nə ürəyi, nə iradəsi lazımi
istiqamətə yönəlib. Sadəcə olaraq, işləmək istəmirlər!
Beləliklə, insanlar öz-özlərini aldadırlar. Günlər, aylar, illərlə
uydurma hadisələrdən bəhs edən axmaq romanları oxumaqla
vaxt keçirirlər. Onlara elə gəlir, nə iləsə məşğuldurlar... Ölkə isə
mədəniyyət sahəsində peşəkarlardan məhrum olub. Xalqın
zəkası yuxuya gedib. Nadanlıq
75
günü-gündən böyüyür. Xalqın kobudluğu və yoxsulluğu
durmadan artır. Ölkə daimi yoxsulluq içindədir. Əxlaqi, əqli və
iqtisadi iflasa yaxınlaşır. Ölkənin kömək gözləməyə haqqı çatan
ziyalılar haradadırlar? Onlar axmaq və əyləncəli uydurmaları
oxumaqdan məst olublar...
- Təəssüf, bizdə dahi yazıçıların əsərlərində əks olunan
mənanı, dəyəri bilmirlər, anlamırlar, - Snelman şikayətlənirdi. -
Bizim xalqımızın indi öz Servantesinə ehtiyacı var, gərək Svift
kimi bir yazıçı yetişib özünün liliput- lar haqda dahi satirasını bir
də ortaya qoysun. Bunu liliput düşüncə, liliput siyasət, liliput
ruhla yaşayan xalqa çatdıra bilsin.
Snelmanla dostları belə bir qərara gəldilər:
- Bizim Servantes kimi dahimiz yoxdur, biz Svift yetişdirə
bilmirik, ancaq ağlımız və qabiliyyətimiz onların başladığı böyük
işləri öz ölkəmizdə gerçəkləşdirməyə yetər... Taunun, vəbanın və
yatalağın mikrobları gözlə görünmür: onlar olduqca kiçikdir,
ancaq buna baxmayaraq böyük ərazilərdə kütləvi insan qırğını
törədirlər. Eynilə, cəmiyyətin və xalqın içində də mənəvi xəstəlik
törədən mikroblar var. Ola bilsin, onlar taun mikroblarından daha
təhlükəlidir.
Finlandiya bataqlıqlarla örtüldüyündən, burada malyariya və
vərəm xəstəliyi geniş yayılmışdı. Əhali malyariyadan çox əziyyət
çəkir, vərəm isə çoxsaylı insan ölümünə səbəb olurdu. İsveçlilər
buna xüsusi əhəmiyyət vermirdilər. Snelmanın başladığı hərəkat
bu xəstəliklərlə mübarizəni də ön plana çəkmişdi.
- Ancaq düşüncənin, iradənin, ruhun da vərəmi olur, -
Snelman deyirdi. - Bizim gənclik az qala hamıhqla bu mənəvi
yoluxucu xəstəlikdən əziyyət çəkir. Beş ildən, on
76
beş ildən sonra yaradıcı həyata qədəm basacaq bu insanların
arasında mənəvi vərəm xəstəliyinin yayılmasına laqeyd qalmaq
olmaz. Buna qarşı mübarizə aparmalıyıq.
* * *
Bir dəfə futbolçuların böyük təntənəli mərasimi keçirilirdi -
aparıcı futbol klublarından biri özünün onilliyini qeyd edirdi.
Yığma komandaların maraqlı yarışması təşkil edilmişdi.
Oyundan sonra təntənəli yığıncaq keçirildi. Çıxışlar oldu.
Yığıncaqda başqa idman növlərinin təmsilçiləri də iştirak edirdi.
Onların arasında Snelmanın dostları da vardı. Snelman
yarışmada iştirak edən idman klublarından birinin fəxri sədriydi.
O, konfransdakı çıxışında bunları söylədi:
- Bizim fın gəncliyinin idmanla məşğul olması məni çox
sevindirir. Düşünülərək yerinə yetirilən müxtəlif fiziki təlimlər
böyük tərbiyəvi əhəmiyyət daşıyır. Müdrikliyiylə seçilən qədim
yunan xalqı gimnastika, güləş, qaçış, uzunluğa tullanmaq kimi
idman növlərinə çox böyük hörmətlə yanaşırdı. Fiziki təlimlər
bədənin elastikliyini və çevikliyini artırır. Bunun sayəsində
bədən cəld, yeriş yüngül, hərəkət incə olur.
-
Şəhər həyat tərzində, uzun müddət bir yerdə oturmaq, çox
vaxt dar və havası çatmayan otaqlarda işləmək bədəni korlayır.
Əzələlər boşalır. Qan zəhərlənir. İnsanlar süstləşir. Üstəlik,
düşünülməmiş və uzunçuluqla dolu məktəb proqramı
mövcuddur. Burada canlı biliyi məktəb fəlsəfəsinə çevirir, beyini
kitablardan gəlmə sitatlarla: illərlə, adlarla, ölçülərlə, düsturlarla,
ölü qanunlarla yükləyirlər.
-
Almaniyada şagirdlərin çoxu gözlük taxır. Onların gözləri
yaxşı görmür. Şəhərlərdəki əksər uşaqların onurğa
77
sütunları əyri, sinələri çökük, ayaqları nazikdir, əlləri zəif, üzləri
solğundur; havasız yerdə böyüyən bitki kimi əzgin görkəmləri
var. İstəyirsən, insanları götürüb şəhərdən qırağa çıxarasan.
Onları qaçmağa, tullanmağa, göy otluqda güləşməyə məcbur
edəsən. Dərindən nəfəs almağa çağırasan.
-
Yunanlar belə də edirdilər. Biz də onlardan nümunə
götürürük. Ancaq Sokratın, Fidi və Periklin müasirləri həyati
müdrikliyin əsasında belə bir qayda olduğunu düşünürdülər:
“Heç nədə ifrata yol vermək olmaz!” Yəni, ölçüdən qırağa
çıxmaq lazım deyil. Birtərəflilik olmaz. Hər şeydə ölçü
gözləmək, hər şeyi öz vaxtında və öz yerində etmək lazımdır.
-
Bununla yanaşı, Sokratın, Esxilin və Aristofamn
müasirləri əqli əməklə məşğul olan insanların həyatdan
ayrılmalarına, ziyalıların ölüvaylığına və fiziki zəifliyinə
gülürdülər.
-
Ölümsüz komediya “Axmaqlığın tərifi” əsərinin böyük
müəllifi' çömçəquyruq adlandırdığı, müdrikliyi çoxlu kitab
oxumaqda görən və quru nəzəriyyələri əzbərləməklə öyünən
adamları öz satirasıyla amansızcasına qamçılayırdı.
-
“Qulliverin səyahəti” əsərinin dahi müəllifi Svift lili-
putların, cırtdan boylu xalqın həyatına gülür, özlərini qurbağa
kimi şişirdib böyük cüssəli insan sayan bu adamların
gülünclüyünü açıb tökürdü.
-
Svift öz əsərində bir neçə böyük bir hissəni, bütöv bir
başlığı, liliputların eybəcər meyllərini və iyrənc həyatlarını
istehzalı təsvirinə ayırır. Liliputların yekə başları, nazik boğazları
və dar çiyinləri var. Onların bütün həyatı kitablar-
1
Rotterdamlı Erazmus nəzərdə tutulur. (Tərc.)
78
dakı düsturlar, həndəsi çertyojlar üzərində qurulub... bütün
əməlləri isə zahiri görünüşləri kimi iyrənc və eybəcərdir.
-
Ancaq mən, - Snelman sözünə davam etdi, - dostlarımla
birgə gözəl xəyallar qurduğum gələcək Suominin Liliputiyaya
bənzəməsini istəmirəm. Bizə liliputlar gərək deyil. Lakin finlərin
gələcəkdə güclü ayaqlı və zəif beyinli xalqa çevrilməsini də
istəmirik. Aşağıda camış ayaqları, yuxarıda qoyun başı; karton
qutu şayağı boş və yüngül kəllə - belə mənzərə bizdə heyranlıq
doğurmur, kiçik xalqımızın böyüklüyüylə bağlı arzularımıza
cavab vermir.
Siz Finlandiyada futbolun uğurlarını heyranlıqla izləyirsiniz.
Sevincinizdən qışqırırsınız, sizin “Güclü ayaq” cəmiyyəti futbol
klubunun qonşu ölkələrə: İsveç, Norveç, Danimarka kimi
ölkələrdəki yarışlara çağırılmasıyla öyünürsünüz, “Güclü ayaq”
klubunun uzaq Macarıstandakı yarışlardan qələbəylə qayıtması
sizi sevindirir. Ancaq sizin bu sevinciniz məni sevindirmir.
-
Əgər bizim Suomidə “Güclü düşüncə”, “Böyük əməl”,
“Süd istehsalı”, “Yaxşı yumurta”, “Seçmə taxıl”, “Ağ parça”,
“Təmiz vicdan”, “Yeni ideyalar”, “Mexanikanın fəxri”, “Tox
xalq”... kimi adlar daşıyan klublar olsaydı, mən özümü çox
xoşbəxt hiss edərdim.
-
Çox istərdim, siz gənc finlər, yalnız macarlara deyil,
habelə, almanlara, fransızlara, ingilislərə də qalib gələsiniz,
ancaq bunu topu təpikləməklə deyil, başınızla, ürəyinizlə,
iradənizlə,
elminizlə,
ustalığınızla,
ticarətinizlə,
peşə
sənətkarlığınızla, müdrik qanunlarınızla, xalqın öz vətənində ən
yaxşı quruluş yaratmaq uğrunda mübarizəsiylə edə biləsiniz.
Bu böyük mübarizədə siz, futbolçuların əzələli ayaq- larıyla
uzağa gedə bilməzsiniz. Topu başla vurmaq üçün
79
gərək möhkəm kəllən olsun, ən möhkəm kəllə isə qoyun
kəlləsidir. FinlandiyalI gənclərin qoyun kəlləsiylə öyünəcəklərinə
inanmıram.
-Axtarıb Sokratın şəklini və Heraklın məşhur heykəlinin
təsvirini tapın və onları tutuşdurun. Sokratın portretindəki
müdrikin başı daha çox gözə çarpır, beyinin yerləşdiyi çox böyük
alın! Adama elə gəlir, beyin çox böyük olduğundan kəllə çanağına
yerləşmir, bura ona darısqallıq edir. Sokratın başına və alnına
diqqət etsəniz, bunu hiss edəcəksiniz.
İndi isə Heraklın heykəlinə göz yetirin. Hər şeydən öncə bizi
bu qədim mifik qəhrəmanının güclü, ağır və əzələli bədəni cəlb
edir. Şalbana bənzəyən iri ayaqlar üzərində dayanmış güclü
bədən. Qolların əzələləri sıx hörülmüş gəmi kanatlarına bənzəyir.
Geniş çiyinləri, qabarıq köksü var. Kəl kimi yoğun boynunun
üzərindəki başı bədəniylə mütənasib deyil. Alnı dardır. Hər şey,
qarşınızda nəhəng fiziki gücün dayandığını göstərir, lakin onda
intellektual və mənəvi güc deyilən bir şey əsla yoxdur. Herakl -
güclü bədən quruluşu, bərk sümüyü, qüvvətli əzələləri olan bir
adamdır, ancaq onun yüksək intellekt, düşüncə və ruh adamı
olmadığı çox aydın görünür.
Mən sizə Sokratın və ya Heraklın başlarından birini seçməyi
təklif etmirəm. Lakin camış ayaqlarını yamsılamaq üçün
çalışanda Sokrat kimi bir baş bəsləmək qayğısını da unutmamağı
məsləhət görürəm. Daş kimi bərk qoyun kəlləsinə sahib olmaqla
kifayətlənməyin. Bu qaydanı unutmayın: oynamağına sözüm yox,
ancaq qurşaqdan yuxarının da qayğısına qal. Gənc Finlandiyaya
təkcə dəri top qovmağı bacaran insanlar gərək deyil. Ona fın
xalqının iqtisadi, ictimai, əqli və mənəvi həyatı üçün güclü
mühərriklər də lazımdır.
80
- Yetərincə mədəni olmayan xalqların arasından çıxan alçaq
xislətli fırıldaqçılardan nümunə götürməyin, onlar mədəni
xalqların həyatını onların çöl qapılarından və zibil qablarından
başlayaraq qavramağa başlayırlar. Onlar Parisdə kafe-
şantanlardakı qaydaları öyrənir, Almaniyanı öyrənməyə
pivəxanalardan başlayır, İngiltərədən futbol topu qəbul edirlər.
Siz daha yüksəklərə baxın! Avropada yaradıcılıq evlərinə baş
çəkin. Düşüncə məbədlərinə gedin. Almaniyadakı, “Xeyirxahlar
ittifaqı” kimi cəmiyyətləri dolduran gəncləri yamsılayın.
Ruhunuzun inkişafı üçün çalışın. Bu qədim nəsihəti unutmayın:
“Sağlam bədəndə sağlam ruh olar”.
- Fin gəncləri, unutmayın: sizin vəzifəniz ağır topu hündürə
qaldırmaq və ya uzağa vurmaq deyil, xalqınızı yüksəyə
qaldırmaq, gələcəyə aparmaqdır. Başlıca işiniz vətəninizin daha
sürətli inkişafına nail olmaqdır.
81
|