"omnia
dubitanda sunt"
(hər şeydən şübhələnmək lazımdır) barədə də
bilirəm.
- Görürsənmi, görürsənmi, görürsənmi: “şübhələnmək”
əsasdır, gərək hər şeydən şübhələnəsən. Heç nəyə inanmayasan.
Deməli, həqiqət yoxdur. Şübhə doğurmayan heç nə yoxdur, - şər
ruhu yenidən səsini qaldırdı.
- Özünü də, məni də uşaq yerinə qoyma, - işıqlı ruh yenə öz
düşmənini dayandırdı. - Skeptik inkarçı deyil, “şübhələnmək”
hər şeyi inkar etmək, heç nəyi qəbul etməmək deyil.
“Şübhələnmək”, kor-koruna, gözüyumulu, yoxlamadan qəbul
etməmək deməkdir.
Tarixi sənədlərin həqiqi olub-olmadığını yoxlayırlar. Şahid
ifadəsinin doğruluğu da yoxlanılır. Süd və çörək satanların
dürüstlüyünü yoxlayırlar. Qızılın təmizliyini yoxlayırlar. Əgər
yoxlamadan sonra predmetlərin və adamların şübhəsiz olaraq, öz
adlarına layiq olduğu bilinirsə, onları qəbul edirlər. Tullamırlar,
qəbul edirlər.
Dekart da hər şeyi inkar etməyi deyil, hər şeyi ciddi yox-
lamadan keçirib qəbul etməyi öyrədir. O “təmiz” həqiqəti,
“təmiz” xeyiri, “təmiz” məntiqi sevir. Şüurlu və ya qeyri- şüurlu
şəkildə yalan qatılmamış həqiqəti bilmək istəyir...
- Ancaq Qorgias, Prodik, Protaqor, - şər ruhu müsahibinin
sözünü kəsdi... - Onlar heç nəyi həqiqət olaraq qəbul etmirdilər.
Yer üzündə müsbət və şübhəsiz həqiqətin olmadığını, hər şeyin
nisbi olduğunu öyrədirdilər.
- Onların dövründə insanlar göydə uça da bilmirdilər, - işıqlı
ruh etiraz etdi, - yalnız quşlar və böcəklər uçurdu, bax indi
insanlar havada da, yerdə olduğu kimi sərbəst hərəkət edə bilir.
Deməli, Qorgias və Prodik filosof və məntiq adamı kimi: “Bizim
dövrdə, insanlar indiyədək hamının inan
182
dığı bütöv həqiqəti tapa bilməyiblər” - deyə bilərdilər. Ancaq bu,
insanların heç vaxt həqiqəti tapa bilməyəcəkləri demək deyil...
Adamlar və xalqlar yerin təkində olan bütün qızılı, bütün daş
kömürü, bütün nefti tapmayıblar... İnsanlar təbiətin bütün
qanunlarını və sirlərini də tapa bilməyiblər. Təbiətin bütün
qüvvələrindən istifadə etməyin üsulunu da bilmirlər...
Hələ çox şey tapılmayıb. Ancaq buna görə ümidsizliyə qa-
pılmırlar. Əlləri işdən soyumayıb, irəli gedir və irəlilədikcə daha
əzmlə axtarır və daha böyük tapıntılara çatırlar. Hər gün yeni-
yeni sərvətlər aşkara çıxır: torpağın, ağlın və biliyin, həqiqətin
və insan ürəyinin neçə-neçə sərvəti tapılıb üzə çıxarılır. Bu
sərvətlərin daha yaxşı dəyərləndirilməsi və onlardan daha yaxşı
istifadə olunması günü-gündən yaxşılaşır... Mənim məşəlim -
ağlın məşəli, biliyin məşəli, vicdanın məşəli - günü-gündən daha
çox yerdə peyda olur və daha parlaq işıq saçır...
- Görürsənmi qaranlıq ruhu? Mənim işığım yavaş da olsa,
dayanmadan yer üzünü, həyatı və insanları işıqlandırır. Sənin
qaranlığını qovur...
- Yaxşı qovub dağıdır! Yaxşı işıq salır! - şər ruh şit və
özündənrazı halda güldü. - Satirik Yuvenal, komik Aristofan,
bütün zamanların və ölkələrin sənə sadiq olan moralistləri, şən
Rable, insanları qıcıqlandıran Svift və gülməli Volter,
əsərlərində addımbaşı insanın kütbeyinliyi, axmaqlığı, əclaflığı,
heçliyi, yalanlarıyla bağlı qəzəb püskürürlər. Onlar insanlara
görə kədərlənir və onlara gülürlər. Adamları utandırır və özləri
də onlara görə utanırlar. İnsanlığı qamçılayır, ona nifrət edir, onu
təhqir edirlər... Ancaq sən öz məşəllərinin yanmasından,
alovlarının alışmasından danışırsan...
183
- Əlbəttə, - işıqlı ruh inamla etiraz etdi. - Sən, məkrli və
fırıldaqçı ruh, mənimlə özündə olmayan kartların hesabına
oynamaq istəyirsən. Yuvenallar, Molyerlər, Sviftlər, Volterlər və
qəzəbli Katonlar, habelə, qaba və çirkin mənlikli şəxslərin
maskasını amansızcasına yırtan başqa mütəfəkkirlər, həmçinin
peyğəmbərlər - onların hamısı, mahiyyətcə, sənin dostun ola
bilməzlər... Onlar mənim məsləkdaşımdırlar! Onlar mənim
məşəlimdirlər! Onların xalqların və insanların iç üzündə olan
çirkabı, yalanı, zorakılığı və alçaqlığı açıb-ağardırlar. Onların
ifşası, şərə olan nifrəti, bütün yer üzünün həqiqətin və xeyirin
işığına bürünməsə də də, onun müxtəlif guşələrində getdikcə
daha çox işıq saçan ocaqlar qalanmaqda olduğunu aşkar göstərir.
Bu işıq saçan ocaqlar isə, öz nuruyla adamlara həyatın
eybəcərliklərini aydın şəkildə göstərməkdədir...
Yer üzündə həqiqətin, sevginin və müdrikliyin günəş kimi
parlaq işıq saçacağı təntənəli günlər hələ uzaq olsa da, insanların
başı üzərində sənin soyuq və iyrənc, dəhşətli qaranlıq gecələrin,
yalançı ruhun daimi olaraq asılıb qalmır, - işıqlı ruh fikrini
tamamladı, - yüz minlərlə parlaq ulduz, yerbəyerdən, çox
uzaqlardan olsa belə, göylərdən öz işığını yer üzünə salır,
günəşin gəlişiylə dan yeri sökülür, dünya aydınlanmağa başlayır.
- Dan yerinin işığı... qaranlıq səma... ulduzlar... şər ruhu... -
qaranlıq ruhu zəhərli ilan kimi fısıldadı. - Bunların hamısı
poeziyadır, cındırlaşmış bir poeziya. Gəncləri tilova salmağa
yarayan ucuz nağıllar... Mən nasirəm, faktlara arxalanıram,
xəyallara yox. Mən həyatı olduğu kimi görürəm, necə varsa... O
sənin məşəlindən çox uzaqdır. Həyat mənim yaratdığım böyük
bir zibil quyusudur. Bunu mən demirəm. Bunu pessimist
filosoflar Leopardi, Şopenhauer deyir.
184
Yüzlərlə moralist bunu deyir, yüzlərlə müxtəlif Savonarollar
deyir, onlar hamılıqla, min ildir, zaman irəlilədikcə, insan və
insan həyatının günü-gündən daha çox çirkaba batdığını təkrar
edirlər. Onlar ki mən deyillər, yalan və şər ruhu sayılmırlar.
Onlar - müdriklər, kilsənin dayağı, həqiqət axtarışına çıxanlar,
düşüncə dahiləridir!..
- Yenə şulerlik edirsən! Yenə kartlarla fırıldaq gəlirsən. -
İşıqlı ruh güldü. - Sən heç bir böyüklüyü tanımırsan, heç nəyə
inanmır, heç kimə hörmət etmirsən, məğlub olduğunu görən
kimi, başqalarının arxasında gizlənir, özgələrin nüfuzuna
sığınırsan.
- Gizlənəndə nə olar?! Qoy lap özgə nüfuz yiyələrinin
arxasında daldalanım, - şər ruhu qəzəbləndi, - ancaq onlar hər
halda nüfuz yiyəsidirlər axı! Onlar, dünyanın başsız, kor,
dağıdıcı qüvvələrin axmaq və kobud zarafatından doğulduğunu
və ya insanların Allahın təhqirindən törədiklərini, məhvə
məhkum olunduqlarını öyrədirlər... mən onların yerinə cavab
verməli deyiləm. Axı bu müdriklərin gəldiyi nəticədir, insanlığa
yol göstərənlərin dünyaya kəsdikləri ölüm hökmüdür!..
- Hələ yorulmamısan? Yenə qıhnc oynadırsan? - işıqlı ruh
gülümsündü. - Yaxşı, qılınc oynatmaq istəyirsənsə, davam edək.
Dovşanın quyruğunun necə olduğunu xatırla- yırsanmı?
- Dovşanın quyruğunun bura nə dəxli var! - qaranlıq ruhu
incidi...
- Bilirsənmi, - işıqlı ruh gülümsəməkdə davam etdi, - sənin
məntiqin, ağlın və hiyləgərliyin mənə dovşanın quyruğunu
xatırladır. Pələngin, aslanın, atın, yaxud inəyin də quyruğu var -
bunlar uzundur, ancaq bir də dovşanın quyruğu var. Dovşanın
quyruğu da quyruq sayılır, an
185
caq çox qısa, güclə gözə çarpan, quyruğa bənzər, quyruğun
əlaməti... Çox vaxt, bir sıra adamların da düşüncəsi, ağlı, istedadı,
vicdanı və sevgisi dovşanın quyruğu kimi qısa, gözə
çarpmayacaq qədər kiçik olur. Müdrikliklə dahilik də bəzən qısa,
gözəçarpmaz ola bilər... Uzaqgörən və yaxıngörən insanlar olur.
Bunu ağıl və hətta, müdriklik barədə də deyə bilərik. Bir var,
böyük, dərin və geniş ağıllı insanlar, bir də var, şübhəsiz ağıllı,
ancaq birtərəfli ağıllı insanlar: kiçik sevgili, kiçik ürəkli, dar
düşüncəli, cılız vicdanlı insanlar kimi, bunların da, ağlı
yetkinlikdən uzaq olur. İnsan özü üçün oğurluq etmir, alçalmır,
milçəyi belə öldürmür, ancaq mənsub olduğu partiyanın uğur
qazanması üçün, daxil olduğu sinfin və ya qoşulduğu ideyanın
maraqları naminə, ya da, “vətənin xeyri üçün” yalan danışır, fırıl-
daq işlədir, başqalarına əzab verir, onları öldürür. Bu adamların
vicdanı, namusu, sevgisi yalnız öz mənafelərinə aid olan işlər
çərçivəsində fəaliyyət göstərməklə məhdudlaşır. Daha geniş
sahədə vicdan kifayət etmir... Fransız inqilabının qəhrəmanı,
“satılmaz” ayamasıyla tanınan Robespyer bu cür, qısa və gözə
çarpmayan ağıl və ruh yiyələrindən biri hesab olunurdu. Ağlı və
ruhu belə qısa olan adamlardan biri ciddi kilsə adamı kimi ad
qazanan Loyoladır. Belə dardüşüncəli və cılız adamlar birtərəfli
siyasi, dini, ədəbi və incəsənət birlikləri yaratmışlar, yaradırlar və
yaradacaqlar. Bu cür cılız-müdriklər, birtərəfli mistiklər də olur,
onların sırasında böyük filosof sayılan insanlara, alovlu inanc
yiyəsi Savonarol kimilərinə, insanların günahı ucbatından
dünyanın məhv olacağı barədə peyğəmbərlik edənlərə də rast
gəlmək mümkündür.
Filosofpessimistlər, qəzəb və kin üzərindən peyğəmbərlik
edənlər, Savonarollar, insanların yer üzündəki fəaliyyətinin
186
və həyatın yalnız bir tərəfini görmüş və görməkdədirlər: Xaos!
Ancaq onlar uzaqgörən olmadıqlarından, bu xaosun içində
fəaliyyətdə olan yaradıcılıq ruhunu, harmoniya ruhunu görə və
duya bilmirlər. Bizim dünyamız, Yer kürəsi, böyük bir
incəsənət, tikinti emalatxanasıdır: adamlar, xalqlar, bəşəriyyət
isə bu emalatxanada çalışan yaradıcı əməkçilər, tikinti
ustalarıdır...
- Yaxşı inşaatçılardır! - şər ruhu istehzayla çımxırdı, -
Afrikanın adamyeyən vəhşiləri, Persiyanın Kambiz kimi
tiranları, dünyanın paytaxtı iddiasında olan Romanın başında
dayanan Karakal kimi yırtıcılar, “Tanrının qırmancı” sayılan
Atilla, İsa Məsihin yer üzündəki nümayəndəsi hesab olunan
iyrənc Borcia...
- Bütün bunlar - xaosun övladları, onun gücünün
təmsilçiləridir - işıqlı ruh sakit şəkildə etiraz etdi. - Xaosun gücü,
qorxunc fırtına kimi, siklon və tayfun kimi və ya zəlzələ və
daşqm kimi ortaya çıxır. Harmoniyanın gücü isə, yaradıcılığa
əsaslanan quruculuğa sövq edir...
- Demək, onlar incə və mülayim zəlzələlər törədirmiş? -
qaranlıq ruhu istehzayla işıqlı ruhun sözünü kəsdi.
- İstəsən, belə də deyə bilərsən, - həyat ruhu cavab verdi. -
Bir vaxtlar bütün kainat çox qızmar, ərimiş haldaydı. İndi artıq
Yer bu qaynar ərintidən ayrılmış odlu və cansız bir kürə deyil.
O dünyanın harmoniyasıyla, möhkəm bir bünövrə üzərində
qurulmuş, həyatın hökm sürdüyü bir məkandır. Yerin səthində
həyat qaynayır: çölləri yaşıl bitki örtüyü bürüyüb, bağlar
çiçəkləyir, şəhərlər tikilir, Mikelancelo qanunverici Musanın
heykəlini yonur, Bethovenlər “Qəhrəmanlıq simfoniyası”
bəstələyirlər. İdarəolunmaz axınlar, qaynar lava, qızmar qazlar
Yer kürəsinin daxilində qərarlaşıb bütün bu proseslərə təkan
verirlər.
187
- Onlar çirkli zir-zibil kimi Yerin üzərinə çıxır, onu silkələyib
sarsıdırlar, - şər ruhu zəhərli atmacasından qalmadı.
- Bu dustağın həbsxanadan qaçmasına bənzəyir, - işıqlı ruh
sözünə davam etdi...
- Fakt faktlığmda qalır: siz şəhərlər tikirsiniz, min illər boyu
əkinçiliyi inkişaf etdirir, xam torpaqları münbit əkin yerlərinə
çevirirsiniz, ancaq bir anda lava püskürür, qızmar qaz tüstü və toz
dumanıyla birlikdə kükrəyib hər şeyi dağıdıb tökür. Xaos öz
qələbəsini təntənəylə qeyd edir...
- Qismən! Qismən və müvəqqəti!
- Necə yəni “müvəqqəti”? - şər ruhu təəccübləndi.
-Yəni bu, sadəcə insan ağlının vulkanları və zəlzələləri idarə
etməyi bacarmadığı müddətcə belə olacaq...
- Anlamadım, - şər ruh təkrar təəccüblə soruşdu.
- Bu mətləbi anlamaq həm asan, həm də çətindir, - işıqlı ruh
təbəssüm duyulan bir dalğınlıqla dedi. - Sən ildırımötürənlərin
olduğunu bilirsən. Onu yaradan dahi insanlar elektrik qüvvəsinin
dağıdıcı gücünü cilovlaya bildilər. Bununla da insanlar, ildırımın
qaçışım, atın qaçışı kimi yönəltməyi, onu insanın iradəsinə tabe
etməyi öyrəndilər.
İnsanlar ildırımötürən kimi, doluötürən, qarötürən,
yağışötürən də ixtira edəcəklər. Tufanötürən də yaradacaqlar.
Qızmar və quru səhralar üçün yağışkeçirən kəşf edəcəklər. İndi
iri buxar qazanlarının və elektrik qüvvəsinin idarə edilməsinə
bənzər şəkildə, müxtəlif ölkələrin havasını idarə edəcəklər...
İnsanlar zəlzələnin səbəbini tapıb onun qarşısını almağın
yollarını da düşünüb tapacaqlar.
- Bunlar hamısı boş-boş nağıldır! - qaranlıq ruh isteh- zayla
dedi.
188
- Nə üçün boş-boş nağıl? - həyat ruhu ilhamla davam etdi. -
Vəba, taun, çiçək, yatalaq kimi xəstəliklər böyük qırğınlara
səbəb olur, bütöv vilayətləri boşaldır, insansız qoyurdu, indi hanı
o qorxunc qüvvə? Onun dırnağını çıxardılar, dişlərini tökdülər,
buynuzlarını
sındırdılar.
San
qızdırmanın
kökünü
kəsmədilərmi? Difteriyanı zərərsizləşdirmədilərmi? Başqa
kütləvi qırğın törədən xəstəliklərin də təsirini xeyli zəiflətdilər...
- Ancaq insanlar yenə də, keçmiş zamanlarda olduğu kimi
xəstələnir, aclıq çəkir, əzaba düçar olurlar, - qaranlıq ruh onun
sözünü kəsdi.
- Çünki hələ də həyat alovlannm, həqiqət və xeyirin canlı
məşəllərinin sayı azdır. İnşaatçı insanların, harmoniya
yaradıcılarının sayı hələ də azdır. İşıqlı düşüncələr, duyğular və
insanların xeyirxah iradəsi, qarın, buzun altından çox çətinliklə
çıxıb, sonra yayılan yaz yaşıllığı kimidir: dünyaya gəlmək üçün
ölməkdə olan bəşəri xaosun buzlaqları altından baş qaldırırlar.
- Başqa sözlə desək, mənim xaosum, dağıdıcı qüvvəm daha
güclüdür, - qaranlıq ruhu öz sözünün üzərində dayandı.
- Söz güləşdirmək və sözü qılıncsayağı oynatmaq kifayətdir,
- işıqlı ruh mübahisəyə son qoydu. - Artıq bezməyə başladım,
alışdırdığım məşəli görürsənmi? Kimin güclü olması barədə
cavabım budur. Mənim qığılcımım məşəlləri alışdırır...
- Bu da mənim sənə cavabım! - bunu deyib şər ruhu alovu
üfürdü və məşəl söndü. - Görürsənmi, mən sənin məşəlinlə nə
edirəm? Üfləyirəm... alovu sönür və sənin işığın yox olur.
189
İşıqlı ruh heç nə demədən, yumruğunu yenidən köksünə
çırpdı. Yenə də qığılcım çıxdı, birincidən daha parlaq olan bu
qığılcım məşəli alovlandırdı.
Qaranlıq ruhu yenidən üfürüb alovu söndürdü və ətrafa
qaranlıq çökdü.
İşıqlı ruh üçüncü dəfə yumruğunu köksünə vurdu və məşəl
üçüncü dəfə əvvəlkilərdən daha gur alovla yandı. Qaranlıq ruhu
üçüncü dəfə üfürüb alovu söndürdü. Bunlar, dördüncü, beşinci...
onuncu... otuzuncu... yüzüncü dəfə təkrarlandı. İşıqlı ruh hər dəfə
məşəli alovlandırır və məşəl hər dəfə əvvəlkindən daha gur alovla
yanırdı, qaranlıq ruhu isə hər dəfə alovu söndürməklə məşğul idi.
Ancaq o özü də hər dəfə alovu söndürmək üçün daha güclü
üfürməli olurdu. Yüzüncü alovun söndürülməsi ərəfəsində
qaranlıq ruhun alovu söndürməkdə çətinlik çəkdiyi hiss edilməyə
başladı: onun ovurdları partlamaq dərəcəsində şişirdi. Gözlərinə
qan yığılmışdı, alnının damarları köpürmüşdü. Üzündən sel kimi
tər axırdı.
İşıqlı ruh yüz birinci, yüz ikinci, yüz üçüncü dəfə məşəli
alovlandırdı...
Qaranlıq
ruhu
ara
vermədən
onları
söndürməkdəydi. Əvvəl, bunu etdikcə gülürdü, ancaq sonradan
qəzəblənməyə başladı. O indi yalnız məşəli söndürmək üçün
tufan qoparmaqla kifayətlənmir, həm də məşələ tüpürürdü. Bir
azdan nifrətlə işıqlı ruha çımxırdı:
- Özünün bu axmaq və mənasız işini bitir! Mən o andaca
söndürəcəyəmsə, sənin bu məşəli yandırmağının nə mənası var?
İşıqlı ruhun gözləri getdikcə daha ilhamla parıldayırdı. Sanki
onun özü alova bürünmüşdü. Barmaqlarının arasından
dayanmadan
qığılcımlar
saçılırdı.
Onun
çiyinlərinin
hərəkətindən qığılcımlar topa-topa ətrafa sıçrayır və əvvəl
190
onlarla, sonra isə yüzlərlə yeni alov mənbəyi yaranırdı. Qaranlıq
ruhu tufan qoparmağındaydı. Qəzəblə kükrəyirdi. Daha güclü
üfürməyə başladığından, məşəlləri təkcə söndürməklə
kifayətlənməyib, onları həm də sındırıb tökürdü. Öz şər
əməlindən, bütün işıqlı şeylərin hamısını dağıtmaqdan vəcdə
gəlmişdi. İşinə davam etdikcə hayqırırdı:
- İşığa ölüm! Alova ölüm! Mən ulduzları, Ayı və Günəşi də
söndürəcəyəm! Yer üzü, bütün dünya mənim qaranlığımın
hökmündə olacaq! Yolumdan çəkil, axmaq alovlandırıcı! Öz
vaxtını və gücünü boş yerə xərcləmə!
İşıqlı ruh artıq altı yüzüncü, yeddi yüzüncü və başqa, yeni-
yeni məşəlləri yandırmaqda davam edirdi. Mininci məşəl
alışandan sonra, düşməninə sarı qışqırdı:
- Sən qaranlıqsan, sən ölümsən, sən dağıdıcısan! Sənin işin
və sevincin - həyatın alovunu söndürmək, xeyirini yox etməkdir.
Nə qədər bacarırsan söndür!.. Söndür, ey qaranlıq müjdəçisi!..
Mən isə həyat daşıyıcısı, yaradıcısıyam. Mən - işığam, mən -
alovam, mən - həqiqətəm, - mən sevincəm. Mən həyat əkirəm.
İşıq saçan alovlar qalayıram. Ey qaranlıq ruhu, səninlə mənim
savaşım bu gün başlamayıb, bu gün də qurtarmayacaq. Sən öz
işinə davam elə: alovları söndür, həyat məşəlini sındır, dağıt!
Ancaq mən və həmfikirlərim usanmadan öz işıqlı işimizi
görəcəyik.
Bunu deyib işıqlı ruh yumruğunu daha zərblə köksünə
çırpdı. Bu vaxt sanki yer hayqırdı. Səsin əks-sədası uzaq dağlara
qədər yayıldı, təkrar əks-sədaların sevinc nidasına bənzəyən
sədaları uzaqlara yayılıb eşidilməz oldu.
İşıqlı ruhun köksündən, gözlərindən, dodaqlarından, irəliyə
uzanmış əllərindən, başının hər bir tükündən, minlərlə parlaq
ildırım çaxırdı... və bir anda ətrafı parlaq işıq saçan gur alov
dilləri bürüdü.
191
Qaranlıq ruhu bu alovu söndürsün və işıqlı ruhun özünü yer
üzündən üfürüb qırağa tullaya bilsin deyə, bütün havanı içinə
çəkməyə çalışırdı. O, gərginlikdən köz kimi qızarmışdı. Dəmirçi
körüyü kimi şişmiş və... qəzəb içində yıxılıb qalmışdı. Artıq
üfürmək üçün gücü tükənmişdi. Halsızlıq içindəydi. Dodaqaltı,
pıçıltıyla deyinirdi: Haqlısan, bizim mübarizəmiz əbədidir.
Səninlə hələ görüşəcəyik.
İşıqlı ruhun çatdığı alovlar yanırdı. Göy üzü işıqlandıqca
işıqlanırdı. O, əvvəl alovlu-qırmızı, sonra parlaq qızılı rəngə
çalırdı. Elə bu vaxt Günəş dan yerindən qalxıb buludsuz göy
üzünə yüksəlməyə başladı...
* * *
Bu əfsanənin mənası var, - Luka Makdonald sözünü belə
tamamlayır, - istənilən həyat quruculuğu, çox vaxt qara, dağıdıcı
qüvvələrlə mübarizəylə mürəkkəbləşir.
Bu məqamda Luka Makdonald Bibliyadan, yəhudilərin Babil
əsirliyindən qayıdandan sonra Yerusəlimi və ondakı məbədi
tikmələri barədə yazılanları xatırladır.
Yəhudilər ölkələrinin düşmən tərəfindən dəhşətli şəkildə
dağıdılmasından sonra geri qayıdanda, paytaxtlarının xarabazara
çevrildiyini gördülər. Şəhəri yenidən tikmək lazımdı, ancaq ətraf
düşmənlərlə doluydu. Onlar işləməyə mane olur, yəhudilərin
tikməyə macal tapdıqlarını yenidən uçurub dağıdırdılar. Bu dəfə
yəhudilər əllərində bel və külüng, bellərində nizə və ox-yayla,
işləməyə başladılar. Düşmənlərdən kimsə işləməkdə onlara
mane olmaq istəyəndə, bel və külüngü nizə və ox-yayla əvəz
edir, düşməni qovub uzaqlaşdırırdılar.
- Keçmişdə və indi, ideya sahibləri çox təsadüfi hallarda
ictimai rəğbət qazanırlar, - Luka Makdonald yazırdı. -
192
İstənilən yaxşı və böyük ictimai və xalq işlərinə - siyasətdə,
mətbuatda və cəmiyyətdə - adətən həyasız, vicdansız, ləyaqətsiz
təsadüfi adamlar - şöhrət düşkünləri, acgöz yırtıcı-parazit
təbiətli şəxslər soxulurlar. Onlar siyasətdən, xalq həyatının
qurulmasından, özləri üçün alver pred- meti düzəldir, bunları
namussuz yolla varlanma və şəxsi mənfəətləri üçün sui-
istifadəyə yönəldirlər. Kilsə, məktəb, dövlət qulluğu onlar üçün
pullu avaraçılıq yerləridir. Burada həyatın qurucuları, xalqın
namuslu xidmətçiləri deyil, şirəyə daraşan müftəxor milçək rolu
oynayırlar.
Müxtəlif ictimai və mədəni müəssisələrdə özlərinin düşkün
və xudpəsənd həzlərini təmin etmək üçün yol axtarırlar. Yüksək
rütbələrə çatır, vicdansız yolla varlanır və heç bir faydalı əməklə
məşğul olmaq istəmirlər. Ən pisi isə, onlar cəmiyyətin və xalqın
xeyrinə təmənnasız və həvəslə işləyən şəxslərin yoluna daş
dığırladırlar. İdeya adamlarıyla münaqişə yaradır, haqlarında
yalançı dedi-qodular yayır, onların guya “şöhrət qazanmaq
naminə” çalışdıqlarını deyirlər.
Bu hələ onların şər əməllərinin kiçik hissəsidir. Namussuz və
yırtıcı qansoranlar, xalqı talayan və dağıdıcılıqla məşğul olan bu
yaramazlar daha böyük və dəhşətli şər törədirlər. Hiyləgərlik və
ya şantajla, satın almaq və ya qorxutmaqla, bəzən də iyrənc
yalanla, bu da olmayanda açıq zorakılıqla, xalqın ağlını və
iradəsini öldürür, cəmiyyətin vicdanını zəhərləyir, gəncliyin
idealizmini, ideallarını məhv edirlər. Onlar öz ətraflarına mənəvi
qaranlıq yayırlar. Şəri böyüdürlər. Adamların dərd və əzablarını
artırırlar.
Aydın məsələdir, qaranlığın öz könüllüləri və coşqun
xidmətçiləri olur, - Luka Makdonald yazırdı. - Onların
193
hamısı soyuqqanlı siniklər
1
, ürəkdən, vicdandan məhrum,
utanmaz adamlardır. Həyatın işığını söndürməyə can atırlar.
Üstəlik, onlarla mübarizə aparmaq da çətindir. Onlarla mübahisə
etmək, çox vaxt asan başa gəlmir. Özünəməxsus, iblisanə,
zahirən inandırıcı görünən məntiqə sahibdirlər. Orijinal görünən,
zahirən cəzb edən psixologiyaya malikdirlər. Özlərinin - yalana,
eqoizmə və zorakılığa əsaslanan fəlsəfəsi mövcuddur. Rezin kimi
elastik əxlaqa sahibdirlər. Onların, belə demək mümkünsə, öz
inancları də var - buna, satınalma və qorxutma inancı demək
mümkündür.
Onlarla mübarizə aparmaq nə zarafata salınacaq maraqlı
əyləncə, nə də yüngül və xoşagəlimli idmandır. Burada alovlu
ilham, inadlı dayanıqlıq, möhkəm və sarsılmaz iradə, ən başlıcası
isə, öz idealına dönməz etiqad gərəkdir.
- Qaranlıq ruhu, sənin işinin mahiyyəti, işığı söndürməkdir! -
işıqlı ruh öz düşməninə deyirdi. - Sən bununla məşğulsan! Mən
isə həyat alovu: düşüncə alovu, vicdan alovu, xeyir alovu
daşıyıram. Mən alışdırıram. Sönmək bilmədən yanıram.
Siz də ey həyatın yaradıcıları, alovunuzu sönməyə qoymayın!
- Luka Makdonald yazırdı. - Özünüz alovlandığınız kimi
başqalarını da alovlandırın! Harada: kənddə və ya şəhərdə,
parlamentdə, orduda, kilsədə, maarif nazirliyində və ya başqa bir
idarədə qurub-yaratmaq istəyirsinizsə, həmişə və hər yerdə
alovlanın. Yalnız bir anlığına, bir günlüyünə, bir həftəliyinə və
ya bir aylığına alovlanmayın. Alovlanın! Dayanmaq bilmədən
alovlanın və alovlandırın. Maneələr olacaq, uğursuzluqlar
olacaq, şəxsi və ümumi işinizin düşməni olan adamlar bəzən
qələbə çalacaqlar - ancaq siz buna görə sönməyin! Ruhdan
düşməyin! Heç vaxt, əllərinizi ümidsizlikdən yanınıza salmayın!
1
Siniklər - Sokrat məktəbinin ardıcılları.
194
Uğursuzluqla üzləşəndə, maneələrlə qarşılaşanda: “Biz
yoxladıq, başladıq, mübarizə apardıq - ancaq kömək edən
tapılmadı. Addımbaşı, maneə və düşmənçilik gördük” -
deməyin. Qətiyyən deməyin. Qaranlıq ruhu alovunuzu
söndürürsə, siz yandırın! Bir dəfə söndürdüsə, ikincisini
yandırın. Üçüncüsünü... beşincisini... yüzüncüsünü... mi-
nincisini...
Alovlanmaqdan, alovlandırmaqdan usanmayın! - Luka
Makdonald ilhamla deyirdi. - Ətrafınız bütünlüklə işığa
bürünmedikçe alışıb alovlanın və başqalarını öz alovunuzla
alışdırın. Bu yolda tez uğur qazanacağınızı gözləməyin. Sizi
təqdir etmək, dayaq olmaq əvəzinə, ələ salanlar da olacaq.
Hörmət və şərəf əvəzinə, nifrət və dedi-qodu ünvanı olacaqsınız.
Yardım əvəzinə, gizli münaqişələr yaradacaq, bəzən hətta, açıq
düşmənçilik edəcəklər. Onlarla, yüzlərlə, minlərlə qara qüvvə
sizin işıqlı işinizi söndürməyə çalışacaq, lakin siz
alovlanmağınızdan qalmayın! Alovlanın və alovlandırın!
* * *
“Həkiminqeydləri”kitabıylamüqayisədəL.Makdonaldın
kitabı haqqında daha çox danışır və yazırdılar. Makdonaldm
kitabı bütün əhalinin ağlına və vicdanına toxunur, hamıdan və
hər kəsdən: “Siz kimsiniz: həyatı qurub - yaradanlardan- sınız,
yoxsa küt və tox peyinqurdundan fərqiniz yoxdur? Bəlkə,
sadəcə yırtıb-dağıtmaqla məşğulsunuz?” - deyə soruşurdu.
Çoxları inciyirdi. Makdonalda və onun kitabına qəzəb-
lənirdilər. Kitabda məhz onlardan bəhs olunduğunu
düşünürdülər. Makdonaldm kitabı onları odlandmrdı. Bu,
onların bağlandığı utanç sütunuydu. Ona görə də, bu kita-
195
bin alovunu tüpürcəklə “söndürməyə” çalışır və müəllifi
haqqında alçaqcasına yalanlar yayırdılar:
- Bu bizim fın xalqının adına yazılmış həcvdir. Mak- donald
isveçlidir, üstəlik zadəgan və qrafdır. O bizi, finləri bəyənmir,
alçaltmağa çalışır. Onun fin xalqı haqqında yazmağa haqqı
yoxdur.
Bu qara qüvvələrin səsiydi: siyasi nəzəriyyəçiliklə məşğul
olanların, bütün növdən olan qaniçənlərin, məktəblərdə,
dəftərxanalarda və kilsələrdə kök salmış ruhsuz formalistlərin
dedikləri və yazdıqları bundan artıq olmayacaqdı.
Canlı ruha sahib insanlar, əksinə, Luka Makdonaldın kitabının
istiliyindən, işığından söz açıb deyirdilər:
- Luka Makdonaldın fin olmamasının məsələyə nə dəxli var?!
Bizim Finlandiya onun da vətənidir, o öz istedadını, əməyini və
alovlu ruhunun istisini fin xalqının xidmətinə verib. Biz finlərin
mənəvi qəflət yuxusuna getməyimiz, fin yazıçılarından heç
birinin fin xalq ruhunun bu cür qəflət yuxusuna dalması barədə
yazmaması onun günahı deyil.
Başqaları əlavə edib deyirdilər:
- Əvvəllər fin xalqı İsveçin hakimiyyəti altında olanda,
isveçlilərin məqsədyönlü şəkildə finləri qəflət yuxusunda
saxladıqlarından şikayətlənirdik. İndi isə xeyirxah (ola bilsin
isveçlilərin finləri əzməsindən xəcalət çəkən) bir isveçli, var
səsiylə: “Oyanın! Ağlınızı və vicdanınızı alovlandırın! Fin xalqı
- təbii gildən təmizlənməmiş və hələlik usta əliylə cilalanmamış
almazdır” - deyə hayqırır.
Qara qüvvələr bu günəş işığı saçan, dini, işıqlı kitabın alovunu
üfürüb söndürməyə çalışırlar.
Gənclər (tələbə və gimnaziya şagirdləri), xalq müəllimləri və
kənd ruhaniləri, savadlı kəndlilər və fəhlələr, məmurlar
196
və
tacirlər Luka Makdonaldın kitabını alır, gecələr tanışlarını
bir yerə toplayıb ucadan oxuyurdular. Kitabı roman kimi, ara
vermədən deyil, başlıqları ayırıb, hissə-hissə oxuyurdular,
sonra oxuduqlarını uzun-uzadı və qızğınlıqla müzakirə
edirdilər.
Kitab Suominin hər yerində, minlərlə yaxşı insanın
düşüncəsini oyadır, onlara aydınlıq gətirirdi. Həyatı yenidən və
yaxşı ideyalar üzrə qurmaq bacarığına sahib bir çox insanın
vicdanının oyanmasında böyük təsiri olmuşdu. Kitab minlərlə,
yüz minlərlə xeyirxah meylin yaranmasına səbəb olmuş,
verdiyi impuls fın xalqına yüzlərlə istedadlı, enerjili,
təmənnasız həyat qurucusu qazandırmışdı.
Luka Makdonaldın vətənində, əcdadlarının malikanəsinin
dənizə çıxışında, uca bir qayanın üzərində, onun şərəfmə abidə
ucaldılıb. Qayanın uçuruma açılan meydançasında qranit qüllə
ucalır. Qaranlıq çökən kimi, qüllənin başında parlaq mayak
işığı yanmağa başlayır. Bu qüllə “Makdonald Mayakı” adlanır.
Ancaq ruhani Luka Makdonaldın, müəllim Snelmanın,
tacirlər: Yarvinenin, Tomas Qulbenin və Ukkonenin ən yaxşı
abidələri yeni Finlandiyanın özüdür, bu azsaylı əhaliyə, ancaq
böyük və güclü mədəni ruha sahib xalq onların xatirəsini
yaşadacaq ən böyük abidədir.
Ümumxalq əhəmiyyəti daşıyan hansısa böyük bir binanın
tikinti planını hazırlayanda müxtəlif stilləri müzakirə edir:
renessans, rokoko, yunan-roma, bizans, qotik və ya başqa bir
stili əsas götürüb, sonra tikintiyə başlayırlar. Yeni, birləşmiş
SXS
1
dövlətinin xalq və dövlətçilik həyatını
1
Burada müəllif 1 Dünya müharibəsindən sonra yaranıb, Serbiya, Xorvatiya və
Sloveniyanı birləşdirən, sonradan Yuqoslaviya krallığı adlanan dövləti nəzərdə
tutur. (Tərcüməçinin qeydi)
197
qurarkən xalq kütlələrinin tərbiyə olunması və ölkələrin mədəni
inkişaf yollarının düşüncəli və dərin şəkildə öyrənilməsi
zəruridir.
Fikrimcə, xalq həyatının mədəni quruculuğunun “fin
tərziylə” ötəri tanışlıq belə, bu işə öz faydasını verəcək.
Hamılıqla, hər birimiz, əlimizdən gəldiyi qədər doğma böyük
slavyan idrakı və ruhunun güclənməsi üçün, onun müsbət yönlü
inkişafına yardım etməyə borcluyuq: əqli inkişafımız və ürəkdən
gələn duygularımızla bu qiymətli, nəcib, ancaq hələ işlənməmiş
xammal kimi qalan materialın işlənməsiylə məşğul olmalıyıq!
Özümüzü və xalqı, əməkdə səbatlı və əzmli, iradəcə intizamlı
olmaq yolunda tərbiyə etməliyik.
Bizim iqtisadi, vaxt, güc və vəsaitlərimizlə bağlı özünü
göstərən slavyan sapqınlığımıza, səbirsizliyimizə və səbat-
sızlığıma çarə tapılmalıdır. Bizim zəif inkişaf etmiş və çox vaxt
gizli qalan: insanlara, təbiətə, dünyanın bütün işıqlı və gözəl
tərəflərinə qarşı yönələn böyük slavyan sevgimizin üzərində
işləyib onu kamilləşdirməliyik.
Qədim Yunanıstan, Ellada, təkcə böyük mərmər ya-
taqlarıyla zəngin deyildi. Ellada bu mərmər ehtiyatından
möhtəşəm heykəltəraşlıq nümunələri yaratmış, bunu bacaran
dahi heykəltəraşlar yetişdirmişdi.
Biz slavyanlara, təbiət çox güclü bir ruh bağışlayıb: onun
bünövrəsində ağıl, bədii istedad və duyğulu bir vicdana sahib
böyük bir ürək döyünür. Buna görə də, biz, həyatın yaradıcıları,
böyük slavyan mədəniyyətinin qurucuları ola bilir və bunu
etməyə borcluyuq.
Dostları ilə paylaş: |