Qrup: tka20b fənn: Fəlsəfə



Yüklə 95,02 Kb.
Pdf görüntüsü
tarix26.05.2022
ölçüsü95,02 Kb.
#88044
ismayıl fəlsəfə



Sərbəst iş:
Fakültə: Teatr sənəti
İxtisas: Dram teatrı və kino aktyoru
Qrup: TKA20B
Fənn: Fəlsəfə
Fənn müəllimi: Sevinc Şaxhüseynova
Tələbə: Quliyeva Nərmin
Mövzu: Antik fəlsəfə


Antik fəlsəfə — Antik dövrün fəlsəfəsidir, qədim yunan, ellinizm və qədim 
Roma dönəmlərini əhatə edir. Fəlsəfi irsin formalaşması yunan fəlsəfəöncəsi 
dövrdən başlanmışdır. Eyni zamanda bu prosesə Misir, Mesopotamiya və orta Şərq 
xalqlarının dünyagörüşü də təsir etmişdir. Birinci filosof Fales, sonuncu isə 
Boesius sayılır. 
Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya 
hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi 
deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin 
böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri 
olmuşdur. 
Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. 
«Antik fəlsəfə» anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan 
fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında 
formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin «İliada» və 
«Odisseya», Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. 
Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə 
alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi 
təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla 
yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim 
Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv. 
VI– V əsrlər) də daxil edilir. İkncisi, yunan fəlsəfəsinin bu mərhələsi böyük 
filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, 
atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, 
Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr 
yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan 
parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür. 
Yunanıstan və əyalətləri Makedoniyalı İskəndərin imperiyasının tərkibinə daxil 
edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran 
güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç 


böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar: skeptisizm, epikurçuluq və 
stoisizm idi. 
III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən 
dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə 
meyllər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət 
göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır. 
Lukretsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi 
qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların 
parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, 
bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun 
katastrofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın 
tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü 
rolunu oynayır. 
Antik fəlsəfənin dövrləşməsi: 

Naturalistik dövr. Sokrata qədərki filosofları dünyanın quruluşu və başlanğıcı 
problemləri maraqlandırırdı; 

Humanistik dövr. Sofistlər və Sokratdan sonra filosoflar diqqəti daha çox insan 
və cəmiyyət problemlərinə yönəltmişdirlər; 

Klassik dövr. Platon və Aristoteldən başlayaraq bütün fəlsəfi problemlərə 
sintez şəklində hərtərəfli baxılmış, fəlsəfə sistemləşdirilmişdir; 

Ellinistik dövr. Fəlsəfi mərkəzlər Yunanıstandan Romaya köçmüş, Epikürçülər, 
stoaçılar, skeptiklər fəlsəfənin əsas problemi kimi insanın xoşbəxtliyə 
çatmasının yollarını araşdırmağa cəhd etmişdirlər. 

Dini dövr. Neoplatonizmin yaranmasından sonra fəlsəfə dini inanclarla qarışıq 
şəkildə inkişaf etmişdir. 

Erkən Xristianlıq dövrü. Monoteistik dinlərin qalib gəlməsi, onların üzərində 
fəlsəfənin gələcək inkişaf təməllərinin qoyulması. 

Yüklə 95,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə