ideyanın estetik şərhinə xidmət etdiyini özünəməxsus elmi
təmkinlə sübuta yetirir. Felyetonların başlanğıc və sonluqları,
müqayisə və tipikləşdirmə üsulları haqqında deyilənlər isə
C.Məmmədquluzadənin fərdi üslubu haqqında tamam yeni
sözdür və buna görə də müəllifini sevdirə bilir.
Bütün bu keyfiyyətlərinə görə «Yazıçı və dil» kitabı elmi
ictimaiyyət tərəfindən maraqla qarşılanmış və mətbuatda yüksək
qiymətləndirilmişdir. Görkəmli dilçi-alim Zərifə Budaqova yazırdı:
«İki unudulmaz sənətkarın dil sahəsindəki xidmətlərinin bir sıra
yeni cəhətləri ilə bizi tanış edən kitab… müvafiq ali məktəblərin
tələbə və müəllimləri, gənc elmi işçilər üçün dəyərli vəsaitdir».
(
Zərifə Budaqova. Yazıçı və dil. «Ədəbiyyat və incəsənət»
qəzeti, 25 sentyabr 1976
)
***
Q.Kazımov dilçiliyin müxtəlif sahələri ilə məşğul olan
çoxpredmetli bir tədqiqatçı-alimdir. Onun müasir Azərbaycan
dilinin sintaksisi, komizm nəzəriyyəsi, üslubiyyat, folklorşünaslıq
və qrammatika məsələlərinə dair sanballı araşdırmaları vardır.
Lakin Q.Kazımov dil tarixçisi kimi daha məşhurdur. Elmi fəaliy-
yətinin ilk dövründə nisbətən yaxın tarixi keçmişə üz tutaraq,
Ə.Haqverdiyev və C.Məmmədquluzadənin əsərləri əsasında milli
dilin XX əsrin əvvəllərindəki durumunu öyrənən alim bir qədər
sonra Azərbaycan dili tarixini yenidən dövrləşdirmiş, ayrı-ayrı
dövrləri səciyyələndirən dil xüsusiyyətlərini göstərmişdir. O, Qazi
Bürhanəddin, İmadəddin Nəsimi, Cahan şah Həqiqi, Şah İsmayıl
Xətai, Məhəmməd Füzuli kimi sənətkarların yaradıcılığı haqqında
elmi məqalələr yazaraq, Azərbaycan ədəbi dilinin inkişafında
onların xidmətlərini müəyyənləşdirməyə çalışmışdır. Bu sahədə
apardığı tədqiqatların başlıca nəticəsi isə belə olmuşdur:
«Azərbaycan milli ədəbi dilinin başlanğıc dövrü XVI əsrə
aiddir».
Dil tarixçisi kimi Q.Kazımov məşhur alman dilçisi Avqust
Şleyxer nəzəriyyəsinə tərəfdar çıxır. O, bütün dünya dillərinin
mənşə etibarilə bir kökdən yaranması barədə konsepsiyanı
doğru sayır və müdafiə edir. «Qapalı dünyanın sirri və ya
13
etnoteolinqvistik nəzəriyyə», «Müasir türk, rus, ingilis, ərəb və
fars dillərində eyniköklü sözlər», «Ulu dilin yaranması və
protodillərə parçalanması» məqalələrində tədqiqatçı bütün
dillərin vahid Ulu dildən yaranması haqda nəzəriyyəni yeni fakt
və mülahizələrlə zənginləşdirməyə çalışır. O, dünya dillərində çox
qədim zamanlardan mövcud olan oxşar sözləri kontakt əlaqəsinə
şamil edən alimlərlə əks mövqedə dayanır və bir-biri ilə qohum
olmayan müasir dünya dillərinin bir çoxunda nəzərə çarpan
leksik, morfoloji və sintaktik əlamətlərin eyniliyini həmin dillərin
vahid kökdən – Ulu dildən yaranması ilə bağlayır.
Tədqiqatçının dil tarixinə dair ən sanballı əsəri
«Azərbaycan dilinin tarixi» (2003) monoqrafiyasıdır. Doğma
ünsiyyət vasitəsinin ən uzaq keçmişdən başlayaraq, bizim eranın
XIII əsrinə qədər keçdiyi yolun tarixi mərhələlərini aydınlaşdıran
bu kitabda müəllif bəşər tarixinin ən qədim qatlarına enərək,
yenə A.Şleyxer nəzəriyyəsinə istinadən türk dilinin də mənşəyini
Ulu dilə bağlayır. Tədqiqatçıya görə, Ulu dil 35-40 min illik bir
müddət ərzində böyük inkişaf yolu keçərək protodillərə
parçalanmış, protodillərin inkişafı isə yeni dil ailələrinin
yaranması ilə nəticələnmişdir. Bu hadisə «ibtidai cəmiyyətin
dağılması dövründə baş vermişdir». (
Qəzənfər Kazımov.Azərbay-
can dilinin tarixi. Bakı, 2003, s.16)
Daha doğrusu, miladdan əvvəl təxminən «XII minillikdən
dilin inkişafında ikinci böyük mərhələ – protodillərin
parçalanması mərhələsi başlamış» və e.ə. XII-VI minilliklərdə dil
ailələri təşəkkül tapmışdır. Məhz bu dövrdə dillər morfoloji
quruluşuna görə bir-birindən ayrılaraq, köksözlü, flektiv və
aqlütinativ dillər kimi formalaşmışlar.
Tədqiqatçının düşüncələrinə görə, prototürkün
parçalanması da bu dövrə aiddir və bu proses elə Ön Asiyanın
hüdudları daxilində baş vermişdir: «Altay türklərin beşiyi, ilkin
vətəni deyildir. Türklərin beşiyi Ön Asiyadır». Onların Şərqə və
Qərbə doğru ilk hərəkəti – miqrasiyaları buradan başlamışdır;
türklər Azərbaycana Orta Asiyadan və Altaydan gəlməmişlər,
əksinə, onlar Altaya və Orta Asiyaya Ön Asiyadan getmişlər.
Monoqrafiyada türk-şumer əlaqələrinə – vəhdətinə dair
deyilənlər də maraqlı və əhəmiyyətlidir. Məlumdur ki, lap qədim
14
zamanlardan Dəclə-Fərat çaylarının arasında yerləşən və buna
görə İkiçayarası (Mesopotamiya) adlanan yerdə məskunlaşan
şumerlərin etnik mənsubiyyəti həmişə mübahisələrə səbəb
olmuşdur. Bir sıra tədqiqatçılar onların etnik baxımdan türklərlə
heç bir yaxınlığı olmadığını söyləyirlər. Bu mülahizələrin əksinə
olaraq, Q.Kazımov tarixçi və şərqşünas alimlərin fikirlərinə
söykənərək sübut edir ki, şumerlər İkiçayarasına şərqdən və
şimal-şərqdən, Zaqroş dağlarının ətəklərindən, Azərbaycan
ərazilərindən gələn əkinçi və maldar tayfalar olmuşlar. Şərqdə
və şimal-şərqdə yaşayan əkinçi və maldar tayfalar isə türklər
idilər. Onlar daha yaxşı əkin yerləri və otlaqlar qazanmaq
məqsədilə Zaqroş dağlarından İkiçayarasına enmiş, lakin burada
yaşadıqları zaman «köçüb gəldikləri ərazi ilə əlaqəni kəsməmiş,
tikinti şeylərini, xüsusilə meşə materiallarını İkiçayarasına
gəldikləri dağlardan gətirməli olmuşlar». Onlar uzun müddət İki-
çayarasında yaşayıb, özlərinə məxsus mədəniyyət və dövlət
qurduqdan sonra akkadların hücumlarına və istilalarına məruz
qalaraq, yenidən əvvəlki yaşayış məskənlərinə - «İran yaylasının
şimal-qərbinə, Azərbaycan ərazilərinə, öz qədim vətənlərinə
çəkilmişlər».
Kitabda Şumer – Azərbaycan mədəni-iqtisadi əlaqələri
arxeologiya elminin nailiyyətlərinə istinadən izah edilir.
Q.Kazımova görə, şumerlərin Azərbaycanla əlaqəsi neolit
dövründən başlanır və orta tunc dövründə daha da genişlənir.
İlk dövrlərdən mayasında dostluq, qardaşlıq duyulan bu əlaqələ-
rin ruhu sonralar da qorunur və güclənirdi. Şumer ərazisi
Azərbaycanın kuti, lullubi, kassi dövlətləri ilə mədəni-siyasi əla-
qələrini daha da möhkəmləndirir, qardaşlıq şəraitində yaşayırlar.
Belə tarixi ekskurslar müəllifə şumer dilinin dövrlərini
müəyyənləşdirmək, mixi yazılar haqqında söhbət açmaq üçün
lazım olur. Dilçi və tarixçilərin yazdıqlarına istinadən şumer
dilinin beş dövrünü fərqləndirən Q.Kazımov bu dövrlərin qısa
səciyyəsini də şumerşünas alimlərin fikirləri əsasında verir. O,
mixi yazılara istinad etməklə şumer dilinin quruluşundan söhbət
açaraq, bu dilin fonetikası, morfologiyası və sintaksisi haqqında
konkret məlumat verir. Şumer dilinin bəzi qrammatik
xüsusiyyətlərinin – morfoloji quruluşunun türk dilinin morfoloji
15
Dostları ilə paylaş: |