S ə l i m b ə y.
Həmzə, heç Nəcəfin Tirməsini
görübsənmi? Qəribə tuladır, s a n a t u l a d e y i r ə m, daha bil
nədir, bir at əvəzi.
(9)
Tula
sözü başqa sözlərlə elə əlaqələndirilmişdir ki, hər iki
məna çox aydın başa düşülür. Hətta Həmzə bəy özü də təhqir
edildiyini anladığı üçün «tula özünsən, ağzıyın sözünü bil» - deyə
pərt halda cavab qaytarır. Yazılı ədəbiyyatımızda ilk dəfə
Haqverdiyevdə rast gəldiyimiz bu üsuldan şeir və nəsr
əsərlərində indi də istifadə olunur.
Ə.Haqverdiyev sözün mənasına diqqətlə yanaşmış, hər
hansı bir anlayışı ifadə etmək üçün hansı sözün yararlı olduğunu
və hansı sözü seçib götürmək lazım gəldiyini əvvəlcədən ölçüb-
biçmiş, dəqiq müəyyənləşdirmişdir. Məsələn, Nazlı xanım pyesdə
bir dəfə də olsun ərinin adını demir; onun dilində
kişi, bizim kişi,
yolu yumrulmuş
söz və ifadələri «Qəhrəman bəy» sözünün
perifrazlarıdır. Məlumdur ki, keçmişdə qadınlar kütləvi yerlərdə
öz ərinin adını deməkdən çəkinərdilər. Bu hadisə öz izlərini hələ
indi də saxlamışdır. Dildə tabu adlanan bu hadisənin qədim tarixi
vardır və buna görə də obrazın danışığına milli kolorit verir. Ədib
obrazların dilində sonralar da bu cəhətə fikir vermiş, hətta bu
sahədəki zərərli mühafizəkarlığı «Xəyalat» pyesində açıq şəkildə
pisləmişdir. Hətəmxan ağanın Mirzə Fətəliyə dediyi aşağıdakı
sözlər onun (Hətəm xanın) bu məsələdə qatı mühafizəkarlığını
öz dili ilə ifşa edir:
H ə t ə m x a n a ğ a.
…hələ bunlar hamısı bir kənara,
sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaq
ilə nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənar bir
adamsan, amma genə nə qədər olsa, sənin qanın müsəlman
qanıdır; heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı?
Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyb
olsun sənin üçün, çox eyb olsun!
Ə.Haqverdiyevin pyeslərində ayrıca tədqiqə ehtiyacı olan
belə səciyyəvi cəhətlər çoxdur. Burada isə sözün rəngarəng
məna xüsusiyyətlərinin təzahür tapdığı şəkil və mənaca
fərqlənən söz qruplarına diqqət yetirməklə kifayətlənəcəyik.
Məlum olduğu kimi, sözlər yaranarkən təkmənalı olur, lakin
təfəkkür inkişaf etdikcə yeni məfhumlar dərk edilir və həmin
147
məfhumlara ad vermək lazım gəlir; nəticədə bəzən oxşar
əlamətli müxtəlif məfhumlar eyni səs kompleksi ilə adlandırılır
və, beləliklə, çoxmənalılıq yaranmış olur. Başqa cür desək,
sözlərdə çoxmənalılıq hər hansı əşya, hadisə, əlamət, hərəkət və
sairi adlandıran səs kompleksi müxtəlif cəhətdən oxşarlıq
əsasında başqa əşya, hadisə, əlamət, hərəkət və sairə aid
edildikdə özünü göstərir.
Eyni səs kompleksinə malik olub, oxşar hadisə və
predmetləri ifadə etmə xüsusiyyəti xalq dili üçün son dərəcə
səciyyəvi olduğundan və başqa sahələrdə olduğu kimi, bu
sahədə də ədib istinad nöqtəsi kimi xalq dilini, xalq ifadə tərzini
əsas götürdüyündən pyesin dilində çoxmənalılıq bədii-üslubi
formanın təbii tərkib hissəsi kimi çıxış edir. Məsələn, insanın
məlum orqanını bildirən
ağız
sözündən müəyyən cəhətlərinə
görə yaxın olan müxtəlif predmetləri adlandırmaq üçün yazıçı
ustalıqla istifadə etmişdir:
Görürəm, elə günə düşübsən ki, az qalırsan it yeyən
çörəyin də parasını İtin ağzından alıb yeyəsən
. (50)
E l a ğ z ı
– ç u v a l a ğ z ı; bir azdan sonra eşidərsən, aləm danışacaqdır
ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb
. (18)
Qurbanım olum,
qorxmagilən, y a z a ğ z ı d ı r, Adam qarışıq-quruşuq yuxular
görür.
(28)
Bu cümlələrdə
ağız
sözü
itin ağzı, el ağzı, çuval ağzı, yaz
ağzı
kimi insan ağzı ilə müxtəlif cəhətdən oxşarlıq təşkil edən
məfhumları birləşdirmişdir.
El ağzı
və
çuval ağzı
birləşmələrində
həcmcə oxşarlıq vardır: çüval ağzı böyük olduğu kimi, məcazi yol
ilə elin sözünün qüvvətli və qüdrətli olduğu göstərilmişdir.
Yaz
ağzı, itin ağzı
və başqa bir cümlədə işlədilmiş
xəncərin
ağzı
birləşmələrindəki
ağız
sözündən insan ağzı ilə vəzifə və müəyyən
dərəcə quruluşca oxşarlıq əsasında istifadə edilmişdir.
Ayaq
(insan ayağı, it ayağı),
baş
(insan başı, barmağın
başı, dağın başı),
təpə
(insanın təpəsi, dağın təpəsi),
para
(hissə, bölük; bəzi, bir qisim) və s. sözlərin çoxmənalılığından da
bu cür istifadə edilmişdir. Pyesdə çoxmənalılıq, başlıca olaraq,
xalis Azərbaycan sözlərinə aid olub, asan və tez anlaşılması ilə
səciyyələnir.
148
Nəcəf bəyin dilindəki:
Xudadan istərdim bu saat bu sözləri
deyən şair mənim yanımda olaydı.
(6);
Əlacım ona qalıbdır ki,
həmişəlik göndərim kəndə, gedib orada işləsin, bəlkə axırı bir
yana çıxa
(15) – cümlələrindəki böyür, tərəf və frazeoloji
mühitdə sənət, peşə mənaları ifadə edən
yan
sözünün mənaları
arasında əlaqə çətin seçilsə də, hər halda hiss olunur və ona
görə də həmin söz çoxmənalı söz kimi çıxış edir. Lakin
«Xudavəndi-aləm… övladınızı yer və göy bəliyyatından hifz
eləsin»
(17).
«Göy təpənin altından bulaq axır»
(38) – cümlələ-
rindəki səma mənasında
göy
sözü ilə, rənglərdən birini bildirən
göy
sözü arasında məna əlaqəsi o qədər zəifləmişdir ki, bunların
bir mənşədən olduğu çətin hiss edilir. Beləliklə, pyesdə səs
tərkibi etibarilə eyni, mənaca tamamilə müxtəlif predmet, əlamət
və hadisələri bildirən sözlər də müəyyən yer tutur. Belə sözlər
arasında məna əlaqəsi ya hiss olunmur, yaxud da çox çətinliklə
sezilir; ona görə də belə sözlər artıq çoxmənalı deyil, omonim
hesab olunur.
Pyesdəki omonim sözlərin bir qismi çoxmənalılıq əsasında, bir
qismi qohum olmayan sözlərin eyni şəklə düşməsi yolu ilə əmələ
gəlmişdir.
Məlum olduğu üzrə, bu və ya digər sözün müxtəlif
mənaları öz aralarında müəyyən bir ümumilik saxlayıb əsas
mənadan az-çox uzaqlaşsa da, əsas məna ətrafında qruplaşırsa
– biz sözün çoxmənalılığı ilə, ayrı-ayrı mənalar əsas mənadan
daha çox uzaqlaşdıqda və onunla əlaqəni tamamilə kəsərək
yalnız fonetik tərkibcə uyğunluq saxladıqda – ononimliklə
rastlaşırıq.
99
Məsələn, zahirən
«…davada qolunu ha belə
qatlayıbsan ki, bəs qolum çolaq olub»
(11) – cümləsindəki
qol
sözü ilə
«Mən Nəcəf bəy Çaybasarski qol yazdım»
(51) –
cümləsindəki
qol
sözləri arasında yaxınlıq, çoxmənalılıq duyulur.
Əslində isə insan bədəninin bir üzvünü bildirən və imza mənası
ifadə edən bu sözlər ayrı-ayrı məfhumların ifadəçiləri olub,
semantik əlaqəni kəsmiş və omonimləşmişlər. Pyesdə doğru və
hamar yer, səhra mənalarında
düz
sözü də belədir.
99
.:
Бах
. .
,
.
, 1947,
Р Б у д а г о в Слова и его значение изд ЛГУ
.20.
сящ
149
Dostları ilə paylaş: |