nəşrlərə diqqət yetirdikdə məlum olur ki, bu söz
abrısı
şəklində
deyil,
abrusı
şəklində yazılmışdır. Məlumdur ki,
abır
sözü iki fars
sözündən:
ab
(su) və
ru
(üz) - sözlərindən əmələ gəlmiş və
əvvəllər
abru
şəklində işlənmişdir. Bəzən tarixi-ənənəvi prinsipi
də nəzərə alan ədib həmin formadan istifadə etmişdir. Söz sait
səslə qurtardığı üçün mənsubiyyət şəkilçisindən əvvəl bitişdirici
«s» samitinin artırılması də təbiidir. İndi
abru
sözü formaca köh-
nəlmiş,
abır
forması sabitləşmişdir. Buna görə də ədibin pyesləri
yenidən nəşr edilərkən
abru
sözü də
abır
şəklində
müasirləşdirilmiş və yəqin ki,
-sı
şəkilçisi dramaturqun bədii
dilinə xas olan bir əlamət hesab olunmuşdur.
Pyesdə elə sözlər də vardır ki, fonetik tərkibcə olduğu kimi
qalmış, mənaca dəyişilərək, yeni məzmun qazanmışdır. Leksik
arxaikləşmənin bu növünə dair:
təklif, mütəfəkkir, qələt,
qiyamət, cümlə, aşna
və s. sözləri misal göstərmək olar.
Göründüyü kimi, pyesdə müşahidə edilən mənaca apxaikləşmə
alınma sözlərlə bağlıdır.
Ərəbcə zahiri ədəb, nəzakət, cidd-cəhd, qeyrət
mənalarında olan
təklif
sözü pyesdə də iki cümlədə bu
mənalarda işlənmişdir:
N ə c ə f b ə y.
Nə var, nə qilüqaldır?
İ m a m v e r d i.
Nə olacaq?... Sənin oğlun neçə yoldaşı ilə
gəlib mənim qızımı sürütdüyə-sürütdüyə aparıb dağ-daş arasında
gizləyib. Məgər allah belə zülmü götürər? İndi mənim təklifim
nədir?
(35)
Burada
təklif
sözü heç də indiki mənada – müəyyən təklif
vermək, təşəbbüs irəli sürmək mənalarında deyildir. İmamverdi
demək istəyir ki, o, Nəcəf bəyin oğlunun hərəkətləri
müqabilində necə davranmalı, necə ədəb-ərkan göstərməlidir;
qeyrət ondan nə tələb edir və s.
Təklif
sözü bu mənada başqa
bir cümlədə də işlənmişdir: Nəcəf bəy oğluna nəsihət edərkən
Süleyman bəy deyir:
Mən uşaq deyiləm və öz təklifimi yaxşı
qanıram.
(36)
Pyesdə
mütəfəkkir
sözü də əslinə uyğun mənada – fikirli
mənasında işlənmişdir: Nəcəf bəy xeyli vaxt
mütəfəkkir
gəzinir. (37)
Lakin indi
mütəfəkkir
sözünün bu mənası tamamilə köhnəlmiş və söz
başqa məna kəsb etmişdir. Bunu xalq yazıçısı M.İbrahimov da
144
nəzərə alaraq, həmin sözdən düzgün istifadə etmədiyi üçün indiki
yazıçılardan birini tənqid etmişdir.
98
Eləcə də pyesdə səhv mənasında
qələt
sözü söyüş məzmunu kəsb etmiş,
aşna
sözü məcazi mənada
işlənməyə başlamış,
cümlə
sözü «bütün» mənasında işlədilməyərək
qrammatik termin kimi sabitləşmişdir.
Pyesdə elə sözə də təsadüf edilir ki, həmin söz əvvəlcə
fonetik tərkib etibarilə, sonra isə həm fonetik tərkib, həm də
mənaca arxaikləşmişdir. Ümumtürk mənşəli
çadır
sözü farsca
şəb
(gecə) sözü ilə birləşərək
çadirşəb
sözünü əmələ gətirmiş,
Haqverdiyev sözün bu şəklindən istifadə etmişdir:
Sona xanımın
heykəli ağ çadirşəbə bürünmüş… Nəcəf bəyə tərəf yeriyir
. (61)
Məlumdur ki, sonralar (bəlkə lap Haqverdiyevin öz dövründə də)
çadirşəb
sözü formaca arxaikləşmiş və
çarşab
şəklinə düşmüş,
daha sonralar – sovet dövründə isə çarşaba ehtiyac olmadığı
üçün həmin söz də məhdud dairədə işlənməyə və sürətlə
arxaikləşməyə başlamışdır.
SÖZÜN SEMANTİK CƏHƏTİ.
ÇOXMƏNALI VƏ OMONİM SÖZLƏR
Semantik təhlil bədii dilin məna zənginliklərini, sözün məna
incəlik və çalarlarını, sənətkarın sözün semantik cəhətindən
istifadə ustalığını öyrənmək üçün mühüm tədqiqat
üsullarındandır. Belə təhlil vasitəsilə sözün daxili məzmunu,
mahiyyəti açılır, yaxın mənalı sözlərin əlavə məna rəngləri,
məzmun qohumluğu və məna əlaqəsi meydana çıxır. Eyni səs
tərkibinə malik olan sözlərin yaxın və uzaq mənalı predmetləri,
hadisələri əks etdirməsi, müxtəlif səs tərkibinə malik sözlərin
zidd mənaların ifadəsinə necə xidmət etdiyi aydın olur və bütün
bunların ümumi fonunda yazıçının əsas məqsədi, sözün məna
kompleksindən istifadə bacarığı müəyyənləşir. Həmişə xalq
dilinin incəliklərinə nüfuz etməyə çalışan Haqverdiyev bu sahədə
keçmiş mədəni irsimizə, rus və Avropa ədəbiyyatının ən yaxşı
98
.: . .
.
Бах М И б р а щ и м о в Реализм вя хялгилик ъябщясиндян
, 1961,
.27.
Бакы
сящ
145
cəhətlərinə kifayət qədər bələd idi və bunlardan yaradıcı surətdə
istifadə edirdi. Lakin o, təbii ki, bunlarla kifayətlənmir, yeni
üsullar axtarır, sözdən istifadənin orijinal nümunələrini
yaratmağa çalışırdı. Onun pyes və hekayələrində elə
xüsusiyyətlərə təsadüf olunur ki, bunlar ancaq onun üslubu üçün
səciyyəvidir. Sadəcə olaraq aşağıdakı misala diqqət yetirək:
S ə l i m b ə y.
İndi bana heç olmasa bir iki yüz manat pul
uduz, öləndə bir yol deyim: «Xudaya, pərvərdigara, sən Nəcəfə
behişti-əla qismət elə». O saat ruhun atılsın düşsün
cəhənnəmin… mən də cəhənnəm deyirəm… Behiştin orta
kuçəsinə.
(19-20)
Müəllif antonomaziyalardan –
cəhənnəm
və
behişt
sözlərindən orijinal bir yolla, müvəffəqiyyətlə istifadə etmişdir.
Səlim bəy danışarkən, həyatda adi şəkildə olduğu kimi, guya
çaşır, bir sözün əvəzinə «təsadüfən» onun antonimini tələffüz
edir və dərhal öz «səhvini» düzəldir. Əslində isə qəsdən belə
edir və dolayı yolla hadisəyə münasibətini bildirir. Bu üsula
ədibin hekayələrində də rast gəlirik. Əgər «Dağılan tifaq»da bu
yol ilə Səlim bəyin mövhumi məkanlara istehzası təzahür edirsə,
1911-ci ildə çap olunmuş «Şikayət» hekayəsində məscidlərin əsl
mahiyyəti, onların müəyyən mənada yarmarkalardan fərq-
lənmədiyi göstərilmişdir. Hekayənin ilk cümləsi belədir:
«Ramazan daxil olub, yarmarkalar… bağışlayın, səhv etdim…
məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar».
Bunlar xalqın dilinə, həyat, məişət, zarafat tərz və
qaydalarına Haqverdiyevin son dərəcə dərindən bələd olduğunu,
xalqdan çox şey öyrəndiyini bir daha təsdiq edir.
Birinci pərdədə lap ilk gəlişdən Səlim bəyin hər kəlməsi
Həmzə bəyi gülüş hədəfinə çevirir. Bəylər nədən danışırlar-
danışsınlar, Səlim bəy sözü Həmzə bəylə bağlayır, onu təhqir
edəcək «zarafatlara» əl atır. Budur, söhbət bəylərin böyük
həsrətlə can atdıqları keçmiş günlərdən, ovdan düşür və Həmzə
bəy müvəqqəti olaraq unudulur. Ovla əlaqədar Nəcəf bəyin
Tirmə adlı iti xatırladılır. Bundan istifadə edən Səlim bəy həm
yaxşı bir ov tulası kimi Tirməni tərifləyir, həm də sözü məharətlə
Həmzə bəylə bağlayaraq onu tulaya bənzədir və gülüş hədəfinə
çevirir:
146
Dostları ilə paylaş: |