ifadəsində
dərilmək
– «toplaşmaq» mənasındadır, indiki
mənadan fərqlidir. Əsas və ya asılı tərəfdə Sözün arxaik formaları
qalmışdır:
(mənim) namusum qanda vara
(namusum hara
gedə), (75),
dünya-aləm gözünə qaranu oldı
(79).
Komponentlərindən biri alınma sözdən ibarət olan
frazeoloji vahidlər
.
Tərkibində alınma söz olan ismi frazeoloji vahidlər azdır. Belə
ifadələrdə alınmalar ümumişlək sözlərdən ibarətdir:
xəbər, bəxt,
təxt, can, iman, sədəqə, allah, qurban, şivən, dünya, qüdrət
və s. Məsələn:
başum bəxti, evüm təxti
(36),
qara başın
sədəqəsi
(53),
allah-təalanın qüdətilə
(67),
ağır şivən
(71),
gəlimli, gedimli dünya
(87),
aruq candan
(98), Bunların bir qis-
mi predikativ birləşmə şəklindədir:
(Dərsə xanın) xəbəri yoq
(36),
köksində iman yoqdır
(46).
Maraqlı ifadələrdən biri
aruq candan
ifadəsidir:
Aruq
candan eki qarındaşım həlak oldı
(98).
Aruq
–
arı
– təmiz, saf
mənasındadır – təmiz candan, günahsız candan. İndi bu ifadə
iraq candan
şəklində işlənir və
iraq
sözü «uzaq» mənasını
verir. Deməli, ifadənin əsli türk mənşəli olub, fonetik əvəzlənmə
ilə başqa sözlə (
aruq – iraq
) uyğunlaşma əsasında dəyişmişdir.
Əsas tərəfi təsriflənən fellərdən ibarət olan sabit birləş-
mələr daha çox və daha rəngarəngdir. Belə birləşmələrdə alınma
söz yalnız asılı tərəfdə işlənmişdir:
cavab verəməz
(37),
salam vergil
(36),
(ol qırx yigid)
həsəd eylədilər
(37),
dünyaya gəldi,
mədəd versün
(41),
heyfimiz qaldı, başınıza
çarə edin
(44),
ğəza etdim, (Qazana)
qəhər gəldi, (Qazan)
kafəri alamazdı (məğlub edə bilməzdi),
(Qazana) qeyrət gəldi, (Qazanın) ardına düşdi (46), yürəgilə
canına odlar düşdi, (qırq yerdən)
avaz verəsiz (47), (Qazanın)
namusunu sındırayınmı, (atam Qazan)
namusunı sımayasan,
(anasının) qərarı qalmadı
(47),
sormaq eyib olmasun, (ağız-
dildən görkli) səlam verdi
(55),
(ah etdilər),
əqlləri başlarından
getdi (55), umud üzdilər, dirisi xəbərin gətürsə
(58),
and
içmişəm
(64),
muştuluq (mana nə) verərsiz, (Beyrək)
ardına
düşdi
(67),
(Qazanın) əqli başından getdi
(74),
(Qazana)
möhlət vergil, (oğlana)
aman verdilər, (ağ südini anam mana)
həlal eyləsün
(75),
qəzəb etmək,
qərarı qalmadı,
ğeyrətə
326
gəldi
(75),
fani dünya kimə qaldı
(78),
bənizin sarartğıl
(79),
qadam-bəlam toqınar (sana), (mənimlə)
cəng edərmisən,
həmlə qıldı
(80),
aman dilərsən
(82
),
hekayət eylədi
(96),
(Oğuzın) başına zəval gətürdin
(98),
(Dəpəgözün gözi) həlak
oldı
(101),
nərə urdı, başı
qovğada qalmaq, (xanımızın)
nəzəri (bizdən) dönmiş
(112
), (bu sözü)
məsləhət gördilər,
ədavət bağladılar
(123),
cavab verdin,
murada yetürmədin
(74).
Alınmaların əksəriyyəti min ildən artıq bir dövrdə dilimizdə
işlənən və ədəbi dilimizdə çoxdan sabitləşmiş sözlərdir. Bunların
elələri var ki, bir neçə frazeoloji vahidin tərkibində işlənmişdir;
məsələn,
murad
sözü:
(əri)
muradına yetirər
(60),
muradını
(anlar) verər
(44),
(hasarı almayınca) murada irməzəm, (Bey-
rək yigidlərilə) murad verdi, murad aldı
(71),
muradına-
məqsudına irişdi
(87);
məsləhət
sözü:
(nə)
məsləhətə
gəldin
, (
necə) məsləhət görərlərsə
(54);
xoş
sözü:
xoş gəldi
(47),
xoş qalun
(101);
xəbər
sözü:
xəbər verə (mana)
(36),
xəbəri
gətürdi
(36) və s.
Alınma sözlü frazeoloji vahidlər içərisində
komponentlərindən biri az-çox arxaik rəng alanları da vardır.
Belələrinin bir qismində alınma söz dilimizdə nisbətən az işlənir:
vaqeə gördi
(44), (Qazan bəgə)
qədim qoyasız
(49), (bazır-
ganlar)
səxt
oldı (53),
zarlıq qıldı
(55),
zarlıqlara girdilər
(58),
(Beyrəgə qatı)
fəraq gəldi
(61),
(tənridən) hacət dilədi
(75),
(Oğuz Dəpəgözə)
kar qılmadı
, (
Oğuzı)
salı vermədi,
(Oğuz
əlündə)
zəbun oldı
(99),
(künbəd)
zirü zəbər oldı
(102),
dəstur
dilədi, (keyik üzərinə) qoğa qopsa
(112) və s.
Vaqiə
sözü yuxu mənasında çoxişlənən söz olmuşdur, şivələ-
rimizdə indi də işlənməkdədir.
Qədim
sözü Qaraca çobanın dilində
Şökli Məlikin qızı nəzərdə tutularaq deyilir: «…
siz anı Qazan bəgə
qədim qoyasız»
. (9, 49) Bu sözün «qırım», «karım» variantları
da vardır. «Qədim» sözü sonralar xədim, xidmətçi mənasında
münasib bilinmişdir. (9, 88, 234)
Səxt olmaq
– çətinə düşmək
mənasındadır; z
arlıq qılmaq, zarlıqlara girmək
– çətin, çarəsiz,
ağır vəziyyətlərə düşmək mənasındadır;
fəraq gəldi –
Beyrəkdə
qəfil psixoloji hicran, ayrılıq dərdinə işarə edir;
hacət
– ehtiyac
olan şey,
kar
– iş, əməl mənasındadır,
kar qılmadı –
bir iş görə bil-
327