mədi deməkdir;
salı vermədi -
boş buraxmaq, getməyə qoymaq
mənasını verir;
əlündə zəbun oldı –
gücsüz, yazıq vəziyyətə
düşdü;
zirü zəbər oldı
- yerlə yeksan oldu;
dəstur dilədi –
rüsxət, icazə istədi
; qovğa
– dava-dalaş mənasındadır. Sözlərin
çoxu şivələrimizdə işlənməkdədir.
Frazeoloji vahid komponenti kimi işlənmiş alınmaların xeyli
hissəsi bu gün də dilimizin lüğət tərkibində olan dini alınma
sözlərdir:
(əl urub) and içdilər, namaz qıldılar, (Məhəmmədə)
salavat götürdilər
(52),
(ağ alnunda beş kəlmə) dua qıldıq
(52),
əl qaldırıb,
dua eylədilər,
duaları müstəcab olurdı
(52),
(evinə)
şivən girdi
(58),
yas tutdılar
(60),
allahına şükrlər
eylədi, (arı sudan) abdəst aldılar, (qara) şivən (sənünlə bilə)
eyliyəyin
(71),
(Oğuz elində) yasım tutsun
(75),
(Basat)
ğəzayə getmiş idi
(71),
(Oğuza)
asi oldum, padşahına
asi ola-
nın işi rast gəlməz
(110),
(evi ögində) şivən qopdı
(110),
həqqə vasil oldı
(125) və s.
Bu cür ifadələrin bir qismində qrammatik arxaizm vardır.
İndi yönlük halda işlənən asılı tərəf adlıq haldadır:
(Məhəmmədi)
yad gətürdilər,
(
adı görkli Məhəmmədi) yad gətürdi
(67).
Tərkibində alınma söz işlənən frazeoloji vahidlərin də bir
qisminin əsas tərəfi feli sifətlərdən ibarətdir. Asılı tərəfdə
alınmalar əsasdır:
əqli şaşmış
, (37)
qara
gərdunda bulduğum
(bu dünyada tapdığım) (36),
(qaba köpəklərə) qoğa salan
(46),
dünyaya gətürdügim
(47),
aman deyən,
dünya mənim
deyənlər,
(52),
muradına-məqsudına irməyən
(58),
qurban
olduğım
(58).
Dediyimiz kimi, alınmalar əksəriyyət etibarilə ümumişlək
sözlərdir. Bu cəhət əsas tərəfi feli bağlama ilə ifadə olunanlara
da aiddir. Lakin belələri azdır:
nərə urub (hayqırdı),
təkyə
tutub (yüzimə baxqıl)
(75),
kəbin kəsüb
(82) və s. (Dərvişlərin,
müridlərin məhərrəm mərasimlərini keçirdiyi yığıncaqlara
təkyə
deyilirdi).
«Kitabi-Dədə Qorqud»un frazeologiyası çox zəngindir. Fraze-
oloji vahidlərin hamısını toplamaq və tədqiqata cəlb etmək xüsusi
araşdırma tələb edir. Mühüm cəhət bir də bundan ibarətdir ki,
dastanın dilində alqışlar, andlar, qarğışlar, söyüşlər böyük bir lay
328
təşkil edir. Bunlar türk təbiətinə son dərəcə müvafiq, təbii,
emosional ifadələrdir və türkün səciyyəsini, qəhrəmanlıq, mərdlik,
vətənsevərlik keyfiyyətlərini üzə çıxarmaq üçün misilsiz material
verir. Dastanın özündə deyildiyi kimi, «Türkün alqışı alqış, qarğışı
qarğış idi». Alqışlarda da, qarğışlarda da, andlar və söyüşlərdə də
mərdlik, mübarizlik, ağırlıq və sanbal vardır. Həm də bunlar bir çox
hallarda ilkin fizioloji əsasları ilə əlaqəni üzməmişdir, odur ki onların
fraza olmaq keyfiyyətləri bəzən şübhə doğura bilər. Lakin xalqın
dilində sabitləşmələri baxımından ümumi frazeoloji laya daxildir.
Alqışlar.
Alqış bildirən frazeoloji vahidlərin bir qismi dünyəvi
arzulardan ibarətdir. İnsanın öz həmcinsinə, dostuna, ulularına
istək və arzularını bildirmək məqsədi daşıyır. Bunların çoxu
predikativ birləşmə şəklindədir. İfadənin tərkibində hər bir vahidin
əhəmiyyəti var:
Gerçəklərin üç otuz on yaşını toldursa, yeg! On otuz
on yaşında tolsun. Dövlətiniz payəndə olsun. El-
evünüzdə çalub-ayıdan ozan olsun!
(32)
Əgər, məsələn,
Qara başım qurban olsun (bu gün sana)!
Qara ölüm gəldigində keçit versün!
(33) – tipli alqışlardan
qara
başım, qara ölüm gəldigində
hissələrini atsaq.
qurban olsun,
keçit versün
hissələrini saxlasaq, əvvəlki effekt – alqış effekti
zəifləyər. Lakin (
Sən) sağ ol!
(47) (
Babam) sağ olsun! -
tipli alqış-
ların əsasında frazeoloji ifadələr durur və belə ifadələrin subyekti
dəyişə də bilir.
(Anun) bəbəkləri bitsün!
(33)
(Bu ad bu oğlana)
qutlu olsun
! (55)
Qutlu olsun (dövlətüniz).
(63)
(Dövlətlü
xanın) ömri uzun olsun!
(58)
(Ağanuzın ətməgi sizə) halal ol-
sun!
(58) (
Əlün)
var olsun!
(62)
Uğurun açıq olsun
!
Sağ-
əsən varub gələsən
! (87)
Gözün aydın!
(115) və s.
(Bəglər), xoş qalun!
(111)
Ağzın içün öləyin, oğul!
Mərə, yü-
zünüz ağ olsun!
(62)
Əsən qalun!
(86) tipli ifadələr bu gün də işlək
ifadələr kimi yaşamaqdıdır.
Ağzın içün öləyin
– ifadəsi xalq arasında
- yaşlıların, xüsusən qadınların dilində işlənməkdədir
. Əsən qalun
ifadəsində
əsən
sözü arxaikləşmiş və
salamat
sözü ilə əvəz
olunmuşdur.
Alqışların bir qismi yarandığı zəmanənin ruhuna uyğun
olub, keçmiş əsrlərlə səsləşir. Texniki inkişafla, döyüş və silah
növlərinin dəyişməsi ilə əlaqədar alqış bildirən bu cür ifadələrə
329