binincə binməsə, yeg!
(32)
Çalub-kəsər uz qılıcı müxənnətlər çalınca, çalsa,
yeg!
(32
)
Drezden nüsxəsində
Sarb yürürkən Qazlıq ata
namərd yigit yenə bilməz
– cümləsində
yenə bilməz
sözləri
olsa da, məntiq
binə bilməz
olduğunu tələb edir və Erginlə
H.Araslı da misranı bu cür qurmuşlar
– binə bilməz
. (9, 225)
Son misalda
çalsa, yeg
yox, məntiq
çalmasa, yeg
tələb edir.
Aşağıdakı cümlələr də eyni tiplidir:
Nə Qazlıq tağı aqar sənin suların,
Aqar kibi aqmaz olsun!
Bitər sənin otların, Qazlıq tağı,
Bitər ikən bitməz olsun!
Qaçar sənin keyiklərin, Qazlıq tağı,
Qaçar ikən qaçmaz olsun, taşa dönsün!
(39)
Yuxarıdakı misallar həqiqi mənada nifrətdən doğur. Qazlıq
dağına qarğış isə ana ürəyini yaralayan kədərdən irəli gələn,
əslində, obrazın yanıb-yaxıldığı üçün dilə gətirdiyi ifadələrdir. Bu
ifadələr canlı dilə məxsus ifadələrdən çox, poetik ifadələrdir.
Qarğışlar sistemində subyekt bildirən sözün təyini kimi (ge-
niş mənada) çıxış edən feli sifət tərkibinin substantivləşərək
subyekti əvəz etməsi halları da dastanın dilində işlək
formalardandır:
Ay əməli azmış, feli dönmüş, qadir allah
ağ alnına qada yazmış!
(56) – sözləri Dəlü Qarçarın dilindən
Dədə Qorqudun ünvanına söylənmişdir.
Dəlü Qarçar birələrin əlində həlak olmaq üzrə ikən
Tənri
bunın simüzin də alsun, arığun da alsun
(57) şəklində
qarğış tökür və tənriyə tapınmalı olur. Qısırca yengə Beyrəyi
bu
zavala gələcək dəli
(64) sözləri ilə yamanlayır.
Boyların dilində and məqamında işlədilən, obrazın səbr və
iradəsini ifadə edən maraqlı qarğışlar vardır:
Yaylar olsam, mənim gorum olsun!
İçər olsam, mənim qanım olsun!
Xərcləyür olsam, mənim kəfənim olsun!
Binər olsam, mənim tabutum olsun!
(83)
Və ya:
Bilməzsəm, gözümə tursun.
334
Bilməzsəm, kəfənim olsun.
Bilməzsəm, mana tabut olsun.
Mana zindan olsun
.(124)
Dastanın dilində belə şərtli qarğışlar çoxdur. Beyrəyin -
aşağıdakı sözləri də belələrindəndir:
Yarın qiyamət günində
mənim əlüm Qazan xanın yaqasında olsun, mənim
qanım Aruza qoarsa
. (125)
Boylarda ən çox işlənən vulqar ifadələr
Qavat oğlı dəli
qavat
(54, 63 və s.),
Qadası yetmiş qavat oğlu qavat
(108),
Tonuz oğlı tonuz
(63),
dəli qavat
(79) ifadələridir.
Ana, zalım
ana
,
mərə qavat qızı
(112),
Yonma ağac tənrili köpəgim
kafər
(118) kimi söyüş bildirən ifadələr də vardır. Son misalda
bütpərəstlərin taxta bütlərinə işarə edilir. Söyüşlərdə çox işlənən
qavat
sözünü H.Araslı «əbləh» mənasında izah etmişdir:
qavat
oğlu qavat
– əbləh oğlu əbləh. (27, 161) S.Əlizadə ərəb mənşəli
qavvad
sözü ilə əlaqələndirmiş, «pəzəvəng» mənasında olduğunu
qeyd etmişdir. (26, 209)
Son dövrlərdə xalq arasında işlənməkdə olan xeyli alqış,
qarğış, and və qəsəm bildirən ifadələr toplanmış və çap
edilmişdir (bax: 12). Bunların, demək olar ki, hamısı qədimdən
gəlir. Bunlar elə ifadələrdir ki. insanların tapındığı dinlə, ətraf
aləmlə, odla, ocaqla, çıraqla, tanrı ilə bağlıdır və insan göz açdığı
vaxtlardan belə ifadələr işlətməkdədir. Bir neçə nümunə:
duru
suyun bulanmasın, övladın bay olsun, damazlığın
qapından kəsilməsin, yazın pozulmasın, közün közərsin,
külün külə qalansın, kösövün qaralmasın, pis gün
görməyəsən, fələk amanında olasan, çırağın öləziməsin,
çuğulun yarımasın, cavan canın xata-baladan uzaq
olsun, şəhla gözün süzülməsin
(
alqışlar
),
qiblə haqqı,
bərəkət haqqı, atamın ruhu haqqı, işıq haqqı, işığa and
olsun, yaradan haqqı, yer-göy haqqı, gün haqqı, od
haqqı, ocağa and olsun, su haqqı, tanrı haqqı, ulu
tanrıya and olsun, cavan canına and olsun
(
andlar-
qəsəmlər
),
adın qara geysin, ata-anan ün deyib ünləsin,
ata-anana allah qənim olsun, ata-anana allah qotur
versin, dırnaq verməsin, ata-ananın çırağı sönsün, ata-
ananın ocağı qaralsın, aşın ocaqda qalsın, aş üzünə
335
həsrət qalasan, bay olmayasan, bayramın qara gəlsin,
baş daşın tapılmasın, boynun qırılsın, boyuna boz ip tu-
tum, qanın yalaqda qalsın, dağarcığın boş qalsın, dam-
daşın başına uçsun, evin can yatağına dönsün, əhdin
gözündə qalsın, itin qudursun, yurdun yurd olsun, gözün
bozarsın, oda düşəsən, odun-ocağa həsrət qalasan,
ocağın qaralsın, ocağıyın başında Əzrayıl otursun,
ocağında qazan asılmasın, oxun boşa çıxsın, öyündə
çıraq yanmasın, paltarın yuyucuya qalsın, sabaha
salamat çıxmayasan, sazın sınsın, aşığın qara geysin,
sarayın başına uçsun, soyun sığırsız qalsın. uğurun
uğursuz olsun, uğur tanrısı səndən üz döndərsin, üzün
ağ olmasın, xain gözün çıxsın, fəryadın göylərə ucalsın,
xoruzun banlamasın, çuvalın boş qalsın, çırağın sönsün,
şərbətin zəhər olsun… (
q
arğışlar
) (12, 142-190)
Birləşmə şəklində olan frazeoloji vahidlər «Oğuznamə»nin dili
üçün də səciyyəvidir. Doğrudur, «Oğuznamə»də toplanmış
material atalar sözləri və məsəllərdən, hikmətli söz və
aforizmlərdən ibarətdir, lakin cümlə şəklində qurulduğundan atalar
sözünün, məsəlin tərkibində ifadələri ayırmaq mümkündür.
Aşağıdakı nümunələrə diqqət yetirək:
Ərlə övrət arasına girənin
hörmətsizligi qalur.(20)
Ər qarar,
könli qararmaz
.(20)
A llah
yüzi yoxsulluğın
göstərməsün
.(21)
Əlün aşda ikən
gözün işdə olsun
.(24)
Ölü
yüzi bərk
olur.(25)
El ilə gələn
qərə gün
dügündür. (25)
Aq aqça
qərə gün
içün.(28)
Oğlana
üz versən
,
başdan aşar
.(36)
Ümməti-Məhəmmədin
sözi kasadlığa düşməsin
.(37)
Ər də düşər
qərə bəxtə
, övrət də düşər
qərə bəxtə
.(46)
Nakəsə
əl açmaqdan
ac olmaq yegdir.(49)
Ayı gör,
oruc dut.(
48)
Qədəmün qutlu olsun
.(57)
Ağır başlu
olanın hörməti ziyadə olur.(59)
Ulular sözin tutmayan
ulayu qalar.(59)
Ər olan
rizqini taşdan çıqarur
.(61)
336
Dostları ilə paylaş: |