Adam var, söhbətində
can bitər
.(67)
Böyük keçilənicə dəkə-keçinin
canı çıqar
.(70)
Bən nə vəqt ölürsəm,
qiyamət
ol gün
qopar.
(71)
Bir kişinin
adı çıqıncayadək göni çıqar
(77) və s.
Bu cür misalların sayını artırmaq mümkündür. Lakin
buradakı
yüzi bərk, qərə gün, qərə bəxt, ağır başlu
kimi
ismi
,
ərlə övrət arasına girmək, könli qararmaq, allah
göstərməsün, gözi işdə olmaq, üz vermək, başdan
aşmaq, sözi kasadlığa düşmək, əl açmaq, oruc dutmaq,
qədəmin qutlu olsun, ulular sözin tutmaq, rizqini taşdan
çıqarmaq, can bitmək, canı çıqmaq, qiyamət qopmaq,
adı çıqmaq, göni çıqmaq
kimi feli birləşmələr də göstərir ki,
Azərbaycan dili frazeologiyasının formalaşma tarixi qədimdir və
belə birləşmələr azı birinci minilliyin ortalarından ədəbi dilə
xidmətdə olmuşdur. Bu qədər birləşmə içərisində
can bitmək,
göni çıqmaq
ifadələri arxaikləşmiş (
göni çıqmaq
ifadəsi əvəzinə,
indii
gönünü soymaq
–
Sənin gönünü soyaram
– ifadəsi işlənir),
bir-iki birləşmədə kiçik dəyişikliklər olmuşdur (
qədəmün qutlu
olsun – qədəmin mübarək olsun, rizqini taşdan çıqarır – çörəyini
daşdan çıxarır)
. Qalan birləşmələr bu gün də ədəbi dilimizdə eyni
məna və quruluşda işlənməkdədir.
A.Əsgərova «Oğuznamə»nin dilində kasıb yaşamaq
mənasında
yoxsullığa irmək//aclıq çəkmək//tamağı quru
olmaq
, kədərlənmək mənasında
dərd çəkmək//könlü
qaralmaq//evi yıxılmaq//bun dəmində bulunmaq
,
ölmək, öldürmək mənalarında
canı çıxmaq//can ver-
mək//adı qalmaq//başına taş qomaq//qanın
içmək//gözünü çıxarmaq,
susmaq mənasında
dildən geri
qalmaq//dilini tutmaq
kimi sinonim,
var yüzü – yoq yüzü,
söz vermək – söz almaq, könül yapmaq – könül yıqmaq,
əl açmaq – nəfsin öldürmək
və s. antonim frazeoloji vahidlər
müəyyənləşdirmişdir. (28, 16-17)
Son vaxtlar Çingiz xan adına Qədim Türk Tarixini Araşdırma
Fondu tərəfindən çap olunmuş «Mənzum oğuznamə»nin dilində
də (11) maraqlı ifadələr vardır. Kitabda əlyazmanın fotosu, ərəb
və latın qrafikası ilə transliterasiyası və mənzum tərcüməsi
verilmişdir. Əsərin müəllifi və yazılma tarixi məlum deyil. Elm alə-
337
minə «Uzunkörpü oğuznaməsi» və ya «Mənzum oğuznamə» adı
ilə məlum olan bu əsərin mətni 104 beytdən ibarətdir. Dilində
monqol təsiri hiss olunmadığından XIII əsrin sonunda yazıldığı
güman edilir. Qədim türkcədən çevirəni və ön sözün müəllifi
İ.M.Osmanlı yazır: «Müsəlman ideologiyasına əsaslanan və
həmin ideologiyanı təbliğ edən türk dilində yazılmış orijinal bədii
əsər kimi, onu XIII-XIV əsrlər türk ədəbi dilinin nümunəsi hesab
etmək olar».(11, 11) Əsərlə tanışlıq göstərir ki, o, müəllifin
dediyindən daha qədim tarixə malikdir. Verdiyimiz sitatda
müəllifin işlətdiyi «türk dili» ifadəsi anlaşılmazdır. Belə çıxır ki, o
dövrdə (XIII-XIV əsrlərdə) ümumi bir türk dili var imiş və əsər
həmin dildə yazılmışdır. Halbuki hələ eradan çox-çox əvvəl şərqi
və qərbi türk dilləri fərqlənməkdə idi. Ümumxalq Azərbaycan dili
artıq V əsrdə formalaşmışdı.
Hər halda, əsər bizim yazılı ədəbi dilin başlanğıcı saydığımız
XIII əsrdən əvvələ aiddir və bizim üçün yazıyaqədərki dövrün
nümunəsi sayıla bilər. Türk dillərində leksik və frazeoloji inkişaf
əsasən eyni sürətlə getdiyindən buradakı frazeoloji vahidlərin
timsalında eyni vəziyyəti bizim dil üçün də təsəvvür etmək
mümkündür. Bir neçə misalı nəzərdən keçirək:
Anası eşitti bu sözni turub,
şükür qıldı
haqqa yüzini sürüb.(14)
Bir il keçdi oğlan uluğ boldı xoş,
anası sözindin
qılur
irdi
cüş
.(15)
Qız aytur uluğ söz bu
söz sözləmə
,
atanq
dinini tut
ögün gözləmə.(17)
Barur mən
Qara xan qatında turub
,
Yükünüb ayur mən
yüzümni urub
.(17)
Oğuz çıqtı sizdin
tutub özgə din
,
Tiyür mən tidi kör bu qamuq bedin.(17)
Oğuz Tındı artuq
ağız açmadı
,
özin yığdı
özqə sözin saçmadı
.(17)
Bu iki kəlini eşitti bu söz,
Yana
taptı fursat
uluğ
açtı köz
.(19)
Uşal birimizni müsəlman qılıb,
Sevər bizni sevməz
gözidin salıb
.(20)
Ayur uşbu işkə nədir çarəmiz,
Yaman yolğa girmiş
ciqərparəmiz.(20)
Xan öldi çeriqi qamuğ qaçtılar,
338
Tamuğ şərbətini
köbi
içtilər
.(22)
Murad birdi
tenqri Oğuzqa uluğ,
Munda batı barça ulus il qamuğ.(22)
Bular hər birinə Oğuz
at birir
,
Xalac, Qanqlı, Qarluq, bu Qıbçaq erür.(23)
Beytlərdəki
şükür qılmaq, cuş qılmaq, söz sözləmək
(danışmaq),
dinini tutmaq, yüz urmaq
(üz vurmaq),
ağız
açmaq, özünü yığmaq
(yığışdırmaq),
fursat tapdı, göz açtı,
gözidən salub, yaman yolqa girmiş
(pis yola düşmüş
),
tamuğ şərbətini içtilər
(cəhənnəmə getdilər),
murad birdi
(murad verdi),
at birir
(ad verir) ifadələri göstərir ki, artıq bu
dilin frazeoloji yatağı zəngindir. Aydın olur ki, «Kitabi-Dədə Qor-
qud»un və «Oğuznamə»nin dilində artıq birinci minilliyin ortaların-
da səlis biçimli ədəbi ifadələrlə dolu bir frazeoloji lay mövcud ol-
muşdur.
Oğuzun bütlərə qarşı mübarizəsi, islam dininə çağırışı XIII-XIV
əsrlərə aid ola bilməzdi. XIII-XIV əsrlər islam dininin dərin kök saldığı
bir dövr idi və Oğuzun dili ilə bu cür təbliğata ehtiyac olmazdı. Belə
bir mövzuda əsər Oğuz tayfaları arasında islamın ilkin yayılma mər-
hələsinə aid ola bilərdi. İslam dini isə artıq X əsrdə türk tayfaları
arasında özünü möhkəmləndirmişdi. Odur ki dini baxışı və dili
göstərir ki, «Mənzum oğuznamə» X əsrdən gec olmayaraq yaran-
mışdır.
CÜMLƏ ŞƏKLİNDƏ OLAN FRAZEOLOJİ
VAHİDLƏR
Bu qrupa atalar sözləri və məsəllər, hikmətli sözlər,
aforizmlər daxildir.
Atalar sözləri və məsəllərin bir qisminin tarixi çox qədimdir.
B.Şəfizadə müəyyənləşdirmişdir ki, bizim indi işlətdiyimiz bir sıra
atalar sözlərinin, məsəllərin analoqları hələ şumer dilində vardır.
Məsələn, «Yaxşı geyinmişə hər yerdə xoşdur» şumer atalar sözü
dilimizdə «Adamı paltarına görə qarşılayıb, başına görə yola
salarlar» şəklində işlənir. Şumerlərdə «O hələ tülkünü tutmayıb,
ancaq quyu hazırlayır» - məsəli bizdə «Molla Nəsrəddin inəyi
almamış mıxçanı çaxıb» kimi qalıb. Şumerlərdə «Hər şeydən çox
arvaddan qorx» atalar sözü bizdə «Arvaddan qorxmayan iblisdən
qorxmaz» şəklində işlənir və s. (13, 73)
339