Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə234/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   230   231   232   233   234   235   236   237   ...   243

Adam var, söhbətində 

can bitər

.(67)


Böyük keçilənicə  dəkə-keçinin 

canı çıqar

.(70)


Bən nə vəqt ölürsəm, 

qiyamət

 ol gün 


qopar.

(71)


Bir kişinin 

adı çıqıncayadək göni çıqar

 (77) və s.

Bu   cür   misalların   sayını   artırmaq   mümkündür.   Lakin 

buradakı  



yüzi bərk, qərə gün, qərə bəxt, ağır başlu  

kimi 


ismi,  

ərlə   övrət   arasına   girmək,   könli   qararmaq,   allah 

göstərməsün,   gözi   işdə   olmaq,   üz   vermək,   başdan 

aşmaq, sözi kasadlığa düşmək, əl açmaq, oruc dutmaq,  

qədəmin qutlu olsun, ulular sözin tutmaq, rizqini taşdan 

çıqarmaq, can bitmək, canı çıqmaq,   qiyamət qopmaq,  

adı çıqmaq, göni çıqmaq

  kimi feli birləşmələr də göstərir ki, 

Azərbaycan dili frazeologiyasının formalaşma tarixi qədimdir və 

belə   birləşmələr   azı   birinci   minilliyin   ortalarından   ədəbi   dilə 

xidmətdə olmuşdur.   Bu qədər birləşmə içərisində  

can bitmək, 

göni çıqmaq

 ifadələri arxaikləşmiş (

göni çıqmaq

 ifadəsi əvəzinə, 

indii 

gönünü soymaq



 – 

Sənin gönünü soyaram

 – ifadəsi işlənir), 

bir-iki birləşmədə   kiçik dəyişikliklər olmuşdur (

qədəmün qutlu 

olsun – qədəmin mübarək olsun, rizqini taşdan çıqarır – çörəyini 

daşdan çıxarır)

. Qalan birləşmələr bu gün də ədəbi dilimizdə eyni 

məna və quruluşda işlənməkdədir. 

A.Əsgərova   «Oğuznamə»nin   dilində     kasıb   yaşamaq 

mənasında 

yoxsullığa irmək//aclıq çəkmək//tamağı quru 

olmaq

,   kədərlənmək   mənasında    



dərd   çəkmək//könlü 

qaralmaq//evi   yıxılmaq//bun   dəmində   bulunmaq

ölmək,   öldürmək   mənalarında  



canı   çıxmaq//can   ver-

mək//adı   qalmaq//başına   taş   qomaq//qanın 

içmək//gözünü çıxarmaq,

  susmaq mənasında  



dildən geri 

qalmaq//dilini tutmaq

 kimi sinonim,  



var yüzü – yoq yüzü, 

söz vermək – söz almaq, könül yapmaq – könül yıqmaq, 

əl açmaq – nəfsin öldürmək

 və s. antonim frazeoloji vahidlər 

müəyyənləşdirmişdir. (28, 16-17)

Son vaxtlar Çingiz xan adına Qədim Türk Tarixini Araşdırma 

Fondu tərəfindən  çap olunmuş «Mənzum oğuznamə»nin dilində 

də (11) maraqlı ifadələr vardır. Kitabda əlyazmanın fotosu, ərəb 

və   latın   qrafikası   ilə   transliterasiyası   və   mənzum   tərcüməsi 

verilmişdir. Əsərin müəllifi və yazılma tarixi məlum deyil. Elm alə-

337



minə «Uzunkörpü oğuznaməsi» və ya «Mənzum oğuznamə» adı 

ilə məlum olan bu əsərin mətni 104 beytdən ibarətdir. Dilində 

monqol  təsiri  hiss  olunmadığından   XIII  əsrin  sonunda   yazıldığı 

güman   edilir.   Qədim   türkcədən   çevirəni   və   ön   sözün   müəllifi 

İ.M.Osmanlı   yazır:   «Müsəlman   ideologiyasına   əsaslanan     və 

həmin ideologiyanı təbliğ edən türk dilində yazılmış  orijinal bədii 

əsər kimi, onu XIII-XIV əsrlər türk ədəbi dilinin nümunəsi hesab 

etmək   olar».(11,   11)   Əsərlə   tanışlıq   göstərir   ki,   o,   müəllifin 

dediyindən   daha   qədim   tarixə   malikdir.   Verdiyimiz   sitatda 

müəllifin işlətdiyi  «türk dili» ifadəsi anlaşılmazdır. Belə çıxır ki, o 

dövrdə (XIII-XIV əsrlərdə) ümumi bir türk dili var imiş və əsər 

həmin dildə yazılmışdır. Halbuki hələ eradan çox-çox əvvəl şərqi 

və qərbi türk dilləri fərqlənməkdə idi. Ümumxalq Azərbaycan dili 

artıq V əsrdə formalaşmışdı.

Hər halda, əsər bizim yazılı ədəbi dilin başlanğıcı saydığımız 

XIII əsrdən əvvələ aiddir və bizim üçün yazıyaqədərki dövrün 

nümunəsi sayıla bilər. Türk dillərində leksik və frazeoloji inkişaf 

əsasən   eyni   sürətlə   getdiyindən   buradakı   frazeoloji   vahidlərin 

timsalında   eyni   vəziyyəti   bizim   dil   üçün   də   təsəvvür   etmək 

mümkündür. Bir neçə misalı nəzərdən keçirək: 

                        Anası eşitti bu sözni turub,

şükür qıldı

 haqqa yüzini sürüb.(14) 

Bir il keçdi oğlan uluğ boldı xoş,

anası sözindin 

qılur


 irdi 

cüş


.(15)

Qız aytur uluğ söz bu 

söz sözləmə

,

atanq 



dinini tut

 ögün gözləmə.(17)

Barur mən 

Qara xan qatında turub

,

Yükünüb ayur mən 



yüzümni urub

.(17)


Oğuz çıqtı  sizdin 

tutub özgə din

,

Tiyür mən  tidi kör bu qamuq bedin.(17)



Oğuz Tındı  artuq 

ağız açmadı

,

özin yığdı



 

özqə sözin saçmadı

.(17) 

Bu iki kəlini  eşitti bu söz,



Yana 

taptı  fursat

 uluğ 

açtı köz


.(19)

Uşal birimizni  müsəlman qılıb,

Sevər bizni sevməz 

gözidin salıb

.(20)

Ayur uşbu  işkə nədir çarəmiz,



Yaman yolğa girmiş

 ciqərparəmiz.(20)

Xan öldi çeriqi qamuğ qaçtılar,

338



Tamuğ şərbətini 

köbi


 içtilər

.(22)


Murad birdi

 tenqri Oğuzqa uluğ,

Munda batı barça ulus  il qamuğ.(22)

Bular hər birinə Oğuz 

at birir

,

Xalac, Qanqlı, Qarluq, bu Qıbçaq erür.(23)



Beytlərdəki  

şükür  qılmaq,   cuş  qılmaq,  söz   sözləmək 

(danışmaq),  



dinini   tutmaq,   yüz   urmaq

  (üz   vurmaq),  



ağız 

açmaq, özünü yığmaq

 (yığışdırmaq), 



fursat tapdı, göz açtı, 

gözidən   salub,     yaman   yolqa   girmiş

  (pis   yola   düşmüş



), 

tamuğ   şərbətini   içtilər

  (cəhənnəmə   getdilər),  



murad   birdi 

(murad verdi),  



at birir

  (ad verir) ifadələri göstərir ki, artıq bu 

dilin frazeoloji yatağı zəngindir. Aydın olur ki,  «Kitabi-Dədə Qor-

qud»un və «Oğuznamə»nin dilində artıq birinci minilliyin ortaların-

da səlis biçimli ədəbi ifadələrlə dolu bir frazeoloji lay mövcud ol-

muşdur. 


Oğuzun bütlərə qarşı mübarizəsi, islam dininə çağırışı XIII-XIV 

əsrlərə aid ola bilməzdi. XIII-XIV əsrlər islam dininin dərin kök saldığı 

bir dövr idi və Oğuzun dili ilə bu cür təbliğata ehtiyac olmazdı. Belə 

bir mövzuda əsər Oğuz tayfaları arasında islamın ilkin yayılma mər-

hələsinə aid ola bilərdi. İslam dini isə artıq X əsrdə türk tayfaları 

arasında   özünü   möhkəmləndirmişdi.   Odur   ki   dini   baxışı   və   dili 

göstərir ki, «Mənzum oğuznamə»   X əsrdən gec olmayaraq yaran-

mışdır.


                              

CÜMLƏ ŞƏKLİNDƏ OLAN FRAZEOLOJİ 

VAHİDLƏR

Bu   qrupa   atalar   sözləri   və   məsəllər,   hikmətli   sözlər, 

aforizmlər daxildir. 

Atalar sözləri və məsəllərin bir qisminin tarixi çox qədimdir. 

B.Şəfizadə müəyyənləşdirmişdir ki, bizim indi işlətdiyimiz bir sıra 

atalar sözlərinin, məsəllərin analoqları hələ şumer dilində vardır. 

Məsələn,  «Yaxşı geyinmişə hər yerdə xoşdur»  şumer atalar sözü 

dilimizdə     «Adamı   paltarına   görə   qarşılayıb,   başına   görə   yola 

salarlar»  şəklində işlənir.  Şumerlərdə «O hələ tülkünü tutmayıb, 

ancaq quyu hazırlayır»   - məsəli   bizdə «Molla Nəsrəddin inəyi 

almamış  mıxçanı çaxıb» kimi qalıb. Şumerlərdə  «Hər şeydən çox 

arvaddan qorx» atalar sözü bizdə «Arvaddan qorxmayan iblisdən 

qorxmaz» şəklində işlənir və s. (13, 73) 

339



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə