Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə242/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   235   236   237   238   239   240   241   242   243

ki,   «Oğuznamə»də   toplanmış   atalar   sözləri,   məsəllər   zaman 

keçdikcə səlisləşmişdir. 

«Oğuznamə»də 

Övrət yapduğı ev yıqılmaz, övrət yıqdığı ev 

yapılmaz

  (138)   şəklində   işlənmiş   məsəl   Qəmərlinin   toplusunda 

«Arvad yıxmayan ev min il tikili qalar» (27) şəklindədir. Yaxud: 

«Kişi əyalın almaq  güc olur, amma bəsləmək qolay olur,  bədasılı 

almaq qolay olur, amma bəsləmək güc olur» (165) məsəli Qə-

mərlidə   «Əsli   almaq   çətindir,   saxlamaq   asandır»   (27)   şəklində 

sadələşmişdir.   Bu   cür   nümunələr   çoxdur:   «Utananın   oğlı-qızı 

olmaz» (56) - «Utananın oğlu olmaz» (30), «Qurdun adı yavuz, 

arada dülkü var, baş kəsərlər» (153) – «Tülkü var ki, baş kəsər, 

qurdun   adı   bədnamdır»   (34),   «Çıraq   dibi   qaranu   olur»   (91) 

–«Çırağ dibinə işıq salmaz» (35), «Köçdük yurdun qədrini qonduq 

yurdda allah bildirməsün» (163) – «Köçən yurdun qədrini qonan 

yurdda bilərlər» (42)  və s. 

Ərəblər Azərbaycana daxil olarkən artıq vahid Azərbaycan 

xalqı   və   onun     vahid   ədəbi     dili   inkişaf   prosesi   keçirirdi   - 

ümumiləşməkdə,   müxtəlif   türkdilli   etnosların   şivə 

xüsusiyyətlərindən təmizlənməkdə, ədəbiləşməkdə idi. Türk-azəri 

dilinin ədəbiləşməsində ən böyük işi folklor nümunələri görürdü. 

Məlumdur   ki,   mətbuatın,   radionun,   televiziyanın,   qurultay   və 

konfransların, geniş ali və orta məktəb şəbəkələrinin olmadığı belə 

bir dövrdə aparıcı qüvvə el sənətkarları, xalq nağılçıları və ozanlar 

olmuşlar. Ayrı-ayrı   qohum türk tayfaları min illər boyu yaratmış 

olduqları   əsatir,   əfsanə,   rəvayət,   nağıl,   hekayə   və   dastanları 

böyük   maraqla   bir-birinə   ötürür   və     bu   prosesdə   dilin 

demokratikləşməsi, ümumiləşməsi ilə   yanaşı, folklor nümunələri 

də ümumiləşir  və bir tayfanın,  bir etnosun yaradıcılıq məhsulu 

olmaqdan   çıxaraq   bütün   xalqın   ortaqlı   mədəniyyət,   ədəbiyyat 

abidəsinə çevrilirdi. Ayrı-ayrı tayfaların adı ilə bağlı olan bayatı, 

varsağı, əfşarı, qaytağı da bu dövrün məhsuludur. Hazırkı atalar 

sözlərinin,   məsəllərin,   alqışların,   qarğışların,   vulqar   ifadələrin, 

tapmacaların, bayatıların, nağılların böyük bir qismi kök etibarilə 

həmin dövrün məhsuludur.  

Folklorun   ümumiləşməsi   şifahi   ədəbi   dilin   formalaşması 

demək   idi.   Ozanlar   və   el   ədəbiyyatının   biliciləri   folklor 

360



nümunələrini məhdud şivələrdə deyil, daha ümumi və aydın bir 

dildə   çatdırmalı   olurdular.   Dövrün   folklor   dili   bizim   indi   zənn 

etdiyimizdən   qat-qat   emosional,   ədəbi,   ifadəli   və   zəngin 

olmuşdur.   Bunu   sübut   edən   ən   mühüm   vasitə   «Kitabi-Dədə 

Qorqud”»   dastanının   dilidir.   Bu   dastanın   dilini   zənginliyinə, 

ahəngdarlıq   və   emosionallığına   görə   heç   bir   əsərlə   müqayisə 

etmək olmaz. Hun imperiyasının meydana çıxması və oğuzların 

fəaliyyəti     ilə   bağlı   yaranan,   əksərən   öz   küklərini   əvvəlki 

minilliklərdən   alan   bu   dastan   II-V   əsrlər   arasında   formalaşma 

prosesi   keçirsə   də,   bugünkü   varianta   müvafiq   şəkildə   tam 

formalaşma işini VI-VIII əsrlərdə başa çatdırmış, sonrakı əsrlərdə 

bəzi arxaik elementlərin islahı ilə yanaşı, boylara islam şəxs adları, 

müsəlman ayinləri və   müəyyən qədər ərəb, fars sözləri əlavə 

olunmuşdur. 

  XI-XII əsrlərdə əvvəlcə Səlcuq  dövləti, sonralar müstəqil 

Atabəylər və Şirvanşahlar dövlətləri daxilində Azərbaycanda elmin, 

ədəbiyyatın, mədəniyyətin, məktəbin inkişafı daha da sürətlənir. 

Şəhər həyatı, müxtəlif sənət sahələri, təsərrüfat,  başqa ölkələrlə 

ticarət genişlənir. Mədrəsələrdə dərs deyən görkəmli yerli alimlər 

yetişir. Poeziya farsdilli, elm ərəbdilli olsa da, bütün bu inkişaf və 

yeniləşmə     türk   –   Azərbaycan   dilinin   qanuni   hüquqlarının 

müəyyən ölçüdə təmin edilməsinə  səbəb olur. Ana dili mədrəsə 

və   mollaxanalara   yol  tapır,  yad   dillərin   öyrənilməsi   üçün   açar-

vasitə   rolunu   oynayır.   Türk   dillərinin   müqayisəli   lüğəti   tərtib 

olunur,   Azərbaycan   toponim,   etnonim   və   antroponimləri   VII 

əsrdən ərəb əlifbası ilə yazılış tərzini sabitləşdirir. El şairləri ilə 

yanaşı,   bizə   hələlik   gəlib   çatmasa   da,   türk     yazılı   ədəbiyyatı 

yaranır. Azərbaycan dili leksikası farsdilli poeziyaya geniş yol tapır. 

Farsdilli   saray   hakimləri   türk   dilinin   saray   ədəbiyyatına   ayaq 

açmasına     müqavimət   göstərsələr   də,   artıq   anadilli   yazılı 

ədəbiyyatın   inkişafı   qarşısına   səd   çəkmək   qeyri-mümkün   olur. 

Əvvəlki dövrlərdə ana dilində yaranmış əsərlərin üzü  

köçürülür. 

Özünüdərk prosesi keçirən xalq öz müstəqilliyini öz dilinin təbii 

mövqe-müstəqilliyində görür. 

361



Beləliklə,   Azərbaycan   ədəbi   dili   Səlcuqların   gəlişindən   bir 

neçə yüz il  əvvəl təşəkkül tapmışdı. Səlcuqlar Azərbaycana ayaq 

basanda artıq Azərbaycan ədəbi dili mövcud idi. Əlimizə hələlik 

«Dədə Qorqud”»dan başqa bir əsər gəlib çatmasa da, bu dildə 

zəngin elmi və bədii ədəbiyyat olduğu şğbhəsizdir. Həm də şübhə 

etmirik ki, bu ədəbiyyatın ilk nümunələri azı I minilliyin ortalarına 

aid olmuşdur.

Bütün bunların nəticəsi idi ki, eramızın ilk illərindən  təşəkkül 

yoluna   qədəm   qoyan   ğmumxalq   Azərbaycan   dili   I   minilliyin 

sonlarında   artıq   türk   dilləri   ailəsində   seçilən   və   bir   sıra   başqa 

ərazilərin   türklərinə   ədəbi   dil   kimi   xidmət   edən   bir   dil   idi. 

Həsənoğlunun   qəzəlləri,   «Dastani-Əhməd   Hərami”»,   «Qisseyi-

Yusif»”, «Mehri və Vəfa» kimi çox az bir qismi gəlib bizə çatan 

əsərlər   Azərbaycan   ədəbi   dilinin   ilk   nümunələri   deyil,   bir   neçə 

əsrlik inkişaf yolu keçmiş bir ədəbi dilin  nümunələridir. Bunu ya-

zıyaqədərki dövrün zəngin frazeologiyası da sübut edir.



18.10.06

ƏDƏBİYYAT

1.Q. K a z ı m o v. Azərbaycan dilinin tarixi (ən qədim 

dövrlərdən XIII əsrə qədər). «Təhsil», Bakı, 2003.

2.İ s a. M e h r i və Vəfa (Tərtib edən, nəşrə hazırlayan və 

ön sözün müəllifi Aysel Şərifova), Bakı, «Nurlan», 2005.

3.Q .K a z ı m o v. Kİ SİKİL, yoxsa QIZOĞUL və ya qədim 

abidənin   dilinin   tədqiqi.   V.Məmmədovun   «Dastani-Əhməd 

Hərami»  poemasının   dili   və   üslubu»   (Bakı,   2001)  kitabına   ön 

söz, s.III – XVII.

4.Q. K a z ı m o v. Homerin poemaları və «Kitabi-Dədə 

Qorqud». «Təhsil», Bakı, 2006.

5.Ə. M. D ə m i r ç i z a d ə. Azərbaycan ədəbi dilinin tarixi. 

Birinci hissə. Ali məktəb tələbələri üçün dərslik, «Maarif», Bakı, 

1979.


6.   Bayatılar   (Tərtib   edəni   A.Məmmədova,   redaktorları 

M.H.Təhmasib və C.V.Qəhrəmanov). «Elm», Bakı, 1977.

362



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə