Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə238/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   235   236   237   238   239   240   241   242   243

«Oğuznamə»də toplanmış atalar sözləri və məsəllərin bir 

qismi bu gün  də olduğu  kimi dilimizdə  işlənməkdədir. Bu cür 

nümunələrdə fərq, başlıca olaraq,  iki dövrə – tarixi keçmişə və 

müasir   dövrə   aid   orfoqrafik   və   fonetik   normalarla   bağlıdır; 

məsələn: 

El atduğı daş uzaq gedər.(54)

Bal tutan parmağın  yalar.(77)

Çoq yaşayan çoq bilməz, çoq gəzən çoq bilür.

(87)

Dost başa baqar, düşmən ayağa baqar.(101)



Tonuz qurbana yaramaz.(134)

Keçi suyu bəgirə-bəgirə keçər.(157)

Könüldən könülə yol var.(160)

Gül dikənsiz olmaz.(163)

Yoqdan tanrı da bezar.(191)

Yerün də qulağı vardır.(194)

«Oğuznamə»dəki   atalar   sözü   və   məsəllərin   böyük   bir 

qismində     keçən   min   il   ərzində   bir   sıra   fərqlər   yaranmışdır. 

Həmin fərqlər aşağıdakılardan ibarətdir:

1.Atalar   sözünün   mənası   ümumiləşmiş   və   genişlənmişdir. 

Odur ki konkret obyektlə bağlı olanlarda obyekt bildirən söz ixtisar 

edilmişdir; məsələn:  



Ərgənün qazancını it yer, yaqasını bit 

yer

.(24)  


Qonşunun eşəgin iki   istə, sənin üç olsun

  (144) – 

məsəllərindən birincisində  «ərgən» sözü atılmış, subay gəncə aid 

olan hadisə ailəsiz hər cür adama aid edilmişdir:  



Qazancını it 

yeyir,   yaqasını   bit   yeyir.

  Eləcə   də   ikinci   misalda   dövrün 

dünyagörüşü   ilə   bağlı   «eşəg»   sözü     sonralar   daha   əhəmiyyətli 

heyvan adı ilə əvəz edilmiş, məna bir qədər də ümumiləşmişdir: 



Qonşunu iki inəkli istə ki, özün üç inəkli olasan

. Bu şəkildə 



Eşəgin ölümi itə dügündür

   (24) – məsəlində leksik əvəzetmə 

ilə yanaşı (

dügün – bayram

), obyekt də dəyişmişdir:  

At öləndə 

itin bayramıdır

. Misallardan bunu da hiss etmək olur ki, onların 

hər ikisi çox qədim tarixin yadigarıdır.

Qeyd etdiyimizə müvafiq olaraq,  müqayisə obyektini bildirən 

söz   dəyişmiş,   münasib   mücərrəd     isimlə   əvəz   edilmişdir:  

Ər 

ondur, toquzı tondur

   (55) – məsəlində  



ər

  – igid, kişi, igidlik 

göstərən adam mənasındadır. Geyimin dəyişkənliyi, bəlkə də, kişi 

349



üçün bizim bilmədiyimiz bir dövrdə faydalı olmuşdur. Lakin sonralar 

geyim   məsələsi   daha   çox   qadına,   gözəlliyə   aid     edilmişdir: 



Gözəllik ondur, doqquzu dondur

. Amma kişiyə aiddiyyəti ilə 

bağlı semantikasını da tam itirməmişdir.

2.Atalar sözləri və məsəllərin böyük bir qismində leksik də-

yişmələr   daha   çox   müşahidə   olunur.   Köhnəlmiş   sözlər,   arxaik 

leksik   vahidlər   tarixi   inkişaf   prosesində   yeniləri   ilə   əvəz 

edilmişdir: 

El ilə gələn qərə gün dügündür

.(25) 


Eyiligi eylə, 

dənizə   buraq:   balıq   bilməzsə,   xalıq   bilür

.(32)  


Binar 

başından   bulanar

.(78)  


Son   peşmanlıq   assı   qılmaz

.(122) 


Saqındıq gözə çöp düşər

.(124) 


Sarb sirkə kəndü  qabına 

ziyan edər

.(124)  


Qılıc yarası önəlür, dil yarası önəlməz

.

(144)  



Qonaq  qonağı  sevməz,  ev issi  ikisini  də  sevməz.  

(148) 


Kedi ətə irişməsə, «murdardır» deyər

.(166)


Bu   misallarda    

dügün

  –   toy-bayram,  



eyilik

  –   yaxşılıq, 



binar

 – bulaq, 



assı qılmaz

 – fayda verməz, 



saqındıq 

– qorxaq, 



sarb 

– tünd, 


kəndü

 – öz,   



önəlmək

 – sağalmaq, 



issi 

– yiyəsi, 



kedi 

– pişik, 



irişmək

 – çatmaq sözləri ilə əvəz edilmişdir. Təbii 

ki,   həmin   sözlərə   müvafiq   olaraq,   bəzən   başqa   dəyişmələr   də 

olmuşdur. Son misalda dəyişmə çox olsa da, məzmun eynidir: 



Pişiyin ağzı ətə çatmasa, deyər murdardır. Ər ər gərək, 

övrət övrət gərək

.(38) – misalında  



ər –  kişi, övrət –  arvad 

sözləri ilə əvəz edilmişdir.

3.Bəzi   nümunələrdə   arxaik   elementlərin   islahı   ilə   yanaşı, 

məna da həqiqətə uyğunlaşdırılmışdır. Məsəllərdən birində deyilir: 



At düşürdigi vaqt   timar gərəkdir, köşək düşürdigi vaqt 

timar  gərəkdir, eşək düşürdigi vaqt  qazma gərəkdir

.(26) 


Azərbaycan   dilində  

düşmək

  feli   «yıxılmaq»   mənasını   tədricən 

itirdiyindən  bu söz 

yıxılmaq

 feli ilə əvəz edilmiş və misal sadələş-

dirilmiş, ölüm anlayışı ağır zədə ilə əvəz edilmişdir: 

Dəvədən yıxılan 

pambıq üstə, eşşəkdən yıxılan daş üstə yıxılar.

 Amma bu birisi də 

qalmışdır: 

Atdan düşən ölməz, eşəgdən düşən ölər

.(26) 


4.Bəzən həm arxaik leksik vahid, həm də obyekt dəyişdiril-

mişdir: 


Eşəgi düginə oqumuşlar: «Ya su yoqdur, ya odun  

yoq»   demiş

.   (30)   Bu   misalda  



dügin  

–   toy


,

 

oqumaq   – 



çağırmaq

  leksik   dəyişmələri   ilə   yanaşı,   müqayisə   obyekti   də 

dəyişmiş,   eşək   dəvə   ilə   əvəz   edilmişdir.   Bu   cür   obyekt 

350



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə