Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


Günahlarını   Məhəmməd   Mustafa   yüzi   suyına



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə232/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   228   229   230   231   232   233   234   235   ...   243

 

Günahlarını   Məhəmməd   Mustafa   yüzi   suyına 

bağışlasun!

 (46) – 


Məhəmməd

 adı dini ifadələrdə adətən bu 

cür xatırlanmışdır.

Qalan   dini   ifadələrdə   daha   çox  



qurban,   amin,   didar, 

dua,  behişt, uçmaq

 sözləri iştirak edir.  

Mənim

 

başım Beyrəgin başına qurban olsun!



 (57) 

Yolına 


qurban olayın. Qara başım qurban olsun sana,  gəlincigüm

(66)  



Mənim başım  qurban olsun  səninçün!

  (71)  


Qara başım 

qurban olsun, kafər, sana!

  (114)  

Mənim başım sənin yolına 

qurban olsun!

 (75) 


Mənim canım sənin canına qurban olsun

(85) 


 

İman 

sözü ilə: 

Axır-sonı arı imandan ayırmasun!

  (46) 


Amin

  sözü   ilə:  



«Amin»

 

deyənlər   didar   görsin!



  (46) 

«Amin!» «Amin!»

 

deyənlər didar görsün!



  (71)

  

Behişt

 və 

uçmaq

 sözləri ilə: 

Ağ saqallu baban yeri uçmağ olsun! 

Ağ birçəklü anan yeri behişt olsun!

  (46)

Dua  

sözü   ilə:  

(Ağ  alnunda  beş  kəlmə)  dua  qıldıq,  qəbul 

olsun! 


(46)

Müsəlman 

sözü ilə: 



Müsəlmanlar arxası

 

olsun



. (46)

Dastanda işlənmiş 



andların

 bir qismi dövrün qəhrəmanlıq 

ayinləri ilə bağlıdır. Odur ki indii onlar işləkliyini məhdudlaşdır-

mışdır. Məsələn: 

Qılıcıma   toğranayın

.   (59)  

Oxıma   sancılayın.   Yer   kibi 

kərtləyin. Topraq kibi savrılayın.

 (62) 

Bu   cür   ifadələr   tarixi   romanların   dilində   yenidən 



canlandırıla bilir. Məsələn, F.Kərimzadənin «Xudafərin körpüsü» 

dilogiyasında   eyni   ifadələr   obrazların   dilində     Şah   İsmayıl 

dövrünün qəhrəmanlıq səciyyəsinin təsviri prosesində təbii səs-

lənir. (25, 111-123) 

Yaradan   haqqı   içün,   baba

  (74),  

Ya   qadir   allah,   birligin, 

varlığın   haqıçün   

-  kimi   ifadələr   xalq   dilində   işləkliyini   davam 

etdirməkdədir.  

Ağam başına and içmişəm

 (112), 


ağam başiçün, 

dinin   eşqinə

  (117)     tipli   ifadələr   də   müasirliyini   mühafizə 

etmişdir. Xalq arasında 

Oğlum toğmasun,  toğarsa, on günə var-

masun


  … (gərdəgə girsəm) – tipli ifadə-andlar   indi bəlkə də 

nadir hallarda işlənir.

332



Qarğış və söyüşlər

. Dastanın dilində qarğış və söyüşlər 



 

öz rəngarəngliyi ilə diqqəti cəlb edir. 

Qarğışların   bir   qismi   hazırda   olduğu   kimi   xalq   dilində 

işlənməkdədir:  

Ağzın qurısun!   Dilin çürisün!

  (37)  


Əlin qurısun! 

(54) 


Əlün  qırsun, parmaqların çürisün!

  (63) 


Çıqsun bənim kor 

gözüm!  


(37)  

Qadir   alnuna   qada   yazsun!

  (37)  

Ağzın   çürisün! 

(125)  

Mana zindan olsun!



   (124) Və s.   63-cü səhifədəki  

Əlün 


qırsun  

ifadəsi  

 

ərəb   əlifbası   ilə   olan   mətndə    



Əlün   qurısun 

şəklindədir.(27, 26)  

Bir sıra ifadələrdə subyekt və obyekt bildirən sözlər sonrakı 

inkişaf   prosesində   dəyişmişdir.   Məsələn,  



Yigitligüm   səni 

tutsun!  

(48)  


Bunın   kibinin   bəbəkləri   bitməsün!

    (37)   – 

ifadələrindən   birincisi   igidlik,   qəhrəmanlıq   dövrünün   ifadəsidir, 

indi   daha   çox  



çörəyim   (əməyim)   səni   tutsun

  şəkillərində 

işlənir.   İkinci   ifadə  

övlad   üzünə   həsrət   qalasan

  şəklində 

formalaşmışdır. 

Bu evi xarab olası!

 (33) – ifadəsi 

Bu evi xaraba 

qalsın!

  –   şəklində   dəyişmişdir.  



Qazanın   başına   bunlu   gəlsün! 

(122)   –   ifadəsi  

Allah   başına   müsibət   (bəla)   gətirsin!

  şəklində 

işlənir. 

Yıqılsun Oğuz elləri, mana yararu qız bulımadım! 

(85) 


–   cümləsi   Qanturalının   dilindəndir.   Bunu   qarğış   yox,   bir   növ 

şikayət kimi söyləyir. 

Tatlu candan ayırsun qadir səni!

 (102) 


Ala 

yılan olub bəni soqsun!

 –ifadələrindən birincisi 

tanrı şirin candan 

ayırsın səni

, ikincisi 

səni ilan vursun

 şəklində sadələşmişdir.  

Bir sıra ifadələr daxili qarşılaşdırma əsasında  qurulmuşdur: 

Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg!  

(32)

 

Bu məzmunu 



«Dədə   Qorqud»   ozanı

 

mürəkkəb   cümlə   şəklində   də   ifadə 



etmişdir: 

Qonağı gəlməyən qara evlər yıqılsa, yeg!

 (32)  Başqa 

bir şəkildə qarşılaşdırma daha da gücləndirilmişdir: 



At yemiyən acı otlar (bitincə) bitməsə, yeg!

Adam içməyən acı sular sızınca sızmasa, yeg!

Ata adını yürütmiyən xoyrad oğul

ata belindən enincə enməsə, yeg,

ana rəhminə düşüncə toğmasa, yeg!

 

Yalan söz bu dünyada olınca olmasa, yeg

! (32)

Aşağıdakı cümlələrdə fikir daha sərbəst, daha geniş ölçüdə 



söylənmişdir:

Sarb yürürkən  Qazlıq ata namərd yigit yenə bilməz,

333



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   228   229   230   231   232   233   234   235   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə