Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ


salı  vermədi -   boş buraxmaq, getməyə qoymaq  mənasını   verir;   əlündə  zəbun



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə230/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   226   227   228   229   230   231   232   233   ...   243

mədi deməkdir;

  salı  vermədi -  

boş buraxmaq, getməyə qoymaq 

mənasını   verir;

  əlündə  zəbun  oldı   –  

gücsüz,   yazıq   vəziyyətə 

düşdü;   

zirü zəbər  oldı  

-   yerlə yeksan oldu;  



dəstur  dilədi – 

rüsxət, icazə istədi

;  qovğa

  – dava-dalaş mənasındadır. Sözlərin 

çoxu şivələrimizdə  işlənməkdədir.

Frazeoloji vahid komponenti kimi   işlənmiş alınmaların xeyli 

hissəsi   bu   gün   də   dilimizin   lüğət   tərkibində   olan     dini   alınma 

sözlərdir: 

  (əl   urub)  and  içdilər,  namaz  qıldılar,     (Məhəmmədə) 

salavat  götürdilər

  (52),  

(ağ   alnunda   beş   kəlmə)  dua  qıldıq 

(52), 


əl qaldırıb, dua eylədilər, duaları müstəcab olurdı

 (52), 


(evinə)  şivən girdi

  (58),  



yas tutdılar

     (60),  



allahına şükrlər 

eylədi,  (arı sudan) abdəst aldılar, (qara) şivən (sənünlə bilə) 

eyliyəyin

  (71),  

(Oğuz   elində)   yasım  tutsun

  (75),  

(Basat) 

ğəzayə getmiş idi

 (71), 


(Oğuza) asi oldum, padşahına asi ola-

nın   işi   rast   gəlməz

  (110),  

(evi   ögində)  şivən  qopdı

  (110), 

həqqə vasil oldı

 (125) və s. 

Bu cür ifadələrin bir qismində qrammatik arxaizm vardır. 

İndi yönlük halda işlənən asılı tərəf adlıq haldadır: 

(Məhəmmədi) 

yad gətürdilər,

 (

adı görkli Məhəmmədi)  yad gətürdi 



(67).

Tərkibində alınma söz işlənən frazeoloji vahidlərin də bir 

qisminin   əsas   tərəfi   feli   sifətlərdən   ibarətdir.   Asılı   tərəfdə 

alınmalar əsasdır:  



əqli şaşmış

, (37) 


qara gərdunda bulduğum 

(bu dünyada tapdığım) (36), 

(qaba köpəklərə) qoğa salan

 (46), 


dünyaya  gətürdügim

    (47),  



aman  deyən,  dünya  mənim 

deyənlər,

 (52), 

muradına-məqsudına  irməyən

 (58), 


qurban 

olduğım


 (58). 

Dediyimiz   kimi,   alınmalar   əksəriyyət   etibarilə   ümumişlək 

sözlərdir. Bu cəhət əsas tərəfi feli bağlama ilə ifadə olunanlara 

da   aiddir.   Lakin   belələri   azdır:   



nərə  urub   (hayqırdı),  təkyə 

tutub (yüzimə baxqıl)

 (75), 

kəbin kəsüb

 (82) və s. (Dərvişlərin, 

müridlərin məhərrəm mərasimlərini keçirdiyi yığıncaqlara 

təkyə 

deyilirdi).

«Kitabi-Dədə Qorqud»un frazeologiyası çox zəngindir. Fraze-

oloji vahidlərin hamısını toplamaq və tədqiqata cəlb etmək xüsusi 

araşdırma tələb  edir. Mühüm  cəhət  bir də bundan ibarətdir ki, 

dastanın dilində alqışlar, andlar, qarğışlar, söyüşlər böyük bir lay 

328



təşkil   edir.   Bunlar   türk   təbiətinə   son   dərəcə   müvafiq,   təbii, 

emosional ifadələrdir və türkün səciyyəsini, qəhrəmanlıq, mərdlik, 

vətənsevərlik keyfiyyətlərini  üzə  çıxarmaq  üçün  misilsiz   material 

verir. Dastanın özündə deyildiyi kimi, «Türkün alqışı alqış, qarğışı 

qarğış idi». Alqışlarda da, qarğışlarda da, andlar və söyüşlərdə də 

mərdlik, mübarizlik, ağırlıq və sanbal vardır. Həm də bunlar bir çox 

hallarda ilkin fizioloji əsasları ilə əlaqəni üzməmişdir, odur ki onların 

fraza olmaq keyfiyyətləri bəzən şübhə doğura bilər. Lakin xalqın 

dilində sabitləşmələri baxımından ümumi frazeoloji laya daxildir.

Alqışlar.

 Alqış bildirən frazeoloji vahidlərin bir qismi dünyəvi 

arzulardan  ibarətdir.   İnsanın   öz  həmcinsinə,   dostuna,   ulularına 

istək   və   arzularını   bildirmək   məqsədi   daşıyır.   Bunların   çoxu 

predikativ birləşmə şəklindədir. İfadənin tərkibində hər bir vahidin 

əhəmiyyəti var: 



Gerçəklərin üç otuz on yaşını toldursa, yeg! On otuz 

on   yaşında     tolsun.  Dövlətiniz     payəndə   olsun.   El-

evünüzdə  çalub-ayıdan ozan olsun!

 (32) 


Əgər, məsələn,  

Qara başım qurban olsun (bu gün sana)!  

Qara ölüm gəldigində keçit versün!

  (33) – tipli alqışlardan  



qara 

başım, qara ölüm gəldigində  

hissələrini atsaq.  

qurban olsun, 

keçit   versün

  hissələrini   saxlasaq,   əvvəlki   effekt   –   alqış   effekti 

zəifləyər. Lakin (

Sən) sağ ol!

 (47) (


Babam) sağ olsun! -

 tipli alqış-

ların əsasında frazeoloji ifadələr durur və belə  ifadələrin subyekti 

dəyişə də bilir. 

(Anun) bəbəkləri bitsün!

  (33) 


(Bu ad bu oğlana) 

qutlu olsun

! (55)  


Qutlu olsun  (dövlətüniz).

   (63)   

(Dövlətlü 

xanın) ömri  uzun olsun!

 (58) 

(Ağanuzın ətməgi sizə) halal ol-



sun!

  (58) (


Əlün)  var olsun!

  (62)  


Uğurun açıq olsun

!   


Sağ-

əsən varub gələsən

! (87) 


Gözün aydın!

 (115) və s. 

 

(Bəglər), xoş qalun!



 (111) 

Ağzın içün  öləyin, oğul!

 

Mərə, yü-



zünüz ağ olsun!

 (62) 


Əsən qalun!

 (86) tipli ifadələr bu gün də işlək 

ifadələr kimi yaşamaqdıdır. 

Ağzın içün  öləyin 

– ifadəsi xalq arasında 

- yaşlıların, xüsusən qadınların dilində işlənməkdədir

. Əsən qalun 

ifadəsində  



əsən

  sözü   arxaikləşmiş   və  



salamat  

sözü   ilə   əvəz 

olunmuşdur.

Alqışların     bir   qismi   yarandığı   zəmanənin   ruhuna   uyğun 

olub, keçmiş əsrlərlə səsləşir. Texniki inkişafla, döyüş və silah 

növlərinin dəyişməsi ilə  əlaqədar alqış bildirən bu cür ifadələrə 

329



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə