Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə233/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   229   230   231   232   233   234   235   236   ...   243

binincə binməsə, yeg! 

(32)


Çalub-kəsər uz qılıcı  müxənnətlər çalınca, çalsa, 

yeg! 

(32


)

 

Drezden   nüsxəsində



  Sarb   yürürkən     Qazlıq   ata 

namərd yigit yenə bilməz 

– cümləsində



 yenə bilməz 

sözləri 


olsa   da,  məntiq

  binə   bilməz  

olduğunu   tələb   edir   və   Erginlə 

H.Araslı da misranı bu cür qurmuşlar

 – binə bilməz

.   (9, 225) 

Son misalda 

çalsa, yeg

 yox, məntiq 



çalmasa, yeg

 tələb edir. 

Aşağıdakı cümlələr də eyni tiplidir:

Nə Qazlıq tağı aqar sənin suların, 

Aqar kibi aqmaz olsun!

Bitər sənin otların, Qazlıq tağı,

 Bitər ikən bitməz olsun!

 Qaçar sənin keyiklərin, Qazlıq tağı,

 Qaçar ikən qaçmaz olsun, taşa dönsün!

 (39)


 Yuxarıdakı misallar həqiqi mənada nifrətdən doğur. Qazlıq 

dağına qarğış isə ana ürəyini yaralayan kədərdən   irəli gələn, 

əslində, obrazın yanıb-yaxıldığı üçün dilə gətirdiyi ifadələrdir. Bu 

ifadələr canlı dilə məxsus ifadələrdən çox, poetik ifadələrdir.

Qarğışlar sistemində subyekt bildirən sözün təyini kimi (ge-

niş   mənada)   çıxış   edən   feli   sifət   tərkibinin   substantivləşərək 

subyekti   əvəz   etməsi   halları   da   dastanın   dilində   işlək 

formalardandır:  



Ay əməli azmış, feli dönmüş,   qadir allah 

ağ alnına qada yazmış!  

(56) – sözləri Dəlü Qarçarın dilindən 

Dədə Qorqudun ünvanına söylənmişdir. 

Dəlü Qarçar birələrin əlində həlak olmaq üzrə ikən  



Tənri 

bunın   simüzin   də   alsun,   arığun   da   alsun

  (57)     şəklində 

qarğış tökür və tənriyə tapınmalı olur. Qısırca yengə Beyrəyi 

bu 

zavala gələcək dəli

 (64) sözləri ilə yamanlayır.

Boyların dilində and məqamında işlədilən, obrazın  səbr və 

iradəsini ifadə edən maraqlı qarğışlar vardır:



Yaylar olsam, mənim gorum olsun!

İçər olsam, mənim qanım olsun!

Xərcləyür olsam, mənim kəfənim olsun!

Binər olsam, mənim tabutum olsun! 

(83)


Və ya:

Bilməzsəm, gözümə tursun. 

334



Bilməzsəm, kəfənim olsun.

Bilməzsəm, mana tabut olsun.

Mana zindan olsun

.(124) 


  Dastanın dilində belə şərtli qarğışlar çoxdur.   Beyrəyin  -

aşağıdakı sözləri də belələrindəndir:  



Yarın qiyamət günində 

mənim   əlüm     Qazan   xanın   yaqasında   olsun,   mənim 

qanım Aruza qoarsa

 . (125)


  Boylarda ən çox işlənən vulqar ifadələr  

Qavat oğlı dəli 

qavat

  (54, 63 və s.),  

Qadası yetmiş  qavat oğlu qavat



  (108), 

Tonuz oğlı tonuz 

(63), 


dəli qavat

 (79)  ifadələridir. 

Ana, zalım 

ana

,  


mərə qavat qızı

  (112),  

Yonma ağac tənrili köpəgim 

kafər

  (118) kimi söyüş bildirən ifadələr də vardır. Son misalda 

bütpərəstlərin taxta bütlərinə   işarə edilir. Söyüşlərdə çox işlənən 



qavat  

sözünü H.Araslı «əbləh» mənasında izah etmişdir:  

qavat 

oğlu qavat



  – əbləh oğlu əbləh. (27, 161) S.Əlizadə ərəb mənşəli 

qavvad


 sözü ilə əlaqələndirmiş, «pəzəvəng» mənasında olduğunu 

qeyd etmişdir. (26, 209) 

Son dövrlərdə xalq  arasında işlənməkdə olan xeyli alqış, 

qarğış,   and   və   qəsəm   bildirən   ifadələr     toplanmış   və   çap 

edilmişdir (bax: 12). Bunların, demək olar ki, hamısı qədimdən 

gəlir. Bunlar elə ifadələrdir ki. insanların tapındığı dinlə,   ətraf 

aləmlə, odla, ocaqla, çıraqla, tanrı ilə bağlıdır və insan göz açdığı 

vaxtlardan belə ifadələr işlətməkdədir. Bir neçə nümunə:  



duru 

suyun   bulanmasın,   övladın   bay   olsun,   damazlığın 

qapından kəsilməsin, yazın pozulmasın, közün közərsin,  

külün   külə   qalansın,   kösövün   qaralmasın,   pis   gün 

görməyəsən, fələk amanında olasan, çırağın öləziməsin, 

çuğulun   yarımasın,   cavan   canın   xata-baladan   uzaq 

olsun,   şəhla   gözün   süzülməsin

  (


alqışlar

),  


qiblə   haqqı, 

bərəkət haqqı, atamın ruhu haqqı, işıq haqqı, işığa and 

olsun,   yaradan   haqqı,   yer-göy   haqqı,   gün   haqqı,   od 

haqqı,   ocağa   and   olsun,   su   haqqı,   tanrı   haqqı,   ulu 

tanrıya   and   olsun,   cavan   canına   and   olsun

  (


andlar-

qəsəmlər


),  

adın qara geysin, ata-anan ün deyib ünləsin, 

ata-anana   allah   qənim   olsun,   ata-anana   allah   qotur  

versin, dırnaq verməsin, ata-ananın çırağı sönsün, ata-

ananın   ocağı   qaralsın,     aşın   ocaqda   qalsın,   aş   üzünə 

335



həsrət   qalasan,   bay   olmayasan,  bayramın   qara   gəlsin, 

baş daşın tapılmasın, boynun qırılsın, boyuna boz ip tu-

tum, qanın yalaqda qalsın, dağarcığın boş qalsın, dam-

daşın başına uçsun,    evin can yatağına dönsün, əhdin  

gözündə qalsın, itin qudursun, yurdun yurd olsun, gözün 

bozarsın,   oda   düşəsən,   odun-ocağa   həsrət   qalasan, 

ocağın   qaralsın,   ocağıyın   başında   Əzrayıl   otursun, 

ocağında   qazan   asılmasın,   oxun   boşa   çıxsın,   öyündə 

çıraq   yanmasın,   paltarın   yuyucuya   qalsın,   sabaha 

salamat   çıxmayasan,   sazın   sınsın,   aşığın   qara   geysin, 

sarayın   başına   uçsun,   soyun   sığırsız   qalsın.   uğurun 

uğursuz olsun, uğur tanrısı səndən üz döndərsin, üzün 

ağ olmasın, xain gözün çıxsın, fəryadın göylərə ucalsın, 

xoruzun banlamasın, çuvalın boş qalsın, çırağın sönsün,  

şərbətin zəhər olsun… (

q

arğışlar



) (12, 142-190)

Birləşmə şəklində olan frazeoloji vahidlər «Oğuznamə»nin dili 

üçün   də   səciyyəvidir.     Doğrudur,   «Oğuznamə»də   toplanmış 

material   atalar   sözləri   və   məsəllərdən,   hikmətli   söz   və 

aforizmlərdən ibarətdir, lakin cümlə şəklində qurulduğundan atalar 

sözünün,   məsəlin   tərkibində   ifadələri   ayırmaq   mümkündür. 

Aşağıdakı nümunələrə diqqət yetirək: 

Ərlə övrət arasına girənin

  hörmətsizligi qalur.(20)

Ər qarar, 

könli qararmaz

.(20)


Allah

 yüzi yoxsulluğın 



göstərməsün

.(21)


Əlün aşda ikən 

gözün işdə olsun

.(24) 


Ölü 

yüzi bərk

 olur.(25) 

El ilə gələn 

qərə gün

 dügündür. (25)

Aq aqça 

qərə gün

 içün.(28)

Oğlana 

üz versən



başdan aşar

.(36)


Ümməti-Məhəmmədin 

sözi kasadlığa düşməsin

.(37)


Ər də düşər 

qərə bəxtə

, övrət də düşər 



qərə bəxtə

.(46)


Nakəsə 

əl açmaqdan

 ac olmaq yegdir.(49)

Ayı gör, 

oruc dut.(

48)


Qədəmün qutlu olsun

.(57)


Ağır başlu

 olanın hörməti ziyadə olur.(59)



Ulular sözin tutmayan

  ulayu qalar.(59)

Ər olan 

rizqini taşdan çıqarur

.(61)


336


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə