Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə229/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   225   226   227   228   229   230   231   232   ...   243

ifadəsində  

dərilmək

  –   «toplaşmaq»   mənasındadır,   indiki 

mənadan fərqlidir. Əsas və ya asılı tərəfdə Sözün arxaik formaları 

qalmışdır:  



(mənim)   namusum   qanda   vara

  (namusum   hara 

gedə), (75), 

dünya-aləm gözünə qaranu oldı

 (79). 

Komponentlərindən biri alınma sözdən ibarət olan 

frazeoloji vahidlər

.

Tərkibində alınma söz olan ismi frazeoloji vahidlər azdır. Belə 

ifadələrdə alınmalar ümumişlək sözlərdən ibarətdir:  

xəbər, bəxt, 

təxt, can, iman, sədəqə, allah, qurban, şivən, dünya, qüdrət 

və s. Məsələn:   



başum bəxti, evüm təxti

  (36),  



qara başın 

sədəqəsi

  (53),  



allah-təalanın qüdətilə

  (67),  



ağır şivən

  (71), 


gəlimli, gedimli dünya

 (87), 


aruq candan

  (98), Bunların bir qis-

mi   predikativ   birləşmə   şəklindədir:  

(Dərsə   xanın)   xəbəri   yoq 

(36), 


köksində iman yoqdır

 (46).


Maraqlı ifadələrdən biri   

aruq candan

   ifadəsidir:  



Aruq 

candan eki qarındaşım həlak oldı

 (98). 


Aruq

– 

arı 

– təmiz, saf 

mənasındadır – təmiz candan, günahsız candan. İndi bu ifadə 



iraq   candan

  şəklində   işlənir   və  



iraq

  sözü   «uzaq»   mənasını 

verir. Deməli, ifadənin əsli türk mənşəli olub, fonetik əvəzlənmə 

ilə başqa sözlə  (

aruq – iraq

) uyğunlaşma əsasında dəyişmişdir.

Əsas   tərəfi   təsriflənən   fellərdən   ibarət   olan   sabit   birləş-

mələr daha çox və daha rəngarəngdirBelə birləşmələrdə alınma 

söz yalnız asılı tərəfdə işlənmişdir:

cavab  verəməz

  (37),  



salam  vergil

  (36),  

(ol  qırx yigid) 

həsəd  eylədilər

  (37),  



dünyaya  gəldi,  mədəd  versün

  (41), 


heyfimiz qaldı, başınıza çarə edin

 (44), 


ğəza etdim,  (Qazana) 

qəhər  gəldi, (Qazan)  kafəri  alamazdı (məğlub edə bilməzdi), 

(Qazana)  qeyrət  gəldi, (Qazanın)  ardına  düşdi (46), yürəgilə 



canına odlar düşdi, (qırq yerdən) avaz verəsiz  (47), (Qazanın) 

namusunu sındırayınmı, (atam Qazan) namusunı sımayasan, 

(anasının)  qərarı  qalmadı

  (47),  

sormaq  eyib  olmasun,   (ağız-

dildən görkli) səlam verdi

 (55), 


(ah etdilər), əqlləri başlarından 

getdi   (55),  umud  üzdilər,   dirisi  xəbərin  gətürsə

  (58),  

and 

içmişəm


   (64), 

muştuluq (mana nə) verərsiz, (Beyrək) ardına 

düşdi


  (67),  

(Qazanın)  əqli  başından   getdi

  (74),  

(Qazana) 



möhlət vergil, (oğlana) aman verdilər, (ağ südini anam mana) 

həlal  eyləsün

  (75),   



qəzəb  etmək,  qərarı  qalmadı,  ğeyrətə 

326



gəldi

  (75), 


fani dünya kimə qaldı 

(78), 


bənizin sarartğıl

 (79), 


qadam-bəlam  toqınar   (sana),   (mənimlə)  cəng  edərmisən, 

həmlə qıldı

 (80), 


aman dilərsən

   (82


),   hekayət eylədi

   (96), 

(Oğuzın) başına zəval gətürdin

 (98),   

(Dəpəgözün gözi) həlak 

oldı  


  (101),    

nərə  urdı,   başı  qovğada  qalmaq,   (xanımızın) 

nəzəri  (bizdən) dönmiş

  (112


), (bu sözü)  məsləhət  gördilər, 

ədavət  bağladılar

  (123),  



cavab  verdin,  murada  yetürmədin 

(74). 


Alınmaların əksəriyyəti min ildən artıq bir dövrdə dilimizdə 

işlənən və ədəbi dilimizdə çoxdan sabitləşmiş sözlərdir. Bunların 

elələri var ki, bir neçə frazeoloji vahidin tərkibində işlənmişdir; 

məsələn, 



murad 

sözü: 


(əri) muradına yetirər

 (60), 


muradını 

(anlar) verər

  (44),  

(hasarı almayınca)  murada  irməzəm, (Bey-

rək   yigidlərilə)  murad  verdi,  murad  aldı

    (71),  



muradına-

məqsudına  irişdi

  (87);  



məsləhət

  sözü:  



(nə)  məsləhətə 

gəldin


,  (

necə)  məsləhət  görərlərsə

  (54);  

xoş

  sözü:  



xoş  gəldi 

(47), 


xoş  qalun

  (101);  



xəbər

  sözü:  



xəbər  verə (mana)

  (36), 


xəbəri

 

gətürdi


 (36) və s. 

Alınma   sözlü   frazeoloji   vahidlər   içərisində 

komponentlərindən   biri   az-çox   arxaik   rəng   alanları   da   vardır. 

Belələrinin bir qismində alınma söz dilimizdə nisbətən az işlənir: 



vaqeə gördi

 (44), (Qazan bəgə) 



qədim qoyasız

 (49), (bazır-

ganlar) 

səxt

 oldı (53), 



zarlıq qıldı

 (55), 


zarlıqlara girdilər

 (58), 


(Beyrəgə   qatı)  fəraq  gəldi

  (61),  

(tənridən)  hacət  dilədi

  (75), 


(Oğuz   Dəpəgözə)  

kar  qılmadı

,   (


Oğuzı)

 

salı  vermədi,

 

(Oğuz 


əlündə) zəbun oldı

 (99), 


(künbəd) zirü zəbər oldı

 (102),  



dəstur 

dilədi,  (keyik üzərinə) qoğa qopsa  

 (112) və s. 

Vaqiə

 sözü yuxu mənasında çoxişlənən söz olmuşdur, şivələ-

rimizdə indi də işlənməkdədir.  

Qədim 

sözü Qaraca çobanın dilində 

Şökli Məlikin qızı nəzərdə tutularaq deyilir: «…

siz anı Qazan bəgə 



qədim qoyasız»

. (9, 49) Bu sözün  «qırım», «karım»  variantları 

da   vardır.   «Qədim»   sözü   sonralar   xədim,   xidmətçi   mənasında 

münasib bilinmişdir. (9, 88, 234)  



Səxt olmaq

  – çətinə düşmək 

mənasındadır; z

arlıq qılmaq, zarlıqlara girmək

 – çətin, çarəsiz, 

ağır vəziyyətlərə düşmək mənasındadır;   

fəraq  gəldi –  

Beyrəkdə 

qəfil psixoloji   hicran, ayrılıq dərdinə işarə edir;  

hacət  

– ehtiyac 

olan şey, 

kar

 – iş, əməl mənasındadır, 



kar qılmadı – 

bir iş görə bil-

327



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə