Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə228/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   224   225   226   227   228   229   230   231   ...   243

(«hay» demədin) 

baş götürən

 (kəsən) (87), (yağı görməsə) 

qan 


ağlıyan

 (95).


Ög  tamarın   dəlübən  qanın   soran

  –  tipli   birləşmələr 

frazeoloji vahidlərin ilkin etimoloji əsasıdır. Belə həqiqi mənalı 

sərbəst   birləşmələr   tədricən   məcaziləşərək  

istismar   etmək 

mənasını verən sabit birləşmələrə çevrilmişdir.

-an,-ən

  şəkilçili frazeoloji vahidlər dastanın dilində daha iş-

ləkdir   və   qeyd   etdiyimiz   misallardakı   əksər   frazeoloji   vahidlər 

(

yağısın basan, qan qusduran, günü doğan, baş qaldran, ağ çıxarıb  



qara geyən, can verən, can alan, könül alan

) bu gün də dilimizdə 

olduğu   kimi   işlənməkdədir.   Bir   qismi   leksik   dəyişikliyə   uğramış 

(

bığlarından qan çıxan – bığlarından qan daman, ərə varan – ərə 



gedən

), bir-ikisi hazırkı sivilizasiya üçün yararlı olmasa da, obyektiv 

şəraitdə   dirildilə   bilən   birləşmədir   (

baş   gətirən,   ər   bögürdən

). 

Frazeoloji   vahidlərin   əksəriyyətində   asılı   tərəf   təsirlik   haldadır



(kafərə) qan qusduran, baş qaldıran 

və s



 Asılı tərəfi adlıq halda 



(

güni toğan

), yönlük halda (

ərə varan

) olanları da vardır.

Əsas   tərəfi  



feli   bağlamadan

  ibarət   olan   frazeoloji 

vahidlərdə   aşağıdakı   feli   bağlama   şəkilçiləri   mühafizə 

olunmuşdur:



-ıb

  şəkilçisi:  

baş   endirüb

  (54),    

yaqa   tutıb

  (kafərlə   uğ-

raşayım), (tatlu)  

damaq verüb

  (soruşduğım) (

sormaq


  feli) (93), 

(bir yasdıqda) 

baş qoyub

 (əmişdigim) (85), 

könül verib

 (sevdigim) 

(59), .(qırx yigidin

) boyuna alıb

   (34), (oğlancığını

) yanına alub 

(35),  

sağraq sürüb



  (içərlərdi),  

çaxmaq çaqub

  (od yaqdı), (yolın) 

qıyısın alub

 (oturdı) (44), 

yolı  əlinə alub

 (yortdı) (76), 

atum boğaz-

layub

 (113), 


buta alub

 (56);


-anda

  şəkilçisi: (qara)  

başına düşəndə

  (başına  gələndə) 

(73), 

acığı tutanda



 (50);

-madın

    şəkilçisi:  

yılan   soqmadın

  (37),  

elim-günim 

çalmadın


 (çapıb-talamadan) (125);

-ərkən

  şəkilçisi:  

gözüm görərkən

  (yəni gözüm sağ ikən) 

(85);

-

uban



 şəkilçisi: 

yaqa tutuban

 (yiləşdilər) (93), 

göz açuban 

(gördigim) (59);

-ınca

 şəkilçisi: 

qanın almayınca

 (113).


324


Misallardan   göründüyü   kimi,  

-ıb,-ib,-ub,-üb  

şəkilçili   feli 

bağlama   modeli   əsasında   qurulmuş   frazeoloji   vahidlər   böyük 

üstünlüyü   ilə  seçilir.   Asılı   tərəf   əksərən   qeyri-müəyyən   təsirlik 

haldadır: 

könül verib, baş endirüb, yaqa tutıb

 və s. Bir qismində 

asılı tərəf yönlük haldadır:  

boyuna alıb, yanına alub

; təsirlik və 

yönlük hallarda:  

yolı  əlinə alub 

(yortdı). 

Əsas tərəfi məsdərdən ibarət olan frazeoloji vahidlərin  asılı 

tərəfi yönlük və təsirlik hallarındadır:

Asılı tərəf  yönlük haldadır

ilərü turmaq



 (gərək) (56), 

toğana aldırmaq

 (ovlamaq) (79).

Asılı tərəf təsirlik haldadır:   qanın almaq, dölün almaq 

(50), 


baş kəsüb qan tökmək

 (111) və s.

Müasir dilimizdə olduğu kimi, «Dədə Qorqud»un dilində də 

ismi frazeoloji vahidlər

 feli frazeoloji vahidlərə nisbətən azdır. 

Lakin   struktur   baxımdan,   əmələ   gələ   biləcəyi   ismi   birləşmə 

modellərinin əksəriyyətini əhatə edir. Bu cəhətdən ismi birləş-

mələri etimoloji əsasını nəzərə almaqla aşağıdakı kimi qruplaş-

dırmaq olar: 



Yanaşma   əlaqəli   ismi   birləşmə   şəklində 

formalaşanlar:

 

kiçi dügün, ulu dügün 



(59);

Uzlaşma əsasında formalaşanlar

bığı qanlu



 (52), 

alnı 


açuq

  (83), 


quş yürəkli;

İdarə əlaqəsi əsasında formalaşanlar

sana yazığı yoq 



(41), 

atıma yazıx, canıma yazıx

 (48);

Qarşılıqlı tabelilik əsasında formalaşanlar

.

a)  



yanaşma-uzlaşma əlaqəsi ilə

: (qalmış)  

yigit arxası 

(42), (qalın) 

Oğuz arqası

, (qara) 

Dərvənd ağzına;

b)   uzlaşma-idarə   etimoloji   əlaqəsi   ilə

:  


Türküstanın 

dirəgi


 (63); 

Asılı tərəfi qoşmalı olanlar:

   


səninlə işim yoq, sənünlə 

mənim oyunum yoq

 (65);

Zərf birləşməsi şəklində

:  


əl altından

  (56),  

baş üzərinə 

(56);


Predikativ birləşmə şəklində:   (

buna)  


heç qapu-baca 

yoğdı


.(yəni hardan istəsə girirdi) (110).

Frazeoloji vahidlər içərisində elələri də var ki, əsas tərəfi mə-

nasını dəyişmişdir:  

(Bayındır xanın)  söhbətinə dərilmişdi

  (52) 

325



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə