Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə39/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   35   36   37   38   39   40   41   42   ...   84

105 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
təmsilçilik  verilməli,  Abxazlara  Gürcüstan  konstitusiyasında  abxaz 
xalqının  dili,  mədəniyyəti  və  milli  dəyərlərinə  qarşı  qərarları  veto  etmək 
haqqı verilməli, Qali və Oçamçira sərbəst ticarət bölgəsi yaradılmalı idi və 
s. Lakin bu təklif də Abxaziya tərəfindən rədd edilir. 
08.08.2008  tarixi  Abxaziya  münaqişəsinin  eskalasiya  dövrü,  eləcə  də 
Rusiya-Gürcüstan  münasibətlərdə  gərginliyin  kuliminasiya  mərhələsi 
hesab  edilməlidir.  Həmçinin  2007-ci  ildə  Putinin  ilk  dəfə  iştirak  etdiyi 
Münhen  Təhlükəsizlik  Konfransında  ―təkqütblü  dünya  sisteminin  qəbul 
edilməz  olduğunu,  bundan  sonra  çoxqütblü  bir  sistemin  olacağını‖ 
bildirməsi  [13],  ―5  günlük  müharibə‖  ərəfəsində  gedən  siyasi  proseslər 
Rusiya ilə ABŞ arasında ―mini soyuq savaş‖ kimi də dəyərləndirilməlidir. 
Çünki  müharibədə  məqsəd  yalnız  separat  rejimlərin  müstəqilliyini  elan 
etmək,  tanımaq  deyil,  əsasən  Qafqazda,  ümumiyyətlə  regionda  itirilmiş 
mövqeyi  geri  qaytarmaqdan  ibarət  idi.  2004-cü  ildə  NATO-nun  yeni 
genişlənmə prosesi ilə Latviya, Litva, Estoniyanın təşkilata daxil edilməsi, 
ardından  Avropada  inteqrasiya  proseslərinə  inadla  qatılmaq  istəyən 
Gürcüstanda,  Ukraynada  rəngli  inqilablar  artıq  regionda  Rusiyanın  ABŞ 
tərəfindən  öz  sərhədlərinə  doğru  sıxışdırılması  anlamına  gəlirdi.  Rusiya 
üçün  Gürcüstanın,  Ukraynanın  NATO-ya  üzvlüyü  ilə  ABŞ-ın  Türkiyədə 
Yupiter raketlərinin yerləşdirməsi arasında demək olar ki, heç bir fərq yox 
idi.  Bu  baxımdan  ―5  günlük  müharibə‖  Rusiya  üçün  bölgəyə  qayıtmaq 
yolunda  önəmli  addım  hesab  edilir.  Müharibə  gedişində  Abxaziya  və 
Cənubi  Osetiyanın  müstəqilliyi  Rusiya  tərəfindən  tanınır.    Bunun 
qarşılığında  ABŞ  Rusiya  ilə  Polşada  və  Çexiyada  yerləşdirmək  istədiyi 
nüvə  başlıqlı  raketlərlə  bağlı  danışıqlar  prosesini  birtərəfli  qaydada 
dayandırdı  və  o  zamanki  xarici  işlər  naziri  Condeelezza  Rice  Polşaya 
razılaşma  əldə  edildi.  Eyni  zamanda  2009-cu  ildə  ABŞ  ilə  Gürcüstan 
arasında  bir  sıra  sahələri  əhatə  edən  Təhlükəsizlik  Paktı  imzalandı.  Hətta 
ABŞ  prezident  seçkiləri  zamanı  namizədlərdən  McCain  seçiləcəyi  halda 
Qərb  ölkələri  ilə  birlikdə  Çeçenistan  və  digər  Rusiya  tərkibindəki 
muxtariyyətləri  tanıya  biləcəklərini  ifadə  etdi.  Bu  proseslər  gedişində 
2012-ci  ildə  Gürcüstanda  Saakaşvili  hakimiyyətinin  sona  yetməsi  və  rus 
yönümlü  hökümətin  qurulması,  2014-cü  ildə  Ukraynada  baş  verən 
proseslər,  Krımın  ilhaqı  regionda  gedən  soyuq  müharibədə  ABŞ-ın  qalib 
gəldiyini  deyil,  Rusiyanın  uduzmadığını  bizə  göstərdi.  Artıq  201-ci  ildə 
Rusiya  regionda  öz  nüfuzunu  bərpa  edib,  ―yaxın  çevrə‖  maraqları 
istiqamətində  yürütdüyü  siyasət  öz  effektini  verib  və  növbəti  hədəf 
―Avrasiyaçılıq‖  ideyalarını  reallaşdırmaqla  yenidən  super  güc  statusuna 
yiyələnmək olacaq. 


106 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Abxaziya  münaqişəsi  də  Rusiyanın  Cənubi  Qafqazda  nüfuz 
mücadiləsinin  bir  hissəsi  kimi  dəyərləndirilməlidir.  Heç  bir  halda  bu 
separatçı  rejim  müstəqil  dövlət  ola  bilməz,  dünya  dövlətləri  tərəfindən, 
BMT tərəfindən tanına bilməz, Kosovo modeli ilə müqayisə oluna bilməz. 
Münaqişə ilə bağlı Abxazlar hesab edir ki: 
  onların  qədim  tarix  malik  dövlətçilik  ənənələri  var,  gürcülərlə 
qohum  olmayan  xalqdır,  fərqli  adətlərə  sahib,  fərqli  dil  ailəsinə 
mənsubdurlar; 
  SSRİ  dövründə  qəbul  edilən  Konstitusiya  qaydalarını  əsas  tutaraq 
Abxazlar ya Gürcüstandan tam ayrı müstəqil dövlət olmalıdır, ya da 
federasiya formasında birləşməlidir [14]. 
Lakin  abxazların  bu  fikirlərinə  qarşı  əsaslı  arqumentlərlə  çıxış  etsək, 
aşağıdakı qənaətə gəlmək mümkündür: 
  Hər bir  etnos hesab  edir ki,  yalnız suveren dövlətə malik olmaqla 
mədəniyyətini,  mənəvi  birliyini  qoruya  bilər.  Nəzərə  alsaq  ki,  hal 
hazırda  dünyada  təxmini  hesablamalara  görə  5000-dən  çox  etnos 
yaşayır,  bu  etnosların  da  təbii  ki,  özlərinə  məxsus  adətləri,  dini 
baxışları,  tarixçilik  ənənələri  var,  o  zaman  bütün  etnosların  öz 
suveren  dövlətlərini  qurmaq  arzularının  gerçəkləşməsi  utopiyadan 
başqa bir şey deyildir. 
  SSRİ  dövründə  müxtəlif  dövrlərdə  (1924,  1936,  1977)  3 
konstitusiya qəbul edilib və sonradan birlik respublikalarının qəbul 
etdiyi  konstitusiyalar  bu  konstitusiyaya  uyğunlaşdırılıb,  sonuncu 
1977-ci  il  konstitusiyasının  85-ci  maddəsinə  əsasən  Abxaziya 
Gürcüstan tərkibində muxtar respublikadır, bu aspektdən yanaşsaq, 
həmin dövrdə SSRİ ərazisində Abxaziya xaric 19 muxtar respublika 
statusuna malik subyekt var [15]. 
  Abxaziyada  yaşayan  əhali  prizmasından  məsələyə  nəzər  salsaq, 
1930-cu  illərdən  etibarən  bölgədə  gürcüləşdirmə  siyasəti  həyata 
keçirildi,  bu  bir  baxımdan  abxazların  xeyrinə  sayıla  biləcək 
arqument  hesab  edilsə  də,  əhalinin  etnik  tərkibinin  dəyişdirilməsi 
birbaşa  SSRİ-nin  bu  bölgədə  etnik  münaqişəyə  zəmin  yaradan 
addımı  kimi  dəyərləndirilməlidir.  Çünki  Sovetlər  birliyində 
sərhədlər  ərazidə  yaşayan  xalqların  tarixinə,  adət-ənənələrinə, 
dilinə,  mədəniyyətinə  uyğun  deyil,  ―mərkəzin‖  maraqları 
baxımından müəyyənləşdirilmişdir. 
  Hal hazırda Abxaziya münaqişəsi nəticəsində bölgədə yaşayan 150 
min  məcburi  köçkün  məsələsi  əsas  predmetlərdən  biridir,  çünki 
bölgədə  keçirilən  referendum,  seçkilər  zamanı  və  hər  hansı  bir 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə