110
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
АЙДЫНЛЫ ФАРХАД МУРСАЛ огли
ВЛИЯНИЕ АБХАЗСКОГО КОНФЛИКТА
В РЕГИОНАЛЬНУЮ ИНТЕГРАЦИЮ
РЕЗЮМЕ
Создание независимых государств на Южном Кавказе в
результате изменения мировой политической карты в 90-х годах ХХ
века привело к повышенному интересу к региону в плане транзита.
После распада СССР в странах, получивших независимость,
углубились политические процессы внутри стран, произошло
возобновление этнических конфликтов, имеющие исход с советских
времен, стало основным фактором, влияющим на безопасность
региона и процессы региональной интеграции. Несмотря на
окончание холодной войны и создание однополярной системы,
политическое, геостратегическое значение региона показало, что
холодная война между Россией и Соединенными Штатами еще не
завершилась из-за конфликтов на Южном Кавказе.
В статье анализируется текущее состояние внешней
политики Грузии с призмы абхазского конфликта в, ее отношения с
соседними государствами, динамика конфликтов, положение великих
держав по этому вопросу и текущая ситуация.
Ключевые слова: Этнополитический конфликт, Южный Кавказ,
Грузия. Абхазия, российский фактор, региональная интеграция.
111
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
AYDINLI FƏRĠDƏ ARĠF QIZI
dissertant, Bakı Dövlət Universiteti
e-mail: alibeylifarida93@gmail.com
UOT 327
RUSĠYA PRĠZMASINDAN AVROPA ĠTTĠFAQININ
ENERJĠ SĠYASƏTĠ
XÜLASƏ
Avropa regionu dünyanın iqtisadi mərkəzi hesab edilir və bu mərkəzin
enerji təminatı hal hazırda gündəmdə olan məsələlərdən biridir. Xüsusilə
XXI əsrdən etibarən Rusiya-Avropa münasibətləri enerji prizmasından
əhəmiyyət kəsb edir. Son dönəm dünyada gedən dinamik proseslər
dövlətlərin geostrateji imperativ kimi “enerji təhlükəsizliyi” konsepsiya-
larının qəbul etməsi enerjinin önəmini ortaya qoyur və bu konsepsiyalar
dünyada yeni enerji xəritəsinin yaranmasına gətirib çıxarır. Dünyanın ən
çox enerji idxal edən regionu olaraq Avropanın da enerji gələcəyi bu
istiqamətdə son dövrlər müzakirə olunan əsas gündəm mövzularından
biridir. İqtisadi böhranlar, siyasi münaqişələr, neftin qiymətinin kəskin
enməsi, Rusiya ətrafında baş verən proseslər Avropanın enerji
təhlükəsizliyinin təmin olunmasına təhlükə yaradır və Avropada enerjinin
gələcəyi haqqında müsbət fikirləri sual altına qoyur.
Məqalədə Avropanın enerji siyasəti bir çox statistik məlumatlar
əsasında analiz edilir, Rusiyadan asılılığın aradan qaldırılması və ya
azaldılması məsələsi, diversifikasiya, yeni mənbələrin mövcudluğu, tranzit
bölgələrin təhlükəsizlik meyarları araşdırılır.
Açar sözlər: Avropanın enerji siyasəti, enerji təhlükəsizliyi,
diversifikasiya, Avropa İttifaqı, Rusiya, Xəzər regionu, Cənub Qaz Dəhlizi,
Türkiyə, Ukrayna, İran.
―Soyuq müharibə‖nin yekunu olaraq SSRİ-nin dağılması nəzəri olaraq
―təkqütblü dünya sistemi‖nin yaranması kimi izah edilirsə, XXI əsrdən
etibarən dünyada gedən proseslərin inkişafı da ―yeni enerji düzəni‖nin
formalaşması kimi qəbul edilməlidir. Çünki bu dövrdən etibarən dünya
siyasətində yeni mərkəzlər, iqtisadi güclər yaranmağa başlayır və zamanla
inkişaf edən iqtisadiyyatların enerji tələbatının çoxalması, Rusiya kimi
böyük enerji potensialına malik dövlətin bundan siyasi məqsədlər üçün
112
İqtisadi və Siyasi Elmlər Jurnalı.
№ 4 (9) 2017
istifadə etməsi enerjinin geosiyasi faktora çevrilməsinə gətirib çıxarır.
Xüsusilə iqtisadi güc aspektindən Avropa İttifaqının, ümümilikdə Avropa
regionunun enerji siyasəti, Avropanın enerji gələcəyi, yeni imkanların
yaranması və bundan maksimum istifadə ilə enerji təhlükəsizliyinin təmin
olunması prosesi araşdırılması gərəkən prioritet istiqamətlərdən biridir.
Enerji təhlükəsizliyi termini Avropa gündəminə ilk dəfə 1970-ci
illərdə baş verən ―neft şokları‖ ilə bağlı daxil olmuşdur [1]. Avropa üçün
enerji təhlükəsizliyinin təmin olunması Avropa bazarlarına enerjinin
davamlı, yetəri miqdarda, təhlükəsiz və müxtəlif mənbələrdən, sabit
qiymətlərlə çatdırılmasıdır. Bundan başqa Avropada enerji istehsal
imkanlarının araşdırılması, enerji istehsalının artırılması, enerji təmina-
tında alternativ enerjinin payının artırılması, bunlara bağlı olaraq ətraf
mühitin qorunması kimi məsələlər Avropa İttifaqı üçün əsas önəm daşıyır.
28 dövləti özündə birləşdirən Avropa İttifaqı dünyanın ən böyük
iqtisadi mərkəzlərindən biridir. 77 trilyon dollar Dünya ÜDM-nin 18
trilyon dolları Aİ-nin payına düşür. 18.4 trilyon dollar olan dünya əmtəə
ixracında 5.9 trilyon dollar, 18.6 trilyon dollar olan dünya əmtəə idxalında
6 trilyon dollar və 37 trilyon dollar həcmində olan dünya ticarətində
Avropa 32%-lik, yəni 11.7 trilyon dollarlıq paya sahibdir [2].
Avropanın enerji siyasətini analiz etsək, bir neçə istiqamətdə
araşdırma aparmalıyıq:
1. Avropa
İttifaqında
enerji
təhlükəsizliyi
problemləri
və
perspektivlər;
2. Rusiya amili, neft və qaz asılılığının aradan qaldırılması;
3. Diversifikasiya meyilləri, alternativ enerji mənbələri;
4. Ukrayna böhranları, yeni tranzit zona-Türkiyə;
Hal hazırda Avropa İttifaqı iqtisadiyyatı üçün lazım olan enerjinin
40%-ni neft, 25%-ni təbii qaz, 17%-i kömür, 18%-i isə nüvə, hidroelektrik
və digər alternativ enerji hesabına təmin edir [3].
(Avropa İttifaqı
tərəfindən aparılmış araşdırmalara əsasən dünya enerji tələbatının 82%-i
neft, qaz və kömür, 5%-i nüvə enerjisi və 13%-i alternativ enerji hesabına
ödənilir.)