Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə41/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   37   38   39   40   41   42   43   44   ...   84

110 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
АЙДЫНЛЫ ФАРХАД МУРСАЛ огли 
 
ВЛИЯНИЕ АБХАЗСКОГО КОНФЛИКТА  
В РЕГИОНАЛЬНУЮ ИНТЕГРАЦИЮ 
 
РЕЗЮМЕ 
 
Создание  независимых  государств  на  Южном  Кавказе  в 
результате изменения мировой политической карты в 90-х годах ХХ 
века  привело  к  повышенному  интересу  к  региону  в  плане  транзита. 
После  распада  СССР  в  странах,  получивших  независимость, 
углубились  политические  процессы  внутри  стран,  произошло 
возобновление  этнических  конфликтов,  имеющие  исход  с  советских 
времен,  стало  основным  фактором,  влияющим  на  безопасность 
региона  и  процессы  региональной  интеграции.  Несмотря  на 
окончание  холодной  войны  и  создание  однополярной  системы, 
политическое,  геостратегическое  значение  региона  показало,  что 
холодная  война  между  Россией  и  Соединенными  Штатами  еще  не 
завершилась из-за конфликтов на Южном Кавказе. 
  В  статье  анализируется  текущее  состояние  внешней 
политики Грузии  с призмы абхазского конфликта в, ее отношения с 
соседними государствами, динамика конфликтов, положение великих 
держав по этому вопросу и текущая ситуация. 
Ключевые слова: Этнополитический конфликт, Южный Кавказ, 
Грузия. Абхазия, российский фактор, региональная интеграция. 
 
 
 


111 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
AYDINLI FƏRĠDƏ ARĠF QIZI 
dissertant, Bakı Dövlət Universiteti 
e-mail: alibeylifarida93@gmail.com  
 
UOT 327 
 
RUSĠYA PRĠZMASINDAN AVROPA ĠTTĠFAQININ  
ENERJĠ SĠYASƏTĠ 
 
XÜLASƏ 
 
Avropa regionu dünyanın iqtisadi mərkəzi hesab edilir və bu mərkəzin 
enerji təminatı hal  hazırda gündəmdə olan  məsələlərdən biridir.  Xüsusilə 
XXI  əsrdən  etibarən  Rusiya-Avropa  münasibətləri  enerji  prizmasından 
əhəmiyyət  kəsb  edir.  Son  dönəm  dünyada  gedən  dinamik  proseslər 
dövlətlərin  geostrateji  imperativ  kimi  “enerji  təhlükəsizliyi”  konsepsiya-
larının  qəbul  etməsi  enerjinin  önəmini  ortaya  qoyur  və  bu  konsepsiyalar 
dünyada yeni enerji xəritəsinin yaranmasına gətirib çıxarır. Dünyanın  ən 
çox  enerji  idxal  edən  regionu  olaraq  Avropanın  da  enerji  gələcəyi  bu 
istiqamətdə  son  dövrlər  müzakirə  olunan  əsas  gündəm  mövzularından 
biridir.  İqtisadi  böhranlar,  siyasi  münaqişələr,  neftin  qiymətinin  kəskin 
enməsi,  Rusiya  ətrafında  baş  verən  proseslər  Avropanın  enerji 
təhlükəsizliyinin təmin olunmasına təhlükə yaradır və  Avropada  enerjinin 
gələcəyi haqqında müsbət fikirləri sual altına qoyur.  
Məqalədə  Avropanın  enerji  siyasəti  bir  çox  statistik  məlumatlar 
əsasında  analiz  edilir,  Rusiyadan  asılılığın  aradan  qaldırılması  və  ya 
azaldılması məsələsi, diversifikasiya, yeni mənbələrin mövcudluğu, tranzit 
bölgələrin təhlükəsizlik meyarları araşdırılır. 
Açar  sözlər:  Avropanın  enerji  siyasəti,  enerji  təhlükəsizliyi, 
diversifikasiya, Avropa İttifaqı, Rusiya, Xəzər regionu, Cənub Qaz Dəhlizi, 
Türkiyə, Ukrayna, İran. 
 
―Soyuq müharibə‖nin yekunu olaraq SSRİ-nin dağılması nəzəri olaraq 
―təkqütblü  dünya  sistemi‖nin  yaranması  kimi  izah  edilirsə,  XXI  əsrdən 
etibarən  dünyada  gedən  proseslərin  inkişafı  da  ―yeni  enerji  düzəni‖nin 
formalaşması  kimi  qəbul  edilməlidir.  Çünki  bu  dövrdən  etibarən  dünya 
siyasətində yeni mərkəzlər, iqtisadi güclər yaranmağa başlayır və zamanla 
inkişaf  edən  iqtisadiyyatların  enerji  tələbatının  çoxalması,  Rusiya  kimi 
böyük  enerji  potensialına  malik  dövlətin  bundan  siyasi  məqsədlər  üçün 


112 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
istifadə  etməsi  enerjinin  geosiyasi  faktora  çevrilməsinə  gətirib  çıxarır. 
Xüsusilə iqtisadi güc aspektindən Avropa  İttifaqının, ümümilikdə Avropa 
regionunun  enerji  siyasəti,  Avropanın  enerji  gələcəyi,  yeni  imkanların 
yaranması və bundan maksimum istifadə ilə enerji təhlükəsizliyinin təmin 
olunması prosesi araşdırılması gərəkən prioritet istiqamətlərdən biridir. 
Enerji  təhlükəsizliyi  termini  Avropa  gündəminə  ilk  dəfə  1970-ci 
illərdə baş verən ―neft şokları‖ ilə bağlı daxil olmuşdur [1]. Avropa üçün 
enerji  təhlükəsizliyinin  təmin  olunması  Avropa  bazarlarına  enerjinin 
davamlı,  yetəri  miqdarda,  təhlükəsiz  və  müxtəlif  mənbələrdən,  sabit 
qiymətlərlə  çatdırılmasıdır.  Bundan  başqa  Avropada  enerji  istehsal 
imkanlarının  araşdırılması,    enerji  istehsalının  artırılması,  enerji  təmina-
tında  alternativ  enerjinin  payının  artırılması,  bunlara  bağlı  olaraq  ətraf 
mühitin qorunması kimi məsələlər Avropa İttifaqı üçün əsas önəm daşıyır. 
28  dövləti  özündə  birləşdirən  Avropa  İttifaqı  dünyanın  ən  böyük 
iqtisadi  mərkəzlərindən  biridir.  77  trilyon  dollar  Dünya  ÜDM-nin  18 
trilyon  dolları  Aİ-nin  payına  düşür.  18.4  trilyon  dollar  olan  dünya  əmtəə 
ixracında 5.9 trilyon dollar, 18.6 trilyon dollar olan dünya əmtəə idxalında 
6  trilyon  dollar  və  37  trilyon  dollar  həcmində  olan  dünya  ticarətində 
Avropa 32%-lik, yəni 11.7 trilyon dollarlıq paya sahibdir [2]. 
Avropanın  enerji  siyasətini  analiz  etsək,  bir  neçə  istiqamətdə 
araşdırma aparmalıyıq: 
1.  Avropa 
İttifaqında 
enerji 
təhlükəsizliyi 
problemləri 
və 
perspektivlər; 
2.  Rusiya amili, neft və qaz asılılığının aradan qaldırılması; 
3.  Diversifikasiya meyilləri, alternativ enerji mənbələri
4.  Ukrayna böhranları, yeni tranzit zona-Türkiyə
Hal  hazırda  Avropa  İttifaqı  iqtisadiyyatı  üçün  lazım  olan  enerjinin 
40%-ni neft, 25%-ni təbii qaz, 17%-i kömür, 18%-i isə nüvə, hidroelektrik 
və  digər  alternativ  enerji  hesabına  təmin  edir  [3].  (Avropa  İttifaqı 
tərəfindən aparılmış araşdırmalara əsasən dünya enerji tələbatının 82%-i 
neft, qaz və kömür, 5%-i nüvə enerjisi və 13%-i alternativ enerji hesabına 
ödənilir.) 
 
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə