Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə44/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   40   41   42   43   44   45   46   47   ...   84

117 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
tərkib  hissəsi  deyildir.  Yəni,  mövcud  durum  onların  gələcəkdə  həyata 
keçirmək istədikləri siyasətə ziddir. Çünki nə qədər Avropa İttifaqı ölkələri 
Rusiyadan  enerji  prizmasından  asılı  halda  olsalar  belə,  Rusiya  da  bunun 
qarşılığında  iqtisadi  anlamda  Avropa  bazarlarından  asılı  vəziyyətdədir  ki, 
bu  da  birbaşa  büdcədə  özünü  biruzə  verir.  Avropa  Rusiyaya  bağlılıq 
məsələsində  artıq  ciddi  addımlar  atmaqdadır.  Dünyada  gedən  siyasi 
proseslər,  yeni  münaqişə  ocaqlarının  yaradılması,  Yaxın  Şərq  regionunda 
nəzarətin  həyata  keçirilməsi,  Rusiyanın  öz  sərhədlərinə  doğru 
sıxışdırılması  siyasəti,  Avropada  diversifikasiya  meyillərinin  güclənməsi 
Rusiyanın  rolunun  azaldılması  kimi  dəyərləndirilməlidir.  Rusiya  da  öz 
növbəsində  bu  ―Soyuq  müharibə‖də  siyasi  anlamda  ―yaxın  çevrə‖ 
ölkələrində  möhkəmlənməyə,  strateji  zonaları  qorumağa,  siyasi  arenada 
söz  sahibliyi  etməyə,  eyni  zamanda  iqtisadi  anlamda  Avropaya  alternativ 
Uzaq  Şərq  ölkələri  timsalında  özünə  yeni  enerji  bazarı  formalaşdırmağa 
çalışır. 2000-ci ildə Vadimir Putinin hakimiyyətə gəlməsi ilə enerji faktoru 
Rusiyanın  ən  önəmli  strateji  silahına  çevrilmişdir.  Təsadüfi  deyildir  ki, 
2030-cu ilə qədər Rusiyanın enerji strategiyası təsdiqlənmişdir. Bu sənədə 
əsasən,  xarici  enerji  siyasətinin  əsas  məqsədi  Rusiya  enerji  potensialını 
dünya  bazarlarına  inteqrasiya  etmək  üçün  enerji  daşıyıcılarından 
maksimum  dərəcədə  səmərəli  istifadə  etmək,  milli  iqtisadiyyat  üçün  ən 
yüksək  ehtimallı  qazanc  əldə  etməkdir  [14,  səh  55].  2009-cu  ildə  qəbul 
edilən 3 istiqamətli strategiyaya əsasən: 
1.  2013-2015-ci  illərdə  2008-ci  il  böhranının  nəticələri  tamamilə 
aradan qaldırılmalı, enerji sektoru modernləşdirilməlidir
2.  2015-2022-ci  illərdə  Rusiyanın  Uzaq  Şərq  və  Şərqi  Sibir  
bölgələrində yeni karbohidrogen yataqları yaradılmalıdır; 
3.  2022-2030-cu illərdə iqtisadiyyatda enerji daşıyıcılarından asılılığı 
azaldılmalı, alternativ enerji mənbələrinin payı artırılmalıdır [15]. 
Enerji  strategiyası  2030-cu  ilə  qədər  Rusiyanın  Uzaq  Şərq  ölkələrinə 
neft ixrac payının 6-dan 25%-ə, qaz ixracının 0-dan 20%-ə qaldırılmasını 
hədəfləyir [14, səh 23].  
Avropada  enerji  təminatına  əngəl  yaradan  və  Rusiyanın  da  zamanla 
çətinliklərlə  üzləşdiyi  əsas  səbəblərdən  biri  də  tranzit  bölgə  problemidir. 
2003  və  2004-cü  illərdə  Gürcüstanda  və  Ukrayna  baş  verən  rəngli 
inqilablar ilə hakimiyyətə gələn qərb yönümlü idarəetmə sistemi NATO və 
Aİ-na inteqrasiya prosesi ilə Rusiyanın maraqlarına cavab vermədiyi üçün 
artıq 2005-ci ildən enerji siyasətində Avropaya qarşı daha çox qış aylarında 
―qazdan  siyasi  istifadə‖  strategiyası  rol  oynamağa  başladı.  Bu  dövrdən 
etibarən  qazın  nəqlinin  kəsintili  olaraq  verilməsi,  bəzən  tam  olaraq 


118 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
kəsilməsi  ilə  Rusiya  istər  Ukraynaya,  istərsə  də  Avropaya  öz  təsir 
imkanlarından  istifadə  etməyə  başlayır.  2008-ci  il  Gürcüstana  qarşı  5 
günlük müharibə nəticəsində yeni münaqişə ocaqları yaradılır, 2009-cu ilin 
yanvarında  Avropaya  Ukrayna  vasitəsilə  göndərilən  qaz  tamamilə  kəsilir. 
Bu  proseslərin  ardınca  2010-cu  ildə  Ukraynada  rus  meyilli  Yanukoviçin 
hakimiyyətə  gəlməsilə  münasibətlər  normallaşır.  Rusiya  ilə  Krımda 
yerləşən  Sevastopol  hərbi  bazasının  müddətini  25  il  uzadılması  haqqında 
müqavilə də izmalanır [16]. Hətta Ukraynaya satılan qazın qiyməti 400$-
dan  285$-dək  azaldılır  (sonradan  485$-a  qədər  qaldırılır).  2014-cu  ilin 
əvvəlində  Yanukoviç  ölkəni  tərk  edir  və  mayın  25-də  hakimiyyətə  qərb 
yönümlü Petro Poroşenko gəlir. Krım işğal olunur, tam müharibə vəziyyəti 
yaranır,  2014-cü  iyun  ayında  Aİ  və  Ukrayna  arasında  sərbəst  ticarət 
haqqında  müqavilənin  imzalanması  ilə  Ukraynaya  qaz  nəqli  yenidən 
durdurulur. Səbəb olaraq bu müqavilənin münasibətlərə zərər verdiyini və 
ən əsas yaranmış 4.5 mlrd dollar borcun olduğunu bildirmişdir. Ukrayna bu 
borcun bir hissəsini ödəsə də, mövcud problem hələ də davam etməkdədir. 
2015-ci  ilin  əvvəlində  NaftoGaz  və  Gazprom  arasında  anlaşmaya  əsasən 
―ön  ödəmə‖  sistemi  əsasında  qaz  nəqli  həyata  keçirilir,  yəni  ödənilmiş 
qazın  həcmi  qədər  qaz  ixrac  olunur  və  bu  həcm  bitdikdə  qazın  nəqli 
dayandırılır.  Və  2015-ci  il  noyabrın  25-də  də  yenidən  Ukraynaya  qazın 
göndərilməsi anlaşma səbəbilə dayandırılıb. 
Göründüyü  kimi  Ukrayna  Rusiya  arasında  yaşanan  gərginlik  Avropa 
ölkələrinə  ciddi  təsir  göstərir.  Çünki  Rusiya  öz  neft  və  qazının  49%-ni 
Ukrayna  vasitəsilə  ixrac  edir.  Münaqişələrin  yarandığı  zamanlarda  isə 
əziyyət  çəkən  ölkələr  əsasən  cənub-şərqi  Avropa  ölkələri  olur  və  Polşa, 
Bolqarıstan, Slovakiya, Ruminya, Çexiya və s kimi ölkələrin 80-100% Rus 
qazından  asılılığı  Avropada  Rusiyaya  alternativ  mənbənin  tapılmasına 
zəmin  yaradır.  Rusiya  özü  də  Ukraynanı  ―by  pass‖  edəcək  layihələr 
axtarışındadır,  istifadədə  olan  Şimal  axını,  perspektiv  Cənub  axını,  Türk 
axını və s kimi layihələr Rusiya gündəmindədir, lakin 2015-ci ildə Rusiya 
Türkiyə  arasında  yaşanan  gərginliklərin  yekunu  olaraq  Türk  axını 
layihəsinin  dayandırılması  [17]  Rusiyaya  qarşı  Avropada  yaranan  fikir 
ayrılıqlarını  daha  da  dərinləşdirib.  Amma  Avropaya  giriş  qapısı  olan 
Ukrayna  uğrunda  Avropa  və  Rusiya  arasında  mübarizənin  asanlıqla 
yekunlaşmayacağı  görünür.  2030-cu  ilə  qədər  Avropada  qaz  idxalının 
80%-ə  qədər  artması  proqnozu  Avropa  ölkələrinin  diversifikasiya 
meyillərini  gücləndirməsinə  və  yekunda  Türkiyənin  önəminin  regionda 
tranzit ölkə kimi artmasına səbəb olur.  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə