Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə42/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   38   39   40   41   42   43   44   45   ...   84

113 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
 
Cədvəl-1. Rusiya Federasiyasının Avropa İttifaqına qaz ixrac potensialı 
Ġllər 
üzrə 
AĠ-nin qaz 
ehtiyacı 
(mlrd m
3
) 
Ümumi 
ixrac (mlrd 
m
3
) 
AĠ-na 
ixrac 
(mlrd m
3
) 
AĠ-nin qaz 
tələbatında Rusiyanın 
yeri (faizlə) 
2014 
438,1 
225,5 
138 
31,50% 
2015 
386,9 
201,9 
120 
31,02% 
2016 
402,1 
207,5 
133 
33,08% 
2017 
428,8 
204,8 
133 
31,02% 
 
Dünyanın ən böyük enerji idxalatçısı olan Avropa İttifaqı  yetərli neft 
və  təbii  qaz  ehtiyatlarına  malik  olmadığı  üçün  neftin  84%-ni,  qazın  isə 
64%-ni  idxal  edir  və  bu  da  Aİ-nin  enerji  sahəsində  55%  xarici  bazarlara 
bağlı  olduğunu  göstərir  [4].  İttifaq  öz  enerji  təminatını  başda  Rusiya 
olmaqla Xəzər hövzəsi, Yaxın Şərq, Şimali Afrika regionundan qarşılayır. 
Lakin bu bölgələrin və Ukrayna, Cənubi Qafqaz, İran, Türkiyə kimi tranzit 
zonaların bir çoxunun siyasi cəhətdən qeyri-sabit durumu, burada yaşanan 
geopolitik  problemlər  Avropaya  daşınan  enerji  nəqlinə,  enerji 
təhlükəsizliyinə  başlıca  hədə  hesab  olunur  [5,  səh  164].  2011-ci  ildən 
etibarən başlayan ―Ərəb baharı‖ Şimali Afrika və Yaxın Şərqdə münaqişə 
ocaqlarının  yaranması,  Misir,  Liviya  kimi  ölkələrdə  siyasi  gərginlik, 
Əlcəzair  və  Tunisdə  qeyri-sabitlik,  digər  enerji  təchizatçısı  Nigeriyada 
müsəlman  xristian  qarşıdurması,  Boko  Haram  təşkilatının  fəaliyyəti, 
Suriyada  baş  verən  vətəndaş  müharibəsi,  Cənubi  Qafqazda  etnosiyasi 
münaqişələr,  Ukrayna  ətrafında  gedən  siyasi  proseslər,  Rusiya-Türkiyə 
―təyyarə  şoku‖  Avropa  enerji  təminatında  təhlükəsizlik  problemlərinin 
müzakirə olunmasını və bu regionlarda sabitliyin yaradılmasını zəruri edir. 
Dünya  qaz  ehtiyacının  17%-i,  istehsalın  4%-inə  sahib  Avropa 
İttifaqının neft və təbii qaz ehtiyacının ödənilməsində aparıcı ölkələr Şimal 
dənizi  vasitəsilə  Norveç,  Böyük  Britaniya  və  Hollandiyadır.  Təbii  qazın 
30%-ni, neftin 15%-ni Aİ Norveç hesabına ödəyir [6]. Türkiyə və Balkan 
ölkələri də daxil olmaqla Avropanın qaza olan ehtiyacı 450 mlrd m
3
-dir ki, 
bunun da 64%-i idxal olunur. Araşdırmalara əsasən 2030-cu ildən etibarən 
ümumi  tələbatın  775  mlrd  m3-ə,  idxalın  isə  625  mlrd  m
3
-ə  çatacağı 
bildirilir ki, bu da Avropanın xarici bazarlardan asılılıq faizini 80%-ə qədər 
yüksəldəcək  [7,  səh  8],  əlavə  olaraq  Avropa  regionunda  enerji 
ehtiyatlarının  tükənməsi  problemi  də  yeni  enerji  mərkəzinin  tapılmasını 
labüd edəcək. 2017-ci  ildə Rusiya 205 mlrd m
3
  ixracının 133 mlrd m
3
-ni 


114 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Avropa İttifaqına [Cədvəl-1] (2030-cu ilə qədər bu rəqəmin 230 mlrd m
3
-ə 
qədər  artacağı  gözlənilir),  qalan  70  mlrd  m
3
  həcmində  qaz  isə  Türkiyə 
daxil digər ölkələr satıb. Ümumilikdə Avropa idxal etdiyi neftin 34.5%-ni, 
təbii  qazın  32%-ni,  kömürün  27%-ni  Rusiyadan  əldə  edir,  bu  da  ümumi 
enerji təminatında Rusiyanın payının 32% olduğunu göstərir [8].  
Avropanın  enerji  idxal  etdiyi  regionları  ümumiləşdirsək,  Rusiya, 
Norveç,  Şimali  Afrika  (Əlcəzair  və  Liviya),  Yaxın  Şərq  və  qismən  də 
Xəzər  regionu  ölkələrini  əhatə  edən  geniş  bir  mənzərə  qarşımıza  çıxır. 
Yuxarıdakı  statistik  məlumatlardan  da  göründüyü  kimi  Avropanın  enerji 
bazarında  Rusiyanın  payı  olduqca  böyükdür  və  bu  Avropa  üçün  bir  növ 
təhlükə  mənbəyi  hesab  olunmalıdır.  Çünki  qəbul  etdiyi  enerji 
konsepsiyalarında  göstərilən  diversifikasiya  amili,  eyni  tranzit  bölgədən 
asılı  olmamaq  kimi  şərtlərə  tam  olaraq  riayət  olunmur.  2000-ci  illərin 
əvvəllərində  Rusiyadan  80%-ə  qədər  qaz  asılılığına  malik  Avropanın  bu 
rəqəmi 15 il ərzində 30%-ə qədər azaltması göz önündədir, lakin Rusiyanın 
enerji ehtiyyatlarından siyasi vasitə kimi istifadə etməsi də bizə məlumdur. 
Nəzərə  alsaq  ki,  Rusiya  da  öz  neft  və  qazının  70-75%-ni  məhz  Avropa 
regionuna  satır,  Avropa  ilə  ticarət  həcmi  330  mlrd  dollardır  (ABŞ  ilə 
ticarət həcmi 38 mlrd dollardır), o zaman qarşıdakı illər ərzində Avropanın 
Rusiyadan  kənar  mənbələrdən  enerji  idxalı  məsələsi  sual  altındadır,  nə 
Rusiya  bu  siyasətdən  imtina  edə  bilər,  nə  də  Avropa  yaxın  illər  ərzində 
Rusiyaya  alternativ  mənbə  tapa  bilər  və  ən  az  5  il  müddətində  Avropa 
Rusiya qarşılıqlı asılılıq prosesi davam edəcəyi realdır. 
Avropada  enerji  təhlükəsizliyi  təkcə  enerji  xətlərinin  təhlükəsizliyi 
kimi yox, həmçinin enerji diversifikasiyası kimi başa düşülməlidir. 2007-ci 
ildən  sonra  Avropanın  siyasi  həyatına  daxil  olan  enerji  təhlükəsizliyi 
termini  artıq  bütün  enerji  konsepsiyalarının  əsas  istiqaməti  olaraq 
götürülmüşdür. Avropa Rusiya arasında əlaqələrin analizindən sonra enerji 
təhlükəsizliyi,  enerji  diversifikasiyasının  Avropa  üçün  nə  qədər  önəmli 
olduğunu  başa  düşürük.  Avropa  üçün  diversifikasiya,  yəni  şaxələndirmə 
enerji  mənbələrinin,  enerji  xətlərinin,  tranzit  bölgələrin,  enerji  növünün, 
enerjinin  istifadə  sahəsinin  şaxələndirilməsidir.  Enerji  mənbələri,  enerji 
xətləri  baxımından  Avropa  üçün  Rusiya  və  ondan  gələn  enerji  nəqliyyat 
xətləri,  enerjinin  boru  kəmərləri,  yoxsa  tankerlər  vasitəsilə  daşınması, 
tranzit bölgə kimi daha çox münaqişəli Ukrayna, enerji növü olaraq neft və 
qaz nəzərdə tutulur. 2030-cu ildən etibarən Avropada enerji mənbələrinin 
tükənməsi problemi diversifikasiya amilinin rolunu daha da artıracaq. 
Avropa  İttifaqının  enerji  təminatında  32%  Rusiyaya  bağlılıq  Avropa 
ölkələrinin  yeni  enerji  mənbələrinin  axtarışı  üçün  eyni  mövqedən  çıxış 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə