Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə38/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   34   35   36   37   38   39   40   41   ...   84

103 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
SSRİ-nin  dağılması  monopolyar  sistemin  yaranması  anlamına 
gəlirdisə,  artıq  XXI  əsrdən  etibarən  qüvvələr  balansı  dəyişməyə  başladı, 
2000-ci  ildə  Vladimir  Putinin  prezident  seçilməsi  beynəlxalq 
münasibətlərdə  yeni  bir  sistemin  yaranmasına  səbəb  oldu.  Ümumiyyətlə 
dünyada  təkqütblülüyü  analiz  edərkən  dövlətin  yalnız  iqtisadi,  hərbi 
potensialı deyil, həmçinin nəzarət edə biləcəyi, təsir gücü olduğu regionlar 
da  nəzərə  alınmalıdır.  Bu  baxımdan  Rusiya  Putinin  prezidentliyi 
dövründən  etibarən  yenidən  əvvəlki  nüfuzunu  bərpa  etmək  istiqaməti 
əsasında  öz  xarici  siyasətini  qurmağa  başlayır.  Bu  dövrdən  etibarən 
Rusiyanın Cənubi Qafqaz strategiyası bir neçə istiqamətdə təşkil olunur: 
1.  Daxili, etnik münaqişələrlə bölgəyə nəzarət edilməsi
2.  Rusiyanın torpaq bütünlüyünün qorunması; 
3.  ―Yaxın çevrəyə nəzarət‖ siyasi kursunun həyata keçirilməsi
4.  Qafqazda  ―Atlantikləşdirmə‖  siyasətinin  yox  edilməsi,  ABŞ-ın, 
NATO-nun bölgədən uzaqlaşdırılması; 
5.  Enerji xətlərinə nəzarət
6.  ―Avrasiya İmperiyası‖nın qurulması. 
28 iyun 2001-ci ildə Rusiya Duması ―Rusiya Federasiyasına qəbul və 
onun tərkibində yeni subyektlərin yaradılması‖ ilə bağlı qərar qəbul edir və 
burada qeyd edilir ki, xarici bir dövlətin və ya onun bir hissəsinin Rusiya 
Federasiyasına  birləşməsi  mümkündür.  Keçmiş  SSRİ  və  MDB  tərkibində 
olub  Rusiyanın  sərhədləri  xaricində  qalan  birlik  respublikaları,  muxtar 
vilayətlər  parlamentin  razılığı  ilə  və  ya  referendumun  nəticəsindən  asılı 
olaraq  Rusiyaya  birləşmək  imkanına  sahibdirlər.  Bu  qərarla  Rusiyanın 
Cənubi  Qafqazda  daha  sərt  siyasət  yürütməsi  region  ölkələrinin 
balanslaşdırılmış xarici siyasət  yürütməsinə gətirib çıxarır ki, 2002-ci ildə 
Gürcüstan  ABŞ  ilə  ―sərhədlərin  təhlükəsizliyinin  təmin  olunması,  silahlı 
qüvvələrin modernizasiyası‖ ilə bağlı 64 milyon dollar büdcəyə malik yeni 
bir proqram çərçivəsində əlaqələrini möhkəmləndirir. 
2003-cü ildə Gürcüstanda ―Qızılgül  inqilabı‖, 2004-cü il seçkilərində 
Mixayıl 
Saakaşvilinin 
hakimiyyətə 
gəlməsi 
Rusiya-Gürcüstan 
münasibətlərində  yeni  bir  siyasi  xəttin  formalaşmasına  səbəb  oldu.  Seçki 
kompaniyası  zamanı  Soros  Fondunun,  bir  sıra  valyuta  təşkilatları, 
beynəlxalq  fondlar  və  ABŞ-ın  dəstəyini  qazanan  Saakaşvilinin 
hakimiyyətə 
gəlməsilə  Gürcüstan  daxilində  etnik  münaqişələr 
prizmasından yeni kurs müəyyənləşdi. Xüsusilə Acarıstan probleminin həll 
edilməsi  Abxaziya  və  Cənubi  Osetiyanın  da  bu  yolla  Gürcüstana  tam 
olaraq  birləşdirməklə  ―münaqişəsiz  Gürcüstan‖  yarada  biləcəyinə  şərait 
yaratdı.  2004-cü    ildən  etibarən  ölkə  ―Acarıstan  muxtar  respublikası 


104 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
haqqında  konstitusiya  qanunu‖  əsasında  idarə  edilir.  Bu  qanuna  əsasən 
Acarıstan  höküməti  (21  nəfərdən  ibarət  parlament  və  5  nəfərdən  ibarət 
hökümət) iqtisadiyyat, səhiyyə, təhsil, kənd təsərrüfatı, idman, mədəniyyət 
kimi sahələrdə müstəqil qəraralma hüququna sahibdir [12]. 
2004-cü ildə Abxaziyada qondarma prezident seçkilərinin keçirilməsi 
ilə  bölgədə  yenidən  təzyiq  artmışdır.  Rusiyanın  əleyhinə  olmasına 
baxmayaraq Sergey Bagapş prezident seçkilərində qalib gəlmiş, ilk səfərini 
də Rusiyaya edərək ―Gürcüstan ilə görüşmələrə yalnız iki müstəqil dövlət 
qismində  başlayacağını‖  ifadə  etmişdir.  Ümumiyyətlə  Şevarnadze 
hakimiyyətinin  son  illərindən  etibarən  Rusiya  Gürcüstanı  qıcıqlandırmaq 
məqsədilə bir sıra silsilə addımlar atmışdır: 
1.  Abxazlar rus pasportları ilə təmin edilmişdir. 
2.  Abxaziya  üzərində  embarqonu  ləğv  edərək  Soçi-Suxumi 
dəmiryolu xəttinin inşasına başlanmışdır. 
3.  2006-cı  ildə  Abxaziya  və  Rusiya  arasında  yerləşən  Adler  sərhəd 
qapısına  beynəlxalq  status  verildi.  (Bu  addım  Gürcüstanın 
narazılığına  səbəb  olur,  çünki  2  ölkə  arasında  yeganə  keçid 
məntəqəsi Kazbek rayonunda Lars-dır) 
4.  Abxaziyada yerləşən hərbi bazalarda təchizatı artırmışdır. 
5.  2008-ci  il  ―5  günlük  müharibə‖nin  yekununda  Cənubi  Osetiya, 
Abxaziya  müstəqil  dövlət  kimi  tanınmışdır  və  bu  dövlətlərin 
beynəlxalq arenada tanınması prosesinin dəstəklənməsi Rusiyanın 
Milli Təhlükəsizlik Konsepsiyasına daxil edilmişdir. 
2004-cü  ilin  iyul  ayında  Gürcüstan  Abxaziyaya  yeni  birləşmə  planı 
təklif  etdi.  Bu  plana  əsasən  Abxaziya  müstəqillikdən  imtina  etməsi 
qarşılığında  ona  xüsusi  statuslu  muxtariyyət  verilməli,  tərəflər  arasında 
statusla  bağlı  Federal  Anlaşma  sənədi  imzalanmalı  idi  və  tərəflərdən 
digərinin  icazəsi  olmadan  sənəd  üzərində  heç  bir  dəyişikliyə  icazə 
verilməyəcəkdir.  Müdafiə,  xarici  siyasət,  sərhəd  təhlükəsizliyi,  gömrük 
xidmətləri  və  ağır  cinayətlərlə  (silah  satışı,  psixotrop  maddələrin  satışı, 
beynəlxalq  terrorizm  və  s)  əlaqəli  məsələlərdə  səlahiyyət  Tiflisin,  digər 
məsələlərdə  isə  Suxumiyə  aid  olacaqdır.  Abxaziyaya  aid  silahlı  qüvvələr 
olmamalı,  sadəcə  polis  xidməti  fəaliyyət  göstərməli  idi,  eləcə  də  abxaz 
gənclər yalnız Abxaziyada yerləşən hərbi hissələrdə hərbi xidmət keçməli 
idi. Lakin təklif rədd cavabı ilə sonlandı. 
2008-ci  ildə  Gürcüstan  prezidenti  Mixayıl  Saakaşvili  Abxaziya 
tərəfinə  yeni  həll  planı  təklif  edir.  Bu  təklifə  əsasən:  Gürcüstanın  torpaq 
bütövlüyü  çərçivəsində  muxtariyyət  statusu  təmin  edilməli,  Abxaz 
muxtariyyətinin  idarəsi  üçün  mərkəzə  bağlı  prezident  statusunda 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə