Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə35/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   31   32   33   34   35   36   37   38   ...   84

96 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
Yuxarıda  qeyd  olunanları  ümumiləşdirərkən  vurğulamaq  vacibdir  ki, 
Cənubi  Qafqazda  cərəyan  edən  münaqişələrin  nizamlanmasında  iştirak 
edən  aparıcı  dövlətlər  bu  münaqişələrdən  öz  məqsədlərinə  çatmaq  üçün 
yararlanmağa  çalışırlar.  Cənubi  Qafqazda  münaqişələr  və  regional 
təhlükəsizlik  problemləri  bir-biri  ilə  sıx  surətdə  bağlıdır.  Postsovet 
dövründə  region  dövlətlərinin  hər  biri  dövlətlərarası  münaqişələrə  cəlb 
olunmuşdur.  Bu  münaqişələrin  nizamlanmasında  yalnız  bölgə  dövlətləri 
deyil,  həm  də  qlobal  oyunçular  –  ABŞ  və  AB  iştirak  edir.  Dünyada 
geosiyasi  və  geoiqtisadi  rəqabət  aparan  bu  aktorlar  Qafqaz  regionunu 
özlərinin strateji maraqları orbitinə cəlb etməyə can atırlar.Cənubi Qafqaz 
regionundakı  münaqişələr  transmilli  enerji  layihələrinin  fəaliyyəti  üçün 
ciddi təhdid əmələ gətirir, bu da Qərbi vahid regional təhlükəsizlik sistemi 
yaratmağa  təşviq  edir.  Yalnız  regionda  münaqişələrin  tezliklə 
nizamlanması  Cənubi  Qafqazda  iqtisadi  potensialın  reallaşdırılması  və 
geosiyasi sabitliyin qərarlaşması üçün zəmin yarada bilər. 
 
 
ƏDƏBĠYYAT 
 
1.  Колеров  Модест.  Новый  Большой  Кавказ:  взаимное 
сдерживание без чужих – www.regnum.ru, 2008, 8 дек. 
2.  Концепция Внешней политики РФ. Июнь 2008//Официальный 
сайт  Президента  России.  URL:  http://  archive.  kremlin.  ru/  text/  docs/ 
2008/07/204108.shtml. 
3.  Гаджиев,  К.  С.  Геополитика  Кавказа  /  К.  С.  Гаджиев.  -  М.: 
Международные отношения, 2003. - 463 c. 
4.  Малышева  Д.Б.  Конфликты  на  Кавказе:  региональное  и 
международное  измерение/Д.Б.  Малышева.  -  М.:  ИМЭ  и  МО 
РАН,1996. - 37 c. 
5.  Накашидзе  Д.  Нефть  Каспия  и  международные  отношения  // 
Власть (Москва).- 2002.- №6.- С. 64. 
6.  «Новая архитектура безопасности 
на 
Южном 
Кавказе»- 
Материалы Круглого стола: Анкара, 2008 г., с.5-8 
7.  Шевелев  В.  Кавказ:  пространство  как  политическая  сила// 
URL: http://www.razumei.ru/print/872 
  
 
 
 
 


97 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
БИЛАЛОВА САМИРА ЯШАР кызы 
 
КОНФЛИКТЫ ЮЖНОГО КАВКАЗА В СФЕРЕ 
ИНТЕРЕСОВ МИРОВОГО СООБЩЕСТВА 
 
АННОТАЦИЯ 
 
В  данной  статье  рассматриваются  конфликты  на  Южном 
Кавказе  и  борьба  интересов  ведущих  членов  мирового  сообщества. 
Отмечено,  что  ведущие  государства  стремятся  использовать 
конфликты на Южном Кавказе, как инструмент достижения своих 
целей.  
Автор проанализировал конфликты в южно-кавказском регионе в 
контексте глобальных интеграционных процессов. 
Ключевые  слова:  Южный  Кавказ,  геополитика,  энергоресурсы, 
мировое сообщество, конфликты. 
 
 


98 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
AYDINLI FƏRHAD MÜRSƏL OĞLU 
dissertant, Bakı Dövlət Universiteti 
e-mail: farhad.aydinli@gmail.com  
UOT 327 
 
ABXAZĠYA MÜNAQĠġƏSĠNĠN REGĠONAL  
ĠNTEQRASĠYAYA TƏSĠRĠ 
 
XÜLASƏ 
 
XX əsrin 90-cı illərində dünya siyasi xəritəsinin dəyişməsi nəticəsində 
Cənubi Qafqazda müstəqil dövlətlərin yaranması tranzit anlamda bölgəyə 
olan  marağın  artmasına  gətirib  çıxardı.  SSRİ-nin  dağılmasından  sonra 
müstəqillik əldə edən dövlətlərin daxilində siyasi proseslərin dərinləşməsi, 
sovet  dönəmindən  qalan  etnosiyasi  münaqişələrin  yenidən  alovlanması 
regionda  təhlükəsizliyin  təmin  olunmasına,  regional  inteqrasiya 
proseslərinə  birbaşa  təsir  edən  əsas  amilə  çevrildi.  Soyuq  müharibənin 
bitməsinə, təkqütblü sistemin yaranmasına baxmayaraq regionunun siyasi, 
geostrateji əhəmiyyəti Cənubi Qafqazda münaqişələr imsalında Rusiya və 
ABŞ arasında soyuq müharibənin hələ bitmədiyini göstərdi.  
Məqalədə  müasir  şəraitdə  Gürcüstanın  Abxaziya  münaqişəsi 
prizmasından xarici siyasəti, qonşu dövlətlərlə münasibəti, münaqişələrin 
inkişaf  dinamikası,  böyük  dövlətlərin  məsələyə  dair  mövqeləri  və  hazırki 
durum təhlil olunur. 
Açar  sözlər:  Etnosiyasi  münaqişə,  Cənubi  Qafqaz,  Gürcüstan, 
Abxaziya, Rusiya amili, regional inteqrasiya. 
 
XX  əsrin  90-cı  illərində  SSRİ-nin  dağılması  ilə  dünya  siyasi 
mənzərəsində tək qütblü, lakin çoxmərkəzli siyasi sitem formalaşdı. SSRİ 
və  ABŞ  arasında  Soyuq  müharibənin  bitməsi  dünyada  baş  verən  siyasi 
proseslərin,  etnik  münaqişələrin,  böhranların  sona  çatması  ilə 
nəticələnmədi,  əksinə dünyada bir sıra digər güclər formalaşmağa başladı 
və iki hegemon  dövlətin  yaratdığı  tarazlığı  artıq  90-cı  illərdən sonra  yeni 
qüvvələr  balansı  əvəz  etdi.  Bu  da  bir  sıra  məsələlərdə  maraqların 
toqquşmasına, regionlarda etnosiyasi münaqişələrin yenidən alovlanmasına 
gətirib çıxardı. 
Etnosiyasi  münaqişələrin  ən  geniş  yayılmış  növlərindən  biri  də 
etnoərazi  münaqişələridir.  Etnoərazi  münaqişəsi  dedikdə  əsasında 
etnosların ərazi iddiaları duran münaqişələr başa düşülür. Təkcə postsovet 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə