Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə33/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   29   30   31   32   33   34   35   36   ...   84

92 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
nizamlanmasında  müstəsna  hüquqlara  iddia  edir.  Bu  siyasi  xətt 
çərçivəsində  Moskva  regionda  hərbi  mövqelərini  möhkəmləndirməklə 
yanaşı, güc qarantı qismində çıxış etməyə can atır [4, s. 11]. 
Rusiyanın  maraq  sahələrini  təhlil  edərək  demək  olar  ki,  Qərb 
dövlətlərinin bütün istəyinə rəğmən Kreml heç zaman bölgəni ―tərk etmək‖ 
istəməyəcəkdir. Rusiya həm də öz sərhədlərinin yaxınlığında xarici böyük 
dövlətlərin hegemonluğuna yol vermək fikrində deyildir.  
SSRİ-nin  dağılmasından  sonra  bölgə  dövlətləri,  ilk  növbədə,  Türkiyə 
və İran regionda nüfuz sahibi olmaq uğrunda fəal mübarizə aparırlar. Hətta 
müəyyən dərəcədə demək olar ki, Rusiya, Türkiyə və  İran arasında enerji 
ixracı  axınlarına  nəzarət  uğrunda  mübarizə  Cənubi  Qafqaz  regionunda 
beynəlxalq münasibətlərin xarakterini müəyyən edir [3, s. 32]. 
Türkiyənin Cənubi Qafqazda maraqları əsrlər boyunca formalaşmışdır. 
O  hələ  sovet  dövründə  Qafqazın  türk  xalqları  ilə  ənənəvi  əlaqələri  bərpa 
etməyə  səy  göstərmişdir.  Türkiyə  özünün  Qafqaz  siyasətində  daim 
Azərbaycanı fəal surətdə dəstəkləmişdir [4, s.13]. Son illər Ankara tranzit 
ölkəsi  kimi  özünü  təsdiqləməyə,  Asiya  və  Avropanı  birləşdirən 
özünəməxsus enerji qovşağı kimi çıxış etməyə can atır. Cənubi Qafqazda 
münaqişələrin nizamlanmaması bu yolda ən böyük maneə kimi çıxış edir. 
―Dondurulmuş  münaqişələr‖  bir  tərəfdən,  Türkiyənin  regional  enerji 
layihələrinə  investisiyalarını  risk  altında  qoyur,  digər  tərəfdən  isə  bu 
prosesin  dəyişən  şəraitdən  asılılığını  artırır.  2008-ci  ilin  avqustundakı 
beşgünlük  müharibə  zamanı  Bakı-Tbilisi-Ceyhan  neft  kəməri  vasitəsilə 
nəql  edilən  neftin  həcminin  azaldığını  qeyd  etmək  kifayətdir.  Analoji 
situasiya  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərinə  də  aiddir.Bütün  bunlar 
Türkiyənin tranzit qabiliyyətinə etimadın azalmasına və ehtiyatların Rusiya 
və İran vasitəsilə nəqlinin artmasına təkan verə bilər.  
Mövcud  vəziyyət  Türkiyənin  özünü  Xəzər  regionundan  Avropaya 
nəqliyyat dəhlizi kimi təsdiqləməsi və enerji təhlükəsizliyini təmin etməsi 
yolunda müəyyən çətinliklər yaradır. Buna görə də demək olar ki, Cənubi 
Qafqaz regionunda münaqişələr Ankaranın maraqlarına zərər vurur. Bunu 
nəzərə  alan  Türkiyə  Rusiya  və  İranla  münasibətlərini  yaxşılaşdırmağa 
çalışır.  Türkiyə,  Rusiya  və  İran  arasında  yaxınlaşma  regionun  yeni 
geosiyasi mənzərəsinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb 
edir.  
İran  da  Cənubi  Qafqaz  regionuna  böyük  maraq  göstərir.  Tehranın 
bölgədə  siyasəti  bir  neçə  əsas  amillə  xarakterizə  olunur.  Bu  amillərə 
Cənubi  Qafqaz  xalqları  ilə  ənənəvi  əlaqələr,  öz  mənafelərinin  müdafiəsi, 
Qərbin  regiona  müdaxiləsinə  qarşı  mübarizə  və  s.  aiddir  [4,  s.14].  İran 


93 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
Mərkəzi  Asiya  və  Cənubi  Qafqazdan  uzanan  kommunikasiyaların  onun 
ərazisindən keçməsinə nail olmağa can atır. Tehranın bölgədə fəallaşması 
həm  də  üçüncü  ölkələrin  sülhyaradıcı  qüvvələrinin  öz  sərhədləri 
yaxınlığında  yerləşdirilməsinə  yol  verməmək  istəyi  ilə  şərtlənir.  Bu 
baxımdan  Dağlıq  Qarabağ  münaqişəsinin  dondurulması  Tehranın 
maraqlarına daha çox cavab verir. Minsk qrupu çərçivəsində münaqişənin 
qəti  həlli  İranı  qane  etmir.  Tehran  bu  mövqedən  çıxış  edir  ki,  bölgədə 
yalnız  regional  qüvvələr  –  Azərbaycan,  Ermənistan,  Gürcüstan  Türkiyə, 
Rusiya və İran iştirak etməlidir. İran hər vəchlə regionda Qərbin iştirakına 
qarşı çıxış  edir. Tehranın  fikrincə, məhz Qərb bölgədə sabitliyi  pozmağa, 
bu  yolla  enerji  ehtiyatlarına  nəzarətini  gücləndirməyə  can  atır.  Tehran 
NATO  hərbi  bazalarından  İranın  özünə  qarşı  istifadə  edilməsi  ehtimalını 
istisna etmir. 
Bütövlükdə  geosiyasi  baxımdan  Cənubi  Qafqaz  müxtəlif  siyasi 
qüvvələrin mübarizə meydanı kimi çıxış edir.  
Bəzi analitiklərin fikrincə, bu mübarizənin mahiyyəti enerji ehtiyatları 
ilə  bağlıdır,  digər  təhlilçilər  Cənubi  Qafqazdakı  münaqişələrin  iki  əks 
geosiyasi  qütbün  –  Rusiya  və  ABŞ-nın,  yaxud  Rusiya  və  NATO-nun 
maraqlarının  toqquşması  ilə  şərtləndiyini  vurğulayır  [7].  Məlum  olduğu 
kimi,  SSRİ-nin  dağılmasından  sonra  Qərb  ölkələrindən  kapital  birbaşa 
Cənubi Qafqazın yeni müstəqil dövlətlərinə istiqamətləndi. Eyni zamanda, 
Rusiyanın regiondan tədrici sıxışdırılması başlandı. Qərb dövlətləri Cənubi 
Qafqazı  həm  mühüm  enerji  daşıyıcıları  bazarı,  həm  də  Rusiyadan  yan 
keçməklə Xəzər dənizinin ehtiyatlarına açılan dəhliz kimi qiymətləndirir.  
Məsələn,  ABŞ-nın  90-cı  illərdə  bölgədə  yeritdiyi  siyasətin  prioritet 
istiqamətini  Cənubi  Qafqazın  yeni  müstəqil  dövlətləri  ilə  iqtisadi 
münasibətlərin inkişafı təşkil edirdi. Burada başlıca məqsəd Xəzərin enerji 
ehtiyatlarına  nəzarəti  ələ  keçirmək  və  onların  Avropaya  nəqlini  təmin 
etmək  idi.  ABŞ  regionda  fəal  siyasət  yürüdürdü,  çünki  Cənubi  Qafqaz 
coğrafi  baxımdan  olduqca  əlverişli  mövqeyə  malikdir.  Bölgənin  Rusiya 
sərhədlərinə,  habelə  Yaxın  Şərqə,  o  cümlədən  İran,  İraq  və  Əfqanıstana 
yaxın məsafədə yerləşməsinə xüsusi önəm verilirdi [5]. 
Bu  baxımdan  Cənubi  Qafqazda  münaqişələr,  bir  tərəfdən,  ABŞ-nın 
regional strategiyasını həyata keçirməsinə maneçilik törətdiyi halda, digər 
tərəfdən Vaşinqtonun niyyətlərini gerçəkləşdirməsinə kömək göstərir. Bu, 
bölgədə  möhkəmlənmək  üçün  vəsitə  olsa  da,  münaqişələrin 
nizamlanmaması  qoyulmuş  məqsədlərə  çatılmasında  çətinliklərə  səbəb 
olur.  Bununla  əlaqədar  ABŞ  həm  ATƏT-in  Minsk  qrupunun  tərkibində, 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə