Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   28   29   30   31   32   33   34   35   ...   84

88 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
http://www.mercycorps.org/articles/turkey-iraq-jordan-lebanon/ 
7.  Интернет  ресурсы:  Amnesty  International,  Seminar  on 
―Towards  Making  Women‘s  Rights  a  Reality:  Case  of  Lebanon‖, 
presented in Beirut, Lebanon, 24-26 November 1999  
http://amnesty.org/en/library/asset/MDE18/017/2000/en/547d3c
4c- 33-4a4c-85bf-e1a4f854356c/ mde180172000en.pdf 
8.  Интернет ресурсы: 
Democratic women‘s association 
(Tunisia)
 
http://www.encyclopedia.com/humanities/encyclopedias-
almanacs-transcripts-and-maps/democratic-womens-association-
tunisia 
 
 
 
 


89 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
ABBASOVA ZÜLFĠYYƏ MƏSUM qızı 
 
ƏRƏB ÖLKƏLƏRĠNDƏ QADIN HƏRƏKƏTĠN YARANMASI 
VƏ ĠNKĠġAFI PROSESĠ. 
 
XÜLASƏ 
 
Məqalədə  Ərəb  ölkələrində  qadın  hərəkatının  formalaşması  prosesi 
nəzərdən  keçirilir.  Bu  hərəkatın  xüsusiyyətləri,  nümayəndələrinin  təyin 
etdiyi  məqsədlər  və  vəzifələr  təhlil  edilir.  Araşdırmaya  əsasən,  müəllif 
Yaxın  Şərqdəki  qadın  təşkilatlarının  əsas  xüsusiyyətlərini  və  onların 
gələcək  inkişaf  yolunda  duran  maneələri  qeyd  edir.  Sekular  və  İslamçı 
hərəkat  nümayəndələrinin  fəaliyyətinə  xüsusi  diqqət  yetirilir.  Təhlilə 
əsasən müəllif, qadınların İslamçı təşkilatların sıralarına daxil edilməsinin 
səbəblərini  və  bu  təşkilatlar  çərçivəsində  fəaliyyətlərinin  perspektivlərini 
izah  edir.  Müəllif  qadın  təşkilatlarının  əməkdaşlığının  və  Yaxın  Şərqdəki 
beynəlxalq təşkilatların qadın hüquqları sahəsində həyata keçirdiyi işlərin 
əhəmiyyətini vurğulayır. Sonda müəllif ərəb qadınlarının vəziyyətində real 
dəyişikliklərə  nail  olmaq  üçün  qadın  təşkilatlarının  əməkdaşlığını  və 
Beynəlxalq  təşkilatlarının  siyasətini  dəyişdirməyin  və  genişləndirməyin 
vacib olduğunu qeyd edir. 
Açar  sözlər:  qadın  hüquqları,  gender  bərabərliyi,  beynəlxalq 
təşkilatlar, islamçı hərəkat, sekulyar hərəkət
 
 
 


90 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
BĠLALOVA SAMĠRƏ YAġAR qızı 
dissertant, Bakı Dövlət Universiteti 
e-mail: samirabilal@mail.ru  
 
UOT 327 
 
CƏNUBĠ QAFQAZDA MÜNAQĠġƏLƏR DÜNYA BĠRLĠYĠNĠN 
MARAQLAR MÜSTƏVĠSĠNDƏ 
 
XÜLASƏ 
 
Məqalədə Cənubi Qafqaz regionunda münaqişələr və dünya birliyinin 
aparıcı üzvlərinin maraqlar mübarizəsi nəzərdən keçirilir. Qeyd olunur ki, 
Cənubi  Qafqazda  cərəyan  edən  münaqişələrdən  aparıcı  dövlətlər  öz 
məqsədlərinə çatmaq üçün yararlanmağa çalışırlar.  
Müəllif Cənubi Qafqaz regionundakı münaqişələri qlobal inqeqrasiya 
prosesləri kontekstində təhlil edir. 
Açar  sözlər:  Cənubi  Qafqaz,  geosiyasət,  enerji  ehtiyatları,  dünya 
birliyi, münaqişələr. 
 
Son  onilliklərdə  Cənubi  Qafqaz  mövzusu  KİV-də,  rəsmi  sənədlərdə, 
alim  və  təhlilçilərin  əsərlərində  tez-tez  işıqlandırılmaqdadır.  Bu,  Cənubi 
Qafqaz regionunun həm bölgə dövlətlərinin, həm də ABŞ, AB və Çin kimi 
dünya  birliyinin  aparıcı  qüvvələrinin  siyasətində  rolunun  artması  ilə 
şərtlənir.  Cənubi  Qafqaz  regionunun  əlverişli  coğrafi  mövqeyi  və  zəngin 
enerji ehtiyatları bu bölgəyə marağın artmasında həlledici rol oynayır.  
Dünya  birliyi  üçün  Cənubi  Qafqaz  uzun  müddət  ―qapalı‖  olmuşdur. 
Bu  region  əvvəllər  Sovet  İttifaqının  ərazisi  olduğundan,  dünya  birliyinin 
aparıcı  dövlətlərinin  maraq  dairəsindən  ―kənarda‖  qalmışdı.  Lakin  SSRİ-
nin  dağılmasından,  regionda  yeni  müstəqil  dövlətlərin  yaranmasından 
sonra  bölgədə  ciddi  geosiyasi  dəyişikliklər  baş  vermişdir.  Cənubi  Qafqaz 
həm qlobal, həm də regional güclər tərəfindən ―dadlı tikə‖ kimi nəzərdən 
keçirilməkdədir.  
Məlum  olduğu  kimi,  bütövlükdə  Qafqaz  iki  regiona:  Rusiya 
Federasiyasının  tərkibinə  daxil  olan  Şimali  Qafqaza  və  üç  nüstəqil 
dövlətdən (Azərbaycan,  Gürcüstan və Ermənistan) ibarət  Cənubi  Qafqaza 
ayrılır. Keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərindən etibarən 
bölgədə bu gün də davam edən və fəal silahlı fazadan keçmiş münaqişələr 


91 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
alovlanmışdır.  Bu  sırada  Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ,  gürcü-
osetin və gürcü-abxaz münaqişələri xüsusi qeyd olunmalıdır.  
Lakin regionda cərəyan edən münaqişələr onun dünyanın diqqətindən 
kənarda  qalmasına  səbəb  olmur,  əksinə,  aparıcı  dövlətləri  bölgəyə  cəlb 
edərək  enerji  ehtiyatlarına  və  əlverişli  geosiyasi  mövqelərə  sahiblik 
uğrunda mübarizənin kəskinləşməsinə təkan verir. Hər bir beynəlxalq aktor 
Cənubi Qafqaz regionundakı münaqişələrdən öz məqsədlərinə çatmaq üçün 
yararlanmağa çalışır. 
Heç  kimə  sirr  deyil  ki,  Cənubi  Qafqaz  Asiyadan  Avropaya 
özünəməxsus  ―qapı‖  kimi  çıxış  edir.  Bölgədə  mövcud  olan  zəngin  enerji 
ehtiyatları  aparıcı  ―oyunçular‖  arasında  maraqlar  mübarizəsinin 
kəskinləşməsini stimullaşdırır. Cənubi Qafqazda regional aktorların siyasi 
və iqtisadi maraqları  ilə yanaşı,  mədəni-humanitar maraqları  da toqquşur. 
Bölgədə  xristianlıq  və  islam  sivilizasiyaları,  Qərb  və  Şərq  yanaşı 
mövcuddur və qarşılıqlı təsirə malikdir.  
Dünya  birliyinin  aparıcı  üzvləri  Cənubi  Qafqaz  regionundakı 
münaqişələrin  nizamlanmasında  iştirak  etməklə  öz  maraqlarını  təmin 
etməyə çalışırlar.  
Rusiya  coğrafi,  tarixi,  iqtisadi  və  siyasi  baxımdan  son  yüzilliklərdə 
Cənubi Qafqazla sıx bağlı olmuşdur və bölgədə ciddi mənafelərə malikdir. 
Müasir dövrün yeni çağırışları və cənub sərhədlərindən milli təhlükəsizliyə 
təhdidlər  Cənubi  Qafqazın  Rusiya  üçün  əhəmiyyətini  daha  da  artırır. 
Rusiyanın regionda maraq sahələrindən birini enerji ehtiyatları təşkil edir. 
Bu gün Kreml regiondan uzanan neft və qaz kəmərlərinin keçdiyi əraziləri 
nəzarət altında saxlamağa çalışır. Rusiyanın bölgədə fəallığını şərtləndirən 
əsas amillər sırasında sərhədlərin  yaxınlığı ilə yanaşı, Xəzər nefti mühüm 
yer tutur.  
Xəzər  şelfi  dünyanın  ən  zəngin  neft  rayonlarından  biridir. 
Mütəxəssislərin  hesablamalarına  görə,  Xəzər  dənizinin  sübut  olunmuş 
çıxarılan  neft  ehtiyatları  təxminən  4  mlrd.  ton  (29  mlrd.  barrel) 
həcmindədir,  bu  da  bütün  dünya  ehtiyatlarının  2,6%-ni  təşkil  edir.  Kəşf 
olunmuş qaz ehtiyatları isə təxminən 7 trln. kubmetr təşkil edir [5]. 
Bununla  əlaqədar  Rusiya  Xəzər  neftinin  işlənməsinə  və  nəqlinə 
nəzarətini  gücləndirməyə,  habelə  aparıcı  Qərb  dövlətlərinin  şəxsində  əsas 
rəqiblərini  regiondan  sıxışdırmağa  can  atır.  Təsadüfi  deyil  ki,  Rusiya 
Federasiyasının Xarici siyasət konsepsiyasında MDB, o cümlədən Cənubi 
Qafqaz  başlıca  regional  prioritetlər  sırasında  göstərilmişdir  [2].  Bu, 
regiondakı  münaqişələrin  nizamlanmasına  da  aiddir.  Rusiya  keçən  əsrin 
90-cı  illərinin  əvvəlindən  etibarən  MDB  məkanında  münaqişələrin 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə