Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə34/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   30   31   32   33   34   35   36   37   ...   84

94 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
həm  də  münaqişə  tərəfləri  ilə  ikitərəfli  münasibətlər  çərçivəsində 
münaqişələrin nizamlanması prosesində fəal iştirak etməyə çalışır.  
Qeyd  etdiyimiz  kimi,  enerji  amili  ABŞ  xarici  siyasətində  prioritet 
istiqamətlərdən  birini  təşkil  edir.  Enerji  ehtiyatlarının  maneəsiz  əldə 
edilməsi  ABŞ  milli  təhlükəsizliyinin  birinci  dərəcəli  məsələlərinə  aiddir. 
Heç  kimə  sirr  deyil  ki,  ABŞ  bütün  qalan  dünya  ölkələrindən  daha  çox 
enerji ehtityatı istehlak edir. Bu, ABŞ-nın xarici mənbələrdən asılılığını və 
enerji  siyasətinin  reallaşdırılmasında  yeni  yollar  axtarması  zərurətini 
nümayiş  etdirir.  Buna  görə  də  təəccüblü  deyil  ki,  əsas  neft  və  qaz 
arteriyalarına nəzarət ABŞ üçün birinci dərəcəli vəzifə kimi çıxış edir. Belə 
arteriyalardan  birini  məhz  Xəzər  regionu  təşkil  edir.  Buna  görə  də 
Vaşinqton Cənubi Qafqaz regionuna böyük önəm verir.  
Avropa  Birliyi  də  Cənubi  Qafqaza  böyük  maraq  göstərir.  Cənubi 
Qafqaz  Avropa  malları  üçün  mühüm  satış  bazarıdır,  bölgənin  enerji 
ehtiyatları  isə  AB-nin  Rusiya  enerji  daşıyıcılarından  asılılığını  azaltmağa 
imkan  yaradır.  AB-nin  Cənubi  Qafqaz  regionundakı  münaqişələrin 
nizamlanması  proseslərində  iştirakı  məsələsi  habelə  bölgədən  Avropaya 
uzanan neft və qaz kəmərlərinin qorunması zərurəti ilə bağlıdır.  
Çinin  fəal  iqtisadi  inkişafı  Pekinin  Cənubi  Qafqaz  regionuna 
marağının  artmasına  təkan  verir.  Çin  üçün  Xəzərin  enerji  ehtiyatları 
potensial neft və qaz mənbəyidir, eyni zamanda, Pekin regionun geosiyasi 
əhəmiyyətini nəzərə alır.  
Mövcud vəziyyətdə qloballaşma prosesləri inkişaf etdikcə AB və ABŞ 
Cənubi Qafqazın təhlükəsizliyi mövzusuna mühüm diqqət yetirirlər. Bölgə 
dövlətlərinin  xarici  siyasət  prioritetlərinin  fərqli  vektorlara  malik  olması 
Cənubi  Qafqazın  beynəlxalq  təhlükəsizlik  sistemində  ―ağ  ləkə‖  olmasını 
şərtləndirir [7]. Belə ki, Ermənistan faktiki olaraq Rusiyanın başçılıq etdiyi 
Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatının  (KTMT)  üzvüdür. 
Gürcüstan  NATO  ilə  yaxınlaşma  xətti  yeridir.  Azərbaycan  isə  müstəqil 
siyasət  yürütməyə,  bütün  əsas  qüvvələrlə  bərabərhüquqlu  münasibətlər 
saxlamağa və fərqli mənafelər arasında balans yaratmağa çalışır.  
Rusiya və Gürcüstan arasında beşgünlük müharibə regionda qüvvələr 
balansına  böyük  təsir  göstərərək,  aparıcı  dövlətlərin  prioritetlərini 
dəqiqləşdirməsinə  təkan  vermişdir.  Cənubi  Qafqazda  münaqişələr 
beynəlxalq  diskussiya  predmetinə  çevrilmiş,  bölgə  planetin  partlayış 
təhlükəli  nöqtələri  sırasına  daxil  edilmişdir.  Son  nəticədə  Rusiya  NATO-
nun şərqə doğru genişlənməsi, o cümlədən Cənubi Qafqaz regionuna nüfuz 
etməsi prosesini dayandırmağa, Gürcüstanın bu hərbi-siyasi bloka üzvlüyü 
məsələsini  gündəmdən  çıxarmağa  nail  olmuşdur.  Eyni  zamanda, 


95 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
Avropanın  Rusiyadan  enerji  asılılığına  son  qoymaq  məqsədi  güdən 
transmilli enerji layihələrinə təhlükə yaranmışdır.  
Bu  gün  ABŞ  da  Cənubi  Qafqazı  özünün  birinci  dərəcəli  mənafelər 
zonası  hesab  edir.  Vaşinqtonun  İran  nüvə  texnologiyalarının  inkişafından 
narahatlığı ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 
zonasının  bilavasitə  yaxınlığından  keçən  Bakı-Tbilisi-Ceyhan  neft 
kəmərinin  və  Bakı-Tbilisi-Ərzurum  qaz  kəmərinin  təhlükəsizliyi  ABŞ-ı 
qayğılandırmaqdadır.  Digər  tərəfdən,  ABŞ-nın  dəstəklədiyi  perspektivli 
neft-qaz  layihələri,  o  cümlədən  Trans-Xəzər  qaz  kəməri  yüksək  risk 
zonasında yerləşir. Bu baxımdan ABŞ-nın boru kəmərlərinin təhlükəsizliyi 
ilə bağlı narahatlığı başadüşüləndir. Cənubi Qafqazın enerji daşıyıcılarının 
nəqli  ərazisi  olduğunu  nəzərə  alsaq,  Vaşinqton  mövcud  şəraitdə  bölgədə 
münaqişələrin tezliklə nizamlanmasında maraqlı görünür.  
Bir sıra rusiyalı analitiklər Qafqazda bölgənin taleyi ilə bağlı olmayan 
yad  qlobal  oyunçuların  xaric  olunmasını  tələb  edən  yeni  təhlükəsizlik 
sisteminin  yaradılması  zərurətini  vurğulayır  [1].  ‖Yad  qlobal  oyunçular‖ 
dedikdə, ilk növbədə, ABŞ nəzərdə tutulur.  
Gürcüstan  müharibəsi  dövründə  nisbətən  arxa  planda  qalan  Dağlıq 
Qarabağ  münaqişəsi  sonrakı  mərhələdə  yenidən  aparıcı  dövlətlərin,  ilk 
növbədə, Rusiyanın diqqət mərkəzindədir, ATƏT Minsk qrupu mütəmadi 
surətdə  nizamlanma  istiqamətində  səylərini  fəallaşdırmağa  çalışır. 
Yaranmış  vəziyyətdə  Rusiya  və  Türkiyənin  yaxınlaşması  diqqəti xüsusilə 
cəlb  edir [6]. Lakin  son illərdə Yaxın  Şərqin  yenidən dünya dövlətlərinin 
diqqət  mərkəzində  olması  aparıcı  ―oyunçular‖ın  ―Qafqaz  cəbhəsi‖ndə 
fəallığının nisbətən azalmasına səbəb olmuşdur. 
Beləliklə,  vaxtilə  bilavasitə  Rusiyanın  nüfuz  dairəsinə  daxil  olan 
Cənubi  Qafqaz  regionunda  hazırda  vahid  regional  təhlükəsizlik  sistemi 
yoxdur.  Ayrı-ayrı  ölkələr  fərqli  hərbi-siyasi  qütblərə  can  atır.  Bir  sıra 
çəkindirici  amillərə  rəğmən.  Gürcüstan  Qərbə  inteqrasiyanı  sürətləndirir. 
ABŞ  Gürcüstanın  gec-tez  NATO  üzvü  olacağını  bəyan  etmişdir. 
Ermənistan KTMT çərçivəsində əməkdaşlığı dərinləşdirir.  
Yaranmış vəziyyətdə torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal 
olunmuş,  ərazisində  bir  milyon  qaçqının  və  məcburi  köçkünün 
məskunlaşdığı  Azərbaycan  nə  NATO,  nə  də  KTMT  üzvü  olmadan,  bu 
qütblər  arasında  balansı  qorumağa,  ilk  növbədə,  Dağlıq  Qarabağ 
münaqişəsinə  son  qoymağa  çalışır.  Bu  münaqişə  həll  olunmadan  Cənubi 
Qafqazda hər hansı təhlükəsizlik sistemindən söz açmaq mümkün deyildir.  
 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə