Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə43/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   39   40   41   42   43   44   45   46   ...   84

115 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
etməsinə  gətirib  çıxarır.  Xüsusilə  cənub-şərqi  Avropa  ölkələrinin 
Rusiyadan  80-100%  asılılıq  problemi  diversifikasiya  meyillərini  daha  da 
gücləndirir.  Bəs  Rusiyaya  alternativ  ola  biləcək  enerji  mənbələri 
mövcuddurmu?  Təbii  ki,  mövcuddur.  Avropanın  coğrafi  mövqeyi  enerji 
mənbələri ilə zəngin regionlar ətrafında yerləşdiyindən bu problemin həlli 
mümkündür, lakin son 20 il ərzində bu regionlarda baş verən münaqişələr 
enerji təhlükəsizliyi problemini ortaya atmışdır. Bundan başqa orada olan 
mövcud  infrastruktur,  Avropaya  enerji  nəqli  üçün  yaradılan  şərait,  boru 
xətlərinin  çəkilməsi  və  buna  tələb  olunan  maliyyə  imkanları  bunun 
qarşısını  alan  əsas  məsələlərdir.  Hal-hazırda  tankerlər  vasitəsilə  Aralıq 
dənizinin  dibi  ilə  Şimali  Afrika  regionu  ölkələrindən,  Yaxın  Şərq 
ölkələrindən,  qismən  Xəzər  regionundan  boru  xətləri  vasitəsilə  Avropaya 
nəql olunan neft və qazın payının artırılması ilə Rusiyanın enerji asılılığını 
aradan  qaldırmaq  mümkündür.  Lakin  2011-ci  ildən  Ərəb  baharı  bütün 
Şimali  Afrika,  Yaxın  Şərq  regionunu  hədə  altında  saxlayır,  Xəzər 
regionundan  əldə  olunan  neft  isə  əsasən  Rusiya  vasitəsilə  Avropaya 
daşınır.  Rusiyaya  əsas  alternativ  bu  baxımdan  İran  və  İraq  qeyd 
olunmalıdır.  Bu  ölkələrin  birlikdə  neft  ehtiyyatları  300  mlrd  bareldən 
artıqdır,  qaz  ehtiyyatları  baxımından  isə  2017-ci  il  BP-yə  aid  statistik 
məlumatlara  əsasən  İranın  kəşf  olunmuş  qaz  ehtiyyatları  33,5  trln  m
3
 
həcmində dəyərləndirilir. Rusiyada bu rəqəm 32 trln m
3
-dir. Lakin 1995-ci 
ildən etibarən ABŞ-ın İranla bütün ticarət əlaqələrinin kəsilməsi haqqında 
qərarı, 2012-ci ildən neft, 2013-cü ildən təbii qazla bağlı sanksiyaları [9], 
2010-2012-ci illərdə Aİ-nın İrana qarşı sərt sanksiyaları bu ölkənin dünya 
bazarına çıxışına tam olaraq əngəl yaratdı, 2017-ci ildə illik 202,5 milyard 
m
3
 qaz istehsal edən İran bunun yalnız 8.4 mlrd m
3
-ni ixrac edə bildi. (Hal-
hazırda  İran  və  İraqın  birlikdə  günlük  neft  istehsalı  9  mln  bareldir, 
Rusiyada  bu  göstərici  11,2  mln  barelə  bərabərdir.)  2015  iyulun  14-də 
İranla  nüvə  proqramı  üzrə  P5+1  ölkələri  arasında  razılığın  əldə  olunması 
[10]  ilə  2016-cı  ilin  yanvar  ayından  ABŞ  və  Avropa  İttifaqı  tətbiq  etdiyi 
sanksiyaların  tədricən  aradan  qaldırıldı,  lakin  indiki  şəraitdə  İranın  təbii 
qaz  yataqlarının  inkişaf  etdirib  Avropada  Rusiyaya  alternativ  olması  və 
dünya  bazarlarına  yetəri  qədər  qaz  çıxartması  üçün  ən  az  6-7  il  vaxt 
lazımdır  [11].  Digər  amil  İranın  qaz  sahələrinin  böyük  qisminin  cənubda 
yerləşməsidir (Ən böyük qaz yatağı - Cənubi Parsdır, 14 trln m
3
). Dolayısı 
ilə İran istehsal etdiyi qazın mövcud şərtlərlə yaxın bazarlara satması daha 
realdır.  Qiymət  aspektindən  yanaşsaq,  Avropaya  nisbətən  baha  qiymətə 
Şərq  ölkələrinə  (Yaponiya,  Cənubi  Koreya,  Çin)  qaz  satışı  İran 
iqtisadiyyatına daha çox yardım edə bilər, nəinki İranın cənubundan şimala 


116 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
doğru  1800  km-lik  yeni  bir  kəmərin  salınması,  daha  ucuz  qiymətlərlə 
Avropaya  satış  imkanları.  Hazırki  durum  əsasında  Avropaya  qaz  nəqli 
işlək  vəziyyətdə  olan  illik  ötürmə  qabiliyyəti    10  mlrd  m
3
  olan  Təbriz-
Ankara boru xəttinin gələcəkdə ötürmə qabiliyyətini 2 qat artırmaqla əlavə 
10 mlrd m
3
 qazın TANAP və TAP vasitəsilə ötürülməsi mümkündür, lakin 
bu  Avropada  Rusiyaya  alternativ  olaraq  qəbul  edilə  biləcək  bir  vəziyyət 
deyil. 
Göründüyü  kimi  Rusiyaya  alternativ  mənbələr  hazırki  siyasi 
münasibətlər  çərçivəsində  Avropada  Rusiyanı  əvəzləyəcək  durumda 
deyildir.  Şimali  Afrika,  Yaxın  Şərq  ölkələrində  yaşanan  siyasi 
münaqişələr, İranda mövcud iqtisadi şərait və yuxarıda göstərilən səbələr, 
Xəzər  regionunun  hüquqi  status  məsələsi  və  Avropada  getdikcə  azalan 
enerji  ehtiyyatları  Avropada  Rusiya  təzyiqinin  azaldılması  üçün  ümumi 
enerji təminatında alternativ enerjinin payının artırılması və LNG formada 
qazın  idxalına  üstünlük  verə  bilər.  Avropa  İttifaqının  ―2020  Enerji 
Strategiyası‖na  əsasən  2020-ci  ilədək  alternativ  enerjinin  payının  20%-ə 
qaldırılması  məsələsi  prioritet  kimi  qəbul  edilsə  də,  hazırda  alternativ 
enerjinin payı 12%-ə bərabərdir, bunun 2020-ci ilədək 20%-ə qaldırılması 
sual  altındadır,  lakin  Beynəlxalq  Enerji  Agentliyinin  hesabatına  əsasən 
2015-2040-cı  illər  arasında  alternativ  enerjiyə  7  trln  dollar  həcmində 
yatırım planlaşdırılır. Bütün bunlara baxmayaraq 2030-cu ilə qədər Avropa 
enerji  təminatında  qazın  payının  34%-ə  qalxacağı  gözləntilərini  nəzərə 
alaraq, qarşıdakı illərdə Rusiyaya ən böyük alternativ olaraq LNG (Liqued 
Natural  Gas-Mayeləşdirilmiş  təbii  qaz)  ola  bilər.  1960-cı  illərdən  dünya 
qaz  bazarına  daxil  olan  LNG  70-ci  illərdə  ümumi  qaz  ticarətinin  yalnız 
6.6%-ni  təşkil  edirdi.  Ancaq  texnologiyanın  inkişafı  və  maliyyə 
imkanlarının  dəyişməsi  hesabına  2017-ci  ildə  bu  rəqəm  artıq  40%-dən 
artıqdır [12] və yaxın zamanda bu rəqəmin daha da qalxacağı təxmin edilir. 
(LNG-təbii  qazın  -162  dərəcədə  soyudulub  600  dəfə  kiçildilmiş  maye  qaz 
formasıdır [13, səh 14].) Hal-hazırda dünya qaz ticarətinin 737 mlrd m
3
-i 
kəmərlər  vasitəsilə,  345  mlrd  m
3
  isə  LNG  formada  tankerlər  vasitəsilə 
daşınır. Dünya LNG idxalının 16%-i Avropa regionunun payına düşür. Ən 
böyük  LNG  ixracatçısı  Qatar  hər  il  Avropaya  orta  hesabla  25  mlrd  m
3

Əlcəzair 15 mlrd m
3
, Nigeriya, Peru və Trinidad və Tobaqo isə birlikdə 14 
mlrd m
3
 LNG qaz ixrac edir [3]. Bütün bunları nəzərə alaraq gələcəkdə bu 
sahənin  inkişaf  etdirilməsi  ilə  Avropada  Rusiyaya  alternativ  qüvvənin 
formalaşdırılması mümkündür. 
Bəlli  məsələdir  ki,  hal  hazırda  Avropa  İttifaqı  və  Rusiya  arasında 
mövcud  enerji  münasibətləri  tərəflərin  perspektiv  enerji  doktrinalarının 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə