Ġqtisadi və Siyasi Elmlər Jurnalı



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə45/84
tarix08.09.2018
ölçüsü2,17 Mb.
#67393
1   ...   41   42   43   44   45   46   47   48   ...   84

119 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
 
Yaxın  perspektivdə  Avropa  üçün  ən  önəmli  layihə  kimi  Cənub  Qaz 
Dəhlizi  (Bakı-Tiflis-Ərzurum,  TANAP  və  TAP)  qəbul  edilməlidir.  Bu 
layihə həm mənbə olaraq Rusiya qazından imtina, həm də daha təhlükəsiz 
regionlardan keçməklə Avropaya çatdırılan rahat və kəsintisiz qaz layihəsi 
kimi  geniş  perspektiv  vəd  edir.  Bu  layihə  istər  Avropa,  istərsə  də 
Türkiyənin  enerji  təminatında  önəmli  rola  sahib  ola  bilər  və  gələcəkdə 
layihənin genişləndirilməsi ilə Türkiyənin Avropanın enerji mühitində əsas 
rol  oynamasına  gətirib  çıxara  bilər.  Bu  baxımdan  İlk  öncə  Türkiyənin 
enerji siyasətinə nəzər salaq. 2014-cü il məlumatlarına əsasən 50 mlrd m
3
 
qaz  ehtiyacının  54.7%-nin  Rusiyadan,  qalan  40-45%  isə  Azərbaycan, 
İrandan  boru  kəmərləri,  Əlcəzair  və  Nigeriyadan  LNG  formasında  idxal 
olunur  [18].  Qaz  tədarükünün  98%-ni  xarici  bazarlar  hesabına  ödəyir. 
Cənub Qaz Dəhlizinin reallaşması halında Rusiyadan asılılığı 30%-ə qədər 
azaltmaq  mümkündür,  hətta  gələcəkdə  əlavə  boru  kəmərləri  ilə 
Türkmənistan, Qazaxıstan, İran, İraq qazı hesabına bu rəqəmi 10%-dən də 
aşağı  salmaq  olar.  Cənub  Qaz  Dəhlizi,  AGRİ,  Ağ  Axın  Avropa  İttifaqı 
üçün ―Prioritet Layihələr‖ statusuna daxildir. Bu layihələrlə Avropa Xəzər 
hövzəsindən  çıxarılan  enerjinin  Avropaya  rahat  daşınmasını  təmin  edə 
bilər.  Ümumilikdə  Xəzər  hövzəsinə  baxsaq,  region  dünya  neft 
ehtiyyatlarının  18%-nə,  qaz  ehtiyyatlarınınn  48%-nə  sahibdir.  Region 
ölkələrində  neft  və  qazın  ümumi  ixracatdakı  payı  72-96%,  büdcə 
gəlirlərindəki  payı  isə  30-50%-dir.  Cənub  Qaz  Dəhlizinin  əsas  oyuncusu 
Azərbaycanın qaz ehtiyyatları 3 trilyon m
3
 həcmində dəyərləndirilir. 2007-
ci  ildən  Bakı-Tiflis-Ərzurum  boru  xətti  vasitəsilə  Şahdəniz-1  qaz 
yatağından  çıxan  6.6  mlrd  m
3
  həcmində  qaz  ixac  olunur.  2018-ci  ildən 
etibarən isə Şahdəniz qaz yatağının 2-ci fazasından 16 mlrd m
3
 qaz istehsal 
olunacaq, bunun 6 mlrd m
3
 Türkiyəyə, 2019-cu ildən isə Avropaya ixracı 
planlaşdırılır. Azərbaycanda Abşeron, Ümid, Babək, Asiman, Zəfər-Məşəl, 
Naxçıvan  kimi  qaz  yataqlarının  olduğunu  nəzərə  alaraq  Azərbaycanın 
2025-ci  ilə  qədər  55-60  mlrd  m
3
  qaz  istehsal  ediləcəyi  təxmin  edilir  [19, 
səh 25]. Cənub Qaz Dəhlizi vasitəsilə 2026-cı ildən Avropaya 31 mlrd m
3
-
ə qədər qaz nəqli planlaşdırılır. 
Avropaya  Cənub  Qaz  Dəhlizi  layihəsini  həyata  keçirməklə  bir  sıra 
məqsədlərə nail olmağa çalışır: 
  Əsas  məqsəd  bu  dəhliz  vasitəsilə  gələcəkdə  ildə  60  mlrd  m
3
  qaz 
nəql etmək; 
  Rusiyadan qaz asılılığı, Ukraynadan tranzit asılılığı həll etmək
  Türkiyənin mövqeyini tranzit bölgə olaraq gücləndirmək; 


120 
İqtisadi və Siyasi Elmlər Jurnalı. 
 
№ 4 (9) 2017 
  Bu  dəhliz  vasitəsilə  Türkmənistanın  TransXəzər  layihəsinin 
reallaşdırılmasından sonra (hələ ki,  Xəzərin statusu  problemi  buna 
imkan vermir) şərqdəki qaz yataqlarından istifadə edərək 1200 km-
lik Şərq-Qərb boru xəttinin çəkilməsi ilə qaz nəqlini reallaşdırmaq; 
  Qazaxıstanın  Rusiyadan  yan  keçməklə  Avropaya  enerji  nəqlinə 
şərait yaratmaq; 
  İranın bu dəhlizdən istifadə edərək Avropaya enerji ixrac etmək. 
Avropada  baş  verən  proseslər,  iqtisadi  böhran,  2014-cü  ildə  neftin 
qiymətinin  kəskin  azalması,  Suriya,  İraq  ətrafında  baş  verən  gizli  ―dünya 
müharibə‖si  enerjinin  nə  qədər  əhəmiyyətli  bir  amil  olduğunu  bir  daha 
ortaya  qoydu  və  qarşıdakı  10  il  ərzində  də  enerji  uğrunda  siyasi 
münaqişələrin,  maraq  toqquşmalarının  azalması  ehtimalı  olduqca  azdır. 
Avropanın enerji gələcəyi  məhz bu münaqişələrin sonundan bəlli olacaq, 
ya  Rusiya  asılılığını  qəbul  edəcək,  ya  da  Rusiyaya  alternativ  tapma 
yolunda  apardığı  savaşda  qalib  gələrək  öz  sağlam  və  təhlükəsiz  enerji 
gələcəyini qurmuş olacaq. Lakin Rusiya 2008-ci ildə Gürcüstanda, 2014-cü 
ildə  Ukraynada  nümayiş  etdirdi  ki,  Avropanın  şərq  hissəsi  onun  həyati 
maraq  dairəsindədir.  90-cı  illərdə  Yuqoslaviyanın  parçalanması  ilə 
regionda  nəzarəti  itirən  Rusiya  artıq  XXI  əsrdən  etibarən  Avropanın 
şərqində  dayaqlarını  möhkəmləndirmək  istiqamətində  siyasət  yürüdür. 
Makkinderin geosiyasi konsepsiyasına uyğun ―Hartlənd‖ə nəzarət etməklə 
dünyaya  sahiblik  etməyə  çalışan  Rusiya  bunu  reallaşdırmaq  üçün  məhz 
enerji  amilini  seçmişdir.  Enerji  daşıyıcılarını  Avropa  regionuna  ixrac 
etməklə  iqtisadi  asılılıq  yaratmaq  istəyən  Rusiya  zamanla  bu  geostrateji 
elementdən  öz  siyasi  maraqlarını  həyata  keçirmək  üçün  də  istifadə  edir. 
Çünki iqtisadi nəzarətin təməlində siyasi faktor dayanır ki, Rusiya artıq 30 
ilə yaxındır ki, bu siyasətlə Avropa regionunu, xüsusilə ―Hartlənd‖ hesab 
edilən  Şərqi  Avropa  regionunu  nəzarətdə  saxlayır.  2009,  2014-cü  il 
böhranları göstərdi ki, enerji daşıyıcılarına bağlı iqtisadiyyat uzun müddətli 
davam  gətirə  bilməz,  məhz  buna  görə  də  Rusiya  böhrana  uyğunlaşmaqla 
yeni  strategiyalar  müəyyən  etdi  və  demək  olar  ki,  böhran  vəziyyətindən 
çıxmağı bacardı. Yaxın perspektivdə 2020-ci ilə qədər enerji daşıyıcılarının 
(xüsusilə  neftin)  qiyməti  ilə  bağlı  50$-dan  aşağı  enmə  gözlənilmir  və  bu 
aspektdən  yanaşsaq,  Rusiya  Avropada  siyasi  ambisiyalarını  davam 
etdirəcək.  Enerji  strategiyasına  uyğun  olaraq  2020-ci  ildən  sonra  Uzaq 
Şərq  siyasəti  ilə  iqtisadiyyatını  balanslaşdırmağa  çalışacaq,  eyni  zamanda 
Avropada  nəzarəti  də  əldən  verməyəcək.  Avropa  isə  yaxın  zamanda 
Rusiyadan  asılılığı  aradan  qaldırmalıdır.  Artıq  bu  istiqamətdə  siyasi 
gedişlər  edilir.  Avropa  İttifaqının  da  enerji  siyasəti  qəbul  etdiyi  enerji 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə