Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   2   3   4   5   6   7   8   9   ...   33
Quliyev-Samir Mayis

GİRİŞ 

 

Mövzunun  aktuallığı.

  Maliyyənin  idarə  olunması  sistemi  daim  inkişafdadır, 

deməli  o  dinamik  bir  sistemdir.  Bazar  münasibətləri  şəraitində  mikro  səviyyədə 

maliyyənin  səmərəli  idarə  olunması  sistemi,  yəni  maliyyə  menecmenti  böyük 

əhəmiyyət  kəsb  edir.  Çünki,  cəmiyyətdə  yeni  maliyyə  institutları  yaranırdı, 

təsərrüfatlarda  maliyyə  əməliyyatları  genişlənirdi,  yeni  texnika  tətbiq  olunurdu, 

hesablaşmaların,  planlaşmanın,  nəzarətin  yeni  forma  və  metodları  tətbiq  olunurdu 

və bütün iqtisadi proseslərdə pulun roly yüksəlirdi. 

Bazar  iqtisadiyyatı  mülkiyyətin  müxtəlif  formalarının  təsərrüfat  vahidlərinin 

tiplərinin  inkişafını  nəzərdə  tutur,  eyni  zamanda  riskin  mövcudluğunu  inkar  etmir 

və  ona  qarşı  təsərrüfat  və  maliyyə  qərarlarının  qəbul  edilməsini  zəruri  hesab  edir. 

Yuxarıda  qeyd  olunanlarla  yanaşı,  bazar  iqtisadiyyatı  rəqabəti,  sahibkarlığın 

inkişafını da məqsədəuyğun hesab edir. 

Təsərrüfat  subyektlərində  maliyyə  resusrlarının,  dəyərin  dövriyyəsinin,  pul 

axınının,  maliyyə  münasibətlərinin  və  sair  icra  etmə  şərtlərinin  məcmuu  maliyyə 

menecmentinin  obyektində  ifadə  olunur.  Maliyyə  menecmentinin  subyektləri  isə 

obyektin  məqsədəyönlü  fəaliyyətini  həyata  keçirmək  üçün  idarəetmənin  müxtəlif 

alətlərindən  istifadə  edirlər.  Məsələn,  pul,  qiymətli  kağızlar,  mənfəət  və  s.  Qeyd 

etmək  lazımdır  ki,  müəssisədə  baş  verən  və  ya  həyata  keçirilən  proses,  əməliyyat 

özü  də  bir  sistemdən  ibarətdir.  Sistem  –  qarşılıqlı  fəaliyyət  göstərən  müxtəlif 

elementlərin  məcmundan  ibarətdir.  Maliyyənin  idarə  olunması  sisteminin 

elementləri  maliyyə  menecmentinə  məxsus olan ümumi  qaydaları müəyyən  edir. 

Zaman  meyarına  görə,  maliyyə  menecmenti  strateji  və  operativ  –  taktiki 

menecmentə  ayrılır.  Müəssisələrdə  investisiyanın  idarəedilməsi  strateji  maliyyə 

menecmentinin  funksiyasıdır.  Lakin  təsərrüfatda  nağd  pul  kütləsini  operativ 

qaydada idarəedən isə operativ-taktiki  maliyyə  menecmentidir. 

Müəssisələrdə  maliyyə  menecmenti  aktivləri,  kapitalı,  investisiyanı,  pul 

axınlarını  və  maliyyə  risklərini  idarə  edir.  Bütün  qeyd  olunan  mərhələlərdə 

maliyyənin  səmərəli  idarə  olunması  fuknsiyası  maliyyə  menecmentinə  məxsusdur. 



 

Xüsusilə,  göstərilən  obyektlərin  səmərəli  idarə  olunması  bazar  iqtisadiyyatında 



rəqabətin və risklərin  mövcud olduğu bir şəraitdə böyük əhəmiyyət  kəsb edir. 

Maliyyə  menecmentinin  mühüm  alətlərindən  birini  risk  təşkil  edir.  Risk 

problemi  iqtisadiyyatın  hər  bir  sahəsində  mövcuddur.  Risk  –  maliyyə  sferasına 

xüsusilə  aiddir.  Hər  hansı  bir  əməliyyat  ilə  əlaqədar  olan  risk,  gözlənilən  mənfəətin 

və ya gəlirin  alınmaması ehtimalını  yaradır. 

Bazar  iqtisadiyyatı  şəraitində  təsərrüfat  subyektlərində  maliyyənin  idarə 

olunmasının  yeni  sisteminin,  yəni  maliyyə  menecmentinin  səmərəli  idarəetmə 

sisteminin  rolu və zəruriliyi  böyükdür. 

Bazar  iqtisadiyyatı  şəraitində  idarəetmə  sistemi  menecmentin  və  onun  əsas 

alətlərinin  daima  təkmilləşdirilməsini  tələb  edir.  Maliyyə  menecmentinin  əsas 

alətlərindən  biri  olan  pulun  rolu  yüksəlir,  onun  istifadə  və  müəssisənin 

fəaliyyətinin  son  nəticələrinə  təsir  formaları  müntəzəm  təkmilləşir.  Yuxarıda  qeyd 

olunanlar  mövcud  magistr  dissertasiyasının  mövzusunun  müasir  dövrdə  aktuallıq 

təşkil  etdiyini  göstərir. 

Dissertasiyanın 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə