Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   10   11   12   13   14   15   16   17   ...   33
Quliyev-Samir Mayis

1.  Təkraristehsal

.  Müəssisənin  cari  fəaliyyətinə  və  uzun  və  qısamüddətli 

aktivlərə  qoyulan  (kapital  qoyuluşu)  investisiyaların  effektivliyinin  təmin  edilməsi 

üzrə  fəaliyyət.  Kapitalın  sadə  təkrar  istehsalı,  istehsal  –  kommersiya  fəaliyyətinin 

özxərcini  təmin  edir.  Lakin  kapitalın  geniş  təkrar  istehsalı  isə  müəssisənin  istehsal 

– kommersiya fəaliyyətinin  özxərciniödəmə  və özünümaliyyələşməni  təmin  edir. 




 

21 


Maliyyə  menecmentinin  təkrar  istehsal  funksiyasının  realizasiyasının 

effektivliyinin  qiymətləndirilməsi  aşağıdakı göstəricilərlə  xarakterizə  olunur: 

- xüsusi kapitalın  artımı; 

- xüsusi kapitalın  artım tempinin  balansın valyuta  artımı tempindən artıqlığı; 

-  mənfəətin  kapitallaşması  səviyyəsi,  yəni  yığım  fondunun  formalaşmasına 

yönəldilən  mənfəətin  xüsusi çəkisi; 

-  bölüşdürülməyən  mənfəətin  (müəssisənin  sərəncamında  qalan)  müəssisənin 

təmiz  mənfəətində  xüsusi çəkisi; 

- kapitalın  gəlirliliyinin  (rentabelliyinin)  artması; 

-  müəssisənin  gəlirliliyinin  artımı  hesabına  kapitalın  dövriyyəsinin  sürətinin 

artması. 

2.  İstehsal  funksiyası

  –  Kapitalın  yerləşdirilməsinin  effektivliyinin  təmin 

edilməsi  üzrə  cari  istehsal  –  kommersiya  fəaliyyətinin  tənzimlənməsi.  Bu  funksiya 

eyni  zamanda  təsərrüfat  subyektində  zəruri  pul  fondlarının  təşkilini  və  cari 

fəaliyyətin  maliyyələşmə  mənbələri  ilə  təmin  olunmasını da nəzərdə tutur. 

Təsərrüfat  subyektlərində  maliyyə  menecmentinin  istehsal    funksiyasının 

realizasiyasının  effektivliyi  aşağıdakı göstəricilərlə  qiymətləndirilir: 

- kapitalın  quruluşu; 

- balans mənfəətinin  bölüşdürülməsinin  quruluşu; 

- məhsulun  maya dəyərinin  səviyyəsi  və dinamikası; 

- məhsul  vahidinə  düşən xərclərin  səviyyəsi  və dinamikası; 

- əmək haqqı fondunun səviyyəsi və dinamikası. 

3. 

Maliyyə  menecmentinin  nəzarət  funksiyası

  –  yəni,  maliyyə  resurslarına 

manatla  nəzarət.  Hər  bir  təsərrüfat  əməliyyatı  müəssisənin  mənafeyinə  cavab 

verməlidir,  çünki  müəssisənin  mənafeyi  onun  son  məqsədindən  asılıdır.  Ona  görə 

də,  maliyyə  nəzarəti  daima  aparılmalıdır.  Nəzarət  -  əməliyyatların  maliyyə 

məqsədəuyğunluğu  nöqteyi-nəzirdən  həyata  keçirilməlidir.  Belə  ki,  nəzarət 

xammal  və  materialın  dəyərinin  ödənilməsindən  başlayaraq  ta  satışdan  əldə  edilən 

gəlirin  daxil  olmasına qədər bütün prosesləri əhatə etməlidir. 




 

22 


Maliyyə  menecmentinin  obyektinin  funksiyaları  idarəetmənin  funksiyaları 

vasitəsilə  realizə  olunur. Belə  ki, idarəetmə  subyektinin  funksiyalarına  daxildir: 

- maliyyə  vəziyyətinin  proqnozlaşdırılması; 

- maliyyə  fəaliyyətinin  planlaşdırılması; 

- pul dövriyyəsinin  tənzimlənməsi; 

-  istehsal,  investisiya  və  maliyyə  fəaliyyətinin  nəticələrinin  və  xərclərinin 

uçotunun aparılması; 

-  kapitalın  qoyuluşunun  və  istifadəsinin  effektivliyinin  qiymətləndirilməsi  və 

təhlili; 

təsərrüfat 



subyektinin 

istehsal-kommersiya 

fəaliyyətinin 

bütün 


istiqamətlərində  pul  vəsaitinin  daxil  olması  və  xərclənməsi  üzərində  nəzarətin 

aparılması. 

Maliyyə  menecmentinin  idarəetmə  obyektinin  məcmuuna  isə  aşağıdakılar 

daxildir: 

- dəyərin  dövriyyəsi; 

- maliyyə  resursları; 

- maliyyə  münasibətləri; 

- pul axını; 

- sair. 

Xüsusi  qrup  insanlar  –  maliyyə  menecmentinin  subyektini  təşkil  edir. 

Subyektlər  idarəetmənin  müxtəlif  forma,  metod,  üsullardan  (təsir  formaları) 

istifadə  etməklə  obyektin effektili  idarəçiliyini  təşkil  edirlər. 

Maliyyə  menecmentinin  idarəetmə  obyekti  özü  bir  sistem  deməkdir  və  sistem 

özü  isə  müəyyən  elementlərin  məcmuundan  ibarətdir  ki,  həmin  elementlər  də 

özünəməxsus xüsusiyyətlərə  malikdirlər. 

Beləliklə, 

maliyyə 

menecmentinin 

idarəetmə 

obyektinin 

sisteminin 

elementlərinin  xüsusiyyətlərinə  aşağıdakıları göstərmək olar: 

-  sistemə  daxil  olan  hər  bir  element  özünə  aid  olan  funksiyanı icra edir və bir 

elementə  məxsus olan funksiyanı başqa bir element yerinə  yetirə  bilməz; 




 

23 


-  maliyyə  menecmentinin  idarəolunan  obyektinin  sisteminə  daxil  olan  bir 

element  başqa bir elementlərlə  birgə fəaliyyət  göstərə bilər; 

-  maliyyə  menecmentinin  idarəolunma  obyektinin  sisteminə  daxil  olan 

elementlər  bir-birilə  qarşılıqlı əlaqədə olurlar. 

Beləliklə,  maliyyə  menecmentinin  subyektinin  idarəetmə  obyektinə  müxtəlif 

metod,  üsul  və  formalarla  təsiri  subyektlə  obyekt arasında məlumatların ötürülməsi 

şəraitində  baş  verir.  Maliyyə  menecmentində  idarəetmə  sistemi  müxtəlif 

məlumatların  verilməsi  və istifadəsini  müəyyən  edir. 

Təsərrüfat  subyektlərində  müəssisənin  maliyyə  fəaliyyətini  idarəedən  subyekt 

bir sıra aşağıdakı vəzifələri  icra edir: 

-  müəssisənin  mənfəətlə  işləməsini  təmin  etmək  məqsədi  ilə  zəruri  maliyyə 

vəsaitinin  təminatını  təşkil  etmək; 

- geniş təkrar istehsal  xərclərinin  maliyyə  təminatını  təşkil  etmək; 

- müəssisədə dövriyyə kapitalının dövriyyəsini  sürətləndirmək; 

-  təsərrüfat  subyektinin  maliyyə  resurslarının  istifadə  istiqamətlərinin  düzgün 

müəyyən  edilməsi  üzərində  maliyyə  nəzarətini  təşkil  etmək; 

-  müəssisələr, baş idarə, büdcə, bank təşkilatları və başqa subyektlər arasında 

maliyyə  münasibətlərini  idarə etmək. 

Təsərrüfat  subyektlərinin  maliyyə  menecmenti  sonrakı  funksiyaları  yerinə 

yetirir:  müəssisənin  maliyyə  fəaliyyətini  və  maliyyə  vəziyyətini  proqnozlaşdırır  və 

planlaşdırır;  müəssisənin  pul  axınını  planlaşdırır  və  tənzimləyir;  müəssisənin 

istehsal  və  maliyyə  fəaliyyətinin  müsbət  və  ya  mənfi  nəticələrini  qiymətləndirir; 

müəssisədə  xərclərin  uçotunu  aparır;  müəssisədə  kapital  qoyuluşlarının 

effektivliyini  müəyyən  edir; müəssisədə pul axınına nəzarət  edir və s. 

Müəssisələrdə  maliyyə  menecmentinin  idarəedən  subyektinin  idarə  etdiyi 

obyektə  isə  aiddir:  pul  axınları;  pul  ödənişləri;  maliyyə  resursları;  pul  fondları, 

maliyyə  münasibətləri;  debitor  borcları;  kreditor  borcları,  maliyyə  ehtiyatları;  borc 

vəsaiti  və sair. 

Qeyd  etmək  lazımdır  ki,  müəssisələrdə  pul  axını  (pulun  dövriyyəsi)  qapalı 

xarakter  daşıyır.  Belə  ki,  pul  axını  istehsal  və  satışın  həcmindən,  kapitaldan, 




 

24 


maliyyə  ehtiyatının  həcmindən  və  s.  asılıdır.  Sonra,  pul  axınının  həcminə  eyni 

zamanda  kreditor  və  debitor  borclarının  həcmi  də  təsir  göstərir.  Xüsusi  kapital, 

borc  kapitalı  və  s.  təsərrüfat  subyektinin  pul  axınını  mənbələrini  təşkil  edir. 

Müəssisələrdə  istehsal,  satış,  maliyyə,  investisiya  və  s.  əməliyyatlar  həyata 

keçirilir.  Deməli,  bütün  bu  istiqamətlərdə  müəssisənin  pul  axınları  hərəkət  edir. 

Təsərrüfat  subyektlərində  maliyyənin  idarə  olunan  obfekti  kimi  çıxış  edən  aktivlər 

və  maliyyə  öhdəlikləri  (passivlər)  müəssisənin  geniş  təkrar  istehsalı  prosesinə 

aiddir. 


Müəssisələrdə  cari  və  perspektiv dövrlər nəzərə alınaraq maliyyə idarə olunur. 

Belə  ki,  cari  dövr  və  perspektiv  üçün  məqsəd  və  vəzifələrin  həcmi müəyyən edilir. 

Maliyyənin  idarəolunması  ilə  əlaqədar  zaman  amili  əsas  götürüldüyünə  görə 

maliyyə  menecmenti  özü də strateji və operativ menecmentlərə  ayrılır. 

Müəssisədə  investisiyaların  idarəolunması  strateji  maliyyə  menecmentinə 

aiddir  və  onun  fəaliyyətinə  sonrakılar  daxildir;  investisiya  layihələrinin  təhlili  və 

maliyyə  təminatı;  kapital  qoyuluşu  ilə  əlaqədar  qərarların  hazırlanması;  kapitalın 

qoyuluşunun  daha  səmərəli  variantının  qəbul  edilməsi,  kapitalın  maliyyə 

təminatının  müəyyən  edilməsi  və sair. 

Təsərrüfat  subyektlərində  nağd  pul  axınının  əməli  surətdə  idarəolunması 

operativ  maliyyə  menecmentinə,  yəni  taktiki  maliyyə  menecmentinə  məxsusdur. 

Operativ 

taktiki  maliyyə  menecmenti  tərəfindən  nağd  pul  axınının 



idarəedilməsinin  məqsədi aşağıdakılar ilə  izah  olunur: 

- müəssisədə nağd pul axınının dövriyyəsinin  sürətləndirilməsi; 

- nağd pul axını hesabına aparılacaq xərclərin həcminin  azaldılması; 

- müəssisədə nağd puldan maksimum  səviyyədə səmərənin  əldə edilməsi. 

Maliyyə  menecmentinin  funksiyaları  aşağıdakı iki istiqamətdə  qruplaşdırılır: 

1-ci istiqamət:  maliyyə  menecmentinin  idarə olma sistemi kimi  funksiyaları; 

2-ci 

istiqamət: 



maliyyə 

menecmentinin 

təsərrüfat 

subyektinin 

idarəolunmasının xüsusi sahəsi kimi  funksiyaları. 

Yuxarıda  qeyd  olunan  birinci  istiqamətdə  maliyyə  menecmentinin 

funksiyalarına  müəssisənin  maliyyə  fəaliyyətinin  qiymətləndirilməsi,  səmərəli 



 

25 


məlumat 

bazasının 

təşkili; 

müəssisənin 

maliyyə 

strategiyasının 

proqnozlaşdırılması;  maliyyə  fəaliyyəti  üçün  qərarların  qəbulu  və  realizasiyası; 

maliyyə  fəaliyyəti  üçün  qəbul  olunmuş  qərarların  icrası  üzərində  nəzarətin 

aparılması daxildir. 

İkiinci  istiqamətdə,  yəni  təsərrüfatın  maliyyə  fəaliyyətinin  idarəolunmasının 

xüsusi  istiqaməti  kimi  maliyyə  menecmentinin  funksiyalarına  sonrakılar  aiddir; 

müəssisənin 

aktivlərinin 

idarəolunması; 

təsərrüfatın 

xüsusi 


kapitalının 

idarəolunması;  təsərrüfat  subyektinin  investisiyalarının  idarəolunması;  müəssisədə 

pulun  hərəkətinin  idarəolunması;  kommersiya  və  maliyyə  risklərinin  idarəolunması 

və müəssisənin  iflası ilə  əlaqədar qərarların qəbul edilməsi  və realizasiyası. 

Təsərrüfat  subyektlərində  maliyyənin  idarəolunması  xüsusi  mexanizm 

əsasında həyata keçirilir. 

Müəssisənin  maliyyə  fəaliyyətini  idarəedən  maliyyə  menecmentinin 

mexanizmi  bir  sistemdir  və  bu  sistem  bir  sıra  elementlərdən  ibarətdir  və  həmin 

elementlərin  tərkibi  aşağıdakılardan ibarətdir: 

-  təsərrüfat  subyektinin  maliyyə  fəaliyyətini  tənzimləyən  hüquqi-normativ 

baza; 

-  subyektin  maliyyə  fəaliyyətinin  tənzimləyicisi  kimi  çıxış  edən  bazar 



mexanizmi  ki,  bu  element  də  maliyyə  bazarında  formalaşır,  çünki  bazarda tələb və 

təklif  əsasında  qiymət,  faiz  dərəcəsi,  kapitalın  mənfəətliliyinin  orta  norması  və  s. 

formalaşır; 

- daxili  mexanizm  vasitəsilə  təsərrüfatın maliyyə  fəaliyyəti  tənzimlənir. 

Daxili  mexanizmə  aiddir:  müəssisənin  nizamnaməsi;  müəssisənin  maliyyə 

siyasəti;  müəssisənin  maliyyə  strategiyası; daxili  normativlər  və s. 

Müəssisədə  maliyyə  fəaliyyətini  idarə  etmək  üçün  istifadə  olunan  üsullar, 

metodlar,  vasitələr,  nəzarət,  planlaşma,  qiymətləndirmə  proseslərində  tətbiq 

olunur. Belə  metodlara daxildir: 

1. Balans metodu; 

2. İqtisadi – statistik metod; 

3. Müqayisə metodu. 




 

26 


 

 

 



 

 

 



 

 

 



Sonda  qeyd  etmək  lazımdır  ki,  müasir  dövrdə  təsərrüfat  sübyektikinin 

maliyyə  fəaliyyətinin  idarəolunması  yeddi  mərhələdən  ibarətdir  və  hər  mərhələ 

özünəməxsus məzmuna  malikdir. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə