Quliyev samir mayiS oğlu


 MALİYYƏ MENECMENTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   7   8   9   10   11   12   13   14   ...   33
Quliyev-Samir Mayis

1.2. MALİYYƏ MENECMENTİNİN TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI 

İctimai  inkişafın  müəyyən  mərhələsində  maliyyə  kimi  mürəkkəb  bir  iqtisadi 

kateqoriyanın  -  kompleks  idarəetmə  sisteminin  təşkilinə  obyektiv  zərurət  yaranır. 

Belə  zərurət  maliyyənin  mahiyyəti  və  cəmiyyətin  inkişa  həyatında  və  hər  bir 

təsərrüfat  obyektinin  fəaliyyətində  onun  mühüm  rol  oynaması  ilə  əlaqədardır. 

Maliyyə  iqtisadi  kateqoriya  kimi  maliyyə  münasibətlərini  ifadə  edir  və  bu 

münasibətlər  idarəetmənin  bütün  səviyyələrində  pul  vəsaitin  səfərbərliyə  alınması, 

xərclənməsi  və  istifadəsi  proseslərində  baş  verir.  Qeyd  etmək  lazımdır  ki, 

təsərrüfat  fəaliyyətinin  müxtəlif  sferalarına  maliyyənin  aktiv  təsiri  ancaq  maliyyə 

resurslarının  həcmindən,  onların  istiqamətlərindən,  istifadəsindən  deyil,  həmçinin 

bu  təsir  əhəmiyyətli  dərəcədə  istehsal  proseslərinin  iştirakçıları  arasında  qarşılıqlı 

maliyyə  münasibətlərinin  təşkilinin  səmərəliliyindən  də birbaşa asılıdır. 

Müasir  dövrdə  maliyyədən  səmərəli  istifadə  problemləri  xüsusi  əhəmiyyət 

kəsb  edir.  Çünki  bazar  münasibətləri  şəraitində  hər  bir  təsərrüfat  subyekti  üçün 

fəaliyyətinin  müsbət  nətigəsi,  yəni  qəbul  edilən  qərarların  əsaslandırılmış  olması 

və  hər  bir  konkret  iqtisadi  şəraitdə  onların  həyata  keçirilməsi  nəticəsində  nəzərdə 

tutulan  gəlirin  əldə  edilməsi  vacib  şərt  hesab  olunur.  Təsərrüfat  subyektinin 

fəaliyyəti  və  iqtisadiyyatın  başqa  həlqələri  ilə  qarşılıqlı  əlaqəsi  nə  qədər  mürəkkəb 

olarsa,  bu  istehsalın  idarəolunmasının  elmi  və  kompleks  idarə  edilməsi  sisteminin 

tətbiqini  zəruri  edir. 

İqtisadi  ədəbiyyatlarda  qeyd  edildiyi  kimi, idarəetmə – qoyulmuş məqsədələrə 

çatmaq  üçün  insanların  şüurlu  fəaliyyətinin  yönəldilməsi  deməkdir.  Belə  fəaliyyət 

səmərəli  üsul  və  alətlərin  seçilməsi  və  onların  hər  bir  konkret  şəraitdə  ağıllı  tətbiq 

edilməsi  ilə  həyata  keçirilir. 

İqtisadi  və  texniki  proseslərin  şüurlu  tənzimlənməsi  üçün  insanların 

fəaliyyətinin  elmi  təşkilinə  tələbat  ictimai  inkişafın  müəyyən  mərhələlərində 

yaranır.  Belə  tələbat  istehsal  proseslərinin  genişlənməsi,  elmi-texniki  tərəqqi, 

istehsal  iştirakçıları  arasında  təsərrüfat  əlaqələrinin  mürəkkəbləşməsi  və  s.  ilə 

əlaqədardır.  Qeyd  edilən  amillər  hər  bir  təsərrüfat  subyektinin  idarəolunmasına 

olan  yanaşmanın  dəyişməsini  tələb  edir.  Təsərrüfat  və  iqtisadi  proseslərində 




 

12 


insanların  ağıllı  və  məqsədyönlü  fəaliyyətinə  zərurət  çox  illər  bundan  qabaq 

yaranmışdır.  Demək  olar  ki,  nəzəri  və  praktiki  cəhətdən  onun  həyata  keçirilməsi 

təxminən  XIX  əsrin  ikinci  yarısına  təsadüf  edir.  XIX  əsrin  ikinci  yarısında  elmi-

texniki  cəhətdən  istehsalın  sürətlə  inkişafı,  müəssisə  və  banklar  arasında  qarşılıqlı 

əlaqələrin  genişlənməsi  və  sair  proseslər  baş  verir.  Belə bir şəraitdə istehsalın idarə 

olunmasının  fəaliyyətdə  olan  təşkili  sistemi  yeni  təsərrüfatçılığın  tələblərinə  uyğun 

gəlmirdi  və  nəticədə  bir  çox  firmalar  ifldasa  uğradılar,  kapitalın  hərəkətində 

çətinliklər  var  idi  və  s. Belə bir şəraitdə ilk növbədə müəssisələrdə əmək və məhsul 

istehsalı  sferalarında  idarəetmənin  səmərəli  təşkilinə  tələbat  yarandı.  Sonralar  isə 

səmərəli  idarəetmə  sisteminin  tətbiqi  müəssisələrin  fəaliyyətinin  bütün  sferalarına 

aid  edildi  və  bu  isə  təsərrüfat  subyektlərində  idarəetmənin  kompleks  sisteminin 

formalaşmasını və istifadəsini  tələb etdi. 

Cəmiyyətin  inkişaf  tarixində  təsərrüfat  subyektlərində  belə  bir  idarəetmə 

sisteminin  tətbiqi  ilk  dəfə  Fransada  irəli  sürüldü.  Belə  ki,  1888-ci  ildə  Fransada  iri 

metallurigiya  müəssisəsi  iflasa  uğrayır  və  Q.Faul  adlı  mühəndis  həmin  müəssisədə 

idarəetmə  metodlarının  dəyişdirilməsinə  dair  səmərəli  təkliflər  irəli  sürür,  yəni 

müəssisənin  idarəedlməsinin  əsaslandırılmış  qaydalarını  müəyyən  edir  və  həmin 

qaydalara  ciddi  əmək  edilməsi  tələb  olunur.  Tezliklə  həmin  müəssisə  iflas 

vəziyyətindən  çıxır  və  bazarda  onun  reytinqi  yüksəlir.  Həmin  firma  hal-hazırda  da 

fəaliyyət  göstərir. 

Həmin  mühəndisin  təkliflərində  idarəolunmanın  maliyyə  funksiyası  əsas  yer 

tuturdu.  Məqsəd  isə  kapitalın  axtarışı,  onun  dövriyyəsinin  sürətləndirilməsi  və 

səmərəli  istifadəsi  idi. 

XIX-XX  əsrlərdə  cəmiyyətdə  ictimai  inkişafın  sürətlənməsi  maliyyənin 

müəssisələrin  müxtəlif  növ  və  formalarında  idarə  edilməsinin  səmərəli  təşkilinə 

səbəb  oldu.  Bu  isə  maliyyə  resurslarının  manevr  edilməsinin  yeni  forma  və 

metodlarının  axtarılmasını  tələb  etdi.  Həmin  dövr  müxtəlif  ölkələrdə  iqtisadi 

potensialın  artımı,  kapitalın  səfrbərliyə  alınması  və  onun  iri  inhisarçıların  əlində 

mərkəzləşdirilməsi  prosesinin  sürətləndirilməsi  ilə  xarakterizə  olunurdu.  Bu  zaman 

artıq  səhmdar  cəmiyyətləri,  sığorta,  maliyyə  və  kredit  təşkilatları  və  maliyyə 




 

13 


bazarları  inkişaf  etməyə  başladı.  Belə  bir  şəraitdə  maliyyə  problemlərinin  həllinə 

mütərəqqi yanaşma ideyaları  da meydana gəldi. 

XX  əsrin 30-cu illərində dünya miqyasında baş verən böhran bir çox ölkələrin 

təsərrüfat  subyektlərində  çətinliklər  yaratdı:  istehsalın  tempi  aşağı  düşdü,  iflas  baş 

verdi.  Böhran  xüsusilə  kiçik  və  orta,  hətta  iri  müəssisələrdə  ağır  maliyyə  vəziyyəti 

yaratdı.  Bu  zaman  birinci  vəzifə  dünya  miqyasında  güclənən  rəqabət  şəraitində 

müəssisələrin  “yaşaya”  bilməsi  probleminin  həlli  idi.  Bir  çox  vəzifələr  maliyyə 

resurslarından  əməli  istifadə  etmək,  onun  həcmini  optimallaşdırma,  xərclərin, 

kapitalın  və  əmlakın  quruluşu  və  s.  ağıllı  idarəolunması  yolu  ilə  həll  edilirdi. 

Beləliklə,  belə  bir  şəraitdə  mikrosəviyyədə  maliyyə  proseslərinin  və  risklərin  ağıllı 

idarəolunmasına  obyektiv  zərurət  yarandı.  Mülkiyyətçilərin,  müəssisə  kollektivinin 

səhmdarların  və  onların  tərəfdaşlarının  iqtisadi  mənafelərinin  təmin  olunması 

maliyyə  resurslarından səmərəli  istifadəni  tələb edirdi. 

XX  əsrin  40-cı  illərində  və  sonrakı  dövrlərdə  inkişaf  etmiş  ölkələrdə 

təsərrüfatın  yüksəlişi  maliyyənin  idarəolunmasının  elmi  cəhətdən  əsaslandırılmış 

sisteminin  formalaşmasına  əsaslar  yaratdı.  Belə  əsaslara  təsərrüfatlarda  maliyyə 

əməliyyatlarının  genişlənməsini,  yeni  maliyyə  institutlarının  yaranmasını,  uçot  və 

hesabatların  təkmilləşdirilməsini,  hesablaşmaların  yeni  formalarının  tətbiqini  və  s. 

göstərmək  olar.  Bütün  qeyd  olunanlar  iqtisadiyyatda  pulun  rolunu yüksəltdi. Bütün 

bunlar  mikro  səviyyədə  maliyyənin  idarə  olunmasının  səmərəli  sisteminin  –  yəni 

maliyyə  menecmentinin  təşkili  vacib  əhəmiyyət  kəsb  etdi.  Maliyyə  menecmenti 

əvvəlcə  iri  müəssisələrdə,  şirkətlərdə,  sonralar  isə  bazar  iqtisadiyyatı  ölkələrində 

bütün təsərrüfat subyektlərində  təşkil  olundu. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə