Quliyev samir mayiS oğlu



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə10/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   6   7   8   9   10   11   12   13   ...   33
Quliyev-Samir Mayis



FƏSİL

.

 

MALİYYƏ 

MENECMENTİNİN 

MAHİYYƏTİ, 

TƏŞƏKKÜLÜ VƏ KONSEPSİYALARI 

1.1.

 

Maliyyə menecmentinin metodoloji əsasları və konsepsiyaları 

 

Maliyyə  menecmentinin  meteodoloji  əsaslarını  menecmentin  ənənəvi  elmi 



məktəbləri;  klassik  menecment,  (məsələn  F.Teylor,  Q.Ford)  əmək  bölgüsü 

əsasında  əməyin  elmi  təşkili,  xüsusi  texnika  və  texnolojiyanın  tətbiqi  istiqamətində 

sənaye  mühəndisliyi;  menecmentdə  yeni  elmi  məktəblər  (konsepsiyalar,  sistem 

nəzəriyyələri  və s.) təşkil edir. 

Maliyyə 

menecmenti 

elminin  metodoloji  əsaslarının  işlənilməsində 

Azərbaycan  Respublikasının  istisadçı  alimlərinin  də  böyük  rolu  olmuşdur. 

Məsələn,  professor  T.Ə.Quliyev,  professor  T.Ə.Hüseynov,  professor,  i.e.d., 

A.Abbasov və s. 

Maliyyə  menecmentinin  metodoloji  əsaslarında  eyni  zamanda  rus  elmi 

məktəbi  də  böyük  rola  malikdir.  Xüsusilə rus məktəbi bazar iqtisadiyyatı şəraitində 

maliyyə  menecmenti  sahəsində  bir  sıra  fikirlər  irəli  sürmüşdür.  Maliyyə  və  maliyyə 

menecmenti 

haqqında 

fikirlər 

L.A.Drobozinanın, 

A.M.Kovalevun, 

V.M.Rodionovnanın,  M.B.Romanovskinin,  Q.B.Polyakın,  D.M.Molyakovun, 

V.S.Karelinin  və başqalarının elmi-metodik  işlərində  izah  edilir. 

Müasir  dövrdə  maliyyə  menecmentinin  müasir  konsepsiyaları  da  var  və 

həmin  konsepsiyalara  antiböhran  idarəetmə  konsepsiyası,  elmi  idarəetmə 

konsepsiyası,  idarəetmənin  marketinq  konsepsiyası,  idarəetmənin  qlobal 

strategiyası  konsepsiyası,  bazar  mexanizmləri  ilə  idarəetmə  konsepsiyası  və  s 

daxildir. 

Maliyyə  menecmenti  bir  elm  kimi  bir  sıra  fundamental  konsepsiyalara 

əsaslanır.  Bu  konsepsiyalar  müasir  maliyyə  nəzəriyyələri  əsasında  işlənilmişdir  və 

bu  istiqamətdə  tendensiyaların  mahiyyətini  baş  düşmək  üçün  metodoloji  əsası 

təşkil  edir  və  bu  tendensiyalar  maliyyə  bazarlarında  var.  Konsepsiya  (latın  sözü 

olub  başa  düşmə  sistem  deməkdir)  başa  düşmənin  müəyyən  üsuludur,  hər  hansı 

mənanın  izahıdır.  Konsepsiyalara  daxildir:  pul  axını;  pul  resurslarının  müvəqqəti 



 

qiymətliləri;  risk  ilə  gəlirin  arasında  kompromis.  Kapitalın  dəyəri;  kapital  bazarının 



effektivliyi  və  sair  pul  axını  konsepsiyası» - müəssisəyə pul vəsaitinin daxil olması 

və  çıxması  prosesləri  arası  kəsilmədən  davam  edir  Bu  konsepsiyanın  mahiyyətinə 

görə  hər bir maliyyə əməliyyatının əsasını pul axını, yəni geniş mənada pulun daxil 

olması  və  müxtəlif  vaxtlarda  xərclənməsi  təşkil  edir.  Pul  axınının  elementləri  kimi 

çıxış  edir:  pul  daxil  olmaları;  gəlir;  xərc,  mənfəət;  ödəmələr  və  s.  Bu  zaman  çox 

hallarda  söhbət  gözləniləcək  pul  axınından gedir. Ancaq belə axınlar üçün müxtəlif 

metod  və  üsullar  işlənilmişdir  ki,  bu  da  maliyyə  xarakterli  əsaslı  qərarların  qəbul 

edilməsinə  imkan  verir. 

«Müvəqqəti  qiymətlər»  konsepsiyasının  mahiyyəti  ondan  ibarətdir  ki,  bu  gün 

mövcud  olan  pul  vahidi  ilə  müəyyən  müddətdən  sonra  almaq  üçün  gözlənilən  pul 

vahidi,  eyni  qiymətə  malik  deyillər.  Bu  fərqin  yaranması  üç  əsas  səbəb  ilə 

əlaqədardır:  inflyasiya,  pulun  dövriyyəsi,  gözləniləcək  məbləğin  alınmamasının 

səbəbi  –  risk.  Bu  üç  göstəricinin  (səbəblərin)  fəaliyyəti,  yəni  təsiri  məlumdur.  Belə 

ki,  inflyasiya  nəticəsində  pul  qiymətdən  düşür,  yəni  müəssisəyə  gec  daxil  olan  pul 

vahidi  qiymətdən  düşür,  o  aşağı  alıcılıq  qabiliyyətinə  malik  olur.  Bildiyimiz  kimi, 

iqtisadiyyatda  risksiz  maliyyə  əməliyyatı  yoxdur,  həmişə  hər  hansı  bir  səbəbdən 

alınacaq  pulun  alınmamaq  ehtimalı  var.  Lakin  gələcəkdə  alınacaq  pulla 

müqayisədə  müəssisədə  mövcud  olan  pul  vəsaitinin  dövriyyəyə  buraxılması 

nəticəsində  əlavə  gəlir  əldə etmək  olar. 

«Risk  ilə  gəlirin  arasındakı  kompromis»  konsepsiyasının  mahiyyəti  – 

biznesdə  hər  hansı  bir  gəlirin  alınması  risk  ilə  müşayiət  olunur  və  risk  ilə  gəlirin 

arasında  əlaqə  mütənasibdir,  yəni  gözləniləcək  gəlir  nə  qədər  böyükdürsə 

(kapiatala  qoyuluşundan  əldə  ediləcək  gəlir)  o  zaman  riskin  dərəcəsi  də  böyük 

olacaq və əksinə. 

Bir  çox  maliyyə  əməliyyatları  bir  neçə  maliyyələşmə  mənbələrinə  malikdir. 

«Kapitalın  dəyəri»  konsepsiyasının  mahiyyəti  ondan  ibarətdir  ki,  maliyyələşmənin 

pulsuz  mənbələri  yoxdur.  Başqa  sözlə,  hər  bir  maliyyələşmə  mənbəyi  nisbi  xərclər 

növündə  öz  dəyərinə  malikdir  və  şirkət  həmin  mənbədən  istifadəyə  görə  ödəmə 

verməlidir;  ikinci,  müxtəlif  mənbələrin  dəyərinin  əhəmiyyəti  prinsipcə  sərbəst 



 

deyil.  Bu  və  ya  qərarın  qəbulunun  məqsədəuyğunğuluğunu  təhlil  edən  zaman 



mütləq  bu xarakteristikanı  nəzərə almalıdır. 

Bazar  münasibətləri  şəraitində  bir  çox  şirkətlər  kapital  bazarları  ilə 

əlaqədardırlar  və  onlar  həmin  bazarlarda  maliyyələşmənin  əlavə  mənbələrini  tapa 

bilirlər.  Şirkətlər  bu  zaman  öz  ödəməqabiliyyətini  saxlamaq  üçün  investisiya 

portfelini  formalaşdıra  bilərlər.  Beləliklə,  qərarın  qəbul  edilməsi  və  kapital 

bazarındakı  fəaliyyət  demək  olar  ki,  əməliyyatların  aktivliyinə  bərabərdir  və  bütün 

bunlar «Bazarın effektivliyi»  konsepsiyası ilə əlaqədardır. 

«Bazarın  effektivliyi»  konsepsiyasının  mahiyyəti  sonrakı  kimi  izah  olunur: 

Bazarın  yüksək  səviyyədə  məlumata  malik  olması  və  bazar  iştirakçılarının  həmin 

məlumatları  ala bilmək  imkanına  malik  olmaları. 

Bazarın fefektivliyinin  üç formasını göstərmək olar: 

- zəif  bazar; 

- orta səviyyədə olan bazar; 

- güclü bazar. 

Effektivliyin  zəif  forması  şəraitində  səhmlərin  cari  qiymətləri  əvvəlki 

dövrlərin  qiymətlərinin  dinamikasını  əks etdirir. 

Orta  səviyyədə  effektivlik  şəraitində  cari  qiymətlər  ancaq  keçmişdə  olan 

qiymətlərin  dəyişilməsini  deyil,  həm  də  mövcud  vəziyyəti  də  əks  etdirir  və  həmin 

məlumatlar  bütün bazar iştirakçılarına  məxsusdur. 

Güclü  effektivlik  formasında  isə  cari  qiymətlərin  məlumatları  bazar 

iştirakçıları  üçün məhdudlaşdırılır. 

«Simmetrik  olmayan  məlumatlar»  konsepsiyası  «kapital  bazarının 

effektivlik»  konsepsiyası  ilə  sıx  əlaqədadır.  Bu  konsepsiyanın  mahiyyəti  ondan 

ibarətdir  ki,  ayrı-ayrı  insanlar  elə  məlumatlara  malik  olarlar  ki,  bu  məlumatlar 

kapital  bazarının  bütün  iştirakçılarına  məlum deyil. Ancaq bu konsepsiyaya əsasən 

hər  bir  bazar  iştirakçısı  elə  bilir  ki,  onun  malik olduğu məlumatı onun rəqibi bilmir 

və ona görə də o daha effektli  qərar qəbul edə bilər. 

«Agent  münasibətləri»  konsepsiyası.  Bu  konsepsiyanın  mahiyyətinə  görə 

bazar  iqtisadiyyatı  şəraitində  sahibkarın  funksiyası  ilə  müəssisənin  cari  idarəetmə 



 

10 


funksiyası  arasında  əlaqə  çox  az  olur  və  bu  zaman  sahibkarın  mənafeyi  ilə 

idarəedən  heyət  arasında  ziddiyyətlər  yaranır.  Ona  görə  də,  sahibkar  agent 

xərclərini  maliyyələşdirməyə  məcbur  olur  və  «Buraxılmış  imkanların  xərcləri» 

(alternativ  xərclər)  konsepsiyasının  mahiyyəti  ondan  ibarətdir  ki,  maliyyə 

xarakterli  hər  hansı  bir  qərarların  qəbul  edilməsi  çox  hallarda  müəyyən  həcmdə 

gəlir  gətirə  bilən  alternativ  variantdan  imtina  ilə  əlaqədardır.  İmkan  dairəsində 

alternativ  xərcləri  qərar qəbul edilən  zaman  mütləq nəzərə  almaq lazımdır.   

 

 



 


 

11 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə