Quliyev samir mayiS oğlu


 MALİYYƏ MENECMENTİNİN MAHİYYƏTİ, FUNKSİYALARI VƏ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə13/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Quliyev-Samir Mayis

1.3. MALİYYƏ MENECMENTİNİN MAHİYYƏTİ, FUNKSİYALARI VƏ 

MƏQSƏDİ 

Maliyyə  menecmenti  –  təsərrüfat  subyektlərinin  maliyyə  fəaliyyətinin 

maliyyələşdirmə  proseslərinin  səmərəli  idarəolunması  sistemidir. 

Maliyyə  menecmenti  –  maliyyə  resurslarının  cəlb  edilməsi  və  istifadəsi  ilə 

əlaqədar baş verən maliyyə  münasibətləri  sistemini  ifadə edir. 

Maliyyə  menecmenti  –  müəssisənin  idarəolunmasının  ümumi  sisteminin  bir 

hissəsidir  və  ona  görə  də  onun  tərkibinə  daxildir.  Menecment  təsərrüfat 

subyektlərinin  maliyyə  fəaliyyətini  idarə edir. 

Beləliklə,  idarəetmə,  insanların  şüurlu  şəkildə  ətraf  mühitə  canlı  və  cansız 

məbitə,  texnika  və  texnologiyaya,  istehsal  heyətinə  təsir  etməklə  hadisə  və 

prosesləri  öz  axarına  yönəltmək  yolu  ilə  zəruri  olan,  ehtiyac  duyulan nəticələrə nail 

olmaqdır.

1

 

İdarəetmə  sistemi  iki  yarımsistemdən,  yəni  idarəolunan  obyektdən  və 



idarəedən subyektdən ibarətdir. 

Menecmentə  daxil  olan  idarəedən  subyekt  təsərrüfat  subyektində  maliyyə 

resurslarını,  pul  axınlarını  və  s.  idarə  edir.  Pul  vəsaiti,  gəlir,  xərc  və  s.  isə 

müəssisədə idarə olunan obyektə daxildir. 

Maliyyə  menecmenti  müəssisənin  balansını optimal edən bir sistemdir. 

Maliyyə  menecmenti  sistemi  idarəetmənin  üsullarının  metodlarının  və  s. 

məcmusunu ifarə  edir. 

Bəzi  iqtisadisadçılar  «menecment»  dedikdə,  aşağıdakıları  nəzərdə  tutur:  a) 

sahibkarlıq  fəaliyyətinin  təşkili;  b)  firmanın  iqtisadi  strategiyasının  hazırlanması; 

b) idarəetmənin  təşkili.

2

 

 Strategiya



  –  kifayət  qədər  uzun  müddət  üçün  müəyyən  edilmiş,  rəqabət 

üstünlüklərinin  və  səmərəliliyin  artırılması  əsasında  stabil  iqtisadi  göstəricilərə  və 

                                                                 

1

  



Firmanın  iqtisadiyyatı. Bakı  2009.  Telman  Hüseynov, səh.235. 

2

 



Menecmentin (idarəetmənin)  əsasları. Bakı.  2001.  T.Ə.Quliyev.  səh.5 


 

18 


bu  göstəricilərin  artımına  nail  olmağa  imkan  verən  istiqamətlərin,  fəaliyyət 

qaydaları və normalarının  məcmusudur.

1

 

 Maliyyə  menecmentində  qəbul  olunan  qərarlar  real,  aydın və çevik olmalıdır. 



Beləliklə,  idarəetmə  sistemində  qəbul  edilən  qərarlar  məqsədəuyğun  olmalı, 

kəmiyyət  və  keyfiyyət  müəyyən  göstəricilərlə  ifadə  edilməli,  optimal  variant  qərar 

qəbul edilməlidir. 

Maliyyə  menecmenti  sistemində  idarəedən  subyektin  ən  mühüm  vəzifəsi 

qərarları vaxtında hazırlamaq  və icra etməkdən  ibarətdir. 

İdarəetməninin  funksiyalarına  görə  qərarlar  aşağıdakı  istiaqmətlərdə  qəbul 

edilir: 

- planlaşma; 

- təşkiletmə; 

- motivləşdirmə; 

- uçot, nəzarət və s. 

Funksional  məzmununa  görə isə qərarların istiqamətlərinə  aiddir: 

- maliyyə; 

- vergi; 

- istehsal; 

- kommersiya  və sair. 

Lakin  vəzifələrin  həlli  xarakterinə  görə,  qərarlar  ayrılır;  operativ  və  strateji. 

İdarəetmə  qərarları  da  informasiyalar  kimi  keyfiyyətli  olmalıdır.  Bu  məqsədlə 

idarəetmə  qərarlarına  qarşı əsas, ümdə tələblər qoyulur. Belə ki, onların: 

1.  məqsədli  meylə,  istiqamətə  malik  olması;  2.  Sistemli,  kompleksi 

əsaslandırılması;  3.  İyerarxiyalı  qaydada  subordinasiya  olunması;  4.  Konkret 

ünvanlı  olması; 5. Direktivliyi;  6. Müvafiq  resurslarla  təminatı.

2

 

Təsərrüfat  subyektlərində  maliyyə  fəaliyyətinin  praktiki  sferası  kimi  maliyyə 



menecmenti  bir neçə iri  sahələrə  ayrılır: 

                                                                 

1

 

Firmanın  iqtisadiyyatı. Bakı.  2009.  Telman  Hüseynov. Səh.237. 



2

 

Menecmentin (idarəetmənin)  əsasları. Bakı  2001.  T.Ə.Quliyev.  səh.215 




 

19 


-  ümumi  maliyyə  təhlili  və  planlaşdırma.  Belə  ki,  təhlil  və  planlaşdırma 

nəticəsində  müəssisədə ümumi  maliyyə  strategiyası formalaşdırırlır; 

-  investisiya  fəaliyyətinin  idarəolunması,  yəni  geniş  mənada  real  aktivlərə  və 

maliyyə  aktivlərinə  investisiyalar; 

-  maliyyə  resurslarının  mənbələrinin  idarəolunması.  Məqsəd,  müəssisənin 

maliyyə  sabitliyinin  təmin  edilməsidir; 

-  pul  vəsaitinin  cari  idarəolunması.  Bura  daxildir;  müəssisənin  cari 

fəaliyyətinin  maliyyələşdirilməsi  və pul axının təşkili. 

Pul  axınının  idarəolunması  müəssisənin  ödəməqabiliyyətini  və  cari 

ödəmələrinin  ritmikliyini  nəzərdə tutur. 

-  müəssisənin  orta  hesabla  rentabelliyini  təmin  edən  maliyyə  fəaliyyətinin 

idarə olunması; 

-  təsərrüfat  subyektlərinin  maliyyə  fəaliyyətinin  idarəolunmasının  (təşkilinin) 

məqsədinin  müəyyən  olunması prosesini maliyyə  menecmenti  müəyyən  edir. 

Müəssisə  və  təşkilatlarda  maliyyə  menecmenti  subyektin  inkişafına  dair 

taktika  və strategiyasını hazırlayır. 

Qarşıya qoyulmuş məqsədi əldə etmək üçün götürülmüuş istiqamət və istifadə 

edilən  vasitələr  – maliyyə  menecmentinin  strategiyasının məzmunu  ifadə edir. 

Strategiya  isə  müəssisədə  qarşıya  qoyulan  məsələlərin  icrası  variantlarına 

bütün imkanların  yönəldilməsini  nəzərdə tutur. 

Təsərrüfat  subyektlərində  proqnozlaşdırılan  məqsədlərə  nail  olduqdan  sonra, 

yeni  strategiyaların  hazırlanması işinə  başlanılır. 

Konkret  müəyyən  olunmuş  dövr  üçün  nəzərdə  tutulan  məqsədə  çatmaq  üçün 

qəbul edilmiş  istiqamət  isə taktikanın  məzmununu  ifadə edir. 

Yuxarıda  qeyd  olunan  funksiyalar  müəssisənin  maliyyə  menecmentinin  baş 

istiqamət  üzrə  monitorinq  apardığını  sübut  edir.  Həqiqətən,  hər  bir  müəssisədə 

müntəzəm  olaraq  maliyyə  planı  və  illik  hesabat  tərtib  olunur;  balansın  aktivi 

investisiya  xarakterli  qərarları  əsaslandırmağa  imkan  verir;  balansın  passivi  isə 

maliyyələşmə  mənbələrinin  vəziyyətini  qiymətləndirir;  mənfəət  və  zərər  haqqında 

hesabat  müəssisənin  mənfəətliyi  haqqında  məlumat  verir;  pul  vəsaiti  büdcəsi,  uçot 




 

20 


və  hesabat  haqqında  məlumatlar  və  pul  vəsaitinin  hərəkəti  haqqında  hesabat-

analitik  qiymətləndirmədir  və  ödəmə  hesablaşmaların  vəziyyətinə  nəzarət 

aparmağa şərait yaradır. 

Beləliklə,  məzmununa  görə  maliyyə  menecmenti  kapital  və  maliyyə 

resurslarının  hərəkətinə  təsir  göstərmək  üçün  müəyyən  qərarlar  hazırlayır.  Məqsəd 

kapital  və maliyyə  resurslarının hərəkətinin  effektivliyini  təmin  etməkdir. 

Maliyyə  menecmenti  –  maliyyə  bazarının  özünəməxsus  üsulları  ilə  yəni 

maliyyə  aktivlərinin  (səhm,  istiqraz  və  s.)  idarə  olunması  ilə  əlaqədardır.  Bununla 

əlaqədar  olaraq,  maliyyə  menecmentinə  bir  idarəetmə  kompleksi  kimi  yanaşmaq 

olar.  Belə  mürəkkəb  idarəetmə  kompleksinə  sonrakılar  daxildir;  valyuta 

əməliyyatlarını  idarəedən  menecment;  səhm,  istirraz  və  s.  qiymətli  kağızları 

idarəedən  menecment;  banklarda  qısa  və  uzunmüddətli  kredit  əməliyyatlarını 

həyata  keçirən  menecment;  təsərrüfat  subyektlərində  riskləri  idarəedən 

menecment;  daşınmaz əmlakı idarəedən menecment  və s. 

Maliyyə  menecmentində  idarəetmə  obyekti  kimi  müəssisənin  pul  dövriyyəsi 

çıxış  edir.  Pul  dövriyyəsi  pul ödəmələri və daxil olmalardan (bankdakı hesablaşma 

və  başqa  hesablar)  ibarətdir.  Pul  dövriyyəsini  idarəetmək  –  onun  yaxın  vaxtda  və 

perspektivdə  mümkün  vəziyyətini  görə  bilmək,  pulun  həcmini,  daxil  olma  və 

xərclənmənin  intensivliyini  müəyyən  edə bilmək  bacarığıdır. 

Müəssisədə  pulun  gözlənilən  həcmi  və  onun  dövriyyəsinin  intensivliyini 

müəyyən  etmək  üçün  pul  dövriyyəsinin  mövcud  olan  bütün  tərəflərini  və  şəraiti 

təhlil  etmək  zəruridir.  Mütləq  kapitalın  dövretmə  prosesi  maliyyə  resurslarının 

hərəkəti  və müəssisənin  bütün maliyyə  münasibətləri  qiymətləndirilməlidir. 

Maliyyə  menecmentinin  obyektinin  və  subyektinin  funksiyaları  fəaliyyət 

göstərir. İdarəetmə  obyektinin  funksiyalarına  daxildir: 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə