Quliyev samir mayiS oğlu


II FƏSİL. MALİYYƏ MENECMENTİNİN ƏSAS ALƏTLƏRİ



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
Quliyev-Samir Mayis

II FƏSİL. MALİYYƏ MENECMENTİNİN ƏSAS ALƏTLƏRİ 

2.1. Müəssisənin maliyyə fəaliyyətinin idarəolunmasında pulun rolu 

 

Müasir  dövrdə  maliyyə  menecmentinin  həlledici  alətləri  olan  pul  və  maliyyə 



risklərinə,  onların  formalarına  və  səmərəli  idarəolunması  üsullarına  həlledici 

səviyyədə fikir  verilir. 

Müəssisələrdə  təsərrüfat  proseslərinin  vacib  kateqoriyalarının  formaları  və 

həmin  proseslərin idarəolunmasının həlledici  alətləri  kimi  pul və risk çıxış edir. 

Pul  çox  geniş  və  mürəkkəb  məfhumdur.  Ona  görə  də,  pul  anlayışını  tam  və 

hərtərəfli  açıqlamaq  çox  çətindir.  Bu  hər  şeydən  əvvəl  pulun  mahiyyəti  haqqında 

vahid  yanaşmanın  olmaması  ilə  əlaqədardır.  Bizim  fikrimizcə,  pul  bütün  əmtəə  və 

xidmətlərin  ödənişi  və  onların  dəyərinin  ölçülməsi  üçün  sözsüz  və  azad  qəbul 

edilən  iqtisadi  nemətdir.  Bu  müəyyənldəşdirmə  pul  anlayışına  təkcə  bizim  hər  gün 

istifadə  etdiyimiz  kağız  kupyuru  və  moneti  deyil,  həm  də  onun  bütün  başqa 

formalarını ilk  növbədə nağdsız daxil etməyə imkan  verir.

1

 



Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələrdə  hər  hansı  bir  istehsal  və  maliyyə 

qərarlarının  qəbul olunmasında və əsaslandırılmasında istər pulun, istərsə də riskin 

rolu  və  əhəmiyyəti  durmadan  yüksəlir.  Müasir  dövrdə  təsərrüfat  subyektlərinin 

fəaliyyətində  pulun  və  riskin  rolunun  yüksəlməsi  bazar  münasibətlərinin 

xüsusiyyətləri  və  bu  iqtisadi  kateqoriyaların  xarakteri  ilə  əsaslanır,  çünki  onlar 

iqtisadi  proseslərə köklü surətdə təsir etmək qüvvəsinə malikdirlər. 

Müəssisələrdə,  onların  normal  fəaliyyəti  və  təşkil  üçün  zəruri  olan  ilkin 

kapitalın  (nizamnamə  fondu) əsas formalaşma mənbəi  kimi  pul çıxış edir. 

Pul  müəssisənin  fəaliyyətinin  bütün  istiqamətlərini  əhatə  edir,  o  əlavə  gəlir 

gətirə  bilər  və  ya  itkiyə  səbəb  olar.  Belə  fövqəladə  imkanlara  pul  özünün 

funksiyaları  nəticəsində  malikdir.  Məlumdur  ki,  pul  ümumi  ekvivalent,  dəyər 

ölçüsü, ödəmə, tədavül, dünya pulu və yığım vasitəsi kimi  çıxış edir. 

                                                                 

1

 



Maliyyə biznesi. Bakı.  2014.  A.B.Abbasov, S.A.Abbasov. səh.34 


 

34 


Pulun  dəyər  ölçüsü  funksiyasından  müəssisənin  istehsal-maliyyə  fəaliyyətində 

hər  bir  təsərrüfat  və  maliyyə  əməliyyatlarının  nəticələrinin  müqasiysə  edilməsində 

alət  kimi  istifadə edilir. 

Təsərrüfat  subyektlərində  istehsal  olunmuş  və  satış  üçün  hazırlanmış  məhsul 

üçün  pul  daxil  olmaları,  həmin  məhsulun  istehsalı  və  satışı  ilə  əlaqədar  xərclər  isə 

pul  xərcləri  ilə  ifadə  olunur.  Müəssisənin  fəaliyyətinin  son  nəticəsi,  yəni  mənfəət 

və  ya  zərərlər  pul  vasitəsi  ilə  ölçüçülür.  Pul  vahidində  ifadə  olunan  dəyər 

ölçüsünün  mövcudluğu  müəssisənin  gəlirlərinin  və  xərclərinin  hesablanmasına 

dəyər  kateqoriyalarında  nəzərdə  tutulan  məqsədlərə  çatmaq  üçün  qərarların 

optimal  variantlarını  seçib müqayisələr  aparılmasına real imkan  verir. 

Bazar  iqtisadiyyatı  şəraitində  məhsul  istehsalı  və  ya  fəaliyyətin  başqa 

növlərinə  material  qiymətlilərinin  alınması  üçün  pul  əsas  mənbəi  təşkil  edir.  Pul 

müəssisənin  işçiləri,  tərəfdaşları,  dövlət,  bank  və  s.  subyektlərlə  maliyyə 

öhdəliklərinin  yerinə  yetirilməsində  də  iştirak  edir.  Müəssisənin  bütün  xərclərinin 

ödənilməsi  və  vaxtında  ödəmələrin  həyata  keçirilməsi  üçün  pul  daxil  olmaları tələb 

olunur.  Həmin  pul  daxil  olmaların  həcmi  xərclərin  həcminə  və  ödənilmə  vaxtına 

cavab  verməlidir.  Ona  görə  də,  müəssisənin  maliyyə  fəaliyyəti  idarə  olunan  zaman 

pul  daxil  olmalarına,  gəlirlərin  xərclərlə  vaxtına  görə  balanslaşdırılmasına, 

balansın  ilkvidliyinə,  təsərrüfatın  ödəməqabiliyyətinə  xüsusi  fikir  verilir.  Bu 

məqsədlə  müəssisədə  maliyyə  xidməti  tərəfində  «ödəmə  təqvimi»  tərtib  edilir, 

balansın  likvidliyi  müəyyən  olunur.  Müəssisələrdə  balansın  likvidliyi  onun 

aktivləri  və  maliyyə  öhdəlikləri  göstəriciləri  əsasında  müəyyən  olunur.  Belə  ki, 

balansın  likvidliyi  müəssisənin  aktivləri  hesabına  borclarının  ödənilməsini  ifadə 

edir.  Bu  zaman  mütləq  müəssisənin  aktivlərinin  pula  çevrilməsi  vaxtı  onun 

öhdəliklərinin  silinmə  vaxtına uyğun gəlməlidir. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  müəssisədə  gəlirlər  hesabına  xərclərin 

balanslaşdırılması  üçün  «ödəmə  təqvimi»  tərtib  olunur.  Ödəmələrin  təqvimi 

müəssisənin  pul  axını  haqqında  real  məlumatlar  əsasında  tərtib  olunur.  Pul  axını 

haqqında  məlumat  bazasını  vəsaitin  daxil  olması  və  ödəmələrin  məbləği  və  vaxtı 

haqqında sənəd əsasında məlumatlar təşkil  edir. Həmin  sənədlərə daxildir: 




 

35 


- alıcılırla bağlanmış müqavilə; 

- məhsulun  alqı-satşı aktı;  

- məhsulun  ödənilməsi  üçün hesab sənədi; 

- ödəmə tapşırığı; 

- malın göndərilməsi  təqvimi; 

- qiymətin  razılaşdırılması haqqında sənəd; 

- əmək haqqının ödənilməsi vaxtı; 

- debitor və kreditorlarla  hesablaşmaların  vəziyyəti; 

- sair sənədlər. 

Hər  bir  ödəmə  və  vəsaitin  daxil  olmasının  konkret  məlumat  əlaməti  (məbləğ 

və  müddət)  və  sənədli  mənbəi  var.  Əgər müəssisənin maliyyə meneceri pul axınını 

səmərəli  idarə  etmək  istəyərsə,  o  zaman  o  planlaşdırılan  daxil olmalar və ödəmələr 

haqqında  məlumata  malik  olmalıdır.  Pul  axını  haqqında  dəqiq  məlumatlar 

müəssisədə  «ödəmə  təqviminin»  əsaslandırılmış  tərtibi  üçün  zəruridir.  Ödəmə 

təqviminin  gəlirlər  hissəsi  ilin  əvvəlinə  vəsait  qalığını  (hesablaşma  hesabı,  valyuta 

hesabı, kassa), satışdan əldə edilən gəliri, debitor borcunun silinməsini və sair daxil 

olmaları  əks  etdirir.  «Ödəmə  təqvimi»nin  ikinci  bölməsində  (xərc  hissəsi)  isə 

irəlidə  olan  xərclər  və  köçürmələr,  kreditin  verilməsi,  kreditor  borcunun  silinməsi 

və  s.  xərclər  göstərilir.  Hər  iki  bölmənin  balanslaşdırılması  mütləq  zəruridir  və 

yaxud  məqsədəuyğundur  ki,  gəlirlər  xərclərdən  artıq  olsun  və  ya  əksinə  də  ola 

bilər. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə