Quliyev samir mayiS oğlu


Kapitallaşmanın faizinin müəyyən edilməsi



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   15   16   17   18   19   20   21   22   ...   33
Quliyev-Samir Mayis

Kapitallaşmanın faizinin müəyyən edilməsi 

 

İLLƏR 

ƏMSALLAR

 

16% stavkada 



18% stavkada 

Birinci 


1,16000 

1,18000 


İkinci 

1,34500 


1,39200 

Üçüncü 


1,56090 

1,64303 


Dördüncü 

1,81064 


1,93878 

Beşinci 


2,10034 

2,28776 


 

Əgər  müəssisədə  kapitalın  məbləği  200000  manatdırsa  və  həmin  kapital 

depozitə  5  ilə  müəyyən  olunmuş  16% stavka ilə qoyulmuşdursa, o zaman kapitalın 

gələcək  dəyəri 430068  manat (200000.2,10034)  olacaqdır. 




 

41 


Təsərrüfat  subyektlərində  maliyyə  meneceri  əsaslandırılmış  optimal  layihənin 

seçilməsi  əsasında  kapitalın  gələcək  dəyərini  müəyyən  etməlidir.  Bu  layihə 

investisiyanın  səmərəli  maliyyələşmə  mənbələrinin  seçilməsi  imkanı  ilə  əlaqədar 

olmalıdır. 

Əgər  müəssisədə  cari  xərcləri  gələcəkdə  daxil  olacaq  pul  daxil  olmaları  ilə 

müqaüisə  etmək  zəruri  olarsa  və  həqiqi  səmərəni  müəyyən  etmək  lazımdırsa,  o 

zaman  aktual  (cari)  dəyər  kateqoriyasından  istifadə  etmək  lazımdır.  Belə  ki,  vaxt 

uzandıqca  aktivlərin  istifadəsi  nəticəsində  pulun  dəyəri  aşağı  düşəcək.  Gələcək 

daxil  olmaların  aktual  (cari)  dəyərinin  hesabalanması  –  kapitallaşma  fəaliyyətinin 

əksini  göstərir, yəni bu 



diskontlaşma 

deməkdir. 

Pulun  aktual  (cari)  dəyəri  kapitalın  həcmindən,  illərin  sayından  və  diskont 

stavkadan  asılıdır.  Belə  ki,  sabit  faiz  stavkasında  gələcək  pulların  aktual  (cari) 

dəyəri  uyğun  layihələrinin  realizasiyasının  uzanması  nəticəsində  aşağı  düşəcək. 

Başqa  sözlə,  gələcək  gəlirlərin  daxil  olması  vaxtı  uzandıqca,  o  zaman  bu  gün 

onların  real  (cari)  dəyəri  az  olacaq.  Lakin  diskont  stavka  artdıqca,  gözləmə 

vaxtından  asılı  olmayaraq  gələcək  pul  daxil  olmalarının  cari  dəyərinin  həcmi  də 

azalacaq. 

Perspektivdə  nəzərdə  tutulan  pul  axınlarının  aktual  dəyərinin  hesablama 

metodikasını  sadələşdirmək  üçün  diskontlaşmanın  xüsusi  cədvəllərindən  istifadə 

etmək  olar.  Onlar  kapitalın  hər  vahidinə  görə  nəzərdə  tutulub.  Uyğun  vaxt  dövrü 

və  diskont  stavka  əsasında  konkret  əmsal  təklif  olunur.  Həmin  əmsalı  səhm, 

depozit  və  başqa  investisiyalara  qoyulan  kapitalın  məbləğinə  vurmaqla,  bu 

qoyuluşlar  nəticəsnidə  gələcəkdə  alınacaq  gəlirlərin  real  (aktual)  dəəyərini 

qiymətləndirmək  mümkündür. 

Gələcək  daxil  olmaların  kapitallaşma  əmsallardan  fərqli  olaraq,  bu  əmsallar 

həmişə  vahiddən (birdən) az olur. 

Müəssisənin  maliyyə  menecerinin  fəaliyyətində  aktual  dəyər  kateqoriyası 

vacib  yer  tutur.  Ona  görə  ki,  aktual  dəyər  kateqoriyası  ilə  gələcək  daxil  olmaların 

real  həcmini  qiymətləndirmək  və  onların  cari  xərclərlə  müqasyisə  etmək  olar. 

Sonda  isə  alternativ  investisiya  layihələrinin  variantlarını  əsaslandırmaq  da 




 

42 


mümkündür.  Bu  alət,  texniki  və  təşkilati  köklü  islahatların  aparıldığı  bazar 

iqtisadiyyatı  şəraitində  birinci  dərəcəli  əhəmiyyət  kəsb  edir.  Ancaq  bu  zaman 

bugünki  qoyuluşların  gələcək  nəticələrinin  real  qiymətləndirilməsi  vacib  hesab 

olunur.  Sonra  müasir  şəraitdə  qiymətli  kağızlarla,  kreditlə  və  investisiyalarla 

maliyyə  əməliyyatlarının  rentabelliyinin  də müəyyən  edilməsi  zəruri  hesab olunur. 

Bir  çox  müəssisələrdə  maliyyə  imkanlarında  çətinliklər  yaranarsa,  o  zaman 

onlar  ya  borc  vəsaitindən  istifadə  etməyə  və  ya  öz  maliyyə  resurslarını  müvəqqəti 

olaraq  satmağa  məcbur  olurlar.  Belə  əməliyyatların  məqsədəuyğunluğu  və  onların 

nəticəsi  gələcək  pul  resurslarının  aktual  dəyərinin  haqq-hesabını  aşkar  etməyə 

kömək  edir.  Məsələn,  müəssisə  60000  min  manat  həcmində  sərbəst  pul  vəsaitinə 

malikdir  və  5  il  ərzində  istehsalın  rekonstruksiyasını  həyata  keçirməyi  nəzərdə 

tutur.  Lakin  istehsalın  yenidən  qurulması  ilə  əlaqədar  xərclər  müəssisənin  maliyyə 

imkanlarından  çoxdur.  Belə  bir  halda  müəssisə  zəruri  maliyyə  resurslarının 

axtarılması  məqsədi  ilə  bir  çox  variantları  nəzərdən  keçirdikdən  sonra  bir  variant 

üzərində  dayanır  və  bank  həmin  əmanətlər  üçün  birinci  üç  ildə  16%,  qalan  iki  ildə 

isə  18%  ödəməyi  öhdəsinə  götürür.  Belə  bir  qərar,  kapitalın diskont edilməsindən, 

yəni,  onun  aktual  dəyərinin  müəyyən  edilməsindən  sonra  qəbul  edilir. 

Hesablamalar  göstərir  ki,  birinci  üç  il  üçün  müəssisəyə  50000  min  manat lazımdır, 

o zaman müəssisə banka 33033 min manat (50000 * 0,64066 diskont əmsal), ancaq 

qalan  iki  il  üçün  60000  min  manat  almaqdan  ötrü  banka  26227  min  manat  (60000 

*  0,43711)  qoymalıdır.  Beləliklə,  bank  depozitinə  müəyyən  olunmuş  şərtlərlə 

58260  min  manat  qoyulmuşdur  və  bu  müəssisənin  maliyyə  imkanlarına  cavab 

verirdi  və  o  istehsalın  yenidən  təşkili  ilə  əlaqədar  xərclərin  maliyyələşdirilməsini 

təmin  edə bilirdi. 

Təsərrüfat  subyektlərində  aktual  dəyər  kateqoriyası,  əmlakın  həcminin,  onun 

ayrı-ayrı  elementlərinin  və  onlardan  istifadənin  nəticələrinin  qiymətləndirilməsində 

tətbiq  edilir.  Belə  imkan  mövcuddur,  ona  görə  ki,  pul  axını  aktivlərin  (əmlakın) 

formalaşması  prosesini,  onun hərəkətini və istifadəsində bir vasitədir. Ona görə də, 

hər hansı bir əmlakın aktual  dəyəri pul axınının diskont dəyərini ifadə edir. 



 

43 


Əmlakın  istifadəsindən  gələcək  daxil  olmalar  üzrə  pul  axınlarının  aktual 

dəyərinin  tətbiqi  sonrakılara əsaslanır: 

-  əmlakın  aktual  dəyəri  (aktivlərin  bütün  növləri  üzrə)  gözləniləcək  pul 

axınından asılıdır. Bu pul axınları aktivlərin  istifadəsindən  gələcəkdə daxil  olacaq; 

- diskontlaşma zamanı pul axınının tətbiq olunan dəyəri, riski əks etdirməlidir. 

Risk dərəcəsi yüksək olduqca diskont stavka da yüksək olacaq. 

Vaxt  etibarilə  pulun  funksiyasına  əsasən  əmlakın  aktual  dəyəri  gələəck  daxil 

olmalar  üzrə pul axınının diskont dəyəri kimi baxılır. Bu pul axını mövcud dövrdə 

aktivlərin  istifadəsi  nəticəsində  əldə edilmişdir. 

Həqiqətdə  əmlakın  istifadəsindən  gələcək  gəlirlərin  qiymətləndirilməsi,  yəni, 

onun  aktual  dəyəri  ayrı-ayrı  vaxtlarda  çox  mürəkkəb  problem  kimi  qalmaqdadır. 

Bu  hər  şeydən  əvvəl  gələcək  daxil  olmaların  dəqiqliyi  ilə  əlaqədardır  və  gələcək 

daxil  olmalar  isə  çox  amillərdən  asılıdır.  Həmin  amillər  içərisində  birinci  dərəcəli 

əhəmiyyətə  riskin  səviyyəsi  malikdir.  Çünki  risk  bazar  iqtisadiyyatı  şəraitində 

təsərrüfat subyektinin  fəaliyyətində  olan bütün əməliyyatlarla  əlaqədardır. 

 



 

44 



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə