Quliyev samir mayiS oğlu


RİSK – MALİYYƏ MENECMENTİNİN ƏN MÜHÜM



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix26.02.2022
ölçüsü0,75 Mb.
#84135
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
Quliyev-Samir Mayis

2.2. RİSK – MALİYYƏ MENECMENTİNİN ƏN MÜHÜM 

ALƏTLƏRINDƏN BİRİDİR 

Müasir  dövrdə  iqtisadiyyatın  bütün  sferalarında  birbaşa  və  ya  dolayı  risk 

problemi  var.  Risk  maliyyə  sferasında  daha  böyük  əhəmiyyət  kəsb  edir,  hər hansı 

kommersiya  müəssisəsində  risksiz  əməliyyat  yoxdur.  Ancaq  burada  əsas  məsələ 

riskin  düzgün  qiymətləndirilməsidir  və  onun  mənfi  nəticəsinin  azaldılması  üçün 

tədbirlər  qəbul edilmişdir. 

Bazar  iqtisadiyyatı  şəraitində  sahibkarlıq  fəaliyyətinin  əsas  məqsədi  az  xərclə 

maksimum  gəlir  əldə  etməkdir.  Lakin  sahibkarın  bu  məqsədi  müəssisənin  istehsal 

və  satış  fəaliyyətinə  avans  edilən  kapitalın  həcmi  ilə  fəaliyyətin  maliyyə 

nəticələrini  ölçməyi tələb edir. 

Müəssisədə  istehsal  –  təsərrüfat  fəaliyyəti  həyata  keçirilən  zaman  obyektiv 

surətdə  itki  qorxusu  (risk)  mövcud  olur.  Lakin  riskin  miqyası  biznesin 

xüsusiyytələri  ilə  əlaqədardır. 

Risk 

–  itki,  ziyan,  planlaşdırılan  gəlirin  alınmamasının  ehtimal  olunması  ilə 

əlaqədardır. 

İqtisadiyyatın  azad  bazar  münasibətlərinə  əsaslandığı  bir  sistemdə  iqtisadi 

proseslər  ehtimallı  səciyyə  daşıyır  və  qeyri-müəyyənlik  halların  səviyyəsi  getdikcə 

geniş  vüsət  alır.  Satıcı  və  alıcılar,  istehsalçı  və  istehlakçılar  mübadilə  prosesində 

özlərini  həmişə təlatümdə  hiss edir, risklərlə,  qorxu məqamları ilə  rastlaşırlar. 

Beləliklə,  risk  hər  bir  sahibkarda qorxu yaradır, o risklə barışır və başa düşür 

ki,  riskiz  əməliyyat  yoxdur.  Riskin  növləri  içərisində  ən  mühümü  və  sahibkarın 

maliyyə  fəaliyyətinə  təsir göstərən növü mənfəətin  itirilməsi  qorxusudur. 



Cədvəl 2.2.1. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə